Siyasi İdarəetmə



Yüklə 278,5 Kb.
səhifə2/2
tarix04.01.2020
ölçüsü278,5 Kb.
#30052
1   2
Avropa Ittifaqinin yaranmasi


2.2. Avropa İttifaqının fəaliyyəti və icra mexanizmi

Avropa İttifaqı öz fəaliyyətində aşağıdakı prinsipləri rəhbər tutur:

  1. Milli və ümumi maraqlar arasında balans yaradan dövlətlərarası və dövlətüstü qurumların mövcudluğu;

  2. Aİ institutu ilə milli dövlətlər arasında dəqiq səlahiyyət bölgüsü;

  3. Qəbul olunan qəraraların müxtəlif təsnifatı (məcburi və tövsiyyəvi qərarlar, qərarların icrası vasitəsinin dövlətlər tərəfindən azad seçimi)

  4. İttifaq qərarlarının üstünlüyü prinsipi;

  5. İnteqrasiya proseslərinin ölkələrin ictimaiyyəti tərəfindən dəstəklənməsi. [ 7 ]

Avropa İttifaqının məqsədləri:

  1. Avropa xalqlarının sıx ittifaqını yaratmaq;

  2. daxili sərhədləri olmayan məkan, vahid valyuta yaratmaqla uzunmüddətli iqtisadi tərəqqiyə yardım etmək;

  3. beynəlxalq aləmdə birgə xarici siyasət yeritmək;

  4. ədliyyə və daxili işlər sahəsində əməkdaşlığı inkişaf etdirmək;

  5. ümumi nailiyyəti mühafizə edib, inkişaf etdirmək.

Bu istiqamətlərdə üzv ölkələr qarşılıqlı ticarətlərdə rüsumların tam aradan qaldırılmasına, vahid xarici gömrük tarifləri müəyyən edilməsinə, bir-biri ilə ticarət əlaqələrində miqdar məhdudiyyətinin aradan qaldırılmasına, vətəndaşların, məhsulun və kapitalın sərhədlərdən azad hərəkətinə, vahid ticarət siyasətinin həyata keçirilməsinə, ümumi hesabat vahidi yaradılmaqla əlaqələndirilən valyuta maliyyə sisteminin yaradılmasına, vahid pul vahidinin (avro) dövriyyəyə buraxılmasına, əhalinin sosial hüquq və təminatının unifikasiyasına (vahid şəklə salınması), vahid patent sisteminin yaradılmasına və s. nail olunmuşdur.

Avropa İttifaqı özünün 6 əsas institutunun fəaliyyəti nəticəsində misli görünməmiş səviyyədə birliyə və inkişafa nail olub. Aİ-nin əsas orqanları aşağıdakılardır:



Avropa Şurası (Nazirlər Şurası) Bu qurum qanunverici bir orqandır. Bir qayda olaraq bu qurum qərarların qəbul olunmasında dövlətlərarası əməkdaşlığa üstünlük verilməsini daha çox müdafiə edir. AŞ-nın üzvləri üzv dövlətlərin dövlət və hökumət başçıları, Avropa Komissiyasının sədri, onların müavinləri - xarici işlər nazirləri və Komissiya üzvlərinin birindən ibarətdir. AŞ ildə 2 dəfədən az olmayaraq iclas keçirir.

Avropa Parlamenti 626 deputatdan ibarət olan bir palatalı orqandır. Parlamentin hər bir üzvü Aİ dövlətlərinin vətəndaşları tərəfindən birbaşa seçkilər vasitəsilə 5 il müddətinə seçilir. Parlament Aİ-nin orqanlarına münasibətdə məsləhətverici, nəzarət və büdcə səlahiyyətlərinə malikdir. Avropa Parlamenti inteqrasiya proseslərində AŞ-dan fərqli olaraq dövlətlərüstü qurumların səlahiyyətlərinin artırılması tendensiyasına üstünlük verən qüvvələrin, bir növ, təmsilçisi rolunda çıxış edir. AP-yə verilən hər bir yeni səlahiyyət Avropanın hər yerində, adətən, üzv dövlətlərin ayrı-ayrı sahələr üzrə suveren hüquqlarının sıxışdırılması kimi qəbul olunur.

Avropa Komissiyası əsas icraedici və daimi fəaliyyət göstərən, məcburi qüvvəli aktlar qəbul etmək hüququna malik orqandır. Avropa Komissiyası Avropa Parlamentinin razılığı ilə 15 hökumət tərəfindən təyin edilmiş 20 üzvdən ibarətdir. Sədr və onun 3 müavini üzv ölkələrin nümayəndələrinin ümumi razılığı ilə komissiyanın üzvlərindən seçilir. Komissiyanın hər bir üzvü müəyyən sahəyə baxır. Qərar səs çoxluğu ilə qəbul edilir. Komissiyanın qərargah mənzili Brüsseldə yerləşir. [ 8 ]

Göründüyü kimi, Aİ qanunvericiliyinə 3 əsas institut cəlb olunur: Aİ-nin vətəndaşlarını təmsil edən və birbaşa onlar tərəfindən seçilən Avropa Parlamenti; üzv ölkələrin hökumətlərini təmsil edən Avropa İttifaqı Şurası; bütövlükdə İttifaqın maraqlarını təmsil edən Avropa Komissiyası. [ 9 ]



Şura Roma müqaviləsində nəzərdə tutulmayan bu qurum 1974-cü ildə Paris dövlətlərarası konfransından sonra təsis edilmişdir. Qərara alındı ki, bu Şura çərçivəsində görüşlər müntəzəm şəkildə dövlət başçıları səviyyəsində keçirilsin. Bu səviyyəli görüşlərdə Aİ-nin vacib məsələləri müzakirə olunur və gələcək inkişafının çalarları müəyyən edilir.

Avropa Məhkəməsi Lüksemburqda yerləşən Avropa Məhkəməsi 15 hakimdən ibarətdir. Onlara müşavir qismində 9 baş prokuror kömək edir. Hakimlər və prokurorlar ümumi razılıq əsasında 6 il müddətinə seçilir. Məhkəmə üzv dövlətlər, birliyin orqanları və üzv dövlətlər, ayrı-ayrı orqanlar, birlik və xüsusi şəxslər arasında mübahisələri həll edir, milli məhkəmələrin vəsadətlərinə əsasən ekspert rəyləri hazırlayır.

Xüsusi təftiş orqanı - Auditorlar Məhkəməsi də mövcuddur. [ 8 ]

Aİ-nin əsas orqanları bir-birini tamamlamalıdır. Belə nəzərdə tutulmuşdur ki, Şura milli maraqları təmin edir, Parlament ictimaiyyət tərəfindən nəzarəti, Komissiya ümumregional maraqları, Məhkəmə isə Aİ hüququna riayət edilməsini və fərdlərin hüquqlarını müdafiə edir. [ 9 ]

NƏTİCƏ

Yuxarıda deyilənlərdən aydın olur ki, Avropa İttifaqı öz təsirini günü-gündən artırmaqdadır. Sırf iqtisadi sahələrdən başlayaraq, sosial, mədəni və siyasi kursun mühüm elementlərini özündə birləşdirən strukturlar da daxil olmaqla, Avropa İttifaqı üzv dövlətlərin və onların vətəndaşlarının həyatında mühüm rol oynayır. Avropa İttifaqı hər bir vətəndaşının yüksək yaşayış səviyyəsi, yaxşı təhsili, iş şəraiti, təlim, əmək haqqı və s. ilə təmin olunmasına böyük əhəmiyyət verir, onların sağlamlıq və təhlükəsizliyini qorumaq üçün ciddi tədbirlər görür. Avropa İttifaqı yaxın qonşularını və üçüncü dünya ölkələrini yardım proqramları ilə təmin etməklə yanaşı, özünün xarici əlaqələr, təhlükəsizlik və müdafiə sahələrində məsuliyyətini də lazımınca qiymətləndirir. Avropa İttifaqı kömür və polad sahəsində əməkdaşlıq edən altı Avropa dövlətini özündə birləşdirən kiçik təşkilatdan, ayrı-ayrı dövlətlərin müəyyən suveren hüquqlarının mərkəzi orqanlara verildiyi 28, gələcəkdə isə 30-dan çox üzv dövlətdən ibarət olacaq nəhəng bir İttifaqa çevrilib.

Avropa İttifaqı hazırda iqtisadi bir birlik olmaqdan əlavə, qlobal bir aktor olmaq üçün də səy göstərməkdə davam edir. Xüsusilə İttifaqın Təhlükəsizlik və Müdafiə Siyasəti Aİ-nı bütün dünya problemləri ilə maraqlanmaq məcburiyyətində qoyur. Nəticə olaraq, Aİ hərbi yöndən qüvvətli olmaması, ortaq xarici siyasətin tam formalaşdırılmaması səbəbi ilə tənqid olunsa da, tarixi inkişaf prosesində gözlənilənlərdən daha sürətlə təşkilatlanmış və inkişaf etməkdə davam edir.

Yuxarıda qeyd etdiyimiz kimi Avropa İttifaqının formalaşması prosesində bir sıra müqavilələr bağlanmışdır və hər bir müqavilə məhz qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına, mühüm məsələlərin həll edilməsinə, İttifaqdaxili inteqrasiya proseslərinin daha da dərinləşməsinə və eyni zamanda yeni üzvlərin İttifaqa cəlb edilməsinə yardım məqsədi daşıyır. Düzdür, Avropa İttifaqı Türkiyə kimi ölkələrə cəlbedici bir qurum olaraq görünsə də göründüyü kimi bəzi böyük dövlətlərin gələcəkdə Avropa İttifaqından çıxmaq ehtimalları istisna deyil.

İndi Avropa İttifaqı qarşısında duran əsas mübahisəli məsələ təşkilatın bundan sonra inkişaf edərək hansı səviyyədə fəaliyyət göstərə biləcəyi ilə bağlıdır. Qeyd etdiyimiz kimi, iqtisadi inteqrasiya strategiyası ilə bərabər, İttifaqın qarşısında siyasi məqsədlər də durur. Avropa İttifaqının, həqiqətən, birləşmiş, öz aralarında sərhədləri olmayan, sülh və firavanlığın hökm sürdüyü vahid Avropa yaratmaq kimi başlıca siyasi məqsədi vardır.

Avropanın vahid konstitusiyasının işlənib hazırlanması, vahid Avropa ordusunun, ümumi təhlükəsizlik və müdafiə siyasətinin formalaşdırılması dövlətlərarası əməkdaşlığın tərəfdarları ilə dövlətlərüstü qurumlara daha çox səlahiyyət verilməsi ideyasının tərəfdarları arasında mübarizəni son mərhələyə çatdırıb. Bu mübarizə nəticəsində İttifaq ya daha sıx birliyə nail olacaq, ya da daxili ziddiyətləri dərinləşdirəcəkdir.

Avropaya inteqrasiya prosesinin Azərbaycanın xarici siyasət prioritetlərindən biri olması bu gün heç kimdə şübhə doğurmur. Avropa İttifaqının Azərbaycana olan marağı böyükdür. Azərbaycan Asiya və Avropa kəsişmə nöqtəsində yerləşir və böyük enerji, tranzit potensialına malikdir. Azərbaycan ilə əməkdaşlıq Avropa İttifaqının enerji asılılığına son qoya bilər.

Azərbaycan üçün də Avropa İttifaqı olduqca önəmli tərəfdaşdır. Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqda iki əsas məqsəd güdür. Birincisi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinin dünya dövlətlərinə çatdırılması və bununla da münaqişənin məhz Azərbaycanın maraqlarına uyğun həllinin təmin edilməsi; İkincisi, Azərbaycan öz enerji və tranzit potensialının Avropa üçün əhəmiyyətini dərk edir və bundan maksimum yararlanmağa çalışır. Əsası 90-cı illərdən qoyulmuş Azərbaycan və Avropa İttifaqı əməkdaşlığı gün keçdikcə inkişaf edərək davam etməkdədir.



İstifadə olunmuş ədəbiyyat siyahısı


  1. Əliyeva Roza. “ Beynəlxalq İqtisadi Münasibətlər”. Bakı-2011.

  2. İbadov Rza. “ Avropa İttifaqının əsasları”. Bakı-2004.

  3. TATOĞLU Emin. “Avrupa Birliğinin Tarihsel Gelişimi”. Ankara-2006.

  4. http://www.diplomatikgozlem.com/TR/belge/1-5076/fransa-ne-yapmak-istiyor.html

  5. http://www.tuicakademi.org/index.php/kategoriler/avrupa/3166-avrupa-siyasal-isbirligi-sureci

  6. http://www.meqam-m.com/avropa/huququ/1-ci/hisse/avropa%20azad%20ticar%C9%99t%20assosiasiyas%C4%B1/

  7. http://az.wikipedia.org/wiki/Avropa_%C4%B0ttifaq%C4%B1

  8. http://kayzen.az/blog/int-huquq/5192/avropa-ittifaq%C4%B1-v%C9%99-avropa-birliyi.html

  9. http://europa.eu/about-eu/institutions-bodies/index_en.htm

  10. http://mfa.gov.az/?options=content&id=566




Yüklə 278,5 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin