Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə17/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   13   14   15   16   17   18   19   20   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Milli dövlat quruculuğu. SSRİ-nin Konstitusiyası qəbul edildikdən sonra xalqlar arasında tarixən əmələ gələn iqtisadi, sosial və mədəni sahədəki qeyri-bərabərliyi aradan qaldırmaq milli siyasətin əsas istiqamətini təşkil edirdi. Respublikaların idarəçilik aparatına milli kadrlar yerləşdirildi. Ümumittifaq idarəçilik orqanlarının səlahiyyətlərinin artırılması şəraitində ölkə- də bürokratik mərkəzləşmə prosesi gücləndi.
1924-1925-ci illərdə Orta Asiya respublikalarında milli-dövlət bölgüsü həyata keçirildi. Buxara və Xarəzm SSR, eyni zamanda Türküstan MSSR-in yerində müstəqil Özbəkistan və Türkmənistan SSR, Tacikistan MSSR, RSFSR-in tərkibində isə Qazaxıstan və Qırğızıstan MSSR təşkil edildi. 1929-cu ildə Tacikistan MSSR, 1936-cı ildə RSFSR-in tərkibində muxtar
hüquqlu respublikalar olan Qazaxıstan və Qırğızıstan müttəfiq respublikalara çevrilərək SSRİ-nin tərkibinə daxil oldular. Yenə həmin il ZSFSR ləğv edildi. Azərbaycan, Gürcüstan və Ermənistan müstəqil müttəfiq respublikalar hüququnda SSRİ-nin tərkibinə daxil oldular.
1924-cü ildə RSFSR-in belarus əhalisinin üstünlük təşkil etdiyi Vtebsk, Qomel və Smolensk qəzalarının bir sıra rayonları Belarusiya SSR ilə birləşdirildi. 1924-cü ilin oktyabrın 12-də Ukrayna SSR-in tərkibində Moldoviya MSSR yaradıldı. Ukraynada yeni inzibati ərazi bölgüsü keçirilərək nahiyələr, qəzalar, quberniyalar ləğv olundu, onların yerinə respublika
ərazisi rayonlara və mahallara bölündü. RSFSR-də mili muxtariyyət quruculuğu davam edirdi. SSRİ-nin yaradılması ərəfəsində RSFSR-in tərkibində bir sıra muxtar qrumlar var idi. Volqaboyu almanların 6mək Kommunası (1923-cü ildən Volqaboyu almanların MSSR-i), Başqırd, Tatar, Kareliya 6mək Kommunası (1923-cü il iyulun 25-dən Kareliya MSSR), Dağlıq, Dağıstan, Krım, Yakutiya muxtar respublikaları buna misaldır. Bu respublikalarla ya- naşı Çuvaş, Votsk (Udmurt), Mari, Komi, Çərkəz (Adıgey), Kalmık, Buryat-Monqol Muxtar vilayətləri mövcud idi ki, onların da bir çoxu sonradan muxtar respublika statusu almışdır. 1924-cü ildə Dağlıq MSSR-in ərazisində Kabardin-Balkar, Karaçay-Çərkəz, Şimali Osetiya, Çeçen və İnquş muxtar vilayətləri meydana gəldi ki, onların da bir çoxu muxtar respublikaya çevrildi. 1930-cu ilin ortalarına doğru Mordova, Udmurt və Mari Muxtar vilayətlərinin MSSR-ə çevrilməsi ilə Volqaboyunda mili-dövlət quruculuğu işi əsasən başa çatmış oldu. 1930-cu illərdə həm də Sibirdə də muxtar vilayət və milli dairələrin təşkil edilməsi prosesi davam etmişdir.
Çox zaman bürokratik metodlarla həyata keçirilən milli-dövlət quruculuğu ideoloji və siyasi məqsəd daşıyırdı. Hər hansı bir qərarın həyata keçirilməsinin məqsədyönlü real mexa- nizmi yox idi, çox vaxt ərazidə yaşayan əhalinin etnik tərkibi lazım olan səviyyədə nəzərə alınmırdı. Bununla yanaşı, əvvəllər öz dövlətləri olmayan xalqlar onu əldə etməklə həyata keçirilən milli-dövlət quruculuğu prosesini sovet hakimiyyətinin xidməti kimi qiymətlən- dirərək özlərinin iqtisadi və mədəni inkişafını onunla bağlayırdılar.
Beləliklə, vahid ittifaq dövlətinin yaradılması ölkənin iqtisadi və hərbi gücünü artırdı, keçmiş Rusiya imperiyasının milli ucqarlarında yaşayan xalqların sənaye və mədəni inkişafı üçün geniş üfüqlər açdı. Eyni zamanda, bu proses milli dövlətçiliyin yaranmasına mane oldu, belə ki, federativ əsasda Sovet İttifaqının yaradılması deklorativ xarakter daşıyırdı, respub- likaların İttifaqdan azad surətdə çıxmaq hüququ isə yalnız kağız üzərində idi. Ölkənin ittifaq və muxtar respublikalara bölünməsi həddən ziyadə mərkəzləşdirilmiş dövlətin yaradılmasına mane ola bilmədi. Belə bir şəraitdə milli mədəniyyətlərin deformasiyaya uğraması qaçılmaz oldu. SSRİ çərçivəsində mili məsələləri problemsiz həll etmək mümkün olmadı ki, bu da 90- cı illərin əvvəllərində SSRİ adlanan nəhəng qurumun dağılmasının başlıca səbəblərindən biri oldu.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin