1920-30-cu illərdə SSRİ-də totalitar dövlət modelinin bərqərar olması
Sovet camiyyati 20-30-cu illarda. Xalq təsərrüfatının bütün sahələrində, sosialist sis- teminin qələbəsi nəticəsində sovet cəmiyyətinin sinfi strukturu dəyişdi və cəmiyyət təbə- qələşdi. Sovet cəmiyyətinin sosial-sinfi strukturunun dəyişilməsi 1917- 1937-ci illəri əhatə etməklə üç mərhələyə bölünür:
İstehsal vasitələrinin milliləşdirilməsi və torpağın xalq mülkiyyətinə çevrilməsi nəti- cəsində mülkədarlar və iri burjuaziyanın ləğv edilməsi mərhələsi – yəni vətəndaş müharibəsi illəri.
Şəhər burjuaziyasının yeni iqtisadi siyasət illərində artan təbəqələrinin və kənd təsər- rüfatının kolletivləşdirilməsi gedişində qolçomaqların ləğv edilməsi mərhələsi – yəni birinci beşillik illəri.
İstismarçı siniflərin və onları doğuran səbəblərin aradan qaldırılması mərhələsi – yəni ikinci beşillik illəri.
Bu əslində kapitalizmin qalıqlarının ləğv edilməsi demək idi, kapitalizmin qalıqlarının ləğv edilməsi isə ölkənin geriliyi, tərəqqinin və inkişafın ləngiməsinə şərait yaradırdı. 1917- 1937-ci illərdə cəmiyyətin sosial-sinfi strukturunun dəyişilməsi nəticəsində fəhlə sinfi, kol- xozçu kəndlilər, qulluqçu və ziyalılardan ibarət olan sosial təbəqə formalaşmışdır. Sinfi struk- turun dəyişməsi, əslində cəmiyyətin bütünlüklə irəliyə doğru inkişafını təmin edən siniflərin heç də yaranması demək deyildir. Bu, əslində ictimai qruplarda birləşmiş insanların birliyi idi. Bu dövrdə, cəmiyyətin hegemon-aparıcı sinfi fəhlə sinfi hesab edilirdi. Ona görə ki, Leninin söylədiyi “müasir cəmiyyətdə axıradək inqilabçı olan və buna görə də hər bir in- qilabda qabqcıl olan yeganə sinif proletariatdır” kimi müddəası əldə bayraq edilərək iddia edilirdi ki, fəhlə sinfi cəmiyyətin başlıca məhsuldar qüvvəsi, əsas maddi sərvətlərin yaradıcısı, elmi-texniki və sosial tərəqqinin göstəricisi, qabaqcıl ideologiyanın ifadəçisidir. 6slində
cəmiyyətdə fəhlə sinfinin yeri və rolu təhrif edilmişdir. O dövrdə fəhlə sinfi olduqca az məh- suldar əməyə, geri qalmış təhsil səviyyəsinə malik bir sinif idi. 6sas maddi sərvətlərin ya- radıcısı təkcə fəhlə sinfıdirmi? Bu fikir əslində əhalinin digər qrup və təbəqələrinin əməyinin heçə endirilməsi demək idi. Belə ki, elmin bilavasitə məhsuldar qüvvəyə çevrilməsi məhz fəhlə sinfinin deyil, ziyalıların, ilk növbədə, texniki ziyalıların xidmətidir.
Sosializm quruculuğu illərində kəndlilərin siması da köklü şəkildə dəyişdi. Kəndlilər yekcins sinfə çevrildilər. Təbəqələşmə aradan qaldırıldığı üçün muzdur, yoxsul, ortabab və qolçomaq kimi kəndli kateqoriyaları da silinib getdi. Kənddə əslində rəqabət, inkişaf aradan qalxdı. Bu da kənd təsərrüfatının geri qalması üçün obyektiv şərait yaranmasına gətirib çıxartdı.
Ziyalılara gəldikdə onların tərkibində də müəyyən dərəcədə dəyişiklik baş vermişdir. Fəhlə sinfi və kəndlilər içərisindən yeni ziyalılar – yəni sovet ziyalıları formalaşdı. Köhnə ziyalıların bir hissəsi Oktyabr silahlı üsyanından sonra sovet hökumətinə xidmət etməkdən imtina edərək xaricə mühacirətə getdilər, bir hissəsi isə sovet hakimiyyəti tərəfinə keçərək ona xidmət etməyə başladılar. Sovet ziyalısının əsil ziyalı kimi formalaşma mərhələsi çox qısa olmuşdur ki, bunun da obyektiv səbəbləri var idi. Hər yerdə savadlı adamlara ehtiyac olduğundan bu proses çox sürətlə gedirdi və bu da onların hazırlıq səviyyəsinin aşağı olmasına gətirib çıxarırdı. Alim, filosof D.A.Volkoqonovun qeyd etdiyi kimi, əslində “mütəxəssis ziyalını əvəz etdi.”
1913-cü illə müqayisədə 1939-cu il əhalinin siyahıyaalınmasının nəticələri cəmiyyətin sosial tərkibinin əsaslı surətdə dəyişdiyini nümayiş etdirir. 1913-cü ildə fəhlə və qulluqçular bütün əhalinin 17%-ni təşkil edirdisə, 1939-cu ildə bu 50,2%-ə (33%-i fəhlələr idi) yüksəl- mişdi. Təktəsərrüfatçı kəndlilər və kooperativləşməmiş kustarlar ölkənin bütün əhalisinin 2,6
%-ni, kolxozçular isə 47,2 %-ni təşkil edirdi. 1913-cü ildə isə təktəsərrüfatlı kəndlilər ölkə
əhalisinin 66,7 %-ni təşkil edirdi.
Beləliklə, təkcə 1929-1937-ci illər arasında əsasən kənddən çıxanlar hesabına fəhlə sinfi təqribən üç dəfə artaraq ailə üzvlərilə birlikdə 33,7 faizə çatmışdır. Ziyalı və qulluqçuları birləşdirən sosial qrup isə cəmiyyətin 16,5 faizini təşkil edirdi. Müasir tarixçilərin bir çoxu belə hesab edir ki, qulluqçu və ziyalılar arasında müxtəlif səviyyədə partiya –dövlət aparatını və kütləvi ictimai təşkilatları təmsil edən nomenklatura kimi bir təbəqə də yaranmışdır.
1939-cu il yanvarın 17-də Ümumittifaq miqyasında əhalinin siyahıyaalınması ölkənin ümumi mənzərəsini xarakterizə etmək baxımından da mühüm əhəmiyyətə malikdir. Siyahıyaalma nəticəsində məlum oldu ki, 1926-cı ildə SSRİ-də 147 milyon nəfər əhali yaşayırdısa, 1939-cu ildə ölkənin əhalisi 170,6 milyon nəfərə çatmış və ya 12 il ərzində əha- linin orta illik artımı 1,23% olmuşdu ki, bu da ABŞ, Fransa, Almaniya və İngiltərədə ol- duğundan yüksək idi. SSRİ-nin aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilməsi şəhər əha- lisinin xeyli artmasına gətirib çıxardı. 1926-cı ildə şəhərlərdə 26,3 milyon nəfər, yəni bütün
əhalinin 17,9%-i yaşayırdısa, 1939-cu ildə 56,1 milyon nəfər, yən bütün əhalinin 32,9%-i yaşayırdı. 12 il ərzində şəhər əhalisi 2 dəfədən çox artmışdı.
Fəhlələrin milli tərkibinə gəldikdə görürük ki, Oktyabrdan əvvəl Rusiyanın fəhlə sin- finin milli tərkibində üstünlüyü ruslar təşkil edirdi, beşilliklər ərzində respublikalarda milli kadrlar da yetişmişdi. 1934-cü ildə yerli millətlərə mənsub fəhlələrin sayı Ukraynanın iri sənayesində 60%-ə yaxın, Belarusiyada 66%-dən çox idi. Şəhər əhalisinin sürətlə artması kənd əhalisinin mütəşəkkil surətdə şəhərlərə cəlb edilməsinin nəticəsi idi. Bu ən çox 1932- 1933-cü illərdə baş vermiş aclıqla əlaqədar idi. Bu illərdə kənd əhalisinin şəhərlərə və tikintilərə çıxıb getməsi kütləvi xarakter almışdı. 12 il ərzində kənddən şəhərə 18,5 milyon nəfər gəlmişdi. Ölkənin xəritəsində olmayan yeni şəhərlər və şəhər qəsəbələri meydana gəldi. 1926-cı ildə SSRİ-də 709 şəhər və 125 şəhərtipli qəsəbə var idisə, 1939-cu ildə 922 şəhər və 1148 şəhər qəsəbəsi var idi. Bu illərdə Maqnitoqorsk, Komsomolsk-Amur, Krasnouralsk, Elekrtostal, Balxaş, Mednoqorsk, Maqadan və başqa şəhərlər meydana gəldi. Bu şəhərlər
əslində yeni sənaye mərkəzləri idi.
Səhiyyə sisteminin inkişaf etdirilməsi, mənzil tikintisi, əhalinin həyat səviyyəsinin
qismən yüksəldilməsi sahəsində də müəyyən irəliləyişlər əldə edilmişdir, iki beşillik ərzində milli gəlir 46 milyard manatdan 96 milyard manata çatmışdı ki, bu da əmək haqqının artırılmasına imkan verdi. Ümumi əmək haqqı fondu 33 milyard manatdan 82 milyard manata çatmışdı. 1935-ci ildə ölkədə kartoçka sistemi ləğv edilmişdi. İctimai istehlak fondlarının bir hisəsi səhiyyə işinə və mənzil tikikntisinə sərf edilirdi.
Ümumiyyətlə, 1917-1937-ci illərdə ölkənin sosial-sinfi strukturunda, sinfi və milli tərkibdə, əhalinin təhsil səviyyəsində, milli münasibətlərdəki əsaslı dəyişikliklər SSRİ- də sosializmin Sovet modelinin qurulmasını göstərən başlıca şərtlər idi.