Baúlanğıc marhala. (iyun 1941-noyabr 1942). Böyük Vətən müharibəsinin birinci dövrü 1941-ci il iyunun 22-dən 1942-ci il noyabrın 18-nə kimi, yəni Almaniyanın SSRİ-yə hücumundan müdafiə döyüşlərinin bitməsinə – Stalinqrad (Volqaqrad) altında döyüşə kimi olan hadisələri əhatə edir.
Müharibənin ikinci dövrü 1942-ci il noyabrın 19-dan 1943-cü ilin axırına kimi olan dövrü əhatə edir və Stalinqrad altındakı hücumu, Kursku döyüşünü, Dneprin döyüşə-döyüşə keçilməsini əhatə edir. Bu dövr müharibənin gedişində əsaslı dönüş adlanır.
Müharibənin üçüncü dövrü 1944-cü ilin əvvəllərindən 1945-ci il mayın 9-na kimi olan hadisələri, yəni SSRİ ərazisinin və Şərqi Avropanın işğalçılardan azad edilməsi, Hitler Almaniyası üzərində tam qələbə çalınmasını əhatə edir.
Yaponiyanın darmadağın edilməsi Böyük Vətən Müharibəsinə aid edilmir və İkinci dünya müharibəsinin beşinci dövrü hesab olunur. 1939-cu il sentyabrın 1-dən 1941-ci il iyunun 21-nə kimi, yəni Almaniyanın SSRİ-yə hücumuna kimi olan dövr İkinci Dünya
müharibəsinin birinci mərhələsi hesab edilir.
Fransa üzərində qələbədən sonra hitler komandanlığı İngiltərə ilə müharibəni davam etdirərək hazırladığı “Dəniz şiri” planına əsasən Britaniya adasına daxil olmağı nəzərdə tuturdu. Lakin İngiltərəyə qarşı təşkil olunan desant əməliyyatının çətinliyini və Britaniyanın məğlub olacağı təqdirdə onun müstəmləkələrinin Almaniyaya deyil ABŞ və Rusiyaya çatacağını düşünən Hitler bu plandan imtina etdi. O belə hesab edirdi ki, əgər Rusiya üzərində qələbə çalsa onda ABŞ bütün gücünü Yaponiya ilə müharibəyə yönəltməyə məcbur olacaq, İngiltərə isə Almaniya ilə təkbaşına qaldığı üçün təslim olacaq. Odur ki, Hitler qərara aldı ki, Qərbdə müharibəni başa çatdırmadan SSRİ-yə hücum etsin.
SSRİ-yə qarşı “Barbarossa” adlanan müharibə planına əsasən üç ay müddətində ildırım sürətli müharibə, yəni blistkriq nəticəsində Sovet İttifaqı darmadağın edilməli idi. Bu vaxt
ərzində alman qoşunları Arxangelsk-Volqa-Həştərxan xəttinə çıxmalı və bu əməliyyat gedişində sovet ordu hissələri sərhəd yaxınlığında mühasirəyə alınıb məhv edilməli idi. “Bar- barossa” planının həyata keçirilməsi üç ordu qrupuna həvalə edilmişdir. 6sas zərbəni general- feldmarşal fon Bokun komandanlıq etdiyi “Mərkəz” qrupu vurmalı idi. Onlar sovet bir- liklərini Belarusiyada məhv edərək mexanikləşdirilmiş qüvvələrin köməyi ilə Moskvanı almağı nəzərdə tuturdular. General-feldmarşal F.Leebin komandanlıq etdiyi “Şimal” qrupu Finlandiya ordusu ilə birlikdə Baltikyanı respublikalar və Leninqrad istiqamətində sovet divi- ziyalarını məğlub etməli idi. General-feldmarşal Q.Rundştedtin komandanlığı ilə “Cənub” qrupu Rumın ordusunun köməyi ilə Ukraynada sovet hissələrini əzərək Kiyevi tutmalı idilər.
1940-cı il dekabrın 18-də Hitlerin təsdiq etdiyi “Barbarossa” planına görə SSRİ-yə 1941-ci ilin may ayında hücum etmək nəzərdə tutulurdu. Ancaq Almaniya və onun müttəfiq- lərinin Yuqoslaviya və Yunanıstana qarşı 1941-ci ilin martında hərbi əməliyyatlara başlaması SSRİ-yə qarşı müharibənin vaxtını dəyişdirərək iyunun 22-nə təyin olunmasına səbəb oldu.
Almaniyanın Sovet İttifaqına qarşı planlaşdırdığı müharibənin siyasi məqsədləri sovet sosialist dövlət quruluşunu dağıtmaq, slavyan və ölkədə yaşayan başqa xalqları “ali irq nəzəriyyəsinə” əsasən fiziki cəhətdən məhv etmək və ya qul halına salmaqdan ibarət idi. 1940-cı ilin mayında Alman hökumətinin qəbul etdiyi “Ost” (“Şərq”) planına görə işğal edilərək əyalətlərə bölünən SSRİ-nin 30 milyon əhalisi, yəhudi və qaraçıların isə hamısı məhv edilməli idi. Məhv edilməkdən kənarda qalanlar qul kimi ali irq hesab edilən almanlara işləməli idi. İşğal altındakı əhali faşistlər tərəfindən təhsil, tibbi xidmət imkanlarından məhrum edilərək tədricən acından ölməyə məhkum olunurdu. 1941-ci il iyunun ortalarında Alman hökuməti Gerinq tərəfindən tərtib edilən “Yeni işğal olunmuş şərq əyalətlərində iqtisadiyyata rəhbərlik üzrə direktivlər” (“Gerinqin yaşıl qovluğu”) sənədində kampaniyanın
əsas iqtisadi məqsədi Almaniyanın daha çox ərzaq və neft ələ keçirməyi göstərilirdi. İşğal edilən sovet ərazilərində inzibati hakimiyyət gestaponun başçısı Gimlerə tapşırılırdı.
Uzun müddət SSRİ ilə müharibəyə hazırlaşan faşist Almaniyası 1941-ci il iyunun ortalarında sərhəddə çoxlu canlı və texniki qüvvə yığmışdır. Alman ordusunda 5,5 mln adam, 4,3 min tank və hücum topu, 5 minə yaxın təyyarə, 47,2 min top və minaatan var idi. Al- manların hərbi dəniz donanmasında 193 hərbi gəmi və kateri var idi. Sovet ordusunun qərb hərbi dairələrində 2,9 mln adam, 13,6 min tank (o cümlədən 1,5 min KV və T-34), 7,2 min təyyarə (o cümlədən, 1,5 min yeni konstruksiyalı maşın), 53 minə yaxın top və minaatan var idi. Ümumiyyətlə, düşmən sovet ordusundan canlı qüvvə cəhətdən 1,8 dəfə, orta və ağır tanklara görə 1,5 dəfə, yeni döyüş təyyarələri ilə müqayisədə 3,2 dəfə, top və minaatanlara nisbətən 1,25 dəfə üstün idi. Keyfiyyət baxımından köhnə sovet təyyarələri almanlarınkından geri qaldığı halda yeniləri onlardan üstün idi. Köhnə sovet tankı almanlarınkı ilə təqribən bərabər olduğu halda yeni maşınlar düşmən texnikasından çox irəlidə idi. Almanların şəxsi heyətinin say cəhətdən üstün olması onunla izah edilir ki, Almaniyada tam səfərbər edilmiş ordu olduğu halda, SSRİ yalnız müharibə başladıqdan sonra səfərbərlik elan edərək 1941-ci il iyulun 1-də orduya 5,8 mln adam çağrılmışdır.
1941-ci il iyunun 22-də saat 3:15 dəqiqədə alman ordusu ölkənin Qara dənizindən Baltik dənizinə kimi olan sərhəddi boyu hücuma keçdi. Səhər saat 4-də Berlindəki sovet səfiri
V.Dekanozova müharibənin başlanması haqqında Alman hökumətinin memorandumu təqdim olundu. Düşmən aviasiyası sərhəd ərazilərinə 400 km dərinliyə qədər bomba yağdırdı, elə müharibənin birinci günü sovet aviasiyası 1800 təyyarəsini itirdi ki, onların da 1489-u havaya qalxmadan elə yerdə məhv edilmişdir.
Müharibənin birinci günü Pribaltika, Qərb və Kiyev xüsusi hərbi dairəsi general F.Kuznetsovun komandanlığı altında Şimal-Qərb, general D.Pavlovun komandanlığı altında Qərb və general M.Kirponosun komandanlığı altında Cənub-Qərb cəbhələri kimi yenidən quruldu, iyunun 24-də Leninqrad hərbi dairəsi general M.Popovun komandanlığı ilə Şimal, 9- cu və 18-ci ordular general İ.Tyulenevin komandanlığı altında Cənub cəbhələrinə çevrildilər. İyunun 23-də Xalq Müdafiə komissarı marşal S.Timoşenkonun sədrliyi altında SSRİ Silahlı Qüvvələri Komandanlığının Baş Qərərgahı yaradıldı ki, bu da avqustun 8-də İ.Stalinin rəhbərlik etdiyi Ali Baş Komandanlıq Qərargahına çevrildi. İyunun 22-si saat 7:15-də Baş Hərbi Şura sovet qoşunlarına fəal hərbi əməliyyatlara başlamaq haqqında direktiv verdi. Cəbhədəki qərargahlar bu direktivi aldıqda artıq sovet diviziyalarının ön hissəsləri müdafiə döyüşlərinə başlamışdılar, tank və mexanikləşdirlmiş birliklər cəbhə xəttindən uzaqda mövqe tutduqları üçün düşmənə təcili zərbə vurmaq imkanları yox idi. Düşmənin ilk zərbəsini yüngül silahlar və pulemyotlarla silahlanmış sərhədçilər öz üzərinə götürmüşdür.
Müasir yerli və xarici tarixçilərin böyük əksəriyyəti belə hesab edir ki, Almaniyanın 1941-ci il iyunun 22-də SSRİ-yə hücumu faşist Almaniyasının avantyurist və işğalçılıq siya- sətinin nəticəsində baş vermişdir. Bununla yanaşı, bir çox publisistlər əsassız olaraq təsdiq edirlər ki, SSRİ 1941-ci ilin yayında Almaniyaya hücum etməyi planlaşdırdığına görə A.Hit- ler qabaqlayıcı zərbə vurmağa məcbur olmuşdur. Bunu xüsusilə İngiltərəyə qaçan sabiq sovet rezidenti Vladimir Boqdanoviç Rezun (ləq. Viktor Suvorov) 1968-1981-ci illərdə çap etdirdiyi “Buzqıran”(“Ledokol”) adlı əsərləri silsiləsində iddia edir. Müəllif tarixi həqiqəti görməzdən gələrək belə iddia edir ki, Sovet İttifaqı 1939-cu ilin birinci günündən İkinci dünya müharibəsinin iştirakçısı, səbəbkarı və günahkarıdır. Tarixi fakt olan “Böyük Vətən müharibəsi” haqqında əfsanəni isə sovet kommunistləri uydurmuşlar. 6slində müəllifin bu iddiası yalan üzərində qurulmuşdur, belə ki, 1941-ci ilin yazından başlayaraq Qızıl Ordunun güclü düşmənlə hərbi münaqişəyə girmək üçün hazır olmadığına görə Sovet rəhbərliyi özünü son dərəcə ehtiyyatla aparırdı. Hitler Almaniyasının siyasi və hərbi rəhbərliyi isə Şərq cəbhəsində qələbə çalacaqlarına tam əmin olaraq belə hesab edirdilər ki, SSRİ-ni darmadağın etməklə Britaniya imperiyasına öldürücü zərbə vurmağa və bununla dünya ağalığına yol açmağa müvəffəq ola bilərlər.
Bütün çətinliklərə baxmayaraq sovet qoşunları adətən düşmənə ciddi müqavimət göstərirdilər. İyunun 29-da Alman quru qoşunları baş qərargahının rəisi F.Qalder öz gündə- liyində yazırdı: “Cəbhədən gələn məlumatlar təsdiq edir ki, ruslar hər yerdə axırıncı adama kimi döyüşürlər”. Sovet ordusu əsgərlərinin müqavimətinə baxmayaraq Almanların “Şimal” ordu qrupu iyulun 10-da Baltikyanı dövlətlərin böyük bir hissəsini işğal edərək Leninqradın uzaq girişinə yaxınlaşdılar. “Mərkəz” qrupu iyulun 10-da iki ay dava edən Smolensk döyü- şünə başladı. “Cənub” ordu qrupu iyulun 11-nə doğru Kiyevin 15-20 km-də olan İrpen çayına çıxdılar, sentyabrın axırlarına kimi davam edən Kiyevin müdafiə döyüşləri başladı.
Düşmənin saysız-hesabsız hücumları nəticəsində Belostok-Minsk rayonunda sovet ordusunun Qərb cəbhəsi və Minsk hərbi donanması 418 min nəfər əsgərini itirdi, 323 min nəfər isə almanlara əsir düşdü. Belarusiya strateji müdafiə əməliyyatının məğlubiyyətinin səbəbkarları cəbhə komandanı D.Pavlov, qərargah rəisi V.Klimovski, rabitə rəisi A.Qriqoryev və 4-cü ordunun komandanı A.Korobkov hesab edildi. Onların hamısı 1941-ci il iyulun 22-də SSRİ Ali məhkəməsinin hərbi Kollegiyasının hökmü ilə güllələndi. 1942-ci ilin aprelinə kimi eyni ittihamlarla 30 general güllələnmişdir.
Müharibənin üç həftəsi ərzində Latviya, Litva, Belarusiya, Ukrayna və Moldoviyanın böyük hissəsi düşmənin əlinə keçdi. Alman qoşunları bu vaxt müddətində ölkənin içərilərinə doğru şimal-qərb istiqamətində 450-500, qərb istiqamətində 450-600, cənub-qərb istiqa- mətində 300-350 kilometr irəliləyə bilmişdir. Düşmənin hücumu yalnız Smolensk rayonunda
dayandırıldı, burada sovet qoşunları iyulun 16-dan avqustun 15 qədər müdafiə döyüşləri təşkil etdilər ki, onun sayəsində komandanlıq Moskva istiqamətində müdafiəni gücləndirmək məq- sədilə ölkənin içərilərindən qoşunları çəkib gətirməyə müvəffəq oldu. Mərkəz istiqamətində vəziyyətin bu şəkildə dəyişməsinin bir səbəbi də Hitlerin bütün qüvvələri sovet paytaxtı üzərinə yeritməmək qərarı idi. Avqustun 23-də fyurer öz ordusundan tələb etdi ki, təkcə Moskvanı almaq deyil, Ukrayna və Qafqazın iqtisadi ehtiyatlarına da sahib olmaq lazımdır.
Bu gün nəşr edilən əsərlərin böyük əksəriyyətində 60-cı illərdə A.Nekriçin yzadığı “Güllələnən Qızıl Ordu” əsərində səslənən belə bir fikirlə razıdırlar ki, 1941-ci ildə SSRİ-nin müharibədə hərbi məğlubiyyətinin əsas məsuliyyəti partiya rəhbərliyinin, birinci növbədə isə İ.Stalinin üzərinə düşür. İ.Stalin belə hesab edirdi ki, Sovet İttifaqı heç vaxt öz ərazisində döyüş əməliyyatları aparmayacağına görə hücum müharibəsinə hazırlaşmaq vacibdir. Belə ki, həm də SSRİ-yə qarşı hər hansı bir təcavüz qərb ölkələri proletariatının ümumi üsyanı ilə dayandırılacaq. Odur ki, hücum müharibəsi taktikasına uyğun olaraq 1939-cu ildəki köhnə “Stalin xətti” adlanan sərhəd ləğv edilərək ölkənin içərilərinə doğru ordunun çəkilməsinə səbəb oldu. Bu isə alman qoşunlarını çox sürətlə ölkənin içərilərinə irəliləməsinə şərait yarat- mış oldu. İ.Stalinin müharibənin başlaması ilə bağlı yanlış hesablarından biri də ondan ibarət idi ki, 1941-ci ilin əvvəllərindən faşist Almaniyasının SSRİ-yə hücum edəcəyi haqqında çox- saylı məlumatları ciddi qəbul etməmişdir. Misal üçün iyunun 6-da Baş Qərargah 120 alman diviziyasının qərb sərhədlərində yerləşdirilməsi barədə, yanvardan iyuna qədər SSRİ hava məkanının Alman təyyarələri tərəfindən 150 dəfədən çox pozulmasına dair məlumatlar Stalinə çatdırılmışdır. Gizli kəşfiyyatçı R.Zorge mayın 15-də Tokiodan müharibənin iyunun 22-də başlamasına dair sovet rəhbərliyinə məlumat ötürmüşdür. Aprelin 13-də Çörçill diplomatik kanal vasitəsilə Almaniyanın hücumu haqqında Stalinə xəbərdarlıq etdi. Bütün bunlara baxmayaraq, Stalin bu məlumatları ingilislərin “təxribatı” hesab edərək düşünürdü ki, onlar bununla ikinci cəbhənin açılmasını təmin edərək müharibədə İngiltərənin vəziyyətini yüngülləşdirməyə səy göstərirlər. Hətta ali hərbi rəhbərliyin təkid etməsinə baxmayaraq son ana kimi Stalin qoşunların hərbi döyüş vəziyyətinə gətirilməsi və səfərbərlik elan edilməsi haqqında əmr verməkdən imtina etdi. Həmçinin cəbhəyanı körpülər belə minalanmamış olaraq qalırdı. Almanlar hücuma başladıqdan bir neçə saat ərzində cəbhəyanı hərbi hissələr öz müraciətlərinə cavab ala bilmirdilər. Yalnız təcavüzün başlanmasından 4 saat sonra Xalq Müdafiə Komissarlığı tələb olunan əmri verdi.
Alman faşist qoşunlarının qəflətən hücum etməsi, sovet dövlət və partiya rəhbərliyinin başda İ.Stalin olmaqla Ordunun döyüş hazırlığı vəziyyətinə gətirməməsi düşmənin sürətlə ölkənin içərilərinə doğru irəliləməsinin başlıca səbəblərindən biridir. Üç cəbhə – Qərb, Şimali-Qərb və Cənub-Qərb ordularının əsas qüvvələrinin faciəvi məğlubiyyəti göstərdi ki, sovet ordusu Qərargahdan tutmuş sıravi əsgərinə kimi müharibəyə hazır deyildir. Say tər- kibinin artmasına baxmayaraq sovet ordusu keyfiyyət hazırlığına görə düşməndən geri qalırdı, piyadaların hərbi hazırlığına əsas diqqət yetirildiyi üçün zirehli tank qoşunlarının və aviasiyanın hazırlığına lazımi diqqət ayrılmamışdır ki, bu da ordunun zərbə gücünü azaldırdı. Hərbi sənaye 1941-ci ilin sonuna qədər köhnəlmiş silahların kütləvi istehsalı ilə məşğul olurdu ki, bütün bu “dünənki günün” silah növləri isə müharibənin ilk vaxtlarından alman silahlarına uduzduqları üçün sovet ordusu uğursuzluğa düçar olurdu. Düzdür, gec də olsa, sovet ordu hissələri müasir Yak-1, Laqq-3, Miq-3 qırıcı təyyarələri, orta T-34 və ağır KV tankları ilə təmin edilməyə başlandı. Sovet ordu hissələrinin yalnız 15 faizi müasir təy- yarələrlə, 25 faizi isə müasir tanklarla təmin edilmişdir ki, bu da düşmən qüvvələri ilə müqayisədə çox az idi.
1941-ci ildə sovet qoşunlarının hərbi uğursuzluqlarının səbəblərindən biri də 1937- 1938-ci illərdə ordunun komanda heyəti içərisində aparılan təmizləmə və repressiyalar idi. Repressiyalar nəticəsində fiziki cəhətdən məhv edilən hərbi komandirlərin yerinə təcrübəsi olmayan və ya həbs düşərgələrindən azad edilmiş mənəvi sarsıntı keçirən komandirlər təyin edilmişdir ki, onlar da ilk döyüşlərdə məğlubiyyətlərə səbəb olurdular. Müharibənin
əvvəllərində yalnız 10 faiz komandirin ali təhsili var idi, onlardan 75 faizi bir ildən də az bir
müddətə öz vəzifələrinə təyin edilmişdilər.
Bütün bunların müqabilində alman qoşunlarının Avropada iki illik müharibə təcrübəsi, zabitlərin isə müasir müharibə aparmaq səviyyəsi yüksək idi ki, bu da onların qələbəsini təmin edən amillər hesab oluna bilər. Eyni zamanda Almaniya SSRİ ilə müqayisədə mühüm iqtisadi və hərbi-strateji üstünlük əldə etmişdir. Sovet İttifaqına zərbə vurmaq məqsədilə Alman dövləti təkcə özünün deyil müttəfiqlərinin, Avropanın asılı və işğal edilmiş ölkələrinin də ehtiyyatlarını səfərbər etmişdir.
Müharibənin ilk vaxtlarındakı hərbi uğursuzluqlara baxmayaraq ölkə əhalisinin faşist təcavüzünü dəf etmək məqsədilə səfərbər olunması başlandı. 1941-ci il iyunun 30-da qərar və göstərişləri qanun gücündə olan fövqəladə hakimiyyət orqanı Dövlət Müdafiə Komitəsi (DMK) yaradıldı. DMK-nin tərkibinə İ.V.Stalin, V.M.Molotov, K.Y.Voroşilov, G.M.Malen- kov, L.P.Beriya daxil oldular. DMK-nın sədri İ.V.Stalin 1941-ci il iyulun 3-də radio ilə xalqa müraciət edərək başlanmış müharibəni ümumxalq, Vətən müharibəsi kimi qiymətləndirdi. DMK bütün sosial-iqtisadi və hərbi ehtiyatları səfərbər etməklə ölkənin müdafiəsini təşkil etmək məqsədilə bir sıra tədbirlər gördü. Hərbi əməliyyatların davam etdiyi rayonlarda və cəbhəyanı ərazilərdə hərbi vəziyyət tətbiq olundu. Düşmən işğalı təhlükəsi olan ərazilərdəki adamlar və sənaye avadanlığı ölkənin şərq rayonlarına köçürülməyə başlandı. İyunun 24-də yaradılan Köçürmə Şurasına əvvəlcə L.Kaqanoviç sonra isə N.Şvernik başçılıq etməyə başladı. L.P.Beriyanın başçılıq etdiyi Xalq Daxili İşlər Komissarlığına kömək məqsədilə ölkənin strateji obyektlərini qorumaq və diversantlarla mübarizə üçün xüsusi qırıcı ba- talyonlar yaradıldı. 1941-ci ilin iyulunda hərbi komissarlar institutu bərpa edildi.
Ölkəni vətənpərvərlik hərəkatının yüksəlişi bürüdü. Hücum edən düşmənə xalqın qəh- rəmancasına müqaviməti kütləvi xarakter aldı. 1941-ci il iyunun 26-da kapitan N.F.Qas- tellonun heyəti alov bürümüş bombardmançı təyyarəni düşmənin maşın karvanı üzərinə yönəldərək onları məhv etdi. Təqribən 73 gün döyüşkən Odessa düşmən hücumunu dəf etdi. 1941-ci ilin dekabr ayının əvvəlinə kimi Finlandiyada Xanko burnundakı sovet hərbi-dəniz bazası müdafiəni qoruyub saxladı. Brest qalasının mərd müdafiəçiləri bir aydan çox düşmən qüvvələrinə müqavimət göstərərək bütün ölkədə qəhrəmanlıq simvoluna çevrildilər.
Adamlar könüllü olaraq cəbhəyə yollanmaq məqsədilə hərbi komissarlıqlara tələsirdilər. 1941-ci il iyulun 4-də DMK xalq yığma qoşununun yaradılması haqqında qərar qəbul etdi. Tez bir zamanda yaşına və ya səhhətinə görə orduya çağrılmayan bir milyon nəfərə kimi insan xalq yığma qoşunu sıralarına yazıldı. 40-a yaxın xalq yığma qoşunu diviziyaları hərbi
əməliyyatlarda iştirak etmişdir.
Bütün bu tədbirlərə baxmayaraq, alman ordusu Leninqrad, Smolensk-Moskva və Kiyev olmaqla üç istiqamətdə dayanmadan irəliləyirdilər. Buna baxmayaraq, sovet əsgərlərinin misilsiz gücü və itkisi hesabına üçüncü həftənin sonunda düşməni ləngitmək mümkün oldu. İyul ayında marşal S.Timoşenkonun komandanlığı altında Qərargahın ehtiyat qüvvələrindən yaradılan Qərb cəbhəsi Smolensk istiqamətində düşmənin qarşısını kəsdi və 1941-ci il iyulun 10-dan sentyabrın 10-na kimi Smolensk döyüşü başladı. Müdafiə və hücum əməliyyatlarından ibarət olan Smolensk döyüşünün məqsədi alman qoşunlarını Moskvaya buraxmamaq idi. Düşmən canlı qüvvə, top, minaatan, təyyarə cəhətdən Qızıl Ordudan üstün, tanklara görə isə nisbətən geri qalırdı. Smolensk altında ağır döyüşlər gedirdi. Bu döyüşlər gedişində Qızıl ordu hissələri iki dəfə iyulda Roqaçov, avqust-sentyabrda Yeln altında əks hücuma keçib düşmən
əsgərlərinə zərbə vurdu. Smolensk döyüşündə Orş altında ilk dəfə yeni reaktiv minaatan (“katyuşa”) tətbiq edildi. 1941-ci il sentyabrın əvvəllərində G.K.Jukovun komandanlıq etdiyi ordu Yeln şəhəri çıxıntısında düşməni ağır məğlubiyyətə uğratdı. Bu qələbənin çox böyük mənəvi-psixoloji təsiri var idi. Böyük Vətən müharibəsi gedişində ilk dəfə olaraq Qızıl Ordu vermaxtı ağır məğlubiyyətə düçar etmiş oldu.
Sovet İttifaqı marşalı Jukov Georgi Konstantinoviç (1896-1974) Kaluqa quberniyasında anadan olmuş, Birinci Dünya müharibəsində kiçik zabit kimi iki dəfə Georgiyev xaçı ilə təltif edilmişdir. Vətəndaş müharibəsində eskadron komandiri olub. Böyük Vətən müharibəsinin ən parlaq və istedadlı sərkərdələrindən biri olan G.K.Jukov haqqında əsgərlər belə deyirdilər:
“Jukov olan yerdə qələbə vardır”. Strateji düşüncə qabiliyyəti, görkəmli təşkilatçılıq bacarığı, polad kimi möhkəm iradəsi və iti zəkası onun səciyyəvi xüsusiyyətləri idi. Böyük Vətən müharibəsində ali hərbi vəzifələr tutan sovet marşalı 1945-1946-cı illərdə Almaniyadakı sovet ordu qrupuna başçılıq etmiş, ölkənin quru qoşunlarının, hərbi dairələrin baş komandanı olmuşdur. 1955-1957-ci illərdə SSRİ-nin Müdafiə Naziri kimi vətənə xidmət göstərmişdir. G.K.Jukovun komandanlığı ilə Yeln çıxıntısında ilk böyük məğlubiyyətini alan düşmənin Smolensk döyüşü sayəsində strateji blistkriq hücum planı pozuldu. Moskva istiqamətində hücumu dayandırmağa məcbur olan almanlar avqustun 25-30-da Dneprə çıxaraq sağsahil Ukraynanı işğal etdi.
Kiyevi müdaifə edən sovet ordu hissələrinin mühasiriyə düşmək təhlükəsi yarandı. G.K.Jukovun başçılıq etdiyi Baş Qərargah təklif etdi ki, sovet qoşunları Kiyevi tərk edib Dneprin arxa tərəfinə çəkilsinlər. Lakin siyasi məqsədlərlə İ.V.Stalin bu təkliflə razılaşmadı və G.Jukov vəzifədən uzaqlaşdırıldı və o Ehtiyat cəbhənin komandanı təyin edildi. Marşal B.M.Şapoşnikov onun yerinə Baş Qərərgah rəisi oldu. Ancaq sentyabrın 17-də İ.Stalin vəziyyətin çıxılmaz olduğunu görərək Cənub-Qərb cəbhəsinə Kiyevi tərk etməyə icazə verdi. Bu gecikmiş qərar idi. Sentyabrın 15-də almanların tank diviziyaları qarşı-qarşıya gələrək sovet qoşunlarını mühasirəyə aldılar. 450 mindən çox əsgər, o cümlədən, 60 min zabit mühasirəyə düşdü. Çoxsaylı sovet dəstələri ayrı-ayrılıqda mühasirən