Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə28/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   24   25   26   27   28   29   30   31   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Sovet elmi 1920-30-cu illarda. Köhnə burjua mütəxəssislərinin bir hissəsi hələ vətəndaş müharibəsi illərində sosializm quruculuğu işinə qoşuldu. Tədricən V.İ.Leninin 1920-ci ilin martında dediyi elmin nümayəndələri ilə proletariatın yaxınlaşması baş verirdi. Akademiklər T.P.Lazarev və A.E.Fersman, görkəmli elektrotexniklər İ.Q.Aleksandrov və Q.O.Qraftio, tanınmış geoloq və kimyaçılar İ.M.Qubkin və V.N.İpatyev, kənd təsərrüfatı elmləri üzrə mütəxəssislər V.P.Vilyams və D.N.Pryanişnikov və b. Dövlət Plan Komitəsinin işində fəal iş- tirak edirdilər. Aviasiya elminin inkişafında Mərkəzi aerohidrodinamik institut (MAHİ) mü- hüm rol oynayırdı. 1921-ci ilin martında bu institutun təməlini qoyan, “rus aviasiyasının atası” N.E.Jukovskinin ölmündən sonra ona istedadlı alim S.A.Çaplıgin rəhbərlik etməyə başladı. 1922-ci ilin mayında A.N.Tupolevin konstruksiyası əsasında ilk sovet monoplan təyyarəsi sınaqdan keçdi, iki ildən sonra isə ANT-2 təyyarəsi hazırlandı.
1922-ci ildən görkəmli alim D.N.Pryanişnikovun rəhbərlik etdiyi K.A.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyası bitkiçilik və aqrokimya sahəsində mühüm nəticələr əldə etdi. Yeni bitki və meyvə növlərinin yetişdirilməsində İ.V.Miçurinin təcrübələri geniş şöhrət qazanmışdır. 1921-ci ildə Elmlər Akademiyasının tərkibində Fizika-riyaziyyat və Fizika-tex- niki institutları meydana gəldi. Akademik A.F.İoffenin rəhbərlik etdiyi Fizika-texniki insti- tutunda İ.V.Kurçatov, N.N.Semyonov, D.V.Skobeltsın kimi gələcəyin alimləri elmi tədqiqat işlərinə başladılar. 1921-1925-ci illərdə aparılan geoloji tədqiqatlar ölkədə küllü miqdarda kömür, neft, dəmir, əlvan metal, marqans və fosfat ehtiyatları aşkar etdi.
Artıq 1925-ci ildə Elmlər Akademiyasının 200 illik yubileyi ərəfəsində onun tərkibində 40 elmi müəssisə var idi ki, burada da min nəfərdən çox əməkdaş çalışırdı ki, onların da 42 nəfəri akademiyanın həqiqi üzvü idi. Yubley ərəfəsində SSRİ MİK və XKS “Rusiya Akademiyasının SSRİ ali elmi-tədqiqat müəssisəsi hesab edilməsi haqqında” verdiyi qərarla SSRİ Elmlər Akademiyası ümumittifaq elm mərkəzinə çevrildi. SSRİ EA-nin ilk prezidentləri görkəmli alim və təşkilatçılar A.P.Karpinski (1917-1936) və V.L.Komarov (1936-1945) olmuşdur. 1924-1925-ci illərdə RSFSR Xalq Maarif Komissarlığının idarəsində 103 elmi müəssisə və 232 elmi cəmiyyət fəaliyyət göstərirdi.
1919-cu ildə yaradılmış Ukrayna Elmlər Akademiyasında mikrobiologiya sahəsində adı ölkəsinin sərhədlərindən uzaqlarda məşhur olan D.K.Zabolotno kimi alimlər işləyirdi. Akademiyanın prezidenti akademik V.İ.Lipski ölkəsinin florasının öyrənilməsi sahəsində, kimyaçı alim S.N.Reformatski kimya elmi sahəsində mühüm nəticələr əldə etmişlər. Bela- rusiyada bataqlıqların qurudulması aktual olduğu üçün Universitet kafedralarında aqrokimya, torf kimyası, meliorasiya problemləri, respublikanın bitki örtüyü və s. məsələlər tədqiq olu- nurdu. Humanitar elmlər sahəsində əsas məqsəd marksizmə dair tədqiqatları genişləndirmək idi. Bu istiqamətdə əsas işi M.N.Pokrovski, A.D.Udaltsov, V.P.Milyutin kimi alimlərin ön- cüllük etdiyi Kommunist Akademiyası həyata keçirirdi (1924-cü ilə kimi Sosialist). İctimai elmlər sahəsində tədqiqatlar həm də Qırmızı professorlar, ali məktəblərin ictimai elmlər fa- kültələrində aparılırdı. Marksist təbliğata geniş yer verən Sovet dövləti 1920-ci ildə K.Marks və F.Engels İnstitutu yaratdı. 1931-ci ildə hər iki institut birləşib vahid Marks-Engels-Lenin İnstitutu oldu.
1928-ci ildə görkəmli alim S.V.Lebedev etil spirtindən orjinal yolla sintetik kauçuk aldı. S.V.Lebedevin kəşfi, A.E.Favorski, B.V.Bızovun əsərləri sənayedə yeni sahə olan sintetik kauçukun elmi əsasını qoydu. Gənc alim D.V.Skobeltsın kosmik şüanın müəyyən edilməsi metodunu, fizik D.D.İvanenko atom nüvəsinin proton və neytronlardan ibarət olması nəzə- riyyəsini, professor N.N.Semyonov zəncirvari reaksiyalar nəzəriyyəsini işləyib hazırladılar. K.E.Siolkovskinin 1927-ci ildə yazdığı “Kosmik raket”, 1930-cu ildə yazdığı “Reaktiv aero- plan” və s. əsərləri kosmosun fəth edilməsinin nəzəri problemlərinin öyrənilməsinə həsr olun- muşdur.
1929-cu ildə 12 institutu birləşdirən V.İ.Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyası yarandı ki, onun da prezidenti görkəmli genetik, bitkişünas alim N.İ.Vavilov (1899-1943-cü illər) təyin edildi. Genetika sahəsində S.S.Çetverikov, N.K.Kolt- sov, M.M.Zavadovski kimi böyük alimlər çalışırdı. 30-cu illərdə biologiya sahəsində T.D.Lı- senkonun yüksəlişi başlayır ki, o da genlərin mövcudluğunu inkar edərək irsiyyətdə qazanıl- mış əlamətlərə üstünlük verirdi. Hətta öz təcrübələrinin nəticələrini belə saxtalaşdıran T.D.Lı- senko heç bir əsasa söykənməyən vədlərlə hakimiyyətin köməyini qazanaraq 1938-ci ildə ÜKTEA-nın prezidenti oldu. Genetik alimlər üzərinə hücum edən T.Lısenko onları siyasi səbatsızlıqda belə günahlandırdı. Bütün bu böhtan və yalan ifadələr sayəsində bioloq alimlərin bir çoxu repressiyaya məruz qaldı, akademik N.İ.Vavilov Sovet inzibati orqanları tərəfindən 1940-cı ildə həbs olundu və böyük vətənpərvər alim 1943-cü ildə həbsxanada dünyasını dəyişdi.
İctimai elmlər ideologiyasının ciddi məngənəsində sıxılmaqda davam edirdi. Marksizm ağalıq edən yeganə metodologiya idi. Marksist olmayan alimlər ya Rusiyanı tərk etmiş, ya da mətbuatda və ya universitet kafedralarında öz görüşlərini izah etməkdən məhrum idilər. Tarix elmi sahəsində Oktyabra kimi iş stajı olan professional tarixçilər içərisində yeganə marksist olan M.N.Pokrovskinin ağalığı davam edirdi. O, öz əsərlərində o zamanki ideoloji tələbata uyğun olaraq Oktyabra qədərki Rusiyanın geriliyini həddən ziyadə şişirdərək onun keçmişini nihilistcəsinə əks etdirirdi. Lakin 30-cu illərdən başlayaraq rəsmi ideologiya ölkənin geriliyi haqqında susmağa başladı. Təbliğat maşını imperiya motivlərini ön plana çəkdi. Bu dünya inqilabı kursunun uğursuzluğa düçar olması, ölkənin birliyini möhkəmlətmək məqsədilə
əhalinin çox hissəsinin milli hisslərini oyatmaqdan irəli gəlirdi. 30-cu illərin ikinci yarısından
1932-ci ildə vəfat edən M.N.Pokrovskinin əsərləri tənqid atəşinə tutuldu. Onun görüşləri
tarixə zidd olan antimarksist baxışlar kimi qeyd olundu. Belə ki, M.Pokrovskinin marksisizm tarix elmi Rus dövlətinin müstəmləkəçilik siyasətini ifşa edərək rus imperiyasını “xalqlar həbsxanası” kimi qələmə verdiyi halda 30-cu illərin əvvəllərindən başlayaraq rəsmi təbliğatın bu məsələyə münasibəti əsaslı surətdə dəyişdi. Rusiyanın milli ucqarlarda yaşayan xalqları
əsarət altına alması “ən az yamanlıq” kimi izah edilməyə başlandı.
1929-cu ildə İ.V.Stalinin anadan olmasının əlli illyi tədbirləri onun şəxsiyyətinə pə- rəstişi yeni mərhələyə yüksəltdi. Stalin Leninizmin ən görkəmli nəzəriyyəçisi elan olunaraq,
ətrafı tərəfindən dahi, “bizim günlərin Lenini” kimi qələmə verilməyə başladı. Bu isə, öz növbəsində, tarixi həqiqətlərin təhrif edilməsinə gətirib çıxartdı. 1931-ci ilin oktyabrında İ.V.Stalin “Proletar inqilabı” jurnalında “Bolşevizmin tarixinin bəzi məsələləri haqqında” məktub dərc etdirərək partiya tarixi elminin tarixi həqiqətlə uzlaşmayan, onun rolunu şişirt- məklə müşayət olunan yeni istiqamətdə tədqiq edilməsini irəli sürərək bir çox sovet ta- rixçilərini, o cümlədən, E.Yaroslavskini tənqid etmişdir. Bu, bir çox tarixçi alimin əsassız mühakimə obyektinə çevrilməsinə bəhanə oldu.
1938-ci ildə çox hissəsi Y.M.Yaroslavski və P.N.Pospelov tərəfindən yazılan “ÜİK (b) P tarixinin qısa kursu” çap edildi ki, bu da bolşevik partiyası tarixini öyrədən yeganə dərslik oldu. İ.V.Stalinin şəxsi nəzarəti və rəhbərliyi ilə hazırlanan bu dərslik əslində RSDFP–ÜİK (b)P tarixinin saxtalaşdırılması demək idi. Xalq düşməni elan edilən görkəmli köhnə bolşeviklərin inqilabı fəaliyyəti təhrif edilərək heçə endirilir, bunun müqabilində isə Stalinin rolu şişirdilirdi. Bolşevizmlə menşevizmin münasibətləri yalan əsasında oxucuya təqdim olunurdu. 6slində “Qısa kurs...” partiyanın tarixi sahəsindəki tədqiqatlara son qoydu və mahiyyət etibarı ilə bundan sonra partiya tarixi elmi mərkəzin hazırladığı və təqdim etdiyi ideyaları təbliğ etməklə məşğul ola bilərdi. İctimai elmlərin başqa sahələri də oxşar vəziyyətdə idi. Filosoflar yalnız “ÜİK (b) P tarixinin qısa kursu”nun Stalin tərəfindən yazılan “Dialektik və tarixi materializm haqqında” dördüncü fəsildəki məsələlərini izah və təsvir edə bilərdilər. Sosialogiya və sosial psixologiya isə ümumiyyətlə qadağan edilmişdir.
Lakin bütün bunlara baxmayaraq, bəhs edilən illərdə ictimai elm sahəsində çalışan alimlər elmin irəli getməsində mühüm addımlar atmışdı. Sovet dilçi alimləri N.Y.Marr, İ.İ.Meşşaninov öz tədqiqatları ilə dilçilik elmini zənginləşdirərək Oktyabra kimi öz əlifbası olmayan onlarla xalqlar üçün lüğət və qrammatika kitabı hazırladılar. Rusiyada feodalizmin tarixinin öyrənilməsində B.D.Qrekov və S.V.Baxrusin, XIX əsr ictimai hərəkatın tarixinin tədqiqində M.V.Neçkina və N.M.Drujinin, sovet mənbəşünaslıq elminin yaranmasında M.N.Tixomirov və S.N.Valk, slavyanşünaslıqda V.İ.Piçeta, ümum tarix məsələrinin araşdırıl- masında Y.A.Kosminski, C.D.Skazkin, V.P.Volqin, E.V.Tarle və b. mühüm rol oynadılar. Zəngin və sanballı tədqiqatlarına baxmayaraq sovet tarixçiləri arasında da “sinfi düşmən” axtarışı davam etmişdir. Tarix cəbhəsindəki düşmən axtarışı E.V.Tarle və S.F.Platonov kimi tarixçilərin “əksinqilabi ziyankarlıqla” damğalanmalarına səbəb oldu. Sinfi mübarizənin forma və metodlarının tarix elminə də tətbiq edilməsi təbii olaraq tarixçilərin yaradıcılığına neqativ təsir göstərmişdir.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin