Genuyakonfransı.Sovet Rusiyasını hərbi yolla məğlub edə bilməyən kapitalist ölkələri onu ticarət, diplomatik və iqtisadi vasitələrlə özlərinə tabe etmək planlarını tərtib etməyə başladılar. Sovet Rusiyasına “yardım etmək” siyasəti ilə pərdələnən belə bir proqram İngiltərənin Baş naziri D.Lloyd Corc tərəfindən irəli sürülmüşdür. 1920-ci ildə “Rusiyanı zor gücü ilə bərpa etmək bizə nəsib olmadı. Mən bunu ticarət vasitəsilə edə biləcəyimizə və onu xilas edə biləcəyimizə inanıram” – deyən Baş nazir əslində Sovet Rusiyasında burjua- mülkədar quruluşunu bərpa etməkdən bəhs edirdi.
Sovet Rusiyasına qarşı kapitalist ölkələrinin yeni planlarını pozmağa və kapitalist dövlətləri ilə normal iqtisadi əməkdaşlıq əlaqələri yaradılmasını asanlaşdırmağa çalışan Sovet hökuməti 1921-ci il oktyabrın 28-də çar hökumətinin müharibədən əvvəlki borclarının bir hissəsini qaytarmağa hazır olduğunu bildirdi, əvəzində Qərb dövlətləri Sovet dövlətini tanı- malı və ona kredit verməli idi. Sovet hökuməti kapitalist dövlətləri qarşısında belə tələblər irəli sürməklə Rusiya ilə kapitalist dövlətləri arasındakı sülh müqaviləsini hazırlayacaq beynəlxalq konfrans çağırılmasını təklif etdi.
Antanta ölkələri Avropanın iqtisadiyyatının bərpası ilə bağlı Genuyada Sovet Rusiya- sının və məğlub Almaniyanın iştirakı ilə bütün Avropa dövlətlərinin iqtisadi və maliyyə məsələləri üzrə konfransını çağırmaq qərarına gəldilər. Sovet dövlətini iqtisadi cəhətdən özlə- rindən asılı etməyə çalışan İngiltərə, Fransa, İtaliya, Yaponiya, Belçika və Almaniya bu konfransa ciddi hazırlaşmağa başladılar. Uzun danışıqlardan sonra, Avropanın böyük dövlətləri, nəhayət Genuya konfransında həlledici məsələlərin layihəsini birgə müzakirə etmək üçün Kannda (Fransa) müşavirə çağırdılar. Kann müşavirəsi 1922-ci il yanvarın 6-da başlandı. Müşavirədə Lloyd Corc, Brian, İtaliya naziri Banomi, Belçika naziri Tenis, ABŞ
nümayəndəsi polkovnik Harvey və başqaları iştirak edirdilər. Antanta dövlətlərinin Kann müşavirəsi Genuya konfransına hazırlıqda mühüm mərhələ oldu. Avropa ölkələri arasında iqtisadi əlaqələri bərpa etmək, zəif ölkələrə kredit verilməsi kimi məsələləri həll etmək üçün Genuyada Sovet Rusiyasının iştirakı ilə konfrans keçirilməsi haqqında qərar qəbul edildi.
1922-ci il martın 20-dən 28-dək Londonda Antanta dövlətlərinin iqtisadi və maliyyə ekspertləri komissiyasının müşavirəsi oldu. London müşavirəsində Avropanın iqtisadiyyatını bərpa etmək və RSFSR ilə danışıqların layihəsini hazırlamaq haqqında məsələ müzakirə edildi. Ekspertlərin müşavirəsində Sovet Rusiyasından Çar və Müvəqqəti hökumətin bütün borclarının tələb edilməsi, çar Rusiyasının hakim dairələrinin maliyyə öhdəçiliyinin Sovet hö- kumətinə aid edilməsi, Sovetlər ölkəsində milliləşdirilmiş bütün müəssisələrin öz xarici sahib- karlarına qaytarılması nəzərdə tutulmuşdur. Ekspertlərin London müşavirəsində həmçinin belə bir tələb də irəli sürülmüşdü ki, Rusiyada yaşayan xarici vətəndaşlara müstəsna hüquqlar verilməlidir.
1922-ci il fevralın 7-də RSFSR hökuməti İtaliya hökumətindən Genuya konfransında iştirak etmək üçün dəvət aldı. Eyni zamanda konfransın işində V.İ.Leninin iştirakı arzu olu- nurdu. Başqa Sovet Respublikaları konfransa dəvət edilməmişdi. Rusiya hökuməti konfransda iştirak etməyə razılıq verdi və bilirdi ki, konfransa Türkiyə də dəvət edilməlidir, çünki Türkiyə konfransında Rusiyaya tərəfdar ola bilərdi.
ABŞ isə konfransda həm iştirak etmək, həm də iştirak etməmək dilemması qarşısında idi. Amerikanın Hardinq hökuməti belə hesab edirdi ki, Genuya konfransında iştirak etməklə ABŞ qazandığından çox itirə bilər. Belə ki, Rusiya hökuməti kapitalist dövlətlərinin borclar haqqındakı tələblərindən imtina edə bilər və Qərb dövlətləri isə Rusiyanın nümunəsindən istifadə edərək öz növbəsində ABŞ-ın borclarını geri qaytarmaqdan boyun qaçırarlar. 1922-ci il 8 mart tarixli notasında ABŞ dövlət katibi Çarl Yuz bilirdi ki, ABŞ Avropa dövləti olmadığına görə konfransda iştirak etməyəcək, həm də ABŞ-ın konfransda iştirak etməkdən imtina etməsinin digər səbəbi Sovet hökumətini tanımaq istəməməsi idi. V.İ.Lenin partiya MK-sının xüsusi qətnaməsinə əsasən Genuya konfransına göndərilmədi. Onun əvəzinə Xalq Xarici İşlər Komissarı G.V.Çiçerin Sovet nümayəndə heyətinin başçısı təyin edildi.
Genuya konfransında Sovet respublikalarının birliyini təmin etmək üçün 1922-ci il yanvarın 20-də RSFSR, Ukrayna, Belarusiya, Azərbaycan, Gürcüstan, Ermənistan, Buxara, Xarəzm və Uzaq Şərq respublikalarına xüsusi konfrans çağırmaq təklif olundu. Genuyada vahid platformada çıxış etmək məqsədilə fevralın 22-də Moskvada 8 respublikanın adından protokol imzalandı və konfransda onları təmsil etməyi RSFSR nümayəndə heyətinə tapşırıldı. 1922-ci il yanvarın 27-də ÜRMİK-nin fövqəladə sessiyası V.İ.Leninin sədrliyi ilə Genuyada Sovet Rusiyasını təmsil edən nümayəndə heyətinin tərkibini təsdiq etdi. Xalq Xarici İşlər komissarı G.V.Çiçerin sədrin müavini təyin edildi və V.Leninin konfransda iştirak etmək imkanı olmadığından sədrin bütün səlahiyyətləri ona həvalə olundu. Xalq Xarici Ticarət İşlər Komissarı L.B.Krasin, Xarici İşlər Komissarının müavini M.M.Litvinov, RSFSR-in İtaliyadakı nümayəndəsi V.V.Vorovski, Ukraynadan X.Q.Rakovski, Azərbaycan- dan N.N.Nərimanov, Gürcüstandan P.Q. Mdivani, Ermənistandan A.A.Bekzadyan, Buxara Xalq Sovet Respublikasından F.Xocayev, Uzaq Şərq Respublikasından Y.D.Yanson, Həm- karlar təşkilatından Y.E.Rudzutak, A.Q.Şlyapnikov və başqaları nümayəndə heyətinin sıravi
üzvləri təsdiq edilmişdir.
Hərtərəfli hazırlıq işindən sonra Sovet nümayəndə heyəti Qərb ölkələri ilə iqtisadi
əlaqələri və əməkdaşlığı bərpa və inkişaf etdirmək niyyəti ilə 1922-ci ilin mart ayının 27-də Genuya şəhərinə yola düşərək martın 29-da Riqaya gəldi, burada Sovet nümayəndə heyəti vahid antisovet cəbhəsi yaradılmasının qarşısını almaq məqsədilə martın 30-da Polşa, Latviya, Estoniya nümayəndələrinin iştirakı ilə müşavirə keçirdi. 6linə düşən imkanlardan istifadə edən Sovet diplomatları iki günlük danışıqlar nəticəsində adı çəkilən dövlətlərin Antantanın mövqeyindən çəkilməsinə səy göstərməklə, dörd dövlətin Genuya konfransında birlikdə çıxış edəcəkləri haqqında razılıq əldə edilməsinə nail oldu. Dörd dövlətin imzaladığı müqavilədə Sovet hökumətinin tanınması, silahların azaldılması, ümumi sülhə nail olmaq və s. maddələr
var idi.
1922-ci il aprelin 1-də Sovet nümayəndə heyəti Berlinə gəldi. Aprelin ikisində və üçün- də G.V.Çiçerinin və Sovet nümayəndələrinin İozef Virt və Valter Ratenau ilə görüşləri oldu. Berlin danışıqlarından aydın oldu ki, Almaniya Sovet Rusiyası ilə müqavilə bağlamağa tə- ləsmir. Lakin Sovet nümayəndələri ilə sonuncu görüş zamanı Virt və Ratenau öz mövqelərini bilirdilər. Almaniya və Rusiya hökumətləri borclar haqqında qarşılıqlı iddialardan imtina et- məyə zəmin hazırladılar. Həmin görüş zamanı hər iki tərəf Genuya konfransında yaxın əlaqə saxlamağı qərara aldı. Göründüyü kimi, Sovet tərəfi hələ konfrans ərəfəsində kapitalist dövlətlərinin vahid cəbhə ilə çıxış etməsinə imkan verməmək üçün bəzi işlər gördü.
Genuya konfransı 1922-ci il aprelin 10-da öz işinə başladı ki, burada da 29 dövlət, Britaniya müstəmləkələri ilə birlikdə isə 34 dövlət iştirak edirdi. Böyük dövlətlərdən yalnız ABŞ Genuya konfransında rəsmən iştirak etməsə də İtaliyadakı səfir Çayld konfransda “müşahidəçi” kimi iştirak edirdi. Konfransı İtaliyanın baş naziri L.Fakta açdı. Sonra Lloyd Corc, Luyi Bartu, İozef Virt və başqaları çıxış edərək Sovet Rusiyasına əsarətli saziş şərtləri qəbul etdirmək üçün onun təsərrüfat çətinliklərindən istifadə etməyə çalışırdılar. Onlar bütün çar hökumətinin borclarını, o cümlədən müharibədən əvvəlki borcların, həmçinin milliləşdirilmiş müəssisələrin xarici sahiblərinə qaytarılmasını tələb edirdilər.
Sovet nümayəndə heyətinin başçısı G.V.Çiçerin aprelin 10-da konfransın birinci icla- sında Sovet Rusiyasının qarşılıqlı fayda, hüquq bərabərliyi əsasında bütün dövlətlərin hökumətləri və ticarət-sənaye dairələri ilə iqtisadi əməkdaşlıq qurmaq və Sovet hökumətini qeyri-şərtsiz tanımaq səylərindən bəhs edən bəyənnaməsini elan etdi. Konfransda G.Çiçerin öz çıxışında Qərb dövlətlərilə dinc yanaşı yaşamaq əsasında əməkdaşlıq etməyi, ümumi tərksilah haqqında danışıqlara başlamağı təklif etdi.
Genuya konfransında Qərb dövlətlərinin Sovet nümayəndə heyətinə təqdim etdiyi memorandumda çar, müvəqqəti və ağqvardiyaçı hökumətlərin borclarının qaytarılması, milliləşdirilmiş əmlaka görə kompensasiya verilməsi, xarici ticarət üzərində dövlət inhisarının ləğv edilməsi, xarici vətəndaşlara geniş imtiyazlar verilməsi tələb edilirdi. Qərb dövlətləri Sovet Rusiyasını kapitalist dünyası qarşısında əvvəlcə siyasi, sonra isə iqtisadi cəhətdən təslim olmağa məcbur etmək niyyətində idilər. Sovet nümayəndələri bu kimi qəbul edilməz tələbləri qəti surətdə rədd etdi və həmin tələblərin soyğunçuluq xarakterini açıb göstərdi. RSFSR hökuməti müharibədən əvvəlki borcların bir hissəsini ödəməyə bu şərtlə razılıq verərdi ki, bunların ödənilməsi üçün 30 il möhlət və ölkəyə borc verilsin. Kapitalist dövlət- lərinin tələblərinə cavab olaraq Sovet nümayəndə heyət tələb etdi ki, xarici müdaxilə döv- ründə kapitalist dövlətləri Sovet ölkəsinə vurduqları 39 milyard qızıl manat miqdarında zərəri ödəməlidirlər. Sovet nümayəndə heyəti həm də tələb edirdi ki, danışıqlar yalnız qarşılıqlı bərabərlik prinsipi əsasında aparılsın.
