1944-cü ilin avvalinda sovet-alman cabhasinda vaziyyat. Böyük Vətən müharibəsinin üçüncü dövrü SSRİ və Şərqi Avropanın almanlar tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi, Hitler Almaniyası üzərində qəti qələbəni əhatə etməklə 1944-cü ilin əvvəlindən 1945-ci il mayın 9-na kimi davam etmişdir. Şərq cəbhəsini möhkəmlətmək məqsədilə alman komandanlığı Qərb cəbhəsindən 1943-cü ilin sonlarında 75 diviziyanı, çoxlu sayda hərbi texnika və maddi-texniki vasitələri Şərq cəbhəsinə göndərdi. Beləliklə, sovet-alman cəbhə- sində düşmənin 4906 min canlı qüvvəsi, 54570 top və minaatanı, 5400 tank və hücum topu, 3073 təyyarəsi cəmləşmiş oldu. 1944-cü ilin əvvəllində Qızıl Ordunun 6736 min canlı qüv-
vəsi, 97690 top və minaatanı, 5628 tank və özüyeriyən artilleriya qurğusu, 8818 döyüş təyyarəsi var idi. Faktlar təsdiq edir ki, Qızıl Ordu canlı qüvvə və texnika cəhətdən düşmən- dən çox üstün vəziyyətdə olmaqla bərabər, strateji təşəbbüs də ona məxsus idi. 1944-cü ildə işğalçı alman ordularına qarşı hücuma keçən Qızıl Ordunun hərbi əməliyyatları iki, qış-yaz və yay-payız mərhələlərindən ibarətdir. L.Qovorovun komandanlığı altında Leninqrad, K.Meret- skovun komandanlığı altında Volxov və M.Popovun komandanlığı altında 2-ci Pribaltika cəbhələri 1944-cü ilin yanvar-fevral aylarında hücum edərək Leninqrad, Novqorod, Kalinin vilayətlərini tamamilə, Pskovun isə bir hissəsini işğalçılardan təmizlədilər. Yanvarın 27-də 900 gün davam edən Leninqradın mühasirəsi tam başa çatmış oldu. Yalnız 550 min nəfər
əhalisi qalan Leninqradın bir milyon əhalisi mühasirə zamanı tələf olmuşdur ki, bunların da üçdəikisi aclıqdan və s. səbəblərdən tükənərək ölənlər idi. N.Vatutinin komandanlığı ilə 1-ci Ukrayna cəbhələrinin qoşunları hücuma keçərək Korsun-Şevçenko altında 6 alman diviziya- sını mühasirəyə alıb məhv etdilər. Bu Stalinqraddan sonra alman işğalçılarının mühasirəyə alınıb məhv edildiyi ikinci böyük əməliyyat idi ki, bunun da sayəsində fevral ayında Kiyev- dən cənuba sağsahil Ukraynası düşməndən azad edildi. Dnestr və cənubi Buq çayına gedən yol açılmış oldu.
1944-cü ilin aprel-mayında general F.İ.Tolbuxinin komandanlığı altında 4-cü Ukrayna cəbhəsinin qoşunları hücum edib Odessa, Sevastopol və bütün Krımı azad etdilər. İyun-avqust aylarında sovet ordu hissələri Kareliyanı azad edərək Finlandiyanın sərhədlərinə çıxdılar. Finlandiya hərbi əməliyyatı dayandıraraq sentyabrın 4-də müharibədən çıxdı, sentyabrın 19- da isə Almaniyaya müharibə elan etdi. 1944-cü il iyun-avqust aylarında Belarusiyada kod adı “Baqration” olan döyüş əməliyyatların komandanları K.Rokossovski, G.Zaxarov, İ.Çernya- xovski olan 1-ci, 2-ci və 3-cü Belarusiya cəbhələrinin, 1-ci Pribaltika, Dnepr hərbi flotu, 1-ci Polşa Ordusu qüvvələri almanların “Mərkəz” və “Cənub” ordularına qarşı keçirdilər. Məhz Ali Baş Qərargah, G.Jukov və İ.Stalinin etirazına baxmayaraq K.K.Rokossovskinin təklifi ilə eyni zamanda iki baş zərbə ilə düşməni əsas zərbədən yayındıran sovet qoşunları “Mərkəz” cəbhəsinin əsas qüvvələrini əzərək Minskinin şərqində 100 mindən çox alman əsgər və zabitin mühasirəyə aldı ki, ondan da yalnız bir neçə yüz nəfər xilas ola bildi. “Baqration” əməliyyatı nəticəsində Qızıl Ordu Belarusiyanı, Litvanın bir hissəsini, Polşanın şərq rayonlarını azad etdi və Vislaya çatdı. Sovet qoşunlarının düşmənə qarşı keçirdiyi hücum əməliyyatları sayəsində almanlara vurduğu güclü zərbələrin sayı artırdı. 1944-cü ilin iyul- avqustunda İ.Konevin komandanlığı altında 1-ci Ukrayna cəbhəsinin əsgərləri, S.A.Kovpakın, P.P.Verşiqorun partizan dəstələri Lvov-Sandomir əməliyyatında düşməni darmadağın edərək Qərbi Ukrayna və Polşanın cənub-şərq rayonların almanlardan azad etdilər. Avqustda R.Y.Malinovski və F.İ.Tolbuxinin komadanlığı ilə 2-ci və 3-cü Ukrayna cəbhələrinin orduları Moldaviyadakı düşmən müdafiəsini yararaq Kişinyov və Yssı rayonunda 22 alman-rumın diviziyasını məhv edərək Rumıniyanın mərkəzi rayonlarına çıxdılar. Bu əməliyyat nəticəsində Moldovanın cənub rayonları, Ukraynanın İzmailov (hazırda Odessanın tərkibində) vilayəti, Rumıniyanın böyük hissəsi azad olundu. Rumıniya və Bolqarıstan təslim oldu. 2-ci Ukrayna cəbhəsinin qoşunları Rumıniya torpaqlarının azad edilməsində əsas rol oynamışlar. Azərbaycan oğulları hərbi əməliyyatların uğurla başa çatmasında yaxından iştirak etmişdir. Belə ki, Rumıniyanın Markit şəhəri uğrunda gedən döyüşlədə 27-ci ordunun qvardiya serjantı Gəray Lətif oğlu 6sədov öz bədəni ilə düşmənin atəş nöqtəsini susduraraq döyüşün qələbə ilə başa çatmasına səbəb olmuşdur. Öz həyatı bahasına uzaq Şərqi Avropa torpaqlarının faşist işğalçılarından təmizlənməsində misilsiz qəhrəmanlıq göstərən Gəray 6sədova 1945-ci il martın 24-də Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
1944-cü il iyul-sentyabr aylarında İ.X.Baqramyan, A.İ.Yeremenko və İ.İ.Maslen- nikovun komandanlığı ilə 1-ci, 2-ci və 3-cü Pribaltika cəbhələrinin, marşal L.A.Qovorovun komandanlığı altında Leninqrad cəbhəsinin orduları hücum edərək Pskov vilayətini, Estoni- yanı, Litvanı tamamilə, Latviyanın böyük bir hissəsini işğalçılardan azad etdilər və Şərqi Prussiyanın sərhədlərinə daxil oldular. Hərbi döyüşlərin gedişində düşmənin “Şimal” ordu- sunun 26 birləşməsi darmadağın edildi, 38 diviziya Kurlyandiyada Tukumla Libava arasında
sıxışdırıldı. Baltik flotu Baltik dənizində azad hərəkət etmək imkanı qazandı. Ordu generalı İ.Y.Petrovun komandanlığı ilə 4-cü Ukrayna cəbhəsinin orduları oktyabrda Tissa ilə Dunay arasında hücuma keçərək Debretsen əməliyyatı ilə Macarıstanın şərq rayonlarını hitlerçilərdən azad etdilər, Almaniya özünün son müttəfiqi Macarıstanın köməyindən məhrum oldu. 1944- cü ilin oktyabrında K.Meretskovun komandanlığı altında Kareliya cəbhəsi və Şimal flotu (vitse admiral A.Q.Qolovko) Petsamo-Kirkeness əməliyyatı nəticəsində hitlerçiləri qütb arxasındakı sovet ərazisindən və Norveçin şimal rayonlarından qovub çıxardı. Petsamo və Norveçin Kirkeness limanları azad oldu. Bu sayədə Almaniya Barents dənizinin limanla- rından və metal mədənlərindən məhrum oldu. Beləliklə, 1944-cü ildəki hərbi əməliyyatları nəticəsində SSRİ-nin hitler Almaniyası tərəfindən 1941-ci ilin iyununda pozulan dövlət sər- hədi Barentsdən tutmuş Qara dənizə kimi bərpa edildi və faşist işğalçıları ölkə ərazisidən qovuldu.