Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə34/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   30   31   32   33   34   35   36   37   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Sovet dövlati va din. Dinin dünyagörüşü olduğunu qəbul etməyən ateizm 1920-30-cu illərdə Sovet partiya və dövlət orqanları tərəfindən fəal müdafiə olunurdu.V.İ.Leninin söy- lədiyi “Biz dinlə mübarizə aparmalıyıq” fikrinə əsasən ateizmin, yəni elmi-materialist dünya-
görüşünün təbliği ilə bərabər hakimiyyət orqanları din xadimlərini və dini yayanları kütləvi həbs cəzasına və təqibə məruz qoymuşdur.
Bolşevik hakimiyyəti 1918-ci il yanvarın 20-də “Kilsənin dövlətdən, məktəbin kilsədən ayrılması haqqında” dekret qəbul etmişdir. Bu sənədə əsasən din vətəndaşların şəxsi işi elan olundu. Eyni zamanda kilsənin dövlət müəssisəsi kimi fəaliyyətinə son qoyuldu.
1922-ci ilin yazından başlayaraq Sovet hakimiyyəti xarici təhlükəni dəf etdikdən sonra daxili “əksinqilab” yuvası hesab etdiyi dini mərkəzlər, xüsusilə pravoslav kilsəsi ilə fəal mü- barizəyə başladı. 1922-ci il fevralın 23-də ÜRMİK dindarların sərəncamında olan qiymətli kilsə əmlakının müsadirə edilməsinə dair dekret verdi. Siyasi Büronun üzvlərinə ünvanlandığı 1922-ci il 19 mart tarixli məktubunda V.İ Lenin kilsə və monastrların qiymətli əşyalarını mü- sadirə edərək bir neçə milyon qızıl manat həcmində fond yaradılmasını, irticaçı din xadim- lərinin və burjuaziyanın güllənməsini tələb edirdi ki, onlar bir neçə onillik ərzində müqavimət göstərmək haqqında belə düşünməyə cəhd etməsinlər. Hakimiyyət tərəfindən süni parçalanma və başqa cəza tədbirləri ilə küncə sıxışdırılan kilsə patriarxlığının strukturlarına Dövlət Siyasi İdarəsinin gizli din əleyhinə 6-cı şöbəsi tam nəzarət edirdi.Yevgeni Tuçkovun rəhbərlik etdiyi 6-cı şöbə vasitəsi ilə Sovet hakimiyyəti ölkədə “kilsə siyasətini” həyata keçirirdi.
Dinə qarşı mübarizədə Sovet dövləti ateizm təbliğatından geniş istifadə edirdi. 1925-ci ildə Yemelyan Yaroslavskinin başçılığı altında kütləvi ictimai təşkilat olan, 1929-cu ilin iyu- nuna kimi “Allahsızlar ittiqafı” və ya bundan sonrakı adı ilə “Mübariz allahsızlar ittifaqı” ya- randı. 1947-ci ilə qədər fəaliyyət göstərən təşkilat ateist təbliğatının mərkəzi olmaqla yanaşı özünün “Allahsız” nəşriyyatında çoxsaylı qəzet və jurnallar çap etdirirdi. Din əleyhinə çap edilən nəşrlərin sayı durmadan artırdı. 1931-ci ilin noyabrında “Mübariz allahsızlar ittifa- qı”nın üzvlərinin sayı 5 milyon nəfərdən çox idi. Ateist işini sinfi mübarizənin mühüm tərkib hissəsi elan edən təşkilat hətta dini SSRİ-də 1937-ci ilə kimi tamamilə ləğv etməyi belə planlaşdırırdı.
1920-ci illərin sonları-30-cu illərin əvvəllərində Sovet hakimiyyəti ölkədəki dini birliklərin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul etdi. 1929-cu il aprelin 8-də RSFSR MİK və XKS “Dini birliklər haqqında” qətnamə qəbul etdi. Sənədə əsasən dini birliklərə xeyriyyə işləri ilə məşğul olmaq qadağan olundu, dindarların müqəddəs yerlərdə toplu şəkildə dini ayinlərin icrası, dini dərslərin tədrisi ləğv edildi. 1930-cu il fevralın 15-də XKS “Dini birliklərin rəhbər orqanlarında əksinqilabçı elementlərlə mübarizə haqqında” qərar qəbul etdi. Qərarda yerli hakimiyyət orqanlarına dini icmaların rəhbərləri üzərində nəzarəti gücləndir- məsi tapşırıldı. Sənədə əsasən sovet quruluşuna “düşmən” münasibət bəsləyən adamlar dini birliklərdəki fəaliyyətdən azad edilir, din xadimlərinə qarşı repressiyalar nəzərdə tutulurdu. 1930-1931-ci illərdə Sovet hökumətinin verdiyi bir sıra gizli göstərişlərdə kilsədə xidmət edən din adamlarının üzərinə qoyulan vergilər artırıldı, vergini ödəməyənlərin əmlakı müsadilə olunur, özləri isə digər rayonlara sürgün edilirdi.
Din adamlarına qarşı dövlətin tətbiq etdiyi repressiyaların kuliminasiya nöqtəsini 1937- 1938-ci illərdəki Böyük terror dövrü təşkil edirdi. Belə ki, 1937-ci ildə XDİK-nın 00447 saylı gizli əmri ilə “kilsə və təriqət” fəalları “antisovet elementləri” elan edilərək onlara qarşı rep- ressiya tətbiq olunması irəli sürülürdü. Dindarların repressiyası və təqib edilməsi İ.V.Stalinin şəxsi nəzarət altında həyata keçirilirdi. Yalnız 1937-ci ilin avqustundan noyabrına kimi
31.359 “kilsə və təriqətçi” fəalı həbs edilərək mühakimə olunmuş, onlardan 13.671 nəfəri güllələnmə cəzası almışdır. SSRİ Xalq Daxili İşlər Komissarı N.İ.Yejovun İ.V.Stalinə təqdim etdiyi arayışda bu faktlar qeyd olunmuşdur. Tarixçi Dimitri Pospelovskinin təqribi hesabla- malarına əsasən 1931-1941-ci illərdə keşişlərin 80-85 faizi məhv və yaxud həbs edilmişdir ki, bu da 45 min nəfərdən çoxdur. Ölkədəki ibadət məbədlərinin sayı inqilaba kimi mövcud olan- lardan 58% az idi. İbadət yerlərinin azalmasından istifadə edən hakimiyyət 1938-ci ilin ap- relində ÜRMİK Rəyasət Heyətinin nəzdində fəaliyyət göstərən ibadət işləri üzrə Mərkəzi komissiyanı ləğv etdi, bütün dini məsələlər Xalq Daxili İşlər Komissarlığının sərəncamına verildi.
1930-cu illərdə SSRİ-də inzibati-amirlik sisteminin formalaşması başa çatdı. İqtisa-
diyyatın idarə edilməsinin mərkəzləşmiş sistemi, siyasi və iqtisadi idarəçiliyin bir mərkəzdə birləşməsi, ictimai-siyasi həyatda avtoritar rəhbərliyin bərqarar olması bunun səciyyəvi xü- susiyyətləridir. Vətəndaşların və ictimai institutların hüquq və azadlıqlarının məhdudlaşdırıl- ması totalitar siyasi rejimin simvolu olan İ.V.Stalinin şəxsiyyətinə pərəstişin artması və möhkəmlənməsi ilə müşayiət olunurdu. Tarixçilərin böyük əksəriyyəti belə hesab edir ki, 1920-30-cu illərdə SSRİ-də totalitar cəmiyyət meydana gəlib formalaşmışdır.
Totalitarizm latınca totalis sözündən olub tam, bütün deməkdir, dövlətin cəmiyyətin, siyasi həyatın bütün sahələrinə (total) nəzarət etdiyi siyasi rejimlərə deyilir ki, burada da insan tamamilə siyasi hakimiyyətə və hakim ideologiyaya tabedir. Totalitarizmin mahiyyətini aşa- ğıdakı səciyyəvi xüsusiyyətlər əks etdirir. Təkpartiyalılıq, cəmiyyətin bütün həyatının ideo- logiyalaşdırılması, iqtisadiyyat, mədəniyyət, kütləvi informasiya vasitələri üzərində inhisarçı nəzarət, terrorçu polis özbaşınalığı. Bütün bunlar SSRİ-də mövcud olduğu üçün Sovet dövləti totalitar siyasi rejim kimi səciyyələndirilir. RSFSR və SSRİ-də totalitar rejimin əsası 1918- 1922-ci illərdə qoyulmuşdur. Belə ki, proletariatın diktaturası, vətəndaş müharibəsi gedişində bolşeviklərə qarşı olan bütün siyasi müxalifətin ləğv edilməsi, siyasi, iqtisadi, hərbi cəhətdən cəmiyyətin dövlətə tabe olmasını səciyyələndirən “hərbi kommunizm” siyasəti bunu təstiq edir.
1920-ci illərin birinci yarısı ölkədə meydana gələn totalitarizmin əsas xüsusiyyəti ondan ibarətdir ki, bolşeviklərin dövlət və cəmiyyət üzərində tam hakimiyyəti bərqərar olsa da, hakim partiyanın daxilində nisbi demokratiyanı göstərən mübahisə, müzakirə, münasibətlərdə bərabərlik və s. qalırdı. 1920-ci illərin ikinci yarısı-30-cu illər SSRİ-də totalitar siyasi rejimin ikinci mərhələsini təşkil edir ki, bu dövrdə qalib bolşevik partiyasi içərisində demokratiyanın bütün əlamətləri ləğv edilərək partiya bir şəxsə - İ.V.Stalinə tabe oldu və ölkədə Stalinin dik- taturası, stalinizm yarandı. Müəyyən bir zaman kəsiyində İ.V.Stalin köhnə Lenin qvardiyasını rəhbər partiya, sovet, təsərrüfat aparatından kənarlaşdırılaraq onları aşağı sosial təbəqədən olan adamlarla əvəz etdi. Yeni rəhbər vəzifələrə təyin edilən şəxslər sədaqətlə SSRİ-də to- talitar siyasi rejimin simvoluna çevrilən İ.V.Stalinə və stalinizmə xidmət göstərməyə baş- ladılar. Beləliklə, tədricən müstəqil düşünmə qabiliyyəti olmayan, rəhbərə sədaqəti ilə fərq- lənən yeni sovet nomenklaturası formalaşdı ki, onlar da dəridən-qabıqdan çıxaraq ölkədə totalitar Stalin siyasi rejiminin meydana gəlib möhkəmlənməsinə, tarixin bir mərhələsini təşkil edən stalinizmin tüğyan etməsinə şərait yaratdılar. 1934-cü ilin yanvarından 1939-cu ilin martına kimi 500 min nəfərdən çox yeni işçi rəhbər partiya və dövlət vəzifəsinə irəli çəkilmişdir. 1939-cu ildə 333 nəfər vilayət, ölkə və milli kommunist partiyaları MK-nın katibinin 293 nəfəri ÜİK(b)P XVIII qurultayının irəli çəkdikləri idi. Faktlar təsdiq edir ki, məqsədyönlü siyasət nəticəsində partiya hakimiyyəti “köhnə bolşevik qvardiyasından” Stalinin irəli çəkdiyi kadrlara keçmişdir.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin