***
Sonralar "Ayrıldılar" hekayəsini yenidən işlədi, əsaslı
dəyişdi və bəlkə bu son variantda "axı niyə ayrıldılar" sualına
daha açıq, daha məntiqli cavab tapmaq olar, amma məncə,
hekayənin birinci variantı daha bədii, daha kamil və incədir...
1983-cü ildə "Ulduz" jurnalının 3-cü nömrəsində Ənvər
Məmmədxanlıyla müsahibə aparan jurnalistin: – İmkanınız
olsaydı əsərlərinizi yenidən yazardınızmı? – sualına yazıçı belə
cavab verir: – Bilmirəm, ömür limitindən nə qədər qalıb, amma
bu dözülməz zəhmətə qatlaşardım. Bəzi yazılarımı büsbütün
ləğv edərdim, bəzilərini isə yenidən yazardım...
Bu yazı üzərində işlərkən Ənvər Məmmədxanlının
sağlığında çıxan son kitabını – "İkicildliyini" oxudum və böyük
bir təəssüf hissilə gördüm ki, uşaqlıqdan demək olar ki,
hafizəmdə başdan-ayağa kimi diri yaşayan bir çox hekayələri,
o cümlədən "Bakı gecələri", "Ay işığında", "Ayrıldılar"
hekayələri üzərində yazıçı yenidən işləyib və işlədiyi
variantlar, mənim zənnimcə, onların ilk variantlarından bədii
cəhətdən heç də yüksək deyillər. Dedim bəlkə məni çox təbii
bir hiss aldadır, cavanlıqda oxuyarkən bu hekayələrin mənə
göstərdiyi böyük təsir gücünü indiki yaşımda duya bilmirəm.
Həmin hekayələrin ilk variantlarını da yenidən mütaliə etdim
və onlar mənə əvvəlki kimi güclü təsir göstərəndə əmin oldum
ki, yanılmıram, yazıçı hekayələrini təzədən işləyərkən onları
müəyyən qədər "korlayıb".
269
Gənclik təravətiylə, gənclik çılğınlığıyla yazılmış
hekayələrin akvarel boyaları üstündən kömürlə işlənilib, hissi
tapıntıları bir çox hallarda rasionalist izahlar dayazlaşdırıb.
Alatoran mənzərələrin cazibəsi, hüsnü, sonacan açılmamış
mətləblərin sehri qeyb olub, səthi şərhi qalıb. Əlbəttə, bu
hekayələrin ilk nəşrlərindən bixəbər oxucuları yenidən işlənmiş
variantlar da yüksək sənətkarlığı, zərif şeriyyatı, füsunkar
diliylə cəlb edəcək, amma həmin əsərlərin "gəncliyini"
yaddaşlarında yaşadan mənim kimi oxucular üçün onların
yenidən süslənmiş görkəmi müəyyən pərişanlığa, xəyal
qırıqlığına səbəb olacaqdır.
Bu cəhətdən "Bakı gecələri" də, zənnimcə, Ənvərin ən yaxşı
hekayəsi – yazıçının sonralar apardığı "cərrahiyyə əməliyyatı"
nəticəsində çox şey itirib. Lakin indi mən konkret
müqayisələrlə hekayənin iki variantı arasında fərqləri
göstərmək və fikrimi əsaslandırmaq istəmirəm. Bu ayrı
söhbətin mövzusu ola bilər. Burda Ənvərin bioqrafiyasının
"Bakı gecələrin"də də əks olunmuş bəzi ayrıntıları üzərində
dayanmaq istəyirəm. Mənim nənəm, yəni Ənvərin xalası
Məryəm xanım 20-ci illərin axırlarında artıq Bakıda yaşayırdı
və Bakıya gələn Ənvər əvvəl-əvvəl bir müddət məhz onlarda
qalıb. Nərimanov adına sənaye texnikumunu 1931-ci ildə
bitirib, 1932-ci ildə Azərbaycan neft institutuna daxil olub.
Eyni zamanda, həmin vaxtlarda Montin zavodunda texnik-
mexanik işləyirmiş. Amma Ənvər şair qəlbli bir insan idi,
meyli texnikaya, sənayeyə, neftə yox, ədəbiyyata, söz sənətinə
idi, nəsrə idi. Yadımdadır, nənəm danışardı, deyirdi hər səhər
Ənvəri güclə oyadırdım ki, instituta, dərsə getsin, dururdu
otururdu yorğan-döşəyinin içində, gur qıvırcıq saçları vardı,
əliylə onları qarışdırır və hirslə deyirdi: mən getməyəcəm
instituta, mən mühəndis olmayacam. Ölüm-zülümnən onu
məcbur edirdik dərsə getsin, axır ki, o peşənin dalınca getmədi,
mühəndis olmadı, yazıçı oldu.
Mühəndislik təcrübəsi Ənvərin ilk povestində –
270
"Burulğan"da neftçilərin həyatından bəhs edən yazıda əksini
tapdı. Yazıçı özü bu əsərinə çox tənqidi yanaşırdı. "Ulduz"
jurnalına verdiyi və bayaq xatırlatdığım müsahibəsində deyir:
"Ədəbiyyata 1934-cü ildə çap olunmuş "Burulğan" povesti ilə
gəlmişəm. Sadəlövh və zəif bir şeydir, ikinci dəfə heç çap
etdirməmişəm, unutmaq istəmişəm, amma başlanğıcı xəbər
verdiyi uçün hər dəfə yadıma salırlar".
Ənvərin mühəndisliyin daşını atıb yazıçılığın dalınca
getməsi ailələrində də çox söz-söhbətə səbəb oldu, daha dəqiq
desək, atası Qəffar bu işdən çox narazı imiş. Ənvərlə bağlı iki
lent yazısı durur məndə. Birini onun sağlığında bacısı Həbibə
xanım Məmmədxanlıgildə yazmışam. Ənvər, Həbibə, o biri
bacıları Arifə xanım Məmmədxanlı və mən Məmmədxanlılar
nəsliylə bağlı məsələlər ətrafında söhbət edirdik. İkinci lent
yazısı isə artıq Ənvərin ölümündən sonra Buzovna bağında
yazılıb, bu söhbətin də iştirakçıları Arifə xanım, Həbibə xanım
və mənəm. Yeri gəldikcə bu yazımda hər iki lentdən istifadə
edəcəm. İndi Ənvərin atasıyla bağlı məqamları və xüsusilə,
Qəffar əminin (heç bir vaxt görmədiyim bu adamı mən də
atamın, bibilərimin diliylə belə adlandıracam) Ənvərin peşə
seçməsindən narazılığını, necə deyərlər, ilk qaynağa – Ənvərin
özünün, Arifənin və Həbibənin xatirələrinə əsaslanaraq
açıqlayacam.
11 avqust 1991-ci il, Buzovna bağında söhbətin lent
yazısından fraqment (Həbibə, Arifə, Anar).
HƏBİBƏ. Bu xüsusda Ənvərlə çox mübahisələri olurdu
əmimin (qeyd: Qəffar əminin bütün uşaqları da Rəsulgilin
diliylə atalarına "əmi" deyərlərmiş, Ənvər hətta uşaq yaşlarında
"Qəffar əmi" deyirmiş – A.). Əmim deyirdi ki, yazıçı olursan,
rəssam olursan, nə olursan özün bilərsən, amma hayıfdı,
üçüncü kursdasan, çıxma institutdan. AZİ-ni qurtar, əlində
diplomun olsun, ondan sonra yaz da, sənin əlindən yazıçılığı
alan yoxdu ki... Ənvər də qəti deyirdi ki, yox, oxumayacam mən
orda. Bax bunun üstündə çox mübahisələri olurdu... Bir dəfə
271
evdə heç kəs yox idi, bir mən idim bir də əmim. Çağırdı məni
ki, bura gəl. Ənvərin kitabı çıxmışdı, dedi bu kitabı götür, oxu
mənə.
ANAR. Niyə özü oxumurdu ki?
HƏBİBƏ. Özü küsmüşdü də Ənvərdən (gülüş). Gəldim mən də
oxudum, özü də bir hekayə idi ki, orda öpüşmək-zad vardı,
udquna-udquna oxuyurdum, utanırdım, çox pərdəli idik...
ARİFƏ. Həbibə, çox zəhmli idi e, biz ondan qətiyyən bir
dənə ağır söz eşitməmişdik, bizə bir söz deməmişdi, qışqırsın,
eləsin, amma o qədər ondan qorxardıq, o gələndə özümüzə yer
tapmırdıq. Çox zəhmli idi, çox, çox..."
"Bakı gecələri"nin ilk variantında əsas qəhrəman Yunisin
institutdan çıxmaq söhbətinə işarə-filan yoxdu, sonralar işlədiyi
ikinci variantda bu məsələyə aid bəzi eyhamlar var. Önəmli
cəhət odur ki, bu hekayədə Ənvər kənddən, daha doğrusu,
Göyçay kimi bir əyalət şəhərindən Bakı kimi böyük bir
mərkəzə gələn gəncin duyğularını çox dəqiq təsvir etmiş,
şəhəri bu gəncin gözlərilə görə və göstərə bilmişdi. Bakıya xas
olan cəhətlərin belə əyani təsviri yalnız ilk təmasın
səmimiyyətindən və güclü müşahidə istedadından doğa bilərdi.
Evləri bir-birinə çox yaxın yerləşdiyi üçün gecələr sayrışan
işıqların sıx topalığı, qəfil qopan cilovsuz Bakı küləklərinin
cövlanı, köhnə Bakı evlərinin yastı damlarında isti yay günləri
adamların yerlərini sərib yatması, Bayıldan Qaraşəhərəcən
şəhərin səmasını qaraya-qırmızıya boyayan o dövrün məşhur
və məşum neft yanğınları, çoxailəli Bakı evləri, səs-küylü
həyətləri, bu şüşəbəndli eyvanların birindən göylərə
göyərçinlər uçurdan balaca Səttar, köhnə binaların yastı
damlarında isti yay gecələrində yer salıb yatan adamlar – bütün
bu dəqiq ayrıntılar dünyanı şairanə baxışla görən həssas bir
gəncin duyğularından və gələcək yazıçının iti müşahidəsindən
doğulmuşdur.
Yastı dam üstündə paltar sərən Yaqutu yazıçı belə təsvir edir:
"İçəri qaranlıqla dolmuşdu, amma ayağa qalxıb işığı
272
yandırmaq üçün yerimdən tərpənməmişdim, çənəmi qollarım
üstünə qoymuşdum, axşam şəhərin topa-topa alışan işıqlarına
baxmışdım. Haradasa veyllənən fikrimi hardansa geri
qaytarmaq istəmişdim və bu vaxt birdən onu pəncərəm
altındakı dam üstündə görmüşdüm. Bəlkə çoxdan üzünü
görmədiyim, səsini eşitmədiyim xəyalı idi bu? Yox, özü idi, ağ
quşum, ağ səadətim idi. Ayağı altındakı tasdan götürdüyü kətan
ağlarını, nazbalış və yastıq üzlərini, qırmızı naxışlı əlüz
dəsmallarını damın bacalarına sarınmış dirəklər arasındakı
iplərə tıxaclarla bənd eləyirdi və o, iki cərgəli ağlar arasında
qalaraq asfalt cığırla uzaqlaşıb gedirdi. Dənizdən həzin külək
əsirdi, şəhərdə alışan işıqların sayı anbaan çoxalırdı, o isə
əyilirdi, qalxırdı, hərdən dizlərini qucaqlayırdı, küləyin
qabardıb yuxarı qaldırdığı donunun ətəyini aşağı salırdı, sonra
yorğun bir halda bir an donurdu, hərəkətsiz qalırdı və bu vaxt
doğulduğu şəhərin çıraqban axşamı elə bil dönüb yalnız ona
baxırdı və qız şəhərin qızıl işıqları önündə sirli bir rəqsə
başlayırdı. Ağ bir xəyal kimi sərdiyi ağlar arasında batıb-
çıxırdı. (kursiv mənimdir – A.) Dönüb əllərini iplər üstündə
gəzdirə-gəzdirə yaxınlaşır və hərdən yanakı və ani bir baxışla
qaranlıq pəncərəmə baxarkən, qaşları çatılırdı".
"Bakı gecələri"ni yenidən mütaliə edərkən bu yeri oxuyanda
az qala diksindim. Axı eyni bir obraz – dam üstündə paltar
sərən qızın küləklə, ağlarla rəqsi mənim "Gürcü familiyası"
hekayəmdə və onun əsasında çəkilmiş "Gün keçdi" filmində də
var. İstəyirsiz inanın, istəyirsiz yox, həmin hekayəni yazanda
mən ondan azı 20-25 il qabaq oxuduğum "Bakı gecələrin"dəki
bu səhnə heç xəyalımda deyildi. Bilmirəm, bəlkə də özümün
belə dərk etmədiyim şüuraltı yaddaşımda yaşayırmış. Qəribədir
ki, indi bu yazıyla əlaqədar olaraq Ənvərin hekayələrini neçə il
sonra yenidən oxuyanda mənim nəslimdən olan başqa
yazıçılarımızın hekayələrində də "Ənvər motivlərinə" yaxın
parçalar olduğunu gördüm. Elə həmin "Bakı gecələrində" belə
bir yer var: Yunis qonşuları Səttarın cibindən Yaqutun –
273
sevdiyi Yaqutun məktubunu ələ keçirir: "Mən əlimi Səttarın
dizi yamaqlı şalvarının cibinə salıb, ordan dördqat bükülmüş
bir dəftər vərəqi çıxartmışdım və şagird dəftərindən
qopardılmış o vərəqin sol tərəfində bir ağ gül çəkilmişdi, amma
elə bil bir uşaq əli çəkmişdi o ağ gülü, sağ tərəfində boz bir
bülbül çəkilmişdi, amma elə bil bir uşaq əli çəkmişdi o boz
bülbülü və ağ gül ilə boz bülbül arasındakı ağ boşluqda iri,
yumru uşaq xətti ilə yazılmışdı ki:
Gəlmişdin görəsən məni,
Dərmişdin hörəsən məni,
Əlində açar olmadı,
Bir açıb görəsən məniU.
Və daha aşağıda bir vəsiyyət ki, məhz uşaq xətti ilə yazıldığı
üçün daha dəhşətli idi: "Bunu mənim qəbrimin baş daşına
yazdırarsan". Bu parçada da Elçinin və Əkrəm Əylislinin bəzi
əsərlərinə xas olan poetikayla bir səsləşmə aydın-açıq
görünmədədir. "Ayrıldılar" hekayəsində kənd qırağında
görüşüb soyuq daş üstündə söhbətləşən İlyasın və Adilənin
danışıqları, səhnənin ümumi ahəngi Yusif Səmədoğlunun
"Soyuq daş"ıyla eyni pərdədə köklənib. Təkrar edirəm, bütün
bu bənzəyişlər, əlbəttə, təsadüfi ola bilər, yaxud gənclik
mütaliəmizin şüuraltı yaddaşda ilişib qalmış qəlpələrindən
mayalana bilər. Amma Ənvər Məmmədxanlının bir yazıçı kimi
də, bir şəxsiyyət kimi də özündən sonrakı ədəbi nəsillərə təsiri
danılmazdır.
***
Ənvər hər hansı şöhrət, məşhurluq iddialarından çox uzaq
adam idi, müsahibələr verməyi, çıxışlar etməyi, televiziya
ekranında görünməyi sevməzdi. Bunun umumən onun
xasiyyətinə və təbiətinə uyğun çox nəcib cəhət olmasıyla
bərabər mənfi tərəfləri də var, çünki onun özü haqqında da,
dövrü haqqında da, ədəbiyyat haqqında da deməyə sözü vardı
və nə yazıq ki, bunların yüzdə birini də demədi. Tənqidçi
Kamal Abdullayev (indi o Ənvər Məmmədxanlının irsi
274
komissiyasının sədridir) böyük inad göstərərək Ənvərlə
televiziyada böyük bir söhbət apardı və bu söhbətin bir qiyməti
onun ətraflı, müxtəlif mövzularla bağlı olmasıdırsa, bir əvəzsiz
dəyəri də odur ki, bu söhbət Ənvərin ölümündən bir az əvvəl
apardığı söhbət idi, bir müddət sonra o dünyasını dəyişdi və
Kamalın inadkarlığı olmasaydı, biz bu maraqlı söhbətdən də
məhrum olardıq. Ənvərin ölümündən sonra Kamal həmin
söhbətin stenoqrafik yazısını "Ədəbiyyat qəzetində" dərc
etdirdi. Həmin söhbətdə başqa mövzularla yanaşı, Ənvər
ədəbiyyat aləminə gəlməsini də xatırlayır. "O vaxt mən təhsili
buraxdım və indi təəssüf edirəm, gərək institutu qurtaraydım və
mühəndis olaydım, mühəndis diplomunu alaydım. Diplomum
yoxdur. Texnik-mexanik diplomum hələ də durur – Nərimanov
texnikumunu qurtaranda almışdım, indi də saxlamışam çox
əziz bir yadigar kimi. Mən özümçün nə isə yazırdım, heç bir
iddiam olmadan. Sonra belə oldu ki, Faruq idi, bilmirəm kim
idi, tanışlığımız vardı – göyçaylı idi – bir vədə dedim ki, mən
də bir şey yazmışam, dedi ki, gəl aparaq verək Azərnəşrə,
oxusunlar eləsinlər. Əvvəl razı olmadım, sonra, nəhayət, razı
oldum. Azərnəşrin binası əvvəlcə başqa yerdə idi. Ora verdim,
birinci Mehdiyə çatmışdı. Bir azdan sonra gəldim ki, Mehdi, nə
oldu? Dedi ki, nə tələsirsən, nə olub? Bir az Mehdinin də
kəskin danışığı vardı. Mən də dedim ki, mənimlə kəskin
danışma. Çap eləyirsən elə, eləmirsən eləmə. Çıxdım getdim.
Nə isə sonra çap olundu... O vaxtı az maraqlanırdım ədəbiyyat
sahəsi ilə. O vaxt RAPP vardı, AZAP vardı. AZAP-a rəhbərlik
eləyirdi o vaxt Mehdi. İdeya rəhbəri idi"...
Mehdiylə Ənvərin çox qəribə münasibətləri vardı... Bu
münasibətlərin mənə məlum olan bəzi nöqtələrindən söz açmaq
istəyirəm. Ənvərin yazdığı o ilk təmaslarından sonra
yaxınlaşmış, hətta dost da olmuşdular. Eyni vaxtda Moskvada
Ali Kinossenaristlər kursunda oxumuşdular. "Amma Moskvada
mənim başım daha çox kefə qarışmışdı o illər – deyirdi Ənvər
– gəzmək, tanslar. Mehdi isə gecəsini-gündüzünü kitab
275
oxumaqla keçirirdi, dərslərə, imtahanlara ciddi hazırlaşırdı və
görürsən bəzən elə gətirirdi ki, mən əməlli-başlı
hazırlaşmadığım imtahandan Mehdidən yüksək qiymət alırdım.
Dəli olurdu Mehdi, cinlənib özündən çıxırdı, axı yaman
yanağan idi... Bir dəfə də yadımdadı, bir fəlsəfə müəllimimiz
vardı, adı yadımdan çıxıb və başqa bir məşhur filosof Luppol
da onunla düşmən idi... Həmin müəllimə imtahan verəndə
Mehdi bunların ədavətini bilirdi. İmtahan verəndə nə isə
dolaşdı, lazımınca cavab verə bilmədi və müəllim
məzəmmətinə cavab olaraq: "Eto Luppol menya naputal (Məni
Luppol çaşdırdı)U deyə cavab verdi. Luppolun imtahan
verdiyimiz fənnə aid kitabını nəzərdə tuturdu. Qoca müəllim
başını buladı: Ne nado molodoy çelovek, ne nado, – dedi.
Sonrakı illərdə Mehdiylə gah dalaşır, gah barışırdılar. Bir
dəfə Mir Cəfər Bağırov Mehdiylə Ənvərə neftçilər
mövzusunda birlikdə ssenari yazmağı təklif edib, hər ikisi
birlikdə işləməkdən imtina ediblər: biz bir yerdə yaza bilmərik,
– deyiblər.
Bağırov: – Nə oldu, siz Marksla Engelsdən artıq oldunuz? –
deyib – onlar bir yerdə yaza bilərdilər, siz yaza bilmirsiniz?
Nə isə bu iş baş tutmayıb, amma bir neçə il sonra hər halda
birlikdə bir əsər yazıblar – "Fətəli xan" filminin ssenarisini.
Təəssüf ki, o illər bu film ekrana çıxmadı, siyasi səbəblərdən
qadağan olundu.
Ənvərlə Mehdinin araları da soyudu. Ənvər çox sonralar,
Mehdi artıq dünyasını dəyişəndən sonra və köhnə yaralar
sağalandan sonra gülə-gülə deyirdi ki, Mehdi Yazıçılar
İttifaqının bir iclasında mənim "And" kitabımı camaata
göstərib: "Ay yoldaşlar, – deyirdi – bu boyda kitabda bir yerdə
"kolxoz" sözü yoxdur".
Ənvər Mehdiyə qarşı, Mehdi Ənvərə qarşı mətbuatda da
çıxış etmişdilər. Mehdinin çıxışı daha kəskin idi və Ənvər çox
incimişdi. Yadımdadır, bundan bir az sonra – bacım Təranənin
bir yaşı tamam olan gün – deməli, 1949-cu il mayın 9-da atam
276
qonaqlıq düzəltmişdi və yazıçılardan da bir neçəsini dəvət
etmişdi: Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim,
Sabit Rəhman, Cəfər Xəndan, Əvəz Sadıq ailələriylə bu
qonaqlıqdaydılar. Atam Mehdini də çağırmışdı. Bu, hələ də
Mehdiylə küsülü olan Ənvərçün xoşagəlməz bir sürpriz
olmuşdu. Məclisdə,j əlbəttə, bir şey deməmişdi, amma
gedəndə, indiki kimi yadımdadır, bir az içmişdi və atama
demədiyini (hər halda böyük qardaşı kimi aralarındakı pərdəni
saxlayırdı) anama demişdi: liberalsınız. Mehdini çağırdıqları
üçün liberal imişlər. Amma Ənvər insaflı və obyektiv adam
olduğu üçün Mehdinin müsbət keyfiyyətlərindən də danışardı.
Bir dəfə yadımdadır, dedi ki, o vaxt Turan haqqında (Turan
Cavid Həbibə xanımın uzun illər boyu ən yaxın rəfiqəsidir)
Mehdidən xahiş elədim, radio komitəsində müavin işləyirdi,
Turan işsiz idi, xahiş elədim və Mehdi onu işə götürdü, bu
cəsarət tələb edirdi, axı o vaxt "xalq düşmənlərinin" ailələrinə
hər hansı qayğı risk idi...
Mehdiylə qəribə zarafatları vardı. Daha doğrusu, Mehdi
Ənvərin yumorunu heç cür qavraya bilmirdi və ona görə
hirslənib əsəbiləşirdi. "Bir dəfə Mehdiyə dedim ki, ay Mehdi,
bu geçə yuxumda Maksim Qorkini görmüşəm və mənə çox
ağıllı, çox müdrik bir fikir söyləyib, səncə, mən bu fikri bir
yerdə çap elətdirsəm, öz fikrim kimi qələmə verim, ya
Qorkinin fikri kimi? Mehdi dəli olub özündən çıxırdı – Tbu nə
sarsaq sözdür mənə deyirsən, mən nə bilim necə qələmə
verəsən, heç dəxli var?U Uğunub gedir.
Uzun illər boyu Ənvərin öz həyatından, başqa hadisələrdən
danışdığı epizodları bir-bir xatırlamaq, sapa düzmək,
nizamlamaq çətindir, odur ki, assosiasiya, anımlar zəncirinin
ucundan yapışıb yada düşənləri pərakəndə, dağınıq şəkildə olsa
da, qələmə alıram. İndi Ənvərin söhbətləriylə əlaqədar olaraq
xatirimdə canlanan əhvalatlardan biri də əlifba məsələsidir.
Yəni latın əlifbasından kiril əlifbasına faciəvi keçidlə bağlı
söhbətlərdir. Bu keçid, doğrudan da, faciəvi keçid adlana bilər,
277
əvvəla ona görə ki, neçə adamın taleyində əsl faciəylə, ölüm-
itimlə nəticələnmişdir. Daha önəmlisi bütün bir cəmiyyətə,
bütün bir xalqa, ədəbiyyata, dilə vurulan ağır, sağalmaz zərbə
idi... Bir müşahidəmi, – bəlkə də, bu müşahidə bir az
mübahisəli görünəcək – oxucuyla bölüşmək istəyirəm. Bizim
nəsil gözünü açandan, daha doğrusu, oxumağa başlayandan,
kiril əlifbasıyla oxumağa başlamışıq, bunu bir fakt kimi qəbul
etmişik və ona görə latın əlifbasının xiffətini o qədər də
çəkməmişik, hər halda o illər. İndi yaxşı ki, imkan düşüb,
təzədən latına qayıdırıq və mən bu bunu dəstəkləyənlərdən,
alqışlayanlardan biriyəm. Amma hər halda bizim məktəb və
universitet illərində bu barədə söhbət ola bilməzdi və bizim 50-
ci illərdə yalnız "Ö"-nun, "Ə"-nın, "E"-nin əlifbamızdan
çıxarılmasına sevinirdik. Atamçün, anamçün, Ənvərçün,
bibilərimçün (mən yalnız özümün müşahidə etdiyim şeylərdən
danışa bilərəm, amma aydındır ki, o nəslin başqa ziyalılarının
çoxu da eyni hissləri keçirirmiş) bəli, onlarçün latından kirilə
keçmək bir faciə idi və bizim evdə bu faciədən 37-ci il
müsibətindən sonra xalqımızın ən böyük fəlakəti kimi
danışılırdı. Mən bu barədə çox düşünmüşəm və mənə elə gəlir
ki, o nəslin hadisəni bu qədər acılı-ağrılı yaşamasının səbəbi
budur: latından kirilə keçidi – hər halda ilk mərhələdə – onlar
yalnız əlifbanın deyil, dilimizin, ədəbiyyatımızın da yox
olması, sıradan çıxması və deməli, tam bir ruslaşma kimi
qavrayıblar. Əlbəttə, belə olmadı və ola da bilməzdi və belə
olmamağın səbəbi də elə həmin o nəslin yaradıcılığı, əsərləri
idi... Partiyanı, Stalini vəsf edirdilər, amma Azərbaycan dilində
vəsf edirdilər və deməli, Azərbaycan ədəbi dili yaşayırdı. Bu
bəraəti deyil onların, bəraətə ehtiyacları da yoxdur, çünki
yalnız ideyalı əsərlər deyil, lirik əsərlər, məhəbbət şerləri, tarixi
mənzumələr, pyeslər də yaradırdılar və bu ədəbiyyatın estetik
dəyərinə görə ədəbiyyat adlana biləcək hissəsi həmişə
yaşayacaq, hər hansı dövrün konüktür təsdiq, ya inkar
həmlələrindən salamat çıxacaqdır. Amma təkrar edirəm,
278
bütünlüklə bu ədəbiyyat olmasaydı, Azərbaycan dili ya aradan
çıxar, ya da rus sözlərilə tanınmaz olacaq dərəcədə zibillənərdi.
Bax buna görə də əlifbanın rus qrafikasına dəyişdirilməsini
dilin, ədəbiyyatın axırı kimi qavrayan o nəsil ziyalıları həmin
şokdan uzun illər çıxa bilməmişdilər. Hadisələrin mənə məlum
olan gedişi isə bu cür olmuşdu: Azərbaycanın, sonra isə digər
respublikaların latından kirilə keçməsi fikri Stalinin şeytan
beynində doğulmuşdu və aydın bir məqsəd daşıyırdı – bizləri
Türkiyədən ayırmaq, uzaqlaşdırmaq və ruslara yaxınlaşdırmaq,
yəni son nəticədə (elə o nəsil ziyalılarının zənni bu baxımdan
düz idi) ruslaşdırmaq. Yenə də Ənvərdən eşitdiyim bir xatirə.
Ona da bu hadisəni gərək ki, Teymur Yaqubovun dilindən
İsrafil Nəzərov danışıb. Deyir bir gün M.C.Bağırovla
T.Yaqubov Moskvada olarkən Bağırov Stalinin qəbulundan
çox həyəcanlı bir şəkildə çıxıb, "mən bir şey başa düşmürəm,
yoldaş Stalin deyir ki, biz latından rus əlifbasına keçməliyik" –
deyib. Bağırov bu sözləri deyərkən, Yaqubovun şəhadətinə
görə əlləri əsirmiş və əlindəki kağız-kuğuzu yerə tökülüb
səpələnib. Amma görünür, bu ani bir həyəcan imiş, çünki (bu
fikri də mən Ənvərdən eşitmişəm) Bağırov elə bir adam idi ki,
Stalinə fanatikcəsinə inanırdı və bir gün Stalin ona desəydi ki,
kommunizmin təntənəsi üçün bütün Azərbaycan xalqını
güllələmək lazımdır, bir an da tərəddüd etmədən bu əmri icra
edərdi. Əlbəttə, bu məsələdə də Ənvərlə mübahisə etmək
olardı. Çünki Mir Cəfər Bağırovun Azərbaycan xalqı
qarşısında bağışlanmaz cinayətləri, öz xalqına qarşı erməni
enkevedeçilərinin əliylə cəllad kimi davranmasıyla bərabər,
ikinci dünya müharibəsi vaxtı artıq həyata keçirilməsi
tamamilə real olan bir planın – azərbaycanlıların da, başqa
Qafqaz müsəlman xalqları kimi sürgün edilməsi planının
qarşısını almaqda, hər halda Bağırovun xidməti var və bu
məsələdə o riskə gedərək hətta Stalini belə niyyətindən döndərə
bilmişdi. Nə isə, mətləbdən uzaq düşdüm. Bir sözlə, latından
kirilə keçmək qərarı tamamiylə Stalin hökmüylə bağlı idi və
279
Bağırov yalnız bu əmrin icraçısı idi.
Xalq şairi Mirvarid Dilbazi "Ədəbiyyat qəzeti"ndə (7
dekabr, 1990) çap etdirdiyi "Kiril əlifbasını necə qəbul etdik"
adlı yazısında 1939-cu ilin fevralında Səməd Vurğun və
Məmməd Ariflə birlikdə Moskvada olmalarından, orada
Kalinin tərəfindən orden və medallarla təltif olunmalarından
söz açır. Təltifin səhərisi günü Moskva universitetinin filoloji
fakültəsində görüş zamanı onları qarşılayan rus alimi: –
Məsləhət belədir ki, siz gərək kiril əlifbasına keçəsiniz, –
deyib.
"Səməd Vurğunla Məmməd Arif əvvəlcə ölü rəngi aldılar,
sonra üzlərinə boğuq bir qızartı çökdü. İlk sözə Səməd Vurğun
başlayıb dedi: – Bu mümkün deyil. Kiril əlifbasındakı bir çox
səslər dilimizə uyğun deyil, biz gərək onların əvəzinə başqa
dillərdən hərflər götürək, həm kiril əlifbasına yamaq vuraq,
həm də əlifbamızı yükləyək. İndi qəbul etdiyimiz latın əlifbası
bizi təmin edir və bizim xalqdan bu haqda heç bir şikayət
yoxsa, onu dəyişməyə nə ehtiyac var?
Bir də bununla biz Orta Asiya xalqlarından ayrılıb təklənirik
(o, "türkdilli xalqlar" demək istədi, ancaq dayandı)... Rus alimi
dedi: "Siz bu işin "pioneri" olacaqsınız..." Məmməd Arif də
xeyli tutarlı danışdı, ciddi səbəblər göstərib bu dəyişikliyin
xalqımıza, mədəniyyətimizə böyük zərbə olacağını sübuta
yetirdi. Deyilənlərin qarşısında söz tapmayan rus alimi dedi: –
Mən sizi başa düşürəm, ancaq nə etmək olar, artıq qərar verilib.
Bu Stalinin göstərişidir...
...Səs Bakıya çatanda Stalinin adını eşidib qorxuya düşənlər
bu əlifbanı tərifləməyə söz tapdılar, əleyhinə olanlar isə öz
cəzalarına çatdılar. Bu etirazın ilk qurbanı çox istedadlı gənc
şair Abdulla Faruq oldu. Onu Yazıçılar İttifaqından xaric
etdilər, heç yerdə iş vermədilər, müharibə başlananda, ön
sıraya döyüşə göndərdilər, orada məhv oldu. Abdulla Faruq
Rəsul Rzanın qohumu olduğu üçün dərhal Rəsul Rzanı da
Yazıçılar İttifaqının sədrliyindən çıxardılar. Abdulla Faruqun
280
bu faciəsi çoxlarına görk oldu".
Mirvarid xanımın bu qiymətli şəhadətinə anamdan
eşitdiklərimi də əlavə etmək istəyirəm. Deyildiyi kimi, o vaxt
atam Yazıçılar İttifaqının sədri idi. Anam danışırdı ki, bir gün
Rəsul evə Səmədlə gəldi. Üzlərinə baxanda ürəyim düşdü, ikisi
də bir haldaydı ki, çırtma vursan, sifətlərindən qan damardı.
Bağırovun yanından gəlirlərmiş, Bağırov bunları əlifba
məsələsi üçün çağırıbmış. Qabaqlarına yemək qoydum, içki
istədilər, içdilər və dərdləşməyə başladılar. Bağırov deyib ki,
rus əlifbasına keçirik, özü də burda daha heç o yan – bu yan ola
bilməz, bu şəxsən Stalin yoldaşın göstərişidir. Bu qorxunc
sözlərə baxmayaraq etiraz etməyə çalışıblar "axı ermənilər,
gürcülər öz əlifbalarından əl çəkmirlər" – deyiblər. Bağırov: –
"Yaxın zamanlarda onlar da rus əlifbasına keçəcəklər, – deyib,
– Stalin yoldaşın fikri budur ki, bütün sovet xalqları eyni
əlifbadan istifadə etməlidirlər". İçdilər, dərdləşdilər, artıq
neyləyə bilərdilər ki, yazıqlar...".
Əhvalatın dalını Ənvərin dilindən eşitmişdim: "Faruq mənə
dedi ki, mən bu əlifbanın dəyişdirilməsini səhv hərəkət hesab
edirəm, bu Bağırovun işidir, ona məktub yazacam. Dedim
yazma, bu Bağırovun işi deyil, Stalindən gələn məsələdir.
Faruq qulaq asmadı, yazdı. Məktubu Bağırova çatan kimi tufan
qopdu. Bağırovun bir xasiyyəti vardı, bir kəs bir iş tutan kimi,
o saat deyirdi ki, bu tək sənin işin deyil, sənin dalında hansısa
bir qrup, bir təşkilat dayanıb və bu hazırlanmış bir təxribatdır.
Bəli, o saat zirək xəbərçilər Bağırova çatdırdılar ki, bəs Faruq
Rəsul Rzanın qohumudur və Rəsul da Yazıçılar İttifaqının sədri
olduğu üçün bu məsələni o təşkil edib".
Yadımdadır, atam da danışardı ki, bir gün Bağırov məni
çağırdı, gözündən, ağzından od tökülürdü, mən də hələ başa
düşmürdüm ki, niyə qəzəbə keçmişəm, çünki Faruqun
məktubundan xəbərim yoxdu, məsələ açılanda, deyəndə ki,
Faruqu sən öyrətmisən, sənin qohumundur, cavab verdim ki,
bəyəm siz öz qohumlarınızın hər bir hərəkəti üçün
281
cavabdehsiniz? Daha da özündən çıxdı: – "Mən bax bu əlimlə
öz qohumlarımı güllələmişəm" – dedi. Atamın dilindən bu
əhvalatı mən məhz bu cür eşitmişəm. Bu söhbətdə bəzi başqa
yazıçılar da iştirak edirmiş və bu yaxınlarda həmin əhvalatı
Mirzə İbrahimov da xatırladı.
"7 gün" (18 iyul, 1992) qəzetində dərc olunmuş
müsahibəsində Mirzə İbrahimov müxbirin sualına cavab
verərək deyir: "Rəsul Rza onun (Mir Cəfər Bağırovun – A.)
kəskin iradlarına qarşı çıxırdı, sualına iti cavablar verirdi. Bir
dəfə yığıncaqların birində Bağırovun Məmmədxanlı nəslinə
qarşı işlətdiyi ifadəyə görə Rəsul: "Sən get, öz bacının
(Qubada yaşayan bacısı həmişə ona qarşı çıxırdı, o isə bundan
qorxardı) cilovunu yığ" – dedi. Ancaq əksər şair və yazıçılar
tənqid olunanda sakit dururdular".
Mirzə müəllimin yaddaşına inansam və hörmət etsəm də,
məncə, bu xatirələrində mübaliğə var. Əvvəla, Azərbaycanda
gərək ki, Ordubadidən və Mirqasımovdan başqa heç kəs
Bağırova "sən" demirdi. Hətta Üzeyir bəy də ona "siz"
deyirmiş. Yaşca çox cavan olan atam da təbii ki, ona "sən"
deməzdi və belə kobud şəkildə ("Get öz bacının cilovunu yığ")
cavab qaytarmazdı... Ola bilməyən şeylə indi qürurlanmağın nə
mənası var? Doğrudur, bəzən elə şeylər oxuyursan ki, mat
qalırsan. Bağırovun nəinki özündən, hətta katibəsindən,
sürücüsündən də oddan qorxan kimi qorxanlardan birisi: "Sözü
şax deyirdim Bağırovun üzünə, qalırdı mal kimi baxa-baxa" –
deyəndə adamın gülməkdən başqa əlacı qalmır. İstəmirəm ki,
atamla Bağırovun münasibətlərində də belə ifratlara, hətta
xeyirxahlıqla olan ifratlara yol verilsin, amma bununla bərabər,
onu da ədalət naminə deməliyəm ki, bütün o dövrdəki
adamların şəhadətlərinə görə Bağırovla ən sərt, ən cəsarətli
danışan bir neçə adamdan biri Rəsul Rza idi və Bağırovun
qohumları haqqında qaytardığı cavab da olmuş hadisədir;
intəhası, belə kobud şəkildə olmamışdı bu sözlər. Hər nə isə bir
elə bu ötkəm cavab bəs idi ki, atamın necə deyərlər, kitabı
282
bağlansın. Onu dərhal Yazıçılar İttifaqının sədrliyindən
çıxardılar, adını hər yerdə qaralamağa başladılar. Özü də tək
onu yox, anamı, Ənvəri də qara siyahılara saldılar, əleyhinə
kampaniya məqalələr təşkil olundu. O vaxt Moskvada keçirilən
Azərbaycan ədəbiyyatı dekadasına gedənlərin siyahısından
nəinki atamın adını pozmuşdular, kitablarını çıxarmışdılar,
hətta onun adını belə hər yerdən silirdilər. Özü də bunu qəsdən
elə sadist şəkillərdə edirdilər ki, adam nəinki "yuxarıdakıların",
həm də onların aşağılardakı buyruq qullarının qəddarlığına
təəccüb edir. O vaxt "Azərnəşr"də işləyən bibim Surə
Məmmədxanlıya, məhz ona tapşırmışdılar ki, dekada
münasibətilə Moskvaya göndərilən bütün kitablardan Rəsul
Rzanın adını pozsun. Göz yaşları içində bu işdən imtina edən
bibimin nələr çəkdiyini təsəvvür etmək çətin deyil... Kamal
Abdullayevlə apardığı son söhbətində Ənvər də o günləri
xatırlayır: Bağırov onu (Faruqu – A.) tutdurmadı, halbuki,
tutdura bilərdi (səbəb, məncə, Bağırovun rəhmdilliyi deyil, 37-
ci il qırğınından sonra tutulma, sürgün və qətl planlarının
doldurulması və 39-cu ildə bu repressiyalar kampaniyasının
butün ölkədə dayandırılması idi – A.). Amma başladı ki, yox,
səni öyrədiblər, Yazıçılar İttifaqında öyrədiblər. Elə sənə Rəsul
Rzanın qohumluğu da çatır. Bütün Yazıçılar İttifaqını
darmadağın elədi. Bir-bir adamları çağırırdı. O vaxt mən o
adamların içində, düzdü, olmamışam. Səməd Vurğunu, Rəsul
Rzanı, başqalarını, hamısını... İçəri girən kimi də soruşarmış ki:
"Kakoy on poet?" (Yəni Faruq – A.) Məsələn, Səməd nə bilsin
ki, hadisədən xəbəri yoxdu. Deyib ki, "tovariş Baqirov,
rastuşiy, xoroşiy poet".
–"A... rastuşiy, xoroşiy poet??! Otur!". Bir nəfər, adını
demirəm kimdir, nə təhər olubsa, hiss eləyib ki, bu nə
məsələdi. İçəri girən kimi bundan da soruşub ki, rusca soruşub
yenə: "po tvoemu, kakoy poet Faruk?". O da deyib ki, "eto –
provokator, ne poet". Bağırov deyib: "Vot bolğşevik".
Ənvərin bu xatirəsinə mən ancaq onu əlavə edə bilərəm ki,
283
Faruqu provokator adlandıran adamı atamın yerinə Yazıçılar
İttifaqına sədr göndərdilər...
Ənvər Faruqla yaxın dost imişlər və danışırdı ki, bu
hadisələrdən sonra "Faruq hər gecə bizə gələrdi. O
İçərişəhərdəki evimə. Və bir nəfər də var, o da gələrdi və mən
də bilirdim ki, bu adam söz almağa gəlir.
Bu adam da hər dəfə məndən soruşardı: Ənvər, sən necə
baxırsan bu əlifba məsələsinə? Mən deyir bu adamın nə
yuvanın quşu olduğunu bilirdim, odur ki, buna ehtiyatla cavab
verməyə çalışırdım, amma mən ağzımı açmamış Faruq ortalığa
atılırdı ki, çox pis baxıram bu əlifbanın dəyişdirilməsinə, bu
böyük səhvdir, düz hərəkət deyil. Bu adam yenə məndən
soruşurdu ki, Ənvər, sən necə baxırsan, mən də yenə sözü
dəyişərək ehtiyatla cavab vermək istəyirdim, Faruq yenə
atılırdı ortalığa: mən çox pis baxıram – filan... Axırda bu
adamın hövsələsi çatmadı, qayıtdı Faruqa ki, əşi səni bilirik e,
sən bilirik ki, pis baxırsan, bu hamıya məlumdur, mən bu
kişinin fikrini bilmək istəyirəm ki, bu necə baxır". (1993-cü
ildə yazdığım bu yazıya düz on il sonra – 2003-cü ildə əlimə
keçmiş bir sənəddən bəzi faktları əlavə etmək istəyirəm. NKVD
arxivindən alınmış bu sənədlərlə məni tədqiqatçı-alim Solmaz
xanım Rüstəmova Tohidi tanış etmişdir. Solmaz xanıma dərin
təşəkkürümü bildirərək 1939-cu ilə aid olan və o vaxtın Daxili
İşlər Xalq Komissarı Yemelyanov və komisarlığın əməkdaşı
kapitan Qriqoryan tərəfindən imzalanmış sənəd Azərbaycan
ziyalılarının latından kirilə keçmək məsələsinə münasibətlərini
infarmatorların gizli danossları əsasında əks etdirir. Həyatım
ağrıyır yazımın bu qismi ilə birbaşa əlaqəsi olduğu üçün həmin
sənəddən üç sitat verirəm:
Yazıçı Məmmədxanlı deyirmiş: biz kiçik millətik və əlifba
vasitəsilə bizi ruslaşdırmaq istəyirlər.
Məlumat var ki, ikinci ordeni alandan sonra Moskvadan
qayıdan Səməd Vurğun və şair Rəsulov Rza (sənəddə belə
yazılıb – A.) yeni əlifbaya keçmənin əleyhinə kəskin şəkildə
284
danışırlarmış.
Şair Əfəndiyev Abdulla Faruq deyirmiş: Mən yeni əlifbaya
keçmənin əleyhinə çıxış etmək istəyirdim, amma Rəsul Rza
bunu məsləhət görmədi. İndi mən yalnız neytral tamaşaçı kimi
qalıram).
Çox illər sonra Ənvər bunu gülə-gülə danışardı, amma o
illər nəinki evinin içinə çuğul, "yonca" göndərir, hətta çöl
qapısının ağzında da güdükçülər qoyurmuşlar. – "Day lap
canım boğazıma yığılmışdı, bir gecə bir az dəm gəlmişdim,
gördüm yenə qapımın ağzında qaraltı hərlənir, kefliliyimə salıb
bunun ayağını elə basdaladım ki, çığırtısı ərşə qalxdı. O illər
NKVD məni də, Rəsulu da yaman hərləyirdi. Bir nəfər işçisi
vardı oranın, eşitdim ki, bir yerdə deyib, Rəsulla Ənvər çox
məğrurdurlar, çox lovğadırlar, eyb etməz, yaxın vaxtlarda
salarıq bura, padvallarımızda çox tez yumşalarlar".
Taleyin hansı qismətiylə onlar salamat çıxmışdılar? Hansı
təsadüflərin, Bağırovun hansı damarının sayəsində məhv
olmamışdılar, kim bilir? Axı atamın başında bu əlifba
məsələsindən başqa anamın, Nigar Rəfibəylinin – Gəncə
qubernatoru Xudadat bəyin qızı və Türkiyəyə qaçmış Kamilin
bacısı, doqquz dəfə sürgün olunmuş Rəfibəylilər nəslinin
nümayəndəsi Nigarın təhlükəsi də Domokl qılıncı kimi
asılmışdı.
Ənvərin başının üstündə asılmış Domokl qılıncı isə – atası
Qəffar idi. Müsavatın Göyçaydakı təmsilçilərindən olan, ömrü
boyu Şura hökumətinə düşmən kəsilmiş, neçə illər türmələrdə,
Sibir sürgünlərində olmuş və ömrünün son beş ilini gizlənmiş,
hökumət tərəfindən axtarılan qaçaq kimi yaşamış Qəffar əmi...
11 avqust 1991-ci il Buzovna bağındakı söhbətin (Arifə,
Həbibə, Anar) lent yazısından fraqmentlər:
ANAR. Atanızın tutulan günü yadınıza gəlir? Nə cür olub,
neçənci ildə?
HƏBİBƏ. 28-ci ildə.
ANAR. Göyçayda, Bakıda?
285
HƏBİBƏ. Göyçayda.
ARİFƏ. Mənim yadıma gəlmir. Həbibə, o qədər tutulmuşdu
ki, hansı yadındadı? Heç biz onu evdə görürdük ki?
HƏBİBƏ. Gəldilər, iki kişi idi. Bu da onlarla getdi. Mən də
başa düşmürdüm kimdirlər... Həyətdə oynayırdım, sonra evə
gəldim, gördüm yazıq cicim (anaları İmmi xala – A.) ağlayır.
ANAR. İlk dəfə onda tutulmuşdu?
HƏBİBƏ. Hə. Dörd il qaldı.
ANAR. Dörd il qaldı, sonra buraxdılar? Məhkəmə-zad oldu,
yoxsa elə-belə?
HƏBİBƏ. Vallah, məhkəmə olmuşdu deyəsən, çünki əvvəl
dedilər burda o Sentralnı türmə deyirdilər, indi şirniyyat
fabrikidi – nədi, Kömür meydanının yanında, bax orda türmə
vardı, ordaydılar. Bir il orda qaldı, sonra Rusiyaya, Sibirə
sürgün elədilər. Ordan göndərdiyi şəklini yaxınlarda tapdım,
şəklin dalında əski əlifbayla yazıb...
ARİFƏ. Qəşəng xətti vardı. Rusca da, əski əlifbayla da...
Yadında, Həbibə, xəz paltosu vardı. Özü də elə yaraşırdı ona
ki, axı çox qəşəng, yaraşıqlı kişi idi. Ucaboylu... Hə o xəz
paltosu. Deyirdi Sibirdə bu məni qurtardı... Sibirin
şaxtasından...
ANAR. Sibirdə neçə il olub?
ARİFƏ. Sibirdə üç il olub...
HƏBİBƏ. Talesiz adam idi də...
ARİFƏ. Eh Anar, yaxşısı budur, bizim keçmişimizi
tərpətmə. Mənə elə gəlir bizim ailə qədər zülm çəkən ailə
olmayıb.
ANAR. Deməli, Sibirdən 31-ci ildə gəldi, yaxşı bəs
haçandan sonra qeyri-leqal vəziyyətə keçdi, gizlənməyə
başladı?
HƏBİBƏ. 37-ci ildən sonra... Bir nəfər gəldi...
Mahmudbəyov. Dedi ki, NKVD-dən bir adam çıxıb, deyib ki,
məcbur oldum, protokola qol çəkmişəm, pokazanya vermişəm.
Qafar gedəcək, tutacaqlar Qafarı. Daha nə protokoldu, nə
286
pokazaniyadı, bilmirəm. Hər halda əmim bunu eşidən kimi
yığışdı getməyə. Elə evdən təzəcə getmişdi ki, qapımız
döyüldü, gəldilər ordan. Yadında deyil, Arifə?
ARİFƏ. Yox.
HƏBİBƏ. Çamadanını yığışdırmışdı, amma aparmağa
macal eləməmişdi, evdə qalmışdı, cijim çamadanın üstünə nə
isə atdı, yorğan idi, adyal idi, nə idi...
ARİFƏ. Ümumiyyətlə, çox qoçaq idi, hər şeyi hiss edirdi,
hamısından da vaxtında qaçırdı, aradan çıxırdı, heç cür onu ələ
gətirə bilmirdilər.
ANAR. Neçənci ildə rəhmətə gedib, 42-də?
HƏBİBƏ. Hə.
ANAR. Demək beş il gizlənib.
ARİFƏ. Hə. Beş il.
ANAR. Bəs sizi incitmirdilər, çağırıb soruşmurdular,
hardadır bu?
HƏBİBƏ. Eh, nə qədər...
ARİFƏ. Məni o qədər incidiblər ki, onun üstündə.
ANAR. Nə deyirdilər?
ARİFƏ. Ay Anar, sən Allah demə, qurban olum sənə,
ağlamaq tutur məni...
ANAR. Soruşurdular ki, hardadır?
ARİFƏ. Üçüncü kursda oxuyurdum onda... Gəldi bir nəfər,
dedi ki, NKVD-dən gəlmişəm, Kasparov, indi də yadımdadır
familiyası...
ANAR. Erməni idi?
ARİFƏ. Hə. Ki bəs mənim səninlə işim var, idarəmiz
Şaumyan küçəsindədir. İndi də ordan keçəndə o bina yadıma
düşür. Qoydu məni maşına apardı, dedi, amma bunu heç kəs
bilməməlidir, evdə heç anan da bilməməlidir, heç kəsə
deməməlisən bunu. Mən də nə başa düşürdüm, üçüncü kursda
oxuyurdum o vaxt. Getdim bununla, Kasparov – familiyası
yadımdadı, adı yadımda deyil köpək oğlunun, amma vidi bütün
yadımdadır – uzun kişi idi, arıq. O pilləkənləri Allah heç kəsə
287
göstərməsin, o binanın içi, orda...
ANAR. İndiki KQB-nin binasıdı?
ARİFƏ. Yox, yox. Bu, bilirsən hardadı, o qabaq Şaumyan
küçəsi vardı e, indi Azərbaycan prospektidir, dəniz tərəfə
gedəndə sağ tərəfdə... köhnə binadı... İndi də ordan keçəndə
ətim ürpəşir. Onun pilləkənlərini Allah heç kəsə göstərməsin,
dəmirdən bax belə tor çəkmişdilər, yadımdadır, enli pilləkənlər
idi...
HƏBİBƏ. Dustaqlar ordan özlərini atmasınlar deyə setka
çəkmişdilər.
ARİFƏ. Hə, girdik uzun, dar koridora, onunla, apardı, dedi
ki, bax bura mənim kabinetimdir, havaxt istəsən, gələ bilərsən.
Elə şirin dillə danışırdi ki, heç kobudluq eləmirdi. Soruşdu ki,
atan hardadır sənin? Dedim bilmirəm, atamla əlaqəmiz yoxdu.
Dedi, yox, ola bilməz, heç ola bilməz, siz atanızın yerini
bilmiyəsiniz? Dedim, bilmirəm. Bəs siz nə təhər dolanırsınız?
Dedim bizi qardaşımız dolandırır, onun himayəsindəyik,
atamızı heç, dedim uşaq vaxtımızdan görməmişik, həmişə
qaçaq olub. Yox, dedi, sən bizə atanızın yerini deməlisən, sən
bizə kömək eləməlisən bu barədə. Biz səni yaxşı işə də
düzəldərik, bilirik vəziyyətiniz ağırdır. Müharibə vaxtı idi də...
Hə, deyirdi, müharibə vaxtıdı, ailə vəziyyətiniz ağırdır,
qardaşların da cəbhədədir, anan işləmir, biz sizə şərait
yaradacayıq, səni işə düzəldərik. Dedim, yox, mən hələ
oxuyuram. Eybi yoxdur, dedi, dərsdən sonra gələrsən gündə iki
saat, çox yox, iki saat, iş verəcəyik, işləyəcəksən, yaxşı pul
verəcəyik, maaş verəcəyik, bu maaşla bütün ailəniz dolana
bilər. Hə, get fikirləş, səhər yenə gələrsən. Get, yaxşı fikirləş,
sənə çox yaxşı kömək edəcəyik...
HƏBİBƏ. Oy, o günlər getsin, gəlməsin. Bunu bir saat o
erməni danışdırırdı, mən də o binanın yanında dolanırdım, ay
Allah, çıxacaq, çıxmayacaq, bunu saxlasalar, mən gedib cijimə
nə deyim, deyim ki, qızı saxladılar? Dəhşətli illər idi.
ARİFƏ. Məni də qorxudurdular ki, bax məbadə evdə
288
deyəsən.
HƏBİBƏ. Bilirdilər ki, qorxaqsan, ona görə qorxudurdular
(gülüş). Məni bir dəfə çağırdı, Quran haqqı, mənə də həmin
şeyləri dedi, nə bilim, belə savadlı adamlara ehtiyacımız var,
filan-peşməkan.
ARİFƏ. Həbibə, heç qorxub eləmirdim onda. İndi danışıram
belə hala düşürəm, yoxsa o vaxt qorxub eləmirdim.
ANAR. Səndən də atanın yerini soruşurdu?
HƏBİBƏ. Əlbəttə. Filandı, peşməkandı, atanın yerini
bilməmiş deyilsən.
ANAR. Həmin adam idi səni də dindirən?
HƏBİBƏ. Yox, başqası idi.
ANAR. O da erməni idi?
HƏBİBƏ. Yox, rus idi.
ARİFƏ. O Kasparov indi də gözümün qabağındadı mənim.
Uzun kişi idi, arıq. Bir də o dəmir pilləkənlər yadımdadır.
Dəmirdən setka çəkmişdilər. Dar, qaranlıq koridorlar idi.
ANAR. Həbibə, yaxşı, sən nə dedin?
HƏBİBƏ. Gördüm çox darıxıram, axı mən çox danışa
bilmirəm, mübahisə eləyə bilmirəm. Axırda qayıtdım ki,
demirəm. Atamın yerini demirəm. Dedi mənə ki, o sözü bir də
de. Dedim deyirəm: demirəm. Deyirəm ki, bilmirəm, elə hey
deyirsiz ki, bilməmiş deyilsən, filan. Deyirəm axı bilmirəm.
ANAR. Dedin demirəm, sonra nə oldu?
HƏBİBƏ. Heç nə, dedi: çıx get... Ona görə dua eləyirdim,
ay Allah, qoy Arifəni yox, məni çağırsınlar. Çünki bu əsirdi o
saat, bir hala düşürdü, gəl görəsən.
ARİFƏ. Yox əşi, heç eynimə deyildi...
HƏBİBƏ. Müsibətli günlər keçirmişik, çox fikirləşəndə
deyirəm, yazıq cijim, nə bədbəxt adam idi...
ANAR. Bir yandan baxanda da gör nə qədər aciz idarədir ki,
izinə düşüb tapa bilmirdilər, sizin yaxanızdan yapışırdılar...
ARİFƏ. Hə də. Axmaqlığa bax ki, yapışıblar qızından ki,
atanın yerini de, tutaq onu basaq dama, ya öldürək. Heç qız
289
atasının yerini deyər? Lap bilsə də... Özü də azərbaycanlı
olsun. Atamın yerini doğrudan da bilmirdim, amma bilsəydim
də heç deyərdim? Öldürsələr də deməzdim.
ANAR. Demək yerini siz də bilmirdiniz?
HƏBİBƏ. Əlbəttə yox, yerini tez-tez dəyişirdi, on gündən,
bir həftədən çox bir yerdə qalmırdı...
ANAR. Bəs heç görüşmürdüz?
HƏBİBƏ. Xəbər göndərirdi qabaqcadan, gedirdik filan
saatda, filan poyezdin vaxtında vağzala. Qatardan düşürdü,
orda görüşürdük bir saat, elə həmin qatara da minib gedirdi,
bax bizim görüşməyimiz bu olurdu.
ANAR. Bəs nə cür xəbər eləyirdi sizə ki, gələsiz?
ARİFƏ. Vallah, bax o yadımda deyil.
HƏBİBƏ. Dostlarının vasitəsilə...
ARİFƏ. Hə. Düzdü, dostları. O vaxt telefon yox, teleqraf
vura bilməzdi, amma deyirdi, məsələn, bu gecə saat on ikidə
filan qatar çatır Bakıya, demək gəlir. Gedirdik orda
görüşürdük. Risk eləyirdi də əmim o vaxt. Yadımdadı,
vağzalda görüşəndə yazıq cijim deyirdi ki, indi gəlib səni
tutarlar, axı axtarırlar səni, deyirdi heç nə olmaz. Qorxmurdu,
heç nədən qorxmurdu... Hə, biznən görüşürdü orda, bir az o
yandan-bu yandan danışırdıq, yenə poyezdə minirdi, çıxıb
gedirdi.
ANAR. Nə əcəb izinə düşə bilməyiblər?
ARİFƏ. Nə təhərdisə, elə bil tilsimli idi. Yaxşı dostları
vardı. O dostu vardı e, Həbibə... Ağahəsən.
HƏBİBƏ. Yaman dost idilər.
ARİFƏ. Basqallıydı da o?
HƏBİBƏ. Hə. Ağacına söykənə-söykənə gələrdi bizi
yoxlamağa, nə var, nə yox,... necəsiz, necə dolanırsız... Hər
dəfə də deyirdi ki, mən Qəffardan sonra yaşaya bilməyəcəm.
Doğrudan da, əmimin ölümündən bir il keçmədi, yazıq kişi də
öldü. Yaman fikir eləyirdi.
ARİFƏ. Arvadı da çox qoçaq idi. Onlar saxlayırdı əmimi...
290
Mustafa Sübhidə olurdular. Bakıya gələndə əmim bəzən
onlarda qalırdı, çox yox, bir saat, iki saat o evdə qalırdı,
gecədən də ordan gedirdi. Əsasən, Gürcüstanda, Tiflisdə
gizlənirdi. Burda dostları vardı, amma Gürcüstanda daha çox
dostu vardı, özü də belə çox mərd, qoçaq dostları vardı.
ANAR. Azərbaycanlılar idi də Gürcüstanda?
ARİFƏ. Hə. Tiflisin özündə də yox, əsasən, şəhərdən
kənarlarda gizlənirmiş. Amma o vaxtdan ki, iyirminci illərdən
onu tutmağa, təqib etməyə başladılar, mənim həmişə o söhbəti
yadımdadır ki, deyərdi cijimə, mən burda qalmayacam.
Mənimki bu hökumətlə tutmaz, narazıyam bu hökumətdən, çox
narazıyam, cijimə deyirdi, gəl çıxaq gedək Tiflisə, ordan da
keçək Türkiyəyə, mənim yaxın dostlarım var, mənə deyirlər ki,
havaxt gətirirsən gətir ailəni, bir həftənin içində səni keçirdərik
ailənlə Türkiyəyə. Bax o da onun ürəyində qaldı yazığın. Cijim
deyirdi ki, mən dünyasında getmərəm, getsəm mən ancaq
Bakıya köçərəm Göyçaydan, çünki mənim bacım, qardaşım
Bakıdadılar.
ANAR. Bakıya haçan köçdünüz?
ARİFƏ. Otuz birdə.
ANAR. Ənvər əvvəldən gəlmişdi də...
ARİFƏ. Hə, o çoxdan, on üç yaşından evdən çıxmışdı...
ANAR. Nəyə görə təqib edirdilər axı Qəffar əmini,
Müsavatın üzvü olduğuna görə?
ARİFƏ. Ancaq ona görə. Müsavat partiyasının üzvü idi.
ANAR. Abbas Zamanov deyirmiş ki, Müsavatın Göyçayda
lideri olub...
ARİFƏ. Yox lider–filan olmayıb, amma Müsavat
partiyasının üzvü olub. Həm də müsavat vaxtı Göyçayın
pristavı olub. Deyəsən, Göyçayın, Ucarın.
HƏBİBƏ. Bizim Göyçayda evimiz belə idi, bir otağın qapısı
ümumi yoldan deyildi, qonaq otağının. Bax o otağa yığılardılar
Göyçaydakı müsavatçılar, nəsə orda söhbətləri olardı.
ANAR. Sovet vaxtı?
291
ARİFƏ. Hə. Nə söhbət eləyirdilər, bizim xəbərimiz olmurdu.
HƏBİBƏ. Şura vaxtı əmimlə bərabər Göyçayda bir neçə
adam da tutuldu, müsavatçılar, yadında?
ARİFƏ. Hə.
HƏBİBƏ. O vaxt bizim evdə yığışanda heç kəsi
buraxmazdılar. Amma yadıma gəlir, əmim deyirdi, yaxşı ki,
Məmməd Əminin əlyazmasını qurtarıb saxlaya bildim. Hansısa
əlyazmasını gizlədib keçirdibmiş.
ANAR. Bəlkə, söhbət "Əsrimizin Səyavuşundan" gedir?
Axı Məmməd Əmin bu əsərini Lahıcda yazıb – Göyçaya yaxın
bir yerdə...
HƏBİBƏ. Bilmirəm, bu barədə heç nə deyə bilmərəm,
amma o sözü yaxşı yadımdadır, deyərdi ki, Məmməd Əminin
əlyazmasını qurtarıb saxlaya bildim...
ARİFƏ. Yaxşı mütaliəsi vardı əmimin, rusca, farsca
bilirdi...Tolstoyu çox sevirdi...
HƏBİBƏ. Mənə həmişə deyirdi ki, sistemlə oxumursan.
Mütaliən düz deyil. Mən Tolstoyun "Voskresenye"sini
oxumuşdum, xoşuma gəlməmişdi. Dedim ki, çox axmaq şeydi,
acığım gəldi. Dedi ki, bu kitabı nahaq oxumusan, o hələ sənin
yaşına uyğun deyil. Amma hər halda oxumusansa, gərək bir
nəticə çıxardaydın.
ANAR. O cür həyatla – siyasət, qaçqınlıq, gizlənmək-filan,
hələ ədəbiyyata meyli, marağı da vardı?
ARİFƏ. "Ovod"u qatarda oxumuşdu, deyirdi özümü güclə
saxladım. Deyirdi qatarda neçə sutka yol gedirdim, hara
gedirmiş bilmirəm, "Ovod"u oxudum, o qədər mənə təsir elədi
ki. Günü qatarlarda keçirdi də.
HƏBİBƏ. Bir dəfə mən ona dedim ki, bəsdir də, gəl, qayıt
nə qədər orda-burda yaşayacaqsan? Yazıq dedi ki, mənim
ömrüm çarxların üstündə keçdi...
ANAR. Neçə yaşında rəhmətə gedib?
HƏBİBƏ. Əlli dörd idi də...
ANAR. Demək "Müsavat"da lap cavan vaxtlarında olub da...
292
ARİFƏ. Hə, lap cavan vaxtı idi. Deyirəm də, biz də uşaq
idik o vaxtlar, onu təqib edirdilər.
HƏBİBƏ. Həyatı olmadı yazığın...
ARİFƏ. Bir dəfə cijimə qayıtdı ki, qırx bir yaşım var
mənim, bütün qardaşlarım qırx bir yaşında ölüblər. Üç qardaşı
qırx bir yaşında ölüb. Bütün vəsiyyətini elədi ki, bəs mənim də
vaxtım çatıb.
HƏBİBƏ. Bax ən böyük qardaşları Mahmud əmimiz 41
yaşında ölüb, xərçəngdən.
ANAR. O Şura hökumətindən əvvəl ölüb də?..
HƏBİBƏ. Hə. Ədil əmimiz vərəmdən ölüb... O da qırx bir
yaşında, Şura hökumətindən əvvəl, İbrahim əmimiz də
sətəlcəmdən, 15-ci ildə. Uçü də qırx iki yaşına keçəndə...
İbrahimi, sənin babanı yaman çox istəyirdi. Kiçik qardaşı
Hidayət əmimlə tamamilə əks xasiyyətdə adamlar idilər.
ARİFƏ. Hidayət əmi, nə təhər deyərlər, belə kefcil,
zarafatcıl, yumşaq, bir az da qorxaq. Amma bu onun tamam
əksinə, elə bil heç qardaş deyildilər. Amma Hidayət əmim də
ondan çəkinirdi, yadında, Həbibə, içəri girən kimi özünü
yığışdırırdı.
HƏBİBƏ. Bir dəfə Hidayət əmimə dedi ki, Allah İbrahimi
aldı mənim əlimdən, səni saxladı. Cijim dedi ki, niyə elə
deyirsən, dedi bəs, İbrahimlə mənim başqa cür dostluğum
vardı. Mən, – dedi, – bəlkə ayrı bir yola düşərdim İbrahim
olmasaydı. Bir dəfə deyir, kazinoda idim, qumar oynayırdım,
oturmuşdum, cavan vaxtlarımda, hələ evlənməmişdim, birdən
deyir qapı açıldı, İbrahim içəri girdi, əlində də onun həmişə
əsası olurdu, deyir heç nə demədi, gəldi o əsayla mənim
kürəyimdən vurdu.
ANAR. Yaş fərqləri çox idi bunların?
HƏBİBƏ. Vallah, onu deyə bilmərəm.
(Özüm öz sualıma cavab verirəm: Babam İbrahim 15-ci ildə
41 yaşında ölübsə, Qəffar əmi də 42-ci ildə 54 yaşında vəfat
edibsə, deməli, aralarında 14 yaş fərq varmış).
293
HƏBİBƏ. Hə, deyir İbrahim vurdu məni, çıxdı getdi evə.
Mən də gəldim evə, üzümə baxmadı, Məryəm deyir nə qədər
elədi ki, Qəffar gəlib-filan, guya heç eşitmir. Bir-iki gün
danışmadı mənimlə... Kazinonu o atan oldum. İbrahimin bu
hərəkəti olmasaydı, bəlkə mən də Hidayət kimi içkiyə
qurşanardım.
ARİFƏ. Qardaşlarının içində hamısından çox İbrahimi
istəyirdi. (Beş qardaş olublar – A.).
ANAR. İmmi xalayla harda tanış olublar. İbrahim babamla
Məryəm nənəm evlənəndən sonra, hə?
HƏBİBƏ. Hə, onlar evlənəndən sonra. Xalam yazığa
həmişə deyərdim ki, özün getdin, gördün Məmmədxanlılar
yaxşıdı, bacıvı da gətirdin.
ARİFƏ. Xalam yazıq da gülərdi, ay o Məmmədxanı görüm
belə-belə olsun – deyərdi... (gülüş).
HƏBİBƏ. Cijimi də atası Molla Hüseyn vermirmiş ki, onlar
babıdı, rus məktəbində oxuyublar...
ANAR. Bəs bir qızını verib, sonra...
HƏBİBƏ. Yəqin bir qızını verib, peşiman olub... Odur ki,
xoşum gəlmir o kişidən.
ANAR. Baban deyil, balam? Məmmədxan ulu babandır, ona
güldən ağır söz deyəndə, aləmi dağıdırsan, bu doğmaca
babanın qarasınca danışırsan? (gülüş).
HƏBİBƏ. Cijimə qarğış eləyib ki, cijim qoşulub qaçıb... Bu
işdə xalam da iştirak eləyib əməlli-başlı... Atası da qarğış
eləyib cijimə, yazığı elə onun qarğışı tutdu, ömrü boyu əziyyət
çəkdi...
ANAR. Qəffar əminin sizinlə rəftarı deyirsən yumşaq,
mülayim idi?
HƏBİBƏ. Həm zəhmli idi, həm mülayim. Sözü adama
deyəndə məsləhətlə deyərdi. Mən o vaxt rolikovı konki sürürdüm.
Hə, yox onu demirəm, kupalniyə gedirdim, çimməyə.
ARİFƏ. Sənə nə var, oğlan kimi şeydin...
HƏBİBƏ. Cijim də razı deyildi. Bir dəfə gördüm gecə xısın-
294
xısın deyir ki, atasan, denən ona, getməsin. Gedir deyir,
yüksəkdən tullanır. Yazıq ondan qorxurmuş e... Səhər mənim
canıma vəlvələ düşdü ki, indi mənə görüm nə deyəcək.
Gördüm deyir, – yazıq mənə ceyran qızım deyirdi, – deyir,
ceyran qızım, səninlə söhbətim var. Oturdum. Dedi, deyirlər
kupalniyə gedirsən, çimməyə, dedim: – hə. Dedi: – oranın suyu
elə çirklidir ki, bəlkə getməyəsən. Atanın əmri idi də bu: bəlkə
getməyəsən... Heç bundan sonra gedə bilərdim?
ARİFƏ. Hamımız ondan çəkinirdik, hamımız.
HƏBİBƏ: Pirşağıda bağ götürmüşdük, onda Nigarla Rəsul
nişanlı idilər, Nigar da anası Cavahir xalayla o bağda qalırdı.
Surəylə Nigar sarafanda gəzirdilər. Bir də görürdün xəbər gəldi
ki, Qəffar əmi gəlir, əllərinə keçəni çiyinlərinə salardılar.
ARİFƏ. Nigar o saat çiyinlərini örtərdi, oy, deyirdi,
qorxuram ondan.
ANAR. Atamgilin toyunda vardı?
HƏBİBƏ. Var idi, əlbəttə. Ondan bir az sonra tutatut
başladı, o da qaçıb gizləndi. Amma toyda çox sevinirdi. Əhməd
Cavadla bir qucaqlaşırdılar ki...
ANAR. İki əski müsavatçı...
HƏBİBƏ. İndi istəməsin, Rəsulu yaman çox istəyirdi... Heç
yadımdan çıxmaz... gecə mən gec yatırdım, qulaq asırdım
bunların söhbətinə. Otuz birinci ildə sürgündən gələndə
soruşdu: nə var, nə yox. Cijim dedi ki, bəs Rəsul nişanlanıb.
Yox əşi, kimnən nişanlanıb? Cijim dedi, Xudadat bəyin qızıyla,
Gəncəli Xudadat bəyin. Dedi: Afərin Rəsul, halal olsun.
ANAR. Tanıyırmış Xudadat bəyi?
ARİFƏ. Bilmirəm, tanış idi, tanış deyildi Xudadat bəylə,
amma tanıyırdı onu...
HƏBİBƏ. Nə isə... Yazığın başı çox bəlalar çəkdi...
Ölümünü də Ənvər yəqin danışıb sənə...
ANAR. Danışmışdı. O vaxt yazmadım, indi yanıb tökülürəm,
çünki çox maraqlı detalları vardı, gedib Tiflisdə onu
basdırmağından danışmışdı mənə... Yanıram ki, o vaxt
295
yazmamışam.
ARİFƏ. Əşi, Allah yandırmasın.
HƏBİBƏ. Çox fərli, ürəkaçan söhbətlərdir ki...
ANAR. Tiflisdə basdırıblar da?
ARİFƏ. Hə, Mirzə Fətəlinin yanında.
ANAR. Mirzə Şəfi, Fətəli xan Xoyski, Həsən bəy Ağayevi
də orda basdırıblarmış, indi yerləri qalmayıb.
HƏBİBƏ. Hə, bir Mirzə Fətəlidən başqa hamısını
düzləyiblər.
ANAR. Həbibə, ağır olsa da, danış onun ölümüylə bağlı
məsələləri.
HƏBİBƏ. Dostu gəlmişdi, bir nəfəri görmək istəyir
ailəsindən. Kim getsin, kim getsin, diribaş mən idim guya.
Muzeydə işləyirdim, muzeyin müdiri Kazım Kazımzadədən
icazə aldım, propusk da düzəltdim Tiflisə, müharibə vaxtıydı,
Tiflisə getmək üçün propusk lazım idi. Ənvər dedi ki, bileti
mən alaram. Səhərisi gün bileti Ənvərdən götürüb Tiflisə
gedəcəydim həmin o dostuyla. Gecə yuxusunu gördüm, Arifə,
heç yadımdan çıxmaz, uzun bir koridordu, guya üzbəüz gəlirik
atamla, birdən bir palçıq dalğası belə gəldi, çirk, lilli bir dalğa,
kişini bax belə aldı, getdi. Oyandım, dedim Allah xeyirliyə
calasın, bu nə yuxu idi belə? Saat onda getdim Ənvərgilə,
dedim Ənvər, bilet aldın? Dedi: – Yox, almadım. Özü də belə
çox əsəbi dedi: almadım, sən getmə, özüm gedəcəm. Dedim: –
ölüb? Qayıtdı mənə ki, nə bildin, kim dedi sənə? Dedim: – heç
kəs deməyib, yuxusunu görmüşəm. Nə isə... Ənvər getdi
Tiflisə, ordan da o kəndə, amma Ənvər ora çatana qədər
basdırıblarmış xristian qəbiristanlığında. Gecəykən maşın tutub
o qəbiristanlıqdan onu çıxardıb, Mirzə Fətəlinin yanında,
müsəlman qəbiristanlığında basdırıb. Ənvər bura qayıdan kimi,
səhəri onu çağırdılar NKVD–yə. Xəbər tutmuşdular. Yaxşı ki,
məsələ gəlib çıxıb Teymur Yaqubova. Yaqubov da Ənvəri
tanıyırmış. Mir Cabbar vardı, Ənvərin çox yaxın dostu,
Teymur Yaqubovun əmisi oğluydu, Yaqubov da Ənvərə deyib
296
ki, "Mir Cabbar sənin haqqında mənə o qədər danışıb ki...
Anan namaz üstəymiş – deyib Teymur Yaqubov, – məlumat
birbaşa mənə gəldi. Kanselyaridən keçməyib. Yoxsa sənin
vəziyyətin yaxşı olmayacaqdı".
Maqnitofonumun düyməsini basıram, lent yazısından bir
müddət ayrılıram və yenidən Ənvər haqqında düşünürəm.
Atasıyla bağlı məsələlər ömrü boyu Ənvərin üstünə kölgə
salıb, hər yerdə layiqli qiymətini almasına mane olub. Məsələn,
tutalım onun dram əsərinin tamaşasına mükafat verirdilər,
aktyorlar, rejissor, rəssam mükafat alırdı, Ənvər almırdı. Uzun
müddət, 60-cı illərə qədər xarici ölkələrə turist kimi belə
buraxmırdılar.
Ənvər çox məğrur, qorxmaz, cəsur adam idi. Bəzən cəsurluq
üzdə olur, ifrat çılğınlıq, cırtqozluq kimi meydana çıxır. Bir də
olur əsl cəsurluq, daxili cəsurluq və belə həqiqi cəsurluq yalnız
hərəkətlərdə bəlli olur. Ənvərin həyatında belə mərd, kişi
hərəkətləri çox olub. Elə hökumətdən qaçıb gizlənən,
hökumətə asi olmuş atasını gedib basdırması – belə bir hərəkət
deyildimi? Bu hərəkətin bütün nəticələrini nəzərə alaraq o vaxt
məhz belə etməsi zarafat deyil. Əlbəttə, indi bu hərəkət bizə
təbii gəlir, hətta təəccüblənə bilərik, necə ola bilər ki, oğul
atasını basdırmasın? Amma o dövrdə ki, oğul atadan imtina
edirdi, ata oğuldan imtina edirdi, qardaş qardaşdan imtina
edirdi, Ənvərin bu davranışı qeyrətli bir oğulun, əsl kişi
xasiyyətli adamın təhlükəli və riskli addımı idi.
Dostları ilə paylaş: |