Konfransın gedişində Sovet diplomatları Birinci Dünya müharibəsinin qalib dövlətləri və məğlub edilmiş Almaniya arasında kəskin ziddiyyətləri aşkar edərək onlarla ayrı-ayrılıqda müqavilə bağlamaq, kapitalist dövlətlərinin vahid cəhbə planını pozmaq niyyətində idi. Konfransın lap birinci günündən məlum oldu ki, Almaniya Antanta dövlətlərinin mövqeyində durmaq istəmir. Məhz ona görə ki, onlar Versal müqaviləsinin məlum maddələrini müzakirə etməkdən imtina etmişdi. Bu vəziyyət Almaniyanı təbii olaraq Rusiya ilə ittifaqa sövq edirdi. Genuya konfransında Sovet diplomatiyası qalib dövlətlərlə Almaniya arasındakı ziddiy- yətlərdən öz xeyrinə istifadə etdi. Almaniya güzəştli müqavilə bağlamaq siyasətini həyata keçirə bilmədiyindən Sovet Rusiyası ilə danışıqlara başladı. Aprelin 16-da alman nümayəndə heyəti ilə müqavilə şərtləri razılaşdırıldı. Həmin gün Sovet nümayəndəliyinin iqamətgahı Rapalloda nümayəndə heyətinin başçısı, Xalq Xarici İşlər Komissarı G.V.Çiçerin və Almaniyanın Xarici İşlər Naziri V.Ratenau Sovet Rusiyası ilə Almaniya arasında müqavilə imzaladı. Bu müqaviləyə əsasən, tərəflər iddialardan qarşılıqlı surətdə imtina edir, iki ölkə arasında diplomatik münasibətlər bərpa olunurdu.
Müqavilənin imzalanması Qərb dövlətlərinin antisovet planlarına qəti zərbə vurdu. Ra- pallo müqaviləsinin imzalanması nəticəsində antisovet planlarının pozulması, Sovet Rusiyası
və Almaniyanın beynəlxalq aləmdə vəziyyətinin yaxşılaşması Fransa, İngiltərə və ABŞ hakim dairələrinin ciddi narazılığına səbəb oldu. Bununla kapitalist dövlətlərinin Genuya konfran- sından çox əvvəl hazırlamış olduqları, Rusiyanı və başqa sovet respublikalarını iqtisadi və siyasi cəhətdən tabe etməyi nəzərdə tutan planları Rapallo müqaviləsi bağlanmasından sonra məğlubiyyətə düçar oldu. Konfrans öz işini 1922-ci il mayın 19-da başa çatdırdı. Antanta dövlətlərinin təqsiri üzündən Genuya konfransı nəticəsiz oldu. Genuyada Antanta dövlətləri ilə sazişə gəlmək mümkün olmadı. Lakin Rusiya hökuməti Almaniya ilə Rapallo müqaviləsini bağlamaqla kapitalizm cəbhəsini yardı, dövlətlər arasındakı ziddiyyətlərdən öz xeyrinə istifadə etdi. Bu isə kapitalist dövlətləri cəbhəsinə çaxnaşma saldı, onların bütün planları boşa çıxdı. Genuya konfransını varlanmaq mənbələrinə çevirə bilmədilər.
Genuya konfransı 39 gün davam etdikdən sonra Qərb dövlətlərinin Sovet Rusiyasına qarşı düşmənçilik mövqeyi tutması nəticəsində pozuldu. Lakin bu konfrans açıq surətdə göstərdi ki, Sovet Rusiyasının iştirakı olmadan beynəlxalq əlaqələrin normal hala salınması mümkün deyildir.1922-ci il iyunun 26-dan iyulun 20-dək Haaqada Genuya konfransında iştirak etmiş dövlətlərin ekspertlərinin iştirakı ilə konfrans keçirildi. Sovet nümayəndəliyi bəyan etdi ki, Sovet Rusiyası xarici borcları qəbul edə bilər, o şərtlə ki, Qərb dövlətləri Sovet ölkəsi ilə diplomatik münasibətlər yaratmalı və ona kredit verilməlidir. Sovet dövlətinin xarici ölkələrə borcu 18,5 milyard qızıl manat hesablanırdı. M.M.Litvinov elan etdi ki, Qərb ölkələri vətəndaş müharibəsi və xarici hərbi müdaxilə sayəsində Sovetlər ölkəsinə vurulmuş 39 milyard manat məbləğində zərəri ödəməyə borcludur. Qarşılıqlı iddialar sayəsində Haaqa konfransında heç bir qərar qəbul edilmədi.