Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə16/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   12   13   14   15   16   17   18   19   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

SSRİ-nin yaranması. Vladimir İliç Lenin və bolşeviklər partiyasının digər rəhbərləri mil- li məsələni heç vaxt birinci dərəcəli məsələ hesab etməyiblər. Rusiyadakı millətlərarası zid- diyyətləri onlar mütləqiyyətin siyasətinin nəticəsi olduğuna inanırdılar. Belə hesab edirdilər ki, süni surətdə pravoslavların, xüsusilə rusların güzəştli vəziyyətinin təmin olunması başqa xalqların arasında narazılığa səbəb olurdu. Bolşeviklər öz təbliğatlarında elan edirdilər ki, mülkədar və burjuaziya sinfinə qarşı mübarizədə rus proletariatının və ölkənin ucqarlarının
əhalisinin maraqları üst-üstə düşür və hakim siniflərin devrilməsi, sosialist inqilabının qələ- bəsi milli məsələdəki gərginliyi aradan qaldıracaq.
1917-ci il Oktyabr silahlı üsyanından sonra V.İ.Lenin Rusiyada federativ dövlət yaratmaq ideyasını irəli sürdü. Bu ideya 1918-ci ilin yanvarında elan edilən «Zəhmətkeş və istismar olunan xalqın hüquq Bəyannaməsi»ndə və 1918-ci ilin iyulunda qəbul edilən RSFSR-in Kon- stitusiyasında öz əksini tapdı. Rusiyanın tərkibində muxtar respublika və vilayətlər yaradıldı. Artıq Vətəndaş müharibəsi illərində və ondan sonrakı ilk vaxtlarda ölkədə 13 muxtar respublika və 16 muxtar vilayət yaradıldı.
Polşa, Finlandiya və Baltikyanı ölkələr burjua dövləti kimi müstəqil oldular. Bessarabiyanı Rumıniya işğal etdi. 1919-cu ilin fevralında əsasən ruslardan ibarət olan yerli bolşeviklərin təşəbbüsü ilə Belarusiya və Litva sovetlər qurultayı hər iki respublikanın vahid ittifaqda birləşməsi haqqında qərar qəbul etdi.
Brest-Litovsk sülhünə əsasən Batum, Qars və 6rdahanın Türkiyəyə verilməsi Cənubi Qafqazın ayrılmasına səbəb oldu. 1918-ci il aprelin 25-də Zaqafqaziya Respublikası elan edildi. Bir aydan sonra Gürcüstanda menşeviklərin, Ermənistanda daşnakların, Azərbaycanda müsavatın rəhbərlik etdiyi mili dövlətlər yarandı. 1920-ci ilə kimi mürəkkəb daxili və xarici vəziyyət bolşevikləri Cənubi Qafqaza ehtiyatla yanaşmağı məcbur edirdi. Vətəndaş mühari- bəsinin sonunda ingilislərin iqtisadi və strateji cəhətdən mühüm mövqe tutan bu regiondan getməsi bolşeviklərin yenidən buranı tutmasına gətirib çıxardı. 1920-ci ilin aprelində Qızıl Ordunun köməyi ilə yerli bolşeviklər Müsavat hökumətini devirib sovet hakimiyyətini qur- dular. 1920-ci ilin noyabrında Ermənistanda sovet hakimiyyəti qələbə çaldı. 1921-ci il fev- ralın 12-də Qızıl Ordu Gürcüstan sərhədini keçdi, fevralın 25-də Tiflisdə Sovet Respublikası elan olundu. Sözdə xalqların öz müqəddəratını təyin etmək hüququnu elan edən Sovet dövləti Ukrayna taxılını, Bakı neftini və Qafqazın filiz mədənlərini özünə tabe etmək məqsədilə bu regionları zəbt etdi.
1918-ci ildən 1922-ci ilə kimi ittifaqın inkişafı iki istiqamətdə, birincisi, muxtar res- publika və vilayətlərin Rusiya Federativ Respublikasının tərkibinə daxil olması, ikincisi, nəzəri cəhətdən müstəqil olan respublikaların Rusiya Federativ Respublikası ilə ikitərəfli müqavilələr bağlanması yolu ilə davam edirdi.
1918-ci il martın 23-də İ.V.Stalinin başçılıq etdiyi Milli İşlər üzrə Xalq Komissarlığı Səid Qəliyev (1894-1938) və 6hməd-Zəki Vəlidovun (1890-1970) başçılığı ilə Cənubi Ural və Orta Volqaboyunda Tatar-Başqırd muxtar sovet respublikasının yaradılması haqqında dekret verdi. Rusiya müsəlmanlarının bir hissəsini birləşdirən bu muxtar qurum RSFSR-in tərkibinə daxil edilməklə bərabər S.Qəliyevin təşəbbüsü ilə RK(b)P-nin müsəlman təşkilatı və əsasən
tatarlardan ibarət olan müsəlman Qızıl Ordu dəstələrinin yaradılmasına başlandı. 6slində Səid Qəliyev və 6hməd-Zəki Vəlidov müsəlman Tatar-Başqırd Respublikasının Şərqin mər- kəzində inqilab məşəli yandıran bir yerə çevirmək niyyətində idilər. Pantürkçülük ideyaların- dan qorxuya düşən mərkəzi hakimiyyət 1920-ci il mayın 22-də yeni dekretlə Tatar-Başqırd Respublikasının hüquqlarını məhdudlaşdırdı, böyük müsəlman dövləti yerinə iki kiçik muxtar Respublika yaradıldı. Milli kommunist təşkilatları və milli Qızıl Ordu dəstələri ləğv edildi. Şərqin ilk böyük mili kommunist rəhbərlərindən biri S.Qəliyev 1923-cü ilin mayında
«millətçilik təmayülü» ilə damğalanaraq həbs edildi.
Müsəlman məktəblərində müəllimlik edən 6hməd-Zəki Vəlidov Başqırdıstan İnqilab ko- mitəsinin sədri olduğu üçün şərq cəmiyyətinin reallığını nəzərə alaraq, RSFSR tərkibində mü- səlman Başqırdıstanına xüsusi status müəyyən etməyi müdafiə etdiyi üçün millətçilikdə təq- sirləndirildi və Türkiyəyə mühacirətə getməyə məcbur oldu. Nəticədə ölkə İstanbulda İslam Tədqiqatlar İnstitutunu yaradan görkəmli türkoloqdan məhrum oldu. Sözdə milli azlıqlara öz müqəddaratını təyin etmək, hətta ayrılmaq hüququ elan edən Sovet dövləti 1920-1922-ci illər- də qırğız, mari, dağıstan, buryat, monqol, kalmık və krım tatarlarına heç bir əsaslı səlahiyyət tanımadı.
İttifaqın yaradılmasına gedən ikinci yol RSFSR ilə müstəqil respublikalar arasında bağ- lanan ikitərəfli müqavilələr idi. İkitərəfli müqavilələrin mürəkkəb sistemi tədricən müstəqil respublikaların hüquqlarını məhdudlaşdıraraq onları RSFSR-ə bağlayırdı. 1920-ci ilin sentyabrın 30-da RSFSR-lə Azərbaycan arasında bağlanan müqavilədə ən qısa müddətdə hər iki respublikanın altı sahəsinin, o cümlədən müdafiə, iqtisadiyyat və xarici ticarət, ərzaq, də- mir yol və su nəqliyyatı, poçt və teleqraf, maliyyənin birləşdirilməsi nəzərdə tutulurdu. 1920- ci il dekabrın 28-də RSFSR ilə Ukrayna arasında bağlanan müqavilədə kağız üzərində olsa da Ukrayna müstəqilliyini qoruyaraq özünün xarici işlər komissarlığını toxunulmaz saxlamışdır. 1921-ci il yanvarda oxşar müqavilə RSFSR ilə Belarusiya arasında bağlandı. Gürcüstanla mü- nasibətlər gərgin olraq qalırdı. 1921-ci il martın 2-də V.İ.Lenin xüsusi olaraq S.Orcenikidzeni Gürcüstana göndərdi ki, orada sovet hakimiyyətinin qurulmasına müəyyən şərtlərlə razı olan yerli menşeviklərlə kompromis bir qərara gəlsinlər. Lakin buna baxmayaraq, mərkəzi haki- miyyət hər üç respublikanın tezlklə birləşərək RSFSR ilə müqavilə bağlamağa sövq etdi. Gür- cü kommunistlərin rəhbərləri F.İ.Maxaradze, M.D.Oraxelaşvili, P.Q.Mdivani Moskva və Qavbüronun bu təklifinə qarşı qətiyyətlə çıxdılar. Buna baxmayaraq, RK(b)P-nin MK ayrı- ayrı milli respublikalardansa birləşmiş Zaqafqaziyada vəziyyətə nəzarət etməyin daha asan olduğunu nəzərə alaraq bu ideyanı müdafiə etdi. S.Orcenikidze və Qavbüronun təzyiqi ilə 1922-ci il 11-12 martda Tiflisdəki konfransda hər üç respublikanın xarici münasibətlər, mü- dafiə, maliyyə, xarici ticarət, bütün nəqliyyat və iqtisadiyyatını birləşdirən Zaqafqaziya Res- publikalarının Federativ İttifaqı yaradıldı. Azərbaycan, Gürcüstan və Ermənistan bir ittifaqda birləşərək Moskvaya tabe edilməklə bərabər, əslində həm faktiki, həm də formal olan müstəqilliklərini itirdilər.
Göründüyü kimi, vətəndaş müharibəsi illərində müstəqil sovet respublikaları öz arala- rında hərbi-siyasi ittifaq, dinc quruculuq dövründə isə hərbi-təsərrüfat müqavilələri bağla- yaraq əməkdaşlığı xeyli dərinləşdirdilər. Genuya və Haaqa konfransları ərəfəsində səkkiz müstəqil respublika Azərbaycan, Belarusiya, Ukrayna, Gürcüstan, Ermənistan sovet respub- likaları, Buxara və Xarəzm xalq sovet respublikaları, Uzaq Şərq Respublikası (UŞR) 1922-ci il fevralın 22-də RSFSR-lə saziş bağlayaraq Genuya konfransında onların mənafeyini təmsil etməyi ona həvalə etdilər. Beləliklə, diplomatik ittifaq sovet respublikasının birləşdirilməsi hərəkatında mühüm mərhələ oldu.
1922-ci il avqustun 10-da RK(b)P MK RSFSR-lə müstəqil sovet respublikaları arasında münasibətlər haqqında qərar layihəsi hazırlamaq məqsədilə İ.V.Stalinin sədrliyi altında ko- missiya yaratdı. Sentyabrın 10-da komissiya «Muxtariyyətləşdirmə» layihəsi kimi məşhur olan sənədi qəbul etdi. Bu sənədə görə müstəqil sovet respublikaları RSFSR-in tərkibinə daxil edilərək onun ali hakimiyyət orqanlarının əlavəsinə çevrilirdilər. Buxara, Xarəzm və UŞR-sı ilə isə müqavilə münasibətlərini saxlamaq təklif edilirdi. Azərbaycan, Ermənistan və Belarusi-
ya tərəfi bu sənədi qəbul etdi. Başda X.Q.Rakovski olmaqla Ukrayna və Gürcüstan KP MK-sı
«Muxtariyyətləşdirmə» qərarını qəbul etməyərək onu tənqid etdilər. Gürcü kommunistləri Gürcüstanın Zaqafqaziya Federasiyasının tərkibində deyil müstəqil dövlət kimi vahid dövlətə daxil olmasını tələb edirdilər. Başqırdıstan, Tatarıstan və d. respublikalar da ittifaqın tərkibinə bilavasitə daxil olmaq təklifi ilə çıxış etdilər.
İ.V.Stalin və RK(b)P-nin Qafqaz vilayət təşkilatlarına rəhbərlik edən S.Orcenikidze gür- cü kommunistlərini millətçi təmayüldə günahlandırırdılar. Mübahisə gedişində B.Mdivaninin tərəfdarlarından biri, A.İ.Rıkovun Sibirdə sürgün yoldaşı olmuş A.A.Kabaxidze S.Orceni- kidzeni sözlə təhqir etdi. Qafqaz partiya təşkilatı ali orqanının təmsilçisi isə ona üzünə sillə vurmaqla cavab verdi. Gürcüstandakı gərgin vəziyyəti araşdırmaq məqsədilə İ.Stalinə ya- xınlığı ilə seçilən F.E.Dzerjinskinin sədrliyi ilə komissiya təşkil olundu ki, o da S.Or- cenikidzenin xəttini müdafiə etdi.
Zaqafqaziya respublikalarının inteqrasiyası gücləndirildi. Zaqafqaziya Federativ İttifaq Respublikası Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasına çevrildi. Lakin xəstəliyinə görə hadisələrdən gec xəbər tutan V.İ.Lenin gürcü kommunistləri müdafiə edərək İ.V.Stalin, S.Orcenikidze və F.Dzerjinskini böyük dövlətçilik şovinizmində günahlandırdı. Muxtariy- yətləşdirmə əleyhinə çıxış edən V.İ.Lenin onu millətlərarası münasibətləri kəskinləşdirən si- yasi səhv kimi səciyyələndirdi. V.İ.Lenin müstəqil və bərabər respublikaların könüllü ittifa- qının yaradılmasını təklif etdi. 1922-ci ilin dekabrında bütün respublikaların sovetlər qurultayı V.İ.Leninin bərabərhüquqlu respublikaların federasiyası kimi vahid ittifaq dövlətinin yaradıl- ması ideyasını qəbul edərək təsdiq etdi. Sovet Sosialist Respublikalar İttifaqının yaradılması haqqında sənədlərin hazırlanması məqsədilə nümayəndələr seçildi.
1922-ci il dekabrın 30-da Moskvada RSFSR, Ukrayna SSR, Belarusiya SSR və ZSFSR- dən 2214 nəfər nümayəndənin iştirak etdiyi Birinci Sovetlər qurultayı Sovet Sosialist Res- publikaları ittifaqının təşkil edilməsi haqqında Bəyannamə və Müqaviləni təsdiq etdi. Qu- rultay həmçinin SSRİ Mərkəzi İcraiyyə Komitəsini seçdi. MİK-in birinci sessiyası ÜRMİK- nin sədri M.İ.Kalinin, Ukrayna MİK-in sədri Q.İ.Petrovski, ZSFSR MİK-in sədri N.N.Nə- rimanov və Belarusiya MİK-i sədri A.Q.Çervyakov olmaqla MİK-in 4 sədrini seçdi. 1923-cü il iyulun 6-da MİK-in ikinci sessiyası SSRİ-nin 6sas Qanunu–Konstitusiyasını təsdiq etdi. Eyni zamanda Vladimir İliç Lenin başda olmaqla iyulun 13-dən fəaliyyətə başlayan SSRİ Xalq Komissarlar Sovetinin tərkibi təsdiq edildi. L.B.Kamenev, M.D.Oraxelaşvili, A.İ.Rıkov, A.D.Sürupa, V.Y.Çubar sədrin müavinləri seçildilər. 1924-cü il yanvarın 31-də SSRİ ikinci Ümumittifaq Sovetlər qurultayı ölkə Konstitusiyasını qəti olaraq təsdiq etdi. RSFSR-in 1918- ci il Konstitusiyası kimi bu da sinfi xarakter daşıyırdı. Yalnız zəhmətkeşlər üçün ümumi olan seçkilər çoxdərəcəli olub fəhlənin bir səsi kəndlinin beş səsinə bərabər idi. Xarici siyasət, ölkənin sərhədləri, müharibə və sülh məsələləri, silahlı qüvvələr, nəqliyyat və rabitə, xalq tə- sərrüfatının planlaşdırılması və s. məsələlər SSRİ ali hakimiyyət orqanlarının səlahiyyətlərinə daxil idi. Qalan bütün məsələlərin həllində hər bir respublika müstəqil hərəkət edə bilər, hətta real olmasa da onların ittifaqdan azad surətdə çıxmaq hüququ belə var idi.
Ümumittifaq sovetlər qurultayı ölkənin ali hakimiyyət orqanı idi, qurultaylar arasındakı dövrdə ali hakimiyyəti İttifaq sovetindən və Millətlər sovetindən ibarət olan Mərkəzi İcraiyyə Komitəsi (MİK) həyata keçirirdi. Hər iki palata tərəfindən qəbul edildikdən sonra qanun qüvvəyə minirdi.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin