Sovet Rusiyasının xarici siyasat sahasinda ilk addımları.Vətəndaş müharibəsi başa ça- tandan sonra Sovet dövləti dinc təsərrüfat quruculuq dövrünə qədəm qoydu. Dinc quruculuğa keçilməsi mürəkkəb beynəlxalq şəraitdə baş verdi. Kapitalist əhatəsi Sovet dövləti üçün təhlükə törədirdi, əldə edilmiş sabitlik müvəqqəti xarakter daşıyırdı. Odur ki, müharibə təh- lükəsini unutmaq olmazdı və ölkənin müdafiə qabiliyyətini hər vasitə ilə möhkəmlətmək tələb olunurdu. Sülhü qoruyub saxlamaq və möhkəmlətmək üçün dövlət hər cür səy göstərirdi. Sovet hökuməti öz siyasətində iki müxtəlif ictimai quruluşun dinc yanaşı yaşaması prinsipini
əldə rəhbər tuturdu.
Avropanın, Amerikanın və Asiyanın fəhlələri və xalqı Sovet dövləti ilə normal ticarət və diplomatik münasibətlər yaradılmasını tələb edirdilər. Artıq 1920-1921-ci illərdə Sovet Rusiyası bir sıra kapitalist dövlətləri ilə ticarət və diplomatik münasibətlər yaratdı. 1920-ci ildə Estoniya (2 fevral), Litva (12 iyul), Latviya (11 avqust), Finlandiya (14 oktyabr), 1921-ci ildə Polşa (18 mart) ilə RSFSR arasında diplomatik əlaqələr quruldu.
1921-ci il martın 16-da İngiltərə ilə ticarət sazişinin bağlanması əslində İngiltərənin Sovet dövlətini tanıması demək idi, belə ki, bu həm də siyasi xarakter daşıyırdı. Hər iki tərəf düşmənçilik hərəkətlərindən və öz ölkələri sərhədlərindən kənarda bir-birinin əleyhinə təbliğat aparmaqdan əl çəkməyi bəyan etdilər. Həmin saziş imzalandıqdan sonra 1921-ci il 6 may tarixli müvəqqəti Sovet-Almaniya ticarət sazişi bağlandı. Bu sazişdə Almaniya Böyük Britaniyadan irəli gedərək RSFSR-in nümayəndələrini Rusiya dövlətinin Almaniyada yeganə qanuni nümayəndələri kimi tanıdı, ona diplomatik hüquqlar və üstünlüklər verdi. 1921-1922- ci illərdə Norveç, Avstriya, İtaliya, İsveç və Çexoslovakiya ilə eyni ticarət-iqtisadi sazişlər imzalandı. Həmin ölkələrin hakim dairələri Sovet Rusiyası ilə iqtisadi əlaqələr yaratmağa məcbur olsalar da, Sovet dövlətlərini hüquqi cəhətdən tanımaqdan boyun qaçırdılar. ABŞ Sovet dövlətinə qarşı xüsusilə barışmaz mövqe tuturdu.
Sovet dövləti ABŞ ilə münasibətləri nizama salmaq məqsədilə 1921-ci il martın 20-də URMİK-in sədri M.İ.Kalininin imzası ilə Amerika konqresinə və yeni prezident Hardinqə teleqram göndərdi. Teleqramda bildirildi ki, Sovet dövləti ABŞ ilə dostluq münasibətləri yaratmağa hazırdır. Bütün məsələləri qaydaya salmaq, həmçinin ticarət münasibətlərini bərpa etmək üçün ABŞ-a nümayəndə heyəti göndərmək təklif edildi. Lakin Amerika hökuməti bu təklifi rədd edərək bildirdi ki, Rusiya burjua quruluşun və xüsusi mülkiyyətin əsasları bərpa edilməyincə ABŞ Rusiya ilə münasibətlər yaratmayacaqdır.
ABŞ-ın hakim dairələri Uzaq Şərq məsələsinə dair doqquz dövlətin Vaşinqton konq- rensinə (noyabr 1921-ci il – fevral 1922-ci il) Sovet Rusiyasını dəvət etmədilər. RSFSR ilə bağlı olan bir sıra məsələlər, o cümlədən ŞÇDY, Sovet Uzaq Şərqində yapon müdaxiləsi və s.
bu konfransda müzakirə edilirdi. Rusiya hökuməti bu düşmənçilik siyasətinə qarşı 1921-ci il iyulun 19-da özünün qəti etirazını bildirdi və bəyan etdi ki, Vaşinqton konfransının qəbul etdiyi heç bir qərarı tanımayacaq.
Sovet dövləti Şərq ölkələri ilə dostluq münasibətlərini möhkəmlətməyə böyük əhəmiy- yət verirdi. Rusiya dövləti Şərq ölkələri ilə onların tam hüquq bərabərliyini və suverenliyini tanımağa əsaslanan münasibətlər yaradırdı. Sovet Rusiyası Şərq dövlətləri ilə siyasi və ticarət
əlaqələrin inkişaf etdirmək üçün real addımlar atdı. Rusiya dövləti 1920-1921-ci ildə İran, 6fqanıstan və Türkiyə ilə müqavilələr bağladı. Beş ay davam edən danışıqlardan sonra 1921- ci il 26 fevral tarixli Sovet-İran müqaviləsi imzalandı. Dostluq və əməkdaşlıq haqqında olan müqaviləyə görə Rusiya İranın zərərinə olaraq çar hökumətinin üçüncü dövlətlərlə bağladığı qeyri-bərabər hüquqlu müqavilələrdən, sazişlərdən imtina etdi. RSFSR hökuməti İran
ərazisindəki bütün çar konsessiyalarından, pul iddialarından imtina etdi, Xəzər dənizində İranın öz donanmasına malik olmaq hüququna razılıq verdi. Müqavilənin 6-cı maddəsi xüsusi
əhəmiyyətə malikdir. Bu maddə İran ərazisini işğal etmək və ya İranı Sovet Rusiyası əleyhinə hərbi əməliyyat bazasına çevirmək məqsədilə hər hansı bir dövlət tərəfindən İran ərazisinə silahlı basqın ediləcəyi təqdirdə Sovet dövlətinin özünü müdafiə naminə lazımi tədbirlər görmək üçün öz qoşunlarını İrana yeritmək və təhlükə ləğv edilən kimi oradan qoşunlarını çıxarmağı nəzərdə tuturdu. Məhz bu 1941-ci ildə SSRİ qoşunlarının İran ərazisinə daxil olmağa imkan vermişdir. Bu müqavilə İranın beynəlxalq mövqelərinin möhkəmlənməsinə kömək etdi. Müqavilədə hüquq bərabərliyi, suverenliyə hörmət, daxili işlərə qarışmamaq, çoxcəhətli əməkdaşlıq, iqtisadi və mədəni inkişaf sahəsində kömək və s. prinsiplər nəzərdə tutulmuşdur.
1921-ci il fevralın 28-də Sovet Rusiyası ilə 6fqanıstan arasında dostluq və əməkdaşlıq haqqında müqavilə də bu cür prinsiplər üzərində qurulmuşdu. 6fqanıstanın elan etdiyi siyasi müstəqilliyi tanıyan ilk ölkə Sovet dövləti idi. Müqavilənin şərtlərinə görə tərəflər bir-birinə qarşı yönəldilmiş hərbi-siyasi ittifaqa qoşulmamalı idi. Sovet hökuməti 6fqanıstana təmən- nasız iqtisadi və hərbi yardım göstərirdi. Sovet-6fqan münasibətləri uğurla inkişaf edirdi.
Kapitalist dövlətlərinin Türkiyəni bölmək, onu yarımmüstəmləkə rejimli bir ölkəyə çe- virmək planları Türkiyədə Mustafa Kamalın rəhbərliyi ilə milli hərəkatın başlanmasına gətirib çıxartdı. Yunanıstan ordusu məğlub edildikdən sonra Sovet Rusiyası Türkiyə ilə Antanta dövlətləri arasında müharibədə Türkiyəyə yardım göstərirdi. 1921-ci ilin fevral ayında Tür- kiyənin nümayəndələri Moskva şəhərinə səfərə gəldi. 1921-c il martın 16-da Sovet Rusiyası ilə Türkiyə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə imzalandı. Sovet Rusiyası və Türkiyə Naxçıvanı Azərbaycanın tərkibində muxtar ərazi kimi tanıyırdılar. 1921-ci il oktyab- rın 13-də Qarsda Türkiyə ilə Zaqafqaziya Sovet Respublikaları, 1922-ci il yanvarın 2-də isə Ukrayna ilə Türkiyə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə bağlandı.
20-ci illərin əvvəllərində Sovet Rusiyası öz qonşuları olan Şərq dövlətləri ilə onların hüquq bərabərliyi və suverenliyinə əsaslanan qarşılıqlı faydalı münasibətlər qurdu. Sovet dövləti çar Rusiyası tərəfindən bağlanan gizli müqavilələri ləğv edərək bu ölkələrə azadlıqları uğrundakı mübarizədə yardım etdi. İran, 6fqanıstan, Türkiyə dövlətlərinin rəhbərliyi və RSFSR hökuməti heç bir dövlətlə onların hər hansı birinə zərər vuraraq hərbi və siyasi saziş bağlamamağı öz öhdələrinə götürdülər.
Sovet hökuməti yarandığı ilk vaxtlardan özünün böyük qonşu dövləti olan Çinlə dostluq münasibətləri qurmağa çalışırdı. O Rusiyanın Çindəki bütün xüsusi hüquq və imtiyazlarından imtina edərək qarşılıqlı hüquq bərabərliyi əsasında Şərqi Çin dəmir yolu, konsessiyalar və s. haqqında müqavilələrə yenidən baxılmasını irəli sürdü. 1918-ci ilin may ayında Sovet tərəfi Çin hökumətinə Semyonovun dəstəsinə onun ərazisindən Sovet dövlətinə qarşı təxribatlar törətməyin qarşısını almağı xahiş etdi. Pekin hökuməti bu xahişə cavab verməyərək 1917-ci il dekabrın 27-də Sovet Rusiyasına ərzaq, o cümlədən çay göndərilməsini qadağan etdi, 1918-ci il yanvarın 11-də Çin sərhəddi bağlanaraq, yük göndərilməsi dayandırıldı. Martın axırlarında Petroqraddakı Pekin hökumətinin nümayəndəsi geri çağırıldı. 1918-ci il avqustun 24-də Pekin hökuməti öz qoşunlarını Sibirdə fəhlə-kəndli hakimiyyəti ilə mübarizədə müttəfiqlərə kömək
etmək məqsədilə Sibirə göndərməyi elan etdi. Buna baxmayaraq, böyük Çin demokratı Sun Yatsen və xalq hər iki ölkə arasında möhkəm sülh yaradılmasını arzu edirdilər. 1920-ci il aprelin 6-da yaradılan Uzaq Şərq Respublikası may ayında Pekin hökumətinə müraciət edərək bütün mübahisəli məsələləri həll etmək üçün RSFSR, UŞR və Çin arasında konfrans keçirməyi irəli sürdü. Hər iki tərəf arasında baş tutan danışıqlar rəsmi münasibətlərin yaranmasına səbəb olmasa da Pekin hökumətinin çar Rusiyasının missiya və konsulluq xid- mətindən imtina etmək haqqında qərarı müsbət addım idi. 1921-ci ilin dekabrında RSFSR nümayəndələrinin Pekinə səfəri də nəticəsiz qaldı.
Sovet dövləti Koreya və Monqolustanla da əlaqə qurmağa çalışırdı. 1919-cu ilin mart ayında Koreyadakı xalq üsyanından sonra RSFSR hökuməti Koreya inqilabı təşkilatlarına və xalqa müraciət edərək yapon işğalçılarına qarşı birgə mübarizə aparmağı təklif etdi. Uzaq Şərqdəki gərgin hərbi-siyasi vəziyyət və vətəndaş müharibəsi Koreya ilə Sovet Rusiyası arasında münasibətlərin yaranmasına mane oldu.
Sovet-monqol münasibətləri uğurla inkişaf edirdi. 1918-ci ilin fevralında Sovet höku- məti muxtar Monqol hökumətinə çarizmin Monqolustanda keçmişdə yeritdiyi siyasətdən imtina etdiyini bildirdi. 1919-cu il avqustun 3-də Sovet Rusiyası bir daha Monqol xalqı və hökumətinə müraciət edərək çar Rusiyasının Monqolustandakı bütün güzəşt və imtiyazla- rından əl çəkdi. Bunun ardınca Rusiyadakı vətəndaş müharibəsindən istifadə edən Çin millitaristləri 1918-ci ilin oktyabrında Monqolustana hücum edərək orada müstəmləkə ağalığını bərpa etməyə çalışdı. Monqolustanda meydana gələn inqilabi təşkilat kömək üçün Sovet Rusiyasına müraciət etdi və bu məqsədlə 1920-ci ilin payızında Moskvaya nümayəndə göndərdi. Qızıl Ordunun zərbələri altında Monqolustan ərazisinə daxil olan ağqvardiyaçılarla və 1920-ci ilin oktyabrında hücuma keçən baron Ungerinin dəstələri ilə mübarizə aparmaq üçün Qızıl Ordu qoşunları köməyə gəldi. 1921-ci il iyulun 7-də Monqolustan xalq ordusu, Qızıl ordu və UŞR-nın hərbi-inqilabı ordusu hissələrinin birgə əməliyyatı ilə paytaxt Urqa şəhəri azad olundu. İyulun 12-də Monqolustan xalq hökuməti yaradıldı. 1921-ci il oktyabrda monqol inqilabının rəhbəri, hərbi nazir Suxe-Batorun başçılığı ilə nümayəndə heyəti danışıq- lar üçün Moskvaya gəldi. Noyabrın 5-də RSFSR hökuməti və Monqolustan nümayəndələri arasında hər iki ölkə arasında dostluq münasibətləri haqqında müqavilə imzalandı. Bu müqavilə hər iki ölkə arasında iqtisadi və siyasi əməkdaşlığın möhkəm əsasını qoydu.