Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə40/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   36   37   38   39   40   41   42   43   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Kursk döyüúü. 1943-cü ilin fevralında sovet ordusunun hücumu dayandırıldı. Təşəb- büsü ələ alan almanlar Donbas, Xarkov və Belqorodu tutdular. 1943-cü ilin aprelinə doğru sovet-alman cəbhəsinin mərkəzində Kursk çıxıntısı əmələ gəldi, düşmənin Oryol və Belqorod qruplaşması Sovet ordusu birliklərinin müdafiə cəbhəsini yarmaq təhlükəsi yaradırdılar. 6ks- hücum müvəffəqiyyətlərindən ruhlanan alman baş qərargahı Orlov-Kursk çıxıntısına güclü zərbə endirməyi nəzərdə tutan “Sitadel” əməliyyat planın işləyib hazırladılar. Alman ordusuna çoxlu yeni “tiqr” və “pantera” tankları, özüyeriyən “ferdinand” topları, “Fokke-Vulf-190” qı- rıcı təyyarələri göndərildi. 1943-cü il iyulun əvvəlində Oryol-Kursk istiqamətində hitler Al- maniyasının 900 min nəfər canlı qoşunu, 2733 tank və özüyeriyən qurğusu, 10 min top və minaatanı, 2050 təyyarəsi cəmləşmişdir. Qızıl Ordu sıralarında 1336 min əsgər və zabit, 3444 tank və özüyeriyən qurğu, 19100 top və minaatan, 2172 təyyarə var idi. Kursk döyüşü İkinci Dünya müharibəsinin ən böyük döyüşlərindən biridir. 1942-ci ildən fərqli olaraq sovet ko- mandanlığı düşmənin niyyətini başa düşərək vaxtında dərin eşelonlaşdırılmış müdafiə yarada bilmişdir. Kursk əməliyyatına görkəmli sovet sərkərdələri marşallar G.K.Jukov və A.M.Va-
silevski, generallar N.F.Vatutin və K.K.Rokossovski komandanlıq edirdi. Müdafiədən hücu- ma keçməyi nəzərdə tutan sovet komandanlığı general İ.S.Konevin başçılığı ilə strateji ehtiyat qüvvələri yaratmışdır. Kursk çıxıntısının şimal tərəfini general K.Rokossovskinin koman- danlıq etdiyi Mərkəzi cəbhə müdafiə edirdi.
Konstantin Konstantinoviç Rokossovski (1896-1968) Varşavada anadan olmuş, Birinci Dünya müharibəsinin və Vətəndaş müharibəsinin iştirakçısıdır. Şərq cəbhəsində ağçerxlərə, Kolçaka və baron Ungernin dəstəsinə qarşı vuruşaraq iki dəfə yaralanmış və üç dəfə Qırmızı Bayraq ordeni ilə təltif olunmuşdur. 1937-ci ilin avqustundan 1940-cı ilin martına kimi DİXK-nın istintaqı altında olmuş, işin dayandırılması ilə azad edilmişdir. Böyük Vətən mü- haribəsində onun komandanlığı altında ordu hissələri Smolensk, Stalinqrad, Kursk döyüşlə- rində, Belarusiya, Şərqi Prussiya, Şərqi-Pomeran və Berlin əməliyyatlarında uğurla iştirak et- mişdir. Məhz K.Rokossovskinin təklifi ilə “Baqration” əməliyyatının gedişində eyni zamanda iki əsas qüvvə zərbəsi ilə çıxış edən sovet ordu hissələri düşməni əzmişdir ki, bu da sovet- alman cəbhəsində qüvvələr nisbətinin əsaslı surətdə dəyişilməsinə səbəb olmuşdur. O, 1944- cü ildə Sovet İttifaqı marşalı, 1944 və 1945-ci illərdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 1949-cu ildən 1956-cı ilə kimi Polşanın milli Müdafiə naziri olub. 1956-cı ildən SSRİ Müdafiə Nazirliyində rəhbər vəzifələrdə çalışıb. 1968-ci ildə “6sgər vəzifəsi” xatirələr kitabını çap etdirib, 1997-ci ildə təkrar nəşri olub.
1943-cü il iyulun 5-i səhər saat 5:30-da 9-cu alman ordusunun zərbə qrupu, 6-cı və 4-cü tank orduları, “Kempf” əməliyyat qrupu hücuma keçdi. Nəzərdə tutulmuş hücuma bir saat qalmış sovet artilleriyası və təyyarələri düşməni yaylım atəşinə tutdu. Mərkəz cəbhəsi istiqa- mətində 6 gün müddətində hitlerçilər yalnız 6-12 km irəliləyə bildilər, iyulun 11-də çoxlu itki verən almanlar hücumu dayandırmağa məcbur oldular. N.Vatutinin komandanlıq etdiyi Vo- ronej cəbhəsinin belqorod-kursk istiqamətində iyulun 5-də almanlar E.Manşteynin koman- danlığı ilə 700 tankla hücuma keçdi. Oboyan və Koroç istiqamətindəki bu hücumda almanlar böyük çətinliklə 10-18 km irəlilədilər. İyulun 12-də Proxorovko rayonunda hər iki tərəfdən 1200 tank və özüyeriyən qurğunun iştirak etdiyi ən böyük tank vuruşması oldu. Hər iki tərəf ağır itki verdi. İyulun 17-də sovet ordusunun cinahlardan əks-zərbə vura biləcəyini və iyulun 9-da Siciliyada ingilis-amerikan ordusunun hərbi əməliyyatlara başlamasını nəzərə alaraq A.Hitler “Sitadel” əməliyyatının dayandırılmasına dair əmr imzaladı. 1943-cü il iyulun 12- dən avqustun 23-nə qədər Kursk döyüşünün ikinci mərhələsinin əkshücum əməliyyatı ke- çirildi. “Kutuzov” hücum əməliyyatını M.Popovun komandanlığı altında Bryansk, K.Rokos- sovskinin komandanlığı altında Mərkəz və V.Sokolovskinin komandanlığı ilə Qərb cəbhəsi qüvvələrinin bir hissəsi iyulