Kandtasarrüfatınınkollektivlaúdirilmasi.20-ci illərin birinci yarısının sonlarında SSRİ-nin kənd təsərrüfatı müharibədən əvvəlki səviyyəyə çatdı. Ancaq mülkədar və qolçomaq təsərrüfatları ləğv edildiyi üçün onun məhsulu aşağı idi. Xırda kəndli təsərrüfatı birinci növbədə öz tələbatını ödəyərək bazarla mütəmadi əlaqə saxlamırdı. Yalnız iri təsərrüfatlar məhsul istehsalının artımını təmin edə bilərdi.
Sənaye sıçrayışı kəndli təsərrüfatlarının vəziyyətinə ağır təsir göstərdi. Sənayeləşdir- məni vəsaitlə təmin etməyə məcbur olan kəndlilər, sənaye fəhlələrini aşağı qiymətdə ərzaqla, fabrik və zavodları xammalla təmin etməli, valyuta əldə etmək üçün xaricə taxıl ixrac etməli idi. 1926-27-ci təsərrüfat ilində varlı kəndlilər üzərinə qoyulan kənd təsərrüfatı vergisi 50%-ə qədər artdı. Ertəsi il bu vergi daha da çoxaldı. Vergilərin sürətlə artması kəndlilərin narazı- lığına və çaxnaşmaya səbəb oldu. Eyni zamanda sənaye məhsullarının qiyməti artır, taxılın dövlət satınalma qiyməti isə süni surətdə aşağı salınırdı. Bununla bərabər, dövlət kəndlə ticarəti tamamilə öz nəzarəti altına almaq məqsədilə xüsusi sahibkarlığın bütün növləri üzərinə hücuma keçdi. Bu siyasət kəndlilərin yoxsullaşmasına və iflasına gətirib çıxarırdı. Kənd təsərrüfatı məhsullarının qiymətinin süni surtədə aşağı salınması və bunun sayəsində qeyri-bərabər mübadilə kəndliləri məcbur etdi ki, öz əməyinin bəhrəsini dövlətə satmasın. Taxıl ixtişaşları başladı ki, bu da başqa formada hərbi kommunizm metodlarının dirçəldilmə- sinə gətirib çıxartdı. Sabit qiymətlərlə dövlətə taxıl satmaqdan imtina edən kəndlilər cinayət məsuliyyətinə cəlb olunur, yerli sovetlər onların əmlakını müsadirə edə bilirdi. Xüsusi “əməliyyat müvəkkilləri” və “fəhlə dəstələri” nəinki artıq qalan məhsulu, hətta kəndlilərin ehtiyacı üçün nəzərdə tutulan taxılı da onların əlindən tutub alırdılar. “Hərbi kommunizm” dövründə olduğu kimi yoxsulları maraqlandırmaq məqsədilə müsadirə edilmiş taxılın 25%-i aşağı dövlət qiyməti ilə və ya uzunmüddətli kredit yolu ilə onlar arasında paylanırdı. Belə özbaşınalıqlar Sibir, Aşağı və Orta Volqaboyunda, Ukrayna, Uzaq Şərq və Orta Asiya respublikalarında geniş yayılmışdır.
1927-28-ci illərdəki taxıl tədarükü böhranı və ÜİK (b)P MK-nın rəhbər kadrlarının mərkəzləşdirilmiş inzibati-amirlik metaodları ilə rəhbərlik vərdişləri vasitəsi ilə iqtisadiyyatın bütün sahələrini idarə etmək meyilləri ümumi kollektivləşdirməyə keçidi sürətləndirdi. 1927- ci ilin dekabrında ÜİK (b) P XV qurultayı kənddə iş haqqında xüsusi qətnamə qəbul etdi. Bu sənəddə kəndli təsərrüfatlarının üçdə birini əhatə edən kooperasiyanın bütün formalarının inkişafından bəhs edilirdi. Gələcəkdə tədricən torpaqların kollektiv sürətdə becərilməsi nəzər- də tutulurdu. Eyni zamanda qurultay “qolçomaqlar üzərinə hücumu inkişaf etdirmək” vəzifə-
sini, “kənddə kapitalizmin inkişafını məhdudlaşdıran və kəndli təsərrüfatını sosializm istiqa- mətinə yönəldən bir sıra yeni tədbirlər” irəli sürdü. Qolçomaqların üzərinə hücum partiya və dövlətin “kənddə yeni iqtisadi siyasət”i istiqamətindən imtina etməsi demək idi. Qurultayın qəbul etdiyi “qolçomaqların məhdudlaşdırılması” siyasəti bir sıra inzibati-iqtisadi tədbirlərlə, o cümlədən verginin artırılması, icarə və muzdlu əməkdən istifadənin sıxışdırılması ilə mü- şayiət olundu. Kolxoz quruculuğuna bilavasitə 1925-ci il 18-31 dekabrda olan XIV partiya qurultayında İ.Stalinin adamı kimi Siyasi Büronun tərkibinə daxil edilən ÜİK (b) P MK-nın kəndlə iş üzrə katibi V.M.Molotov başçılıq edirdi. Yeni yaradılan SSRİ Kolxoz-mərkəzə isə Q.Q.Kaminski rəhbərlik edirdi. Yuxarıdan gələn direktiv göstərişlərə müvafiq olaraq ölkədə kollektiv təsərrüfatlar olan kolxozlar yaradılmağa başlandı. Yeni yaradılan kolxozların for- ması kimi artellər müəyyən olundu. Kollektiv təsərrüfatın başqa formalarından fərqli olaraq artellərdə əsas istehsal vasitələri, torpaq, avadanlıq, mal-qara ictimailəşdirilirdi. Könüllülük prinsipi elan edilməsinə baxmayaraq, kolxozlara daxil olmaqdan imtina edənlər seçki hü- quqlarından və azadlıqdan məhrum edilir, əmlakı müsadirə edilərək sovet hökumətinə müqa- vimət göstərən düşmən elan olunurdu. Basqı və təzyiq öz nəticəsini verirdi. 1928-ci ildə kolxozlarda birləşən kəndli həyətlərinin payı 0,8-dən artaraq 3,2%-ə çatdı. Kolxozların 60%-i artellərdə deyil torpaqları birgə becərən yoldaşlıq kooperativlərində (TOZ) birləşdilər. Bütün istehsal vasitələrinin ictimailəşdirilməsini nəzərdə tutan artellərdən fərqli olaraq yoldaşlıq kooperativlərində mal-qara və avadanlıq kəndlinin fərdi mülkiyyətində qalır, yalnız torpaqlar birgə becərilirdi.
1928-ci ilin yazında RSFSR-in Torpaq Xalq Komissarlığı və Kolxoz mərkəzi kəndli təsərrüfatlarının kollektivləşdirilməsinin beşillik planının layihəsini tərtib etdi ki, buna görə beşilliyin sonunda, yəni 1933-cü ildə kolxozlara 1,1 mln təsərrüfat cəlb edilməli idi (4%). Yayda isə Kooperativlərin kənd təsərrüfatı ittifaqı bu rəqəmi 3 mln təsərrüfata (12%) çıxardı. 1929-cu ilin yazında artıq təsdiq edilmiş beşillik planda 4,5 mln, yəni 16-18 faiz təsərrüfatın kollektivləşdirilməsi nəzərdə tutulurdu. Plan tapşırıqlarının tez-tez dəyişdirilməsi bir tərəfdən kolxoz quruculuğunun süni sürətilə, başqa bir tərəfdən partiya və dövlət rəhbərliyinin taxıl problemini təcili həll etmək təşəbbüsü ilə bağlı idi. 1929-cu ilin ikinci yarısından başlayaraq kolxoz quruculuğunun miqyas və sürəti kəskin şəkildə artdı. 6gər 1929-cu ilin yayında kolxozlarda 1 mln kəndli təsərrüfatı var idisə, həmin ilin oktyabrında bu göstərici 1,9 mln idi. Bu isə o demək idi ki, kollektivləşmənin səviyyəsi 3,9-dan 7,6%-ə yüksəlmişdir. Xüsusilə,
əsas taxılçılıq rayonları hesab edilən Şimali Qafqaz, Aşağı və Orta Volqaboyu vilayətlərində kolxoz və kəndli təsərrüfatları daha sürətlə artmışdır.
1928-ci ildə torpağı texnika tətbiq edərək becərmək məqsədilə kəndlilərə pullu xidmət edən maşın-traktor stansiyaları (MTS) meydana gəldi. Traktorlardan istifadə edilməsi kəndli torpaqları arasında olan sərhədlərin ləğv edilərək ümumi əkin sahəsinin işlənməsini tələb edirdi. İlk vaxtlar traktorlar çox az idi. 1929-cu ildə ümumi əkin sahələrinin yalnız 1%-i traktorlarla becərilmişdir. 1932-ci ildə kolxozçulara istehsal-texniki xidmət göstərən MTS- lərin sayı 2,5 minə çatdı.
Ölkənin iqtisadi və sosial-siyasi inkişafının bütün mühüm məsələlərində olduğu kimi kənd təsərrüfatının kollektivləşdirilməsinin həyata keçirilməsinin forma və metodları da ciddi müzakirələrə və fikir ayrılığına cəlb olurdu. Sağ təmayülə “başçılıq edən Nikolay İvanoviç Buxarin (1888-1938) kooperasiya haqqında V.İ.Leninin görüşlərini təcəssüm etdirərək belə hesab edirdi ki, koopersiya vasitəsi ilə xırda, o cümlədən varlı xüsusi təsərrüfatlar “sosializmə qovuşacaqlar”. Təbiidir ki, Lenin və Buxarin yalnız proletariat diktaturası şəraitində kənddə sosialist kooperativlərinin yaradılmasından bəhs edirdilər.
Görkəmli aqronom-alim, pedaqoq, ədəbiyyatçı-fantast, ictimai və dövlət xadimi Alek- sandr Vasilyeviç Çayanov (1888-1937) isə kəndlilərin kooperativlərdə birləşməsinin uğurunu diktator, bolşevik qayda-qanunun yerinə gələn demokratik rejimdə görürdü. Bir çox sanballı elmi əsərlərin müəllifi olan professor A.V.Çayanov vətən iqtisad fikrinin təşkilat-istehsalat məktəbinin yaradıcılarından biri idi. İnqilba qədər və sovet təsərrüfat orqanlarında müxtəlif vəzifələrdə çalışan bitərəf A.V.Çayanov 1930-cu ildə 6mək Kəndli partiyasının işi ilə bağlı
həbs edilərək Alma-Ataya sürgün edilmiş, sonra isə təkrar həbs edilərək güllələnmişdir. Öl- mündən sonra bəraət almışdır. Professor A.Çayanov və onun vətən aqrar elminin təşkilat- istehsalat istiqaməti üzrə məsləkdaşları A.Çelintsev, N.Makarov, A.Rıbnikov “kooperativ kol- lektivləşməsini” həyata keçirməyi müstəsna dərəcədə özfəaliyyət, könüllülük və sırf təsərrüfat
əsasında təsəvvür edirdilər. Bir neçə yüz min qolçomaqlıqdan salınmış ailənin faciəsi, 1932- 1933-cü illərdə çoxsaylı əhalinin ölümünə, o cümlədən kənddə məhsuldarlığın aşağı düş- məsinə səbəb olan müstəqil kəndli təsərrüfatlarının zorla dağıdılmasının Stalin planı ilə müqayisədə kəndin modernləşdirilməsinin Çayanov variantı ölkənin aqrar bölməsinin yenidən qurulmasının ağrısız və tədrici yolu idi.
“Sağtəmayülün” liderləri, A.Çayanov kimi böyük iqtisadçı alim, makroiqtisadiyyat modelinin və iqtisadi dinamika nəzəriyyəsinin yaradıcısı Nikolay Dmitriyeviç Kondratyev (1892-1938) də kooperasiyanın bütün formalarından istifadə etməklə kəndli təsərrüfatlarının tədrici inkişaf yolunun tərəfdarı idi. 13 yaşında eserlər partiyasına qoşulan D.Kondratyev Petroqrad Universitetini bitirərək A.Kerenskinin kənd təsərrüfatı üzrə katibi olmuşdur. Oktyabr silahlı üsyanından sonra bolşeviklərə qarşı mübarizə aparmış, Vətəndaş müharibəsi illərində “Dirçəliş İttifaqının” üzvü kimi “Çekistlər” tərəfindən təqib edilmişdir. 1920-ci ildən A.Çayanov, A.Rıbnikov, L.Litoşenko ilə birlikdə Torpaq və Maliyyə Xalq Komissarlıqlarında çalışmışdır. Bir çox sanballı elmi əsərlərin, o cümlədən Butırsk həbsxanasında yazdığı və 1991-ci ildə çap olunan “İqtisadi satistika və dinamikanın əsas problemləri” fundamental əsə- rin müəllifidir. 1930-cu ildə 6mək Kəndli partiyasının üzvü olduğu üçün həbs edilərək həbs- xanaya salınmış, 1938-ci ildə təkrar repressiyaya məruz qalaraq gülləlnmişdir. 1987-ci ildə ölümündən sonra bəraət almışdır. 6slində iki-üç onlarla üzvü olan, gizli siyasi dərnək kimi fəaliyyət göstərən 6mək Kəndli partiyası şişirdildiyi kimi heç də 200 min nəfəri birləşdirən, partiya və dövlətə qarşı mübarizə aparan bir partiya deyildi. Sadəcə olaraq nəhəng partiya- dövlət aparatını nəzarətdə saxlayan İ.Stalin “sağtəmayülü” və köhnə mütəxəssisləri onun kənddəki “sıçrayışlı inkişaf” xəttinə qarşı çıxanlar kimi damğalayaraq öz rəqiblərini aradan götürmək siyasətini yeridirdi. Başqa bir tərəfdən, fəhlə və kəndlilərdən formalaşan sovet ziya- lıları öz karyeraları üçün təhlükəli hesab etdiyi köhnə mütəxəssisləri aradan götürmək məqsə- dilə dəridən-qabıqdan çıxırdılar. 6slindı son dərəcə vətənpərvər olan və hətta bolşevik Ru- siyasının belə böyük dünya dövlətinə çevrilməsi üçün çalışan köhnə mütəxəssislərin günahı onların vətən sevgisində idi.
1929-cu il noyabrın 7-də “Pravda” qəzetində İ.Stalinin “Böyük dönüş ili” məqaləsi dərc edildi. Məqalədə arzu edilən həqiqət kimi qələmə alınaraq qeyd olunmuşdur ki, kəndlilərin
əsas kütləsini yeni, sosialist inkişaf yoluna yönəltmək mümkün olmuşdur. Bu məqalədə irəli sürülən müddəalar bir daha ÜİK (b)P MK-nın 1929-cu il noyabr plenumunda təkrar edildi. Plenumda elan edildi ki, kolxoz hərəkatı elə miqyas alıb ki, qalan kütlənin kollektiv təsər- rüfatlara keçməsi illərin deyil, ayların məsələsidir. Beləliklə, yerli hakimiyyət orqanlarının qısa müddətdə kollektiv təsərrüfatlar yaratmaq yarışı başladı. Noyabr plenumunun qərarına müvafiq olaraq kəndlərə təşkilat siyasi iş təcrübəsi olan 25 min sənaye fəhləsi göndərildi. Onlardan biri M.Şoloxovun “Oyanmış torpaq” (“Podnyataya selina”) romanındakı Semyon Davidoviç obrazında təsvir edilmişdir. İyirmibeşminçilər adlanan şəhər kommunistləri yerli partiya təşkilatları və Dövlət Siyasi İdarəsinin işçiləri ilə kəndliləri dilə tutmaq və ya hədə- qorxu yolu ilə kolxozlara daxil olmağa məcbur etməli idilər. Ancaq kolxozlara könüllü olaraq yoxsul kəndlilər daxil olurdu. “Ağılasığmaz yüksək sürət“ şüarı altında həyata keçən kütləvi kollektivləşdirmə siyasəti yuxarıların da güclü təzyiqi altında qolçomaqları istehsal vasitələrindən məhrum edərək qolçomaqlıqdansalma siyasətinə keçməyin əsasını qoydu. İ.Stalin və onun ətrafı yaxşı başa düşürdü ki, başqa cür ortabab kəndlilərin kolxozlara daxil olmamaq arzusunu aradan qaldırmaq mümkün deyil, həm də bu kəndlilərin “xüsusiyyətçilik” psixologiyasının kənd təsərrüfatlarının ictimailəşdirilməsi fikrinə yönəlməsinə kömək etməli idi. 1929-cu ilin dekbarında aqrarçı-marksistlərin konfransında çıxış edən İ.Stalin elan etdi ki, partiya və dövlət qolçomaqların istismarçı cəhətlərini məhdudlaşdırmaq siyasətindən qolçomaqları bir sinif kimi ləğv etmək siyasətinə keçir.
1930-cu il yanvarın 5-də ÜİK (b) P MK-nın “Kollektivləşmənin sürəti və kolxoz quru- culuğuna dövlətin köməyi tədbirləri haqqında” qərarı dərc olundu. Sənədə əsasən Şimali Qaf- qaz, Aşağı və Orta Volqada kolektivləşdirmə 1930-cu ilin payızı və ya hər halda 1931-ci ilin yazında, qalan taxılçılıq rayonlarında isə 1931-ci ilin payızında, və ya hər ehtimala qarşı 1932-ci ilin yazında başa çatmalı idi. Kolxoz quruculuğunun əsas forması kənd təsərrüfatı arteli müəyyən olundu. Qərar qəbul olunduqdan sonra mərkəzi partiya və dövlət orqanları kollektivləşdirmənin sürətini artırmaq tələbi ilə yerli orqanlara və kütləvi mətbutata təzyiqi artırdı, bu işdə yarışanlar şirnikləşdirilməyə başlandı. Məsələn, 1930-cu il fevralın 3-də “Prav- da” qəzeti yazırdı ki, “1930-1931-ci ildə yoxsul-ortabab təsərrüfatlarının 75%-nin kollektiv- ləşdirilməsinin nəzərdə tutulması maksimum hədd deyil”. Yuxarıların təzyiqi, daim “sağ təmayülə” mənsub edilmək qorxusu yerli işçiləri inzibati tədbirlərə əl ataraq kəndliləri kol- xozlara zor gücünə daxil olmağa məcbur edirdi. İ.Satlinin təkidilə SSRİ XKS öz qətnamə- sində adam başına bir il ərzində 300 manatdan çox gəliri olan (ailə üzrə isə 1500 manatdan az olmayan), ticarətlə məşğul olan, maşın, yer icarəyə verən, muzdlu əmək tətbiq edən, dəyir- man, yağ, yarma, meyvə və tərəvəzqurutma qurğuları olan kəndlilər qolçomaqlara aid edilirdi. Qolçomaqlar 3 qrupa bölünürdü ki, birincilər “əksinqilabi fəallar” hesab edilərək ən yüksək cəzaya, güllələnməyə məhkum edilirdi. İkinci qrupa “qolçomaq fəallarının ayrı-ayrı element- ləri” aid edilirdi və onları ölkənin uzaq rayonlarına sürgünə göndərmək nəzərdə tutulurdu. Üçüncü qrup qolçomaqlar yaşadıqları rayonların ərazisində kolxoz təsərrüfatlarından kənarda yeni məskənlərdə yerləşdirilməli idi.” Qətnaməyə görə ölkənin 9 regionundan 60 min nəfər cəza düşərgələrinə, 150 min nəfər qolçomaq isə sürgünə göndərilməli idi. Qolçomaqların mü- sadirə edilən istehsal vasitələri və əmlakı yoxsul və muzdurların daxil olma haqqı kimi kolxozların bölünməz fonduna keçirdi. Bununla, dövlət kəndin daxildən parçalanmasını və yoxsulları kollektivləşdirmənin tərəfdarı kimi səfərbər etməyi nəzərdə tuturdu. Dövlət Siyasi İdarəsinin məlumatına görə 1930-1931-ci illərdən 1803392 nəfərdən ibarət olan 381026 qolçomaq ailəsi Sibir, Qazaxıstan və Şimala sürgün edilmişdir. 200-250 min qolçomaq ailəsi “özü-özünü qolçomaqlıqdan” salaraq, əmlakını ataraq şəhər və sənaye tikintilərinə qaçmışdır. 1932-1936-cı illərdə qolçomaqlıqdan salmaq aşağı düşərək 100 min təsərrüfatdan çox olma- mışdır. 1930-1933-cü illərdə qolçomaqlıqdan salınanların üçdə biri və ya 2140 min adam sürgünə göndərilmişdir. Qolçomaqlara göstərilən bu vəhşi münasibətə cavab olaraq onlar
əllərinə silah alaraq hakimiyyətə müqavimət göstərməyə cəhd etdilər. 1930-cu ilin yanvar- aprel aylarında 1755 min nəfəri əhatə edən 6117 qolçomaq çıxışı qeydə alınıb. Eyni zamanda kəndli çıxışları Mərkəzi qara-torpaq vilayətlərinin 1000-dən çox, Orta və Aşağı Volqada 801, Moskva vilayətində 459, Sibirdə 200-dən çox yaşayış məntəqəsini əhatə edirdi.
Kəndlilərin narazılığının qarşısını almaq və kədin “xırda mülkiyyətçilik” psixologiyalı
əhalisinin üzərinə hücum üçün vaxt qazanmaq məqsədilə partiya və dövlət növbəti manevrə əl atdı. 1930-cu il martın 2-də Stalin “Müvəffəqiyyətlərdən baş gicəllənməsi” məqaləsini dərc etdirərək kollektivləşmədəki yol verilən səhvləri yerli partiya-dövlət işçilərinin üzərinə yıxdı. Bu isə tapşırıqları biləvasitə yerinə yetirən vilayət və rayon partiya təşkilatları rəhbərlərinin etirazına səbəb oldu. Siyasi Büro martın 14-də “Kolxoz hərəkatında partiya xəttinin əyilməsi ilə mübarizə haqqında” qərar qəbul etdi ki, bu da Stalinin məqaləsindəki fikirlərin təsdiq olunması demək idi. Biləvasitə yuxarı partiya mərkəzinin kolxoz hərəkatındakı əyintilərdən bəhs etməsi və onunla mübarizə elan olunması zorla kolxozlara daxil olmağa məcbur edilən kəndlilərin kolxozlardan kütləvi getməsinə səbəb oldu. Bunun nəticəsində 1930-cu il martın 1-də SSRİ üzrə kollektivləşdirilmiş təsərrüfatlar 56,0 faizdən 1930-cu il iyunun 1-də 23,6 faizə düşdü.
1932-1933-cü illərdə kollektivləşdirməyə və qolçomaqlıqdan salmağa məruz qalan taxılçılıq rayonlarında dəhşətli aclıq başladı. 1931-ci ilin məhsulu orta göstəricidən aşağı olmasına baxmayaraq taxıl tədarükünün həcmi nəinki azalmadı, hətta artırılırdı. Bu isə onunla izah edilir ki, sənaye avadanlığı almaq məqsədilə xaricə daha çox taxıl satmaq və valyuta əldə etmək tələb olunurdu. Taxılı kəndliliərdən zorla alaraq onlara zəruri olan hətta minimumu saxlamırdılar. Belə vəziyyət 1932-ci ildə də təkrar edildi. Kəndlilər başa düşdülər ki, taxılı
onların əlindən alacaqlar, odur ki, onu gizlətməyə başladılar. Eyni zamanda, taxılın xeyli hissəsi tədarük edilməyərək əkin sahələrində qaldı. 6sas taxılçılıq rayonlarında taxıl tədarükü pozuldu. Buna cavab olaraq, dövlət sərt soyğunçuluq tədbirlərini tətbiq etməyə başladı. Taxıl tədarükü planın yerinə yetirməyən rayonların kəndlilərinin bütün ərzaq ehtiyatı əllərindən alınaraq onlar aclıq ölümünə məhkum edildilər. Aclıq daha çox məhsuldar olan taxılçılıq ra- yonları Şimali Qafqaz, aşağı və ortaVolqaboyun, Don, düzənlik Ukraynasını bürüdü. Bu süni surətdə partiya və dövlət tərəfindən təşkil edilmiş aclıq idi. Fərqli məlumatlara əsasən ac- lıqdan ölənlərin sayı 4 ilə 8 mln nəfər arasında dəyişirdi. Aclığın şiddətli vaxtında 1932-ci il avqustun 7-də “Dövlət müəssisələrinin, sovxoz və kooperativlərin əmlakının qorunması və ictimai (sosialist) mülkiyyətin möhkəmləndirilməsi haqqında” qanun qəbul edildi. Qanuna
əsasən ən az miqdarda belə dövlət və kolxoz əmlakının oğurlanması güllələnmə və ya 10 il azadlıqdan mərhum etməklə cəzalandırılırdı. Aclıq ölümündən qaçmağa çalışan qadın və ye- niyetmələr gecələr sünbülün başlarını qayçı ilə kəsdikləri və yaxud əkilmiş buğdanı sa- hələrdən çıxarıb istifadə etdikləri üçün daha çox qanunun qurbanlarına çevrildilər. Yalnız 1932-ci ildə 7 avqust qanununa əsasən 50 min nəfər adam repressiyaya məruz qalmış, onlar- dan 2 min nəfəri güllələnməyə məhkum edilmişdir. Aclıq illərində kollektivləşdirmə prosesi dayandırılmışdır. Yalnız 1934-cü ildə aclıq dayandıqdan sonra kənd təsərrüfatı istehsalı və kəndlilərin üzərinə qoyulan verginin daim artması onları ya kolxoza daxil olmaq, ya da kəndi tərk etmək dilemması qarşısında qoydu. 1937-ci ildə kəndlilərin 93%-i kolxozçulara çevrildi. İkinci beşilliyin sonunda kollektivləşdirmə əsasən başa çatdı. Kolxozların sayı 242,5 min oldu. 1.4 mln fərdi kəndli təsərrüfatı qalmışdır (7%). Kənd əhalisi isə qolçomaqlıqdan salınma, şəhərlərə köçmək və aclıq sayəsində 15-20 mln nəfər azalmışdır. Kolxozlar sovet və partiya orqanlarının sərt nəzarəti altında idi. Kənd təsərrüfatı məhsullarının satış qiyməti son dərəcədə aşağı səviyyədə müəyyən edilirdi. Bununla bərabər, kolxozlar həm öz məhsullarından MTS-nin xidmətinin əvəzini ödəməli, həm də dövlətə natural vergi verməli idi. Nəticədə kolxozçular faktiki olaraq əmək haqqı ödənilmədən çalışırdılar. Onların hər biri cinayət məsuliyyətinə cəlb edilmək qorxusu ilə kolxoz tarlasında minumum əmək günü qazanmağa məcbur idilər. Kənd əhalisinin 1932-ci ilə kimi pasportu olmadığı üçün kolxoz idarə heyətinin razılığı olmadan onlar kəndi tərk edə bilməzdilər. Kəndli ailələrinin yaşamasının əsas mənbəyi onların həyətyanı təsərrüfatlarından götürdüyü gəlir idi. Kollektivləşdirilmənin nəticəsində taxılçılığın məhsuldarlığı aşağı düşdü. 6halinin sayına düşən taxıl istehsalı 1928-ci ildəki 47-dən 1940-cı ildəki 40-44 s/ha düşdü. Heyvandarlıq məhsulları 40 faiz azaldı. Beləliklə, kollektivləşdirmə kəndliləri aclıq və repressiyaya məruz qoyaraq kənd təsərrüfatına ağır zərbə vurdu.
Kənd təsərrüfatını kollektivləşdirmək siyasəti nəticəsində kənddən sənayeyə böyük həcmdə vəsait nəql edildi. Dünya bazarında ölkədə çatışmayan taxıl, yağ, qənd satılırdı. 6ldə edilən valyutaya sənaye nəhəngləri üçün dəzgah və avadanlıq alınırdı. Kolxoz quruluşunun bərqərar olması ilə SSRİ-də iki, dövlət və kolxoz-kooperativ mülkiyyət forması yarandı. Təd- ricən kənddə vəziyyət normallaşmağa başladı. Sənayenin inkişafı traktor və kombaynların art- masına, bu isə torpağın texniki emalının və məhsuldarlığın yüksəlməsinə səbəb oldu. 1935-ci ildən başlayaraq kənd təsərrüfatı məhsullarının satışı planı əsasən yerinə yetirilirdi. 1936-cı ildə ərzağın bölgüsünün kart sistemi ləğv edildi. Dövlət əmək məhsuldarlığını artırmaq məq- sədilə kəndlilərdə maddi maraq oyatmaq siyasəti yeritməyə başladı. Xüsusilə dövlətə verilən taxılın dəqiq miqdarı müəyyən olundu. Normadan artıq məhsul könüllük əsasında və yüksək qiymətlə alına bilərdi. Həyətyanı sahələrə və burada inək, xırda buynuzlu heyvan, donuz, quş və s. saxlanılmasına və əldə edilən məhsulun bazarda satılmasına icazə verildi. Artıq 1937-ci ildə həyətyanı sahələr tərəvəz və kartofun ümumi məhsulunun 50, ət, süd və gönün 70 faizini verirdi.