Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə36/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   32   33   34   35   36   37   38   39   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Moskva döyüúü. 1941-ci il sentyabrın 6-da A.Hitler əsasən tank birləşmələri və avia- siyanın gücü ilə Moskva üzərinə hücum haqqında yeni direktiv verdi. Hücum ərəfəsində almanların “Mərkəz” ordu qrupunda bir milyon nəfər adamı birləşdirən 77 diviziya, 14 min- dən çox top və minaatan, 1700 tank, 950 təyyarə cəmləşmişdir. Qərb istiqamətindəki sovet qoşunlarının sərəncamında 770 tank, 364 təyyarə, 9150 top və minatan var idi. Rəsmi məlu- matlara əsasən düşmən canlı qüvvə cəhətdən 1,4, aviasiyada 2, tanklarda 1,7, artilleriyada 1,8 dəfə sovet ordusu ilə müqayisədə üstün idi. Bəzi müasir tədqiqatçılar belə hesab edir ki, bu göstəricilər bir qədər şişirdilmişdir. Almanların “Mərkəz” ordu qrupuna qarşı İ.S.Konev, S.M.Budyonnı və A.İ.Yeremenkonun komandanlığı altında Qərb, Ehtiyat və Bryansk cəbhələri dayanmışdır.
1941-ci il sentyabrın 30-da almanlar “Tayfun” adı altında Moskvanı tutmaq əməliyya- tına başlayaraq müdafiəni yardılar, Vyazma və Bryansk rayonunda Qərb və Bryansk cəbhə- sinin əsgərlərini mühasirəyə alıb məhv etdilər. Yüz minlərlə adam düşmənə əsir düşdü. Qərb və Ehtiyat cəbhələrinin sırada qalan hissələrindən, o cümlədən Qərargahın ehtiyyat qüvvələ- rindən G.K.Jukovun komandanlığı ilə yeni Qərb, İ.S.Konevin komandanlığı ilə isə Kalinin cəbhələri təşkil olundu. Oktyabrın ortalarında cəbhə xətti Kalinin-Volokolam-Naro-Fomin- Serpuxov istiqamətindən keçirdi. Bu mövqeyin möhkəmləndirilməsi məqsədilə çoxu qadın- lardan ibarət olan 450 min nəfər moskvalı səfərbər edildi. Oktyabrın 15-də DMK “SSRİ-nin mərkəzi Moskva şəhərinin köçürülməsi haqqında” qərar qəbul etdi ki, buna görə partiya və dövlət idarələrinin bir hissəsi, diplomatik korpusun hamısı Kuybışev (Samara) şəhərinə köçürülməli idi. İ.V.Stalin müşavirədə Moskva hərbi dairəsinin komandanı general-leytenant P.A.Artyomova əmr verdi ki, Sibirdən kömək gələnə kimi Moskvanın müdafiəsini güclən- dirsin. 200 qatar, 80 min yük maşını şəhərdəki diplomatik və dovlət əmlakın Kubışevə daşıdı. Paytaxtın təhvil veriləcəyinə dair qorxulu şayələr yayıldığı üçün minlərlə şəhər əhalisi onu tərk etməyə başladı. Oktyabrın 19-da DMK Moskva və onun ətraf rayonlarında mühasirə və- ziyyəti haqqında qərar qəbul etdi. Moskvanın və qərb istiqamətində 100-120 km hüdudların müdafiəsi G.K.Jukova tapşırıldı. V.Stalinin tapşırığı ilə noyabr ayının 7-si, səhər saat 8-də Moskvada Qızıl Meydanda ənənəvi hərbi parad keçirildi, burada iştirak edən ordu hissələri birbaşa cəbhəyə yola düşdü. Noyabrın 15-16-da alman qoşunları Moskva üzərinə yenidən hücuma keçdi. Düşmən şimaldan Klin və Solneçnoqorsk və cənubdan Tula, Kaşiradan Moskvadan yan keçmək istəyirdi. Qanlı döyüşlər gedirdi. Leninqrad şossesinin Dubosekovo adlanan hissəsində İ.V.Panfilovun 316-cı atıcı diviziyasının 28 döyüşçü-panfilovçusu kiçik siyasi rəhbər V.Q.Kloçkov başda olmaqla öz həyatları bahasına düşmənin tank hücumunun qarşısını kəsdilər. M.Y.Katukovun birinci qvardiya tank briqadası kimi yenidən təşkil edilmiş dəstəsi düşmənin Tula istiqamətində hücumunun qarşısını aldı. Beləliklə, şərq tərəfdən alman qoşunları Moskvanı keçməyə müvəffəq olmadılar və “Tayfun” planı pozulmuş oldu. Buna baxmayaraq, dekabrın 2-3-də düşmən qüvvələri şimal-qərb istiqamətindən Kryukovo və Kras- naya Polyananı tutaraq Moskvanın 25 km yaxınına qədər irəliləyə bildilər. Dekabrın əvvəl- lərində düşmən Moskvanın girəcəyində tamamilə dayandırıldı. Alman əsgərləri yorulub əldən düşmüş, onların təchizatı pisləşmişdir. Qızıl Ordu Sibir və Uzaq Şərqdən texniki cəhətdən yaxşı təchiz edilmiş 750 min nəfərlik diviziyalarla möhkəmləndirildi. Bu qərar sovet kəşfiy- yatının Yaponların hələlik SSRİ-yə qarşı deyil Sakit Okeanda əməliyyatlarda iştirak etmək niyyətini Baş Qərargaha bildirdikdən sonra qəbul edilmişdir. Moskva altında əks hücuma keçməyə hazırlaşan sovet ordusu eyni zamanda Leninqradın cənub-şərqində və Krımda fəal döyüş əməliyyatları aparırdılar ki, bu da Moskva altına əlavə qoşun göndərməyə imkan ver- mədi. Bununla bərabər vermaxtın qüvvələri 1941-ci ilin dekbarında Xarkov sənaye rayonunu və Donbasın bir hissəsini, demək olar ki, bütün Krımı tutaraq mərdliklə müdafiə olunan Sevastopolu mühasirə etdilər.
Son illərdə nəşr edilnə bir sıra əsərlərin müəllifləri belə hesab edir ki, Moskva altında
əkshücum əməliyyatı ərəfəsində Qızıl Ordu artıq canlı qüvvə və aviasiya cəhətdən düşməndən üstün idi, sovet tanklarının düşməninkindən az olması onların keyfiyyətcə düşməninkindən üstün olması hesabına önə çıxırdı. Dekabrın 5-də, gecə saat 3-də 30 dərəcə şaxtada Kalinin
cəbhəsinin qoşunları İ.S.Konevin komandanlığı ilə düşmən üzərinə əks-hücuma keçərək Kalinin (Tver) şəhərini azad edib Rjevə can atırdılar. Dekabrın 6-da hücuma başlayan G.K.Jukovun komandanlıq etdiyi Qərb cəbhəsinin əsgərləri düşmən qüvvələrini ağır məğlubiyyətə uğradaraq Ruze və Volokolamska doğru yönəldilər. S.Timoşenkonun komandanlıq etdiyi Cənub-Qərb cəbhəsinin ordu hissələri Kaluqaya doğru irəliləyirdi. Dekabr ayının ortalarına doğru hər üç cəbhənin əsgərlərinin birgə döyüş əməliyyatları nəticəsində düşmən qüvvələri Moskvanın şimalından 60 km, cənubdan isə 120 km uzağa qovuldu. Dekabrın 15-də Klin, 16-da Kalinin, 20-də Volokolamsk, 30 da Kaluqa alındı. Sovet
əsgərlərinin qəhrəmanlığı bu döyüş əməliyyatlarında mühüm rol oynadı. Dəfələrlə onlar öz bədənləri ilə düşmən atəş nöqtələrinə sipər çəkdilər. Qırmızı dənizçilər A.İ.Vaqanov və S.Sanin, serjant V.V.Vasilkovski, sıravilər Y.N.Padern və A.S.Şeşkov, kiçik leytenantlar A.E.Xalin və N.S.Şevlyakov belə qəhrəmanlıq nümunəsi göstərən əsgər və zabitlər idi. Hitlerin hücumu dayandırmaq haqqında qəti əmri olmasına baxmayaraq vermaxtın ordu hissələri işğal etdikləri hüdudlarda möhkəmlənə bilmədilər. Dekabrın sonuna doğru sovet qoşunları cəbhədə 100-250 km irəliləyə bilmişdir. 1942-ci ilin əvəllərində Leninqraddan başlayaraq Krıma qədər on sovet cəbhəsi hücuma qoşuldu. Aprelin axırlarına kimi əkshücum
əməliyyatlarının gedişində Qızıl ordu hissələri 150-400 km məsafə qət edərək 60-dan çox
şəhəri və 11 min başqa yaşayış məntəqəsini azad etdi.
Moskva altında qələbə alman ordusunun İkinci Dünya müharibəsində birinci böyük məğlubiyyəti idi. Alman ordusunun məğlubedilməzliyi haqqındakı əfsanə puç oldu, vermax- tın mənəvi gücü sarsıldı. Moskva məğlubiyyətindən sonra generallara bərk qəzəblənən Adolf Hitler dekabr-yanvar aylarında onlardan 35 nəfərini, o cümlədən, Rundşted və Quderianı və- zifəsindən azad etdi. Moskva altındakı məğlubiyyətdən sonra Almaniya öz ordusunun döyüş qabiliyyətini bir daha tam olaraq bərpa edə bilmədi. Eyni zamnada sovet adamları inandı ki, Qızıl Ordu hitlerçiləri darmadağın etmək gücünə malikdir və bu müharibənin qələbə ilə başa çatmasına onlarda inam hissini qəti olaraq möhkəmləndirdi. Moskva altında almanların məğlubiyyətinin çox böyük beynəlxalq əhəmiyyəti var idi. Sovet ordusu 1939-1940-cı illərdə bir çox Avropa dövlətləri koalisiya qüvvələrinin, o cümlədən, Fransa və İngiltərənin alman ordusuna qarşı edə bilmədiklərini etdi və onlara qarşı sipər oldu. Bundan sonra, bütün dünya sovet İttifaqına İkinci dünya müharibəsində almanlara qarşı həlledici qüvvə kimi baxmağa başladı. Moskva döyüşü Almaniya və onun müttəfiqlərinin işğal etdiyi ölkələrdə azadlıq və antifaşist hərəkatını artmasına səbəb oldu. “Barbarossa” planı tam uğursuzluğa düçar oldu. Yaponiya SSRİ-yə qarşı hazırladığı müharibə planını “Kantokuen”i 1942-ci ilin yazına qədər təxirə salmağa məcbur oldu.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin