Yeni iqtisadi siyasata keçilmasi. Partiyadaxili mübarizanin baúlanması. 1921-ci il mar- tın 8-də Moskvada RK(b)P-nin X qurultayı işə başladı. Qurultayın gündəliyinə iki mühüm məsələ - birincisi, SSRİ-də siyasi həyatı hələ uzun müddət müəyyən edən partiyadaxili fraksiyaların qadağan olunması, ikincisi, üç il müddətində kəndlilər üzərində ağır yük olan
ərzaq sapalağının ərzaq vergisi ilə əvəz edilməsi haqqında məsələlər daxil edilmişdir. Qurul- tay hər iki əsas məsələ haqqında tez-tələsik qərar qəbul etdi.
6rzaq sapalağının ərzaq vergisilə əvəz edilməsi yeni iqtisadi siyasətə keçilməsi demək idi ki, bu da 1921-ci ildə ÜRMİK-nin 21 mart dekreti və 1921-ci ilin dekabrında IX Ümumrusiya Sovetlər qurultayının qərarı ilə təsdiq olundu. Yeni iqtisadi siyasət bütöv bir iqtisadi və sosial- siyasi tədbirlər sistemi idi. Bu, dövlətin hərbi kommunizm siyasəti prinsipindən geri addım ataraq xüsusi sahibkarlığı dirçəltməsi, azad daxili bazarın yaradılması və kəndlilərin bir çox
tələblərinin yerinə yetirilməsi demək idi. Kənd təsərrüfatında yeni iqtisadi siyasətin həyata keçirilməsi ərzaq sapalağının ərzaq vergisi ilə əvəz edilməsilə başladı. 6rzaq vergisi əkin kampaniyasının əvvəlində müəyyən edilərək il ərzində dəyişdirilə bilməzdi və sapalağa nisbətən iki dəfə az nəzərdə tutulurdu. Onun əsas ağırlığı varlı təsərrüfatların üzərinə düşürdü. Kəndlilər ərzaq vergisin ödədikdən sonra artıq qalan məhsulu bazarda sata bilərdilər. Beləliklə, dövlət bu andan etibarən özünü bütün taxıl məhsulu istehsalının deyil, onun vergi şəklində alınan müəyyən bir hissəsinin mülkiyyətçisi elan etdi. Torpaqların icarəyə veril- məsinə və burada muzdlu əməyin tətbiqinə müəyyən şərtlərlə icazə verilirdi. Zorla kommuna yaradılmasına son qoyuldu ki, bu da kənddə xüsusi, xırda təsərrüfatların möhkəmlənməsinə səbəb oldu. Təktəsərrüfatlı kəndlilər kənd təsərrüfatı məhsulunun 98,5 faizini verirdilər.
Kənddə özünün təsir dairəsini qoruyub saxlamağa çalışan dövlət kooperasiyasının təchizat, istehlak, kredit və s. formalarından istifadə edirdi. Şəhər yarmarkaları və ticarət bir- jaları təşkil edilirdi ki, burada da kəndlilər məhsullarını özlərinə lazım olan sənaye malları ilə dəyişdirə bilərdilər. Bu şəhərlə kənd arasında normal mal mübadiləsinin yaranmasına şərait yaratdı.
Aqrar siyasətin həyata keçirilməsində RSFSR-in Torpaq kodeksinin hazırlanması və qə- bul edilməsi mühüm rol oynadı. Burada «fəhlə-kəndli dövləti»nin mülkiyyəti elan olunan tor- paq üzərində xüsusi mülkiyyətin həmişəlik olaraq ləğv olunması təsdiq olunur, torpaqdan istifadənin həyət, xutor, icma, artel formalarının azad seçilməsində ayrı-ayrı kənd və qəsə- bələrin qərarları əsas hesab olunurdu. Kodeksə görə torpaq cəmiyyətlərinin faktiki istifadə- sində olan torpaq payı onlara təhkim olunurdu. Torpaqların yenidən bölünməsinə yalnız üçqat
əkin dövründən sonra, yəni 9 ildən bir icazə verilirdi. Kodeksə görə torpaqların icarəyə verilməsinə o şərtlərlə icazə verilirdi ki, bu əmək icarəsi olsun, yəni icarədar yalnız öz təsərrüfatının gücü daxilində torpaq sahəsi icarəyə götürə bilərdi. Beləliklə, məqsəd torpağın alqı-satqısının qarşısını almaq və icarəyə verilən torpaqlardan gələn bütün gəlirlərə nəzarət etmək idi. Torpaq kodeksində kəndli təsərrüfatlarında əmək norması və əmək müdafiəsi qanunlarına riayət etməklə köməkçi muzdlu əməyin tətbiqinə icazə verilirdi. Kənddə əvvəllər mövcud olan ərzaq, ümumvətəndaş, həyət başına pul və at-araba vergiləri ləğv olunur, yeganə kənd təsərrüfatı vergisi tətbiq olunurdu. Bu vergi ilə az əmlak sahibi olan kəndlilərə və qırmızıqvardiyaçı ailələrə güzəştlər nəzərdə tutulurdu. Atı olmayan və az əmlak sahibi olan kəndlilərin 20 faizi tamamilə vergidən azad olunurdu.
Torpağın milliləşdirilməsi və kənd təsərrüfatı məhsullarının satışından əldə edilən gəlir hesabına yoxsul kəndlilərin sayı azalmağa, ortabablar isə artmağa başladı. Beləliklə, hərbi kommunizm dövründə sayları artan yoxsul kəndlilər yeni iqtisadi siyasət dövründə azalmağa başladılar. 1924-cü ilin əvvəllərində aclıq və onun ağır nəticələrinə baxmayaraq yoxsul kənd- lilərin ümumi çəkisi muzdurlarla birlikdə kənd əhalisinin üçdəbir hissəsinə qədər aşağı düş- müşdür. 1920-ci ilin ortalarına doğru ortabab kəndlilər kəndin mərkəzi simasına çevrildilər. Ortabablar kəndli təsərrüfatlarının 60 faizindən çoxunu təşkil edirdi ki, bu da inqilabdan
əvvəlki dövrlə müqayisədə üç dəfə çox idi. Kənddəki vergi siyasəti sinfi xarakter daşıyırdı. Kəskin surətdə artan kənd təsərrüfatı vergisinin əsas ağırlığı ortababların və varlı kəndlilərin üzərinə düşürdü. 1923-cü ildə iri təsərrüfatlardan alınan vergi onların gəlirinin 35-40 faizini təşkil edirdi. Yeni iqtisadi siyasət kənddə məhsul istehsalının atrmasına səbəb oldu. 1925-ci ildə bərpa edilmiş əkin sahələrindən müharibədən əvvəlki Rusiyadakı orta göstəricidən 20,7 faiz çox taxıl toplandı. Sənayenin kənd təsərrüfatı xammalı ilə təchiz olunması yaxşılaşdı.
Yeni iqtisadi siyasət əvvəl kənd təsərrüfatında həyata keçirildi, sonra isə sənaye və ticarətə tətbiq edildi. 6rzaq sapalağını ərzaq vergisi ilə əvəz edilməsi bazarın sənaye malları ilə təmin edilməsini tələb edirdi. Qərbdən böyük həcmdə kredit ala bilməyən Sovet dövlətinin xaricdən mal idxal etmək ümidi boşa çıxdı. Dövlətin isə mal ehtiyatı yox idi. Bu hakimiyyəti adi ticarət qaydası ilə mal mübadiləsi təşkil etməyə məcbur etdi. Xırda müəssisələrin milliləş- dirilməsi dayandırıldı, xüsusi mülkiyyət və icarə əsasında belə müəssisələrin yaradılmasına icazə verildi. 20-ci illərin ortalarında belə müəssisələr sənaye məhsulunun 27 faizini istehsal edirdi.
Sovet hakimiyyəti xarici iş adamlarına müəssisələri icarəyə götürmək və konsessiya təşkil etmək hüququ verdi. Xüsusi kapitalla yanaşı, dövlətin də iştirak edə biləcəyi qarışıq cə- miyyətlərin təsis edilməsi də nəzərdə tutulurdu. Lakin Rusiyanın əvvəlki borclarını ödəmək- dən imtina edən bolşevik hakimiyyətinə xarici kapitalın güvənmədiyinə görə konsessiyalar geniş miqyas almadı. 20-ci illərin ortalarında sənaye məhsulunun yalnız 1,5 faizi konses- siyalara məxsus idi.
Böyük kapital qoyuluşu tələb etməyən ticarətdə xüsusi bölmə daha sürətlə inkişaf etdi. Qısa müddət ərzində çoxlu maqazin, restoran, kafe açıldı, rəflər müxtəlif çeşidli mallarla doldu. Qısa zamanda varlanan aşağı mədəni səviyyəli yeni mülkiyyətçilər olan «nepmanlar» 1923-cü ildə pərakəndə ticarətin 75, topdansatış ticarətin isə 18 faizinə nəzarət edirdilər.
Dövlət müəssisələri də yeni şəraitlə üzləşdilər. Son dərəcə ağır iqtisadi vəziyyət dövlətə imkan vermirdi ki, milliləşdirilən müəssisələri xammal və yanacaqla təmin etsin. Odur ki, onların təsərrüfat hesabına keçirilməsi haqqında qərar qəbul olundu. Özünütəmin, özünüma- liyyələşdirmə və özünüidarə onun əsas prinsipi oldu. 1921-ci ilin yayında təsərrüfat hesablı trestlər meydana gəldi. Bir neçə müəssisəni birləşdirən trestlər banklarda hesabı olan hüquqi şəxs kimi qeydə alınırdı. Dövlətin maliyyə vəsaitindən istifadə etməyən trestlər qanunla müəyyən olunmuş vergi və ödənişi ödədikdən sonra öz gəlirlərinin qalan hissəsinin bir qismini işçilərin əmək haqqı kimi sərf edir, yerdə qalan hissə isə istehsalın inkişafına və başqa işlərə sərf edilə bilərdi. Trestlər könüllü surətdə alış və satışla məşğul olan sindikatlarda birləşə bilərdilər. Artıq 1922-ci ilin sonuna doğru bütün sənaye müəssisələrinin 90 faizi 421 trestdə birləşmişdir. Praktik olaraq dövlət AXTŞ-nin timsalında müəssisələrin idarə edilməsi və trestlərin təsərrüfat müstəqilliyinin məhdudlaşdırılmasında mühüm rol oynayırdı.
Yeni iqtisadi siyasətə keçilməsi ilə əlaqədar olaraq müəssisələrin işçi qüvvəsi ilə kom- plektləşdirilməsi sistemi dəyişdirildi. 6mək səfərbərliyi yerinə azad işçi qüvvələrinin olduğu
əmək birjaları yaradıldı. 6mək haqqını bərabər səviyyədə ödənilməsi qaydası ləğv edildi. İşçilər öz ixtisasına və istehsal etdiyi məhsulun keyfiyyətinə görə əmək haqqı almağa başladılar. 1922-ci ildə kart sistemi ləğv edildi. Yeni iqtisadi siyasətin bütün çətinlik və ziddiyyətlərinə baxmayaraq sənayedə tezliklə müsbət nəticələr əldə edildi. Metal sənayesi istisna olmaqla bütün sənaye sahələri 1923-1924-cü təsərrüfat ilin gəlirlə başa vurdu. İşçilərin öz əməyinə münasibəti müsbətə doğru dəyişdi, əmək məhsuldarlığı artdı, müharibə və böhran illərində bağlanan müəssisələr işə salınır, onların maddi bazası bərpa edilirdi.
Yeni iqtisadi siyasətin tətbiq olunmasında Xalq Maliyyə Komissarı Q.Y.Sokolnikovun başçılığı altında bir qrup köhnə mütəxəssisin həyata keçirdiyi pul islahatı mühüm rol oynadı. Hərbi kommunizmdən YİS-ə çoxlu miqdarda qiymətdən düşmüş və pis vəziyyətdə olan kağız pullar miras qalmışdır. Hiperinfilyasiya və aclıq 1921-ci ilin oktyabrından 1922-ci ilin mayına kimi pərakəndə qiymətlərin 50 dəfə artmasına səbəb oldu. Bu paralel olaraq yeni pul nümunələrinin dövriyyəyə buraxılmasında həlledici rol oynadı. 1922-ci ilin sonunda Dövlət Bankı 1,2,3,5,10,25 və 50 çervonluqları (çervon 10 manata bərabər idi) və 1 çervonluq qızıl sikkələri dövriyyəyə buraxdı. 1924-cü ildə qiymətdən düşən pullar möhkəm valyuta olan qızıl çervona dəyişdirilməyə başlandı. Qızıl çervon sikkə inqilabdan əvvəlki qızıl 10 manatlıq sikkələrin dəyərində idi və dünya bazarında 1927-ci ilə kimi 6 ABŞ dolların dəyərindən çox qiymətləndirilirdi. Çervon çox böyük pul nişanı olduğu üçün daha kiçik xəzinə nişanlarına ehtiyacı var idi. Odur ki, 1,3 və 5 manatlıq dövlət xəzinə nişanları buraxıldı. Bir qızıl manat 1923-cü ilin pul nümunəsinin 50 min manatına, 1921-ci ilin nümunəsinin isə 50 mln. mana- tına dəyişdirildi. Pul islahatı milli valyutanın dəyər qazanmasına və onun qiymətdən düş- məsinin qarşısını almağa şərait yaratdı.
6rzaq sapalağından imtina edilməsi kəndlilərin vəziyyətini yaxşılaşdırdı, amma onların tələblərini tam qane etmədi. Onlar icarə və muzdlu əməyə tətbiq olunan məhdudiyyətlərin ləğv olunmasını istəyirdilər. Çünki bunsuz kənd təsərrüfatının inkişaf etdirilməsi mümkün de- yildir. 1923-1924-cü illərdəki məhsul qıtlığı və böhran ölkədə kəndli həyəcanlarının yayılma- sına səbəb oldu. Belə bir şəraitdə kənd təsərrüfatı vergisini azaldan, muzdlu əməyi qanuniləş- dirən, torpaq üzərində icarə müddətini uzadan, ticarətə əngəl olan çoxlu sədlərin aradan qal-
dırılmasını nəzərdə tutan N.İ.Buxarinin ideoloqu olduğu «kəndli yeni iqtisadi siyasəti» kursu elan olundu. Bu kənddə ortabab və varlı kəndlilərin müdafiə edilməsi demək idi. N.İ.Buxarin yazırdı: «Bizdə şəhərdə yeni iqtisadi siyasət var, bizdə şəhərlə kənd arasındakı münasibətdə yeni iqtisadi siyasət var, ancaq bizdə demək olar ki, kəndin özündə yeni iqtisadi siyasət yoxdur». O belə bir şüar irəli sürdü: «Yığın, varlanın, öz təsərrüfatlarınızı inkişaf etdirin!»
Gimnaziya müəlliminin oğlu olan, Moskva Universitetinin hüquq fakültəsində təhsil alan Nikolay İvanoviç Buxarin (1888-1938) Leninin Rusiyada sosializm nəzəriyyəsinə əsaslanaraq fəhlə və kəndlilərin ittifaqını qoruyub saxlamaqla «kəndlilərin tədricən sosializmə qovuş- ması» ideyasını irəli sürdü. 6slində, bu, Leninin bir ölkədə sosializmin qələbəsinin mümkün- lüyü haqqında ideyasının inkişaf etdirilməsi idi. Ona görə də yeni iqtisadi siyasət sosializmə aparan magistral yol idi. Bu yol kəndli təsərrüfatının inkişaf etdirilməsi və onun sayəsində ümumi iqtisadiyyatın canlandırılması demək idi. Kəndin texniki geriliyin aradan qaldırmaq məqsədilə dövlətin müdafiə etdiyi kəndlilər istehsalat və bölgü kooperativlərində birləşərək sosialist iqtisadiyyatına doğru yavaş-yavaş hərəkət etməli idilər. Bu prosesin bir neçə onillik
ərzində başa çatması nəzərdə tutulurdu. Xalq Komissarları Sovetinin sədri A.İ.Rıkov, Həm- karlar İttifaqının sədri M.P.Tomski, AXTŞ-nın sədri F.E.Dzerjinski Buxarinin tərəfdarları idi. N.İ.Buxarinin və onun tərəfdarlarının görüşləri tarixçilər tərəfindən sağ kommunizm təma- yülü adlandırılmışdır.
Torpaq sahibi ailəsindən olan, sosial-demokratik hərəkatın öncülü, 1917-ci ildən bolşe- viklər partiyasının üzvü, Oktyabr silahlı üsyanın və Qızıl Ordunun təşkilatçısı və rəhbərlə- rindən biri olan Trotski (Bronşteyn) Lev Davıdoviç (1879-1940) sol istiqamətin rəhbəri idi. Hələ 1923-cü ildə toplanan XII partiya qurultayında Trotski «sənayenin diktaturasını» qurma- ğı tələb etdi. Sənaye mallarının yüksək qiyməti ilə kənd təsərrüfatı məhsullarının aşağı satış qiyməti «qayçı» siyasəti kimi xarakterizə edilir. Sənaye mallarını azlığı Trotskiyə görə iq- tisadi balansın pozulmasının əsas səbəbi idi. L.D.Trotski və onun tərəfdarları olan Y.A.Preob- rajenski və Q.L.Pyatakov belə hesab edirdilər ki, iqtisadi cəhətdən geri qalan və düşmən
əhatəsində olan ölkədə sənayeni inkişaf etdirmək üçün vacib olan vəsaiti xüsusi bölmədən,
əsasən də kənd təsərrüfatından dövlət, yəni sosialist bölməsinə yönəltməklə əldə etmək olar. Bu məqsədə varlı kəndlilərəin üzərinə qoyulan vergilərin artırılması və bərabər olmayan mal mübadiləsi vasitəsilə nail olmaq mümkündür.
1923-cü ildə bir çox sıravi partiya üzvünün mövqeyini ifadə edən L.D.Trotski və onun tərəfdarları partiya liderlərini inqilabi ideallara xəyanət etməkdə təqsirləndirərək onların ölkənin sosial-iqtisadi çətinliklərində əsas günahkarlar olduğunu iddia edirdilər. Trotskiyə görə partiyada fraksiya fəaliyyətini bərpa etmək və geniş partiyadaxili diskussiyalara baş- lamaq vacib idi. O, bu fikir mübadiləsindən qalib çıxmaq ümidində idi. 6slində onlar yeni iqtisadi siyasətdən əl çəkərək hərbi kommunizm siyasəti metodlarına keçməyi təklif edirdilər.
İ.V.Stalin, L.B.Kamenev və Q.Y.Zinovyev kimi partiya rəhbərlərinin isə ölkənin iqtisadi inkişafı ilə bağlı dəqiq mövqeləri yox idi. Onların məqsədi hakimiyyət uğrunda mübarizə olduğu üçün öz qərarlarında siyasi strategiyaya uyğun olaraq təcili addımlar atmağı nəzərdə tuturdular. Belə ki, 1924-cü ilə kimi L.B.Kamenev və Q.Y.Zinovyev L.D.Trotskiyə qarşı İ.V.Stalini müdafiə etdikləri halda, 1925-ci ildən onlar «sol» mövqeyə keçərək L.D.Trotski ilə birlikdə İ.V.Stalin və N.İ.Buxarinə qarşı durdular. İ.V.Stalin isə ustalıqla vəziyyətə nəzarət edərək hər iki tərəf arasında bitərəf hakim rolunda çıxış edərək özü üçün hakimiyyətə yol açmaq fikrində idi. Ümumiyyətlə, sosializmin ayrıca götürülmüş bir ölkədə qələbə çalmasının mümkünlüyü haqqında V.İ.Leninin fikrini müdafiə edən İ.V.Stalin ilə permanent inqilab tərəfdarları, yəni dünya miqyasında inqilabın qələbəsinin mümkün olmasını irəli sürən L.D.Trotski arasındakı nəzəri fikir ayrılığı partiya və dövlətdə rəhbər vəzifə tutmaq uğrunda mübarizə cəhdi ilə daha da şiddətli xarakter aldı.
1898-ci ildən sosial-demokratik hərəkatın iştirakçısı olan çəkməçi oğlu Stalin (Cuqaşvili) İosif Vissarionoviç 1912-ci ildən RSDF(b)P-nın rəhbər heyətinin üzvü, 1922-ci ilin apre- lindən isə RK(b)P MK-nın Baş katibi idi. Bolşeviklərin rəhbər vəzifə tutan üst təbəqəsinin hamısı demokratik əqidədən uzaq adamlar idi. L.D.Trotski açıq etiraf edirdi ki, o, demokrat
deyil, İ.V.Stalin partiyadaxili demokratiyanı özünün təkhakimiyyətinin bərqərar olması yolunda əsas maneə hesab edirdi.
1922-ci il mayın 25-də V.İ.Leninin sağ tərəfinin iflic olması ilə xəstəliyinin birinci tut- ması oldu. O, yalnız tam olmasa da sentyabrda işə başlaya bildi. Dekabrın 16-da xəstəliyinin ikinci, 1923-cü il martın 10-da üçüncü tutması ilə Lenin tamamilə siyasi fəaliyyətdən uzaq- laşdı. 1924-cü il yanvarın 21-də V.İ.Lenin vəfat etdi. Xəstəlik illərində V.İ.Lenin bir sıra qeyd və məqalələr diktə edərək, öz yerini tuta biləcək namizəd, partiya aparatının yenidən qurul- ması, yeni iqtisadi siyasətin perspektivləri fikirlərini irəli sürdü. 1922-ci il dekabrın 23-31-də, 1923-cü il yanvarın 4-də diktə etdiyi məqaləsində özünün ən yaxın altı nəfər silahdaşları haqqında fikrini bildirdi. O, haqlı olaraq partiyada sabitlik üçün əsas təhlükəni İ.V.Stalinlə L.D.Trotski arasında rəhbərlik üstündə gedən rəqabətdə görürdü. Birinci, «öz əlində hədsiz hakimiyyət toplamışdır» və Lenin inanmır ki, Stalin «bu hakimiyyətdən daim ehtiyatla is- tifadə edə bilsin». İkinci, yəni Trotski “doğrudan da hazırkı MK-da ən istedadlı adamdır», lakin” özünə son dərəcə güvənən və işin inzibati tərəfinə hədsiz uyan biridir». On gündən sonra V.İ.Lenin diktə etdiklərinə İ.V.Stalin haqqında bir neçə tənqidi fikir əlavə edir. «Stalin son dərəcə kobuddur, buna öz aramızdakı münasibətlərdə dözmək olar, baş katib vəzifəsində isə kommunistlər üçün bu dözülməzdir. Odur ki, mən təklif edirəm yoldaşlar Stalinin bu yerdən dəyişdirilməsi vasitəsini düşünsünlər».
Vladimir İliç Leninin xəstəliyinin üçüncü tutmasından bir neçə həftə sonra RK(b)P XII qurultayı oldu. Qurultayda MK-nın say tərkibinin artırılması, Fəhlə-Kəndli Təftiş komissiyası ilə Mərkəzi Nəzarət komissiyasının birləşdirilməsi haqqında Leninin təklifi qəbul edildi. Yeni yaranan qurumun rəhbərliyinə Stalinə şəxsən sadiq olan V.V.Kuybışev gətirildi. 1923-cü ilin sentyabr plenumunda «qayçı» problemi müzakirə edilərək sənaye malları qiymətinin aşağı salınması haqqında qərar qəbul edildi.
1923-cü il oktyabrın 8-də MK-ya göndərdiyi məktubunda və dekabrın 11-də dərc etdirdiyi «Yeni istiqamət» məqaləsində Lev Davıdoviç Trotski ölkədəki iqtisadi çətinliyin günahkarı kimi «aparatın diktaturasını» səbəb göstərərək partiyadaxili demokratiyanın olma- masını, rəhbərliyin tənqidə dözməməsini və s. məsələləri izah edirdi. 1924-cü il yanvarın 16- 18-də partiyanın XIII konfransında L.D.Trotski xəstəliyinə görə iştirak etməməsinə baxma- yaraq bu mövqeyinə görə ciddi tənqid olundu. Trotski və müxalifət bolşevizmə və Leninizmə qarşı təftişçilik meyli ilə damğalandı. Konfrans müxalifətin «sənaye» istiqamətli siyasətini rədd etdi və L.D.Trotskinin ən yaxın silahdaşları A.A.İoffe Çinə, N.N.Krestinski Almaniyaya, X.Q.Rakovski İngiltərəyə diplomatik işə göndərildi.
1923-1924-cü ildə İ.V.Stalin Q.Y.Zinovyev və L.B.Kamenevlə birlikdə L.D.Trotskiyə qarşı mübarizə aparırdı. Partiya müzakirələrində L.D.Trotski məğlub olduqdan sonra onun li- derliyə iddiaları da heç oldu. İndi hakimiyyətin zirvəsinə iki nəfər Q.Y.Zinovyev və İ.V.Stalin namizəd idi. Xerson quberniyasının xırda sahibkar ailəsindən olan Zinovyev (Radomıslski) Qriqori Yevseyeviç (1883-1936) 1903-cü ildən RSDF (b) P-nin üzvü olaraq bolşeviklər par- tiyasının rəhbər heyətinə daxil olmuş, 1917-ci ildə silahlı üsyan xəttinə qarşı çıxış etsə də, sonra öz mövqeyini dəyişmişdir. 1917-ci ilin dekabrında Petroqrad sovetinə rəhbərlik etmiş və qırmızı terrorun təşkilatçılarından biri olmuşdur.
Hakimiyyət uğrunda mübarizəni kəskinləşdirən İ.V.Stalin Q.Y.Zinovyevi «partiya dikta- turasını» «proletariat diktaturası» ilə qarışdırdığına görə, L.B.Kamenevi Rusiyada sosializmin olmaması iddiasına görə tənqid etdi. Leninqrad partiya təşkilatına rəhbərlik edən Q.Y.Zinov- yev «Leninizm» əsərini yazaraq göstərdi ki, Lenin daim yeni iqtisadi siyasətə strateji cəhətdən geri addım kimi baxaraq kəndlilərin «varlanmasını» sosializmə gedən yol kimi təsəvvür et- mirdi. Sentyabrın 5-də Q.Y.Zinovyev, L.B.Kamenev, Q.Y.Sokolnikov və N.K.Krupskaya
«dördlər platforması»nı imzalayaraq «yeni müxalifəti» yaratdılar. «Yeni müxalifət»in lideri Q.Y.Zinovyev iddia edirdi ki, onun rəhbərlik etdiyi partiya təşkilatı Lenin irsinə Moskva partiya təşkilatından daha yaxındır, bu isə Leninqrad proletariatının keçmişi və mütəşəkkilliyi ilə bağlıdır. Bu isə MK-nın Katibliyini və şəxsən İ.V.Stalini qıcıqlandırmaya bilməzdi.
1925-ci il dekabrın 18-31-də partiyanın XIV qurultayında İ.V.Stalin hesabat məruzəsində
«sağlar», yəni buxarinçilər və «sollar» yəni zinovyevçilər arasında bitərəf hakim kimi çıxış etdi. N.Krupskaya və L.Kamenevin çıxışları vəziyyəti mürəkkəbləşdirdi. Xüsusilə L.Kame- nev İ.Stalini «diktə» etməkdə təqsirləndirərək elan etdi ki, o, bolşevik rəhbərliyində birliyi saxlamağa qadir deyil və «rəhbərin ideyalarının əleyhinədir». Qurultaydan sonra Siyasi Büro- nun tərkibinə daxil edilən V.M.Molotovun sədrliyi ilə Leninqrad partiya təşkilatının işini qay- daya salmaq məqsədilə komissiya yaradıldı. Bir ay ərzində yerli partiya təşkilatların «istiqa- mətləndirdikdən” sonra kommunistlərin 96 faizinin səsi ilə Q.Zinovyev vəzifədən azad edildi. Bakıdan çağırılan S.M.Kirov Leninqrad partiya təşkilatının katibi seçildi. Beləliklə, ÜİK(b)P- nın XIV qurultayında «yeni müxalifət» məğlub edildi. Bununla birlikdə 1920-ci illərin birinci yarısında sosializm quruculuğunun Lenin yolunun düzgün müəyyən edilməsi və vahid ideya birliyinin bərqərar edilməsi pərdəsi altında gedən partiyadaxili müzakirələrdə İosif Vissa- rionoviç Stalinin şəxsiyyətinə pərəstişin başlanmasının ilk kərpicləri qoyulmuş oldu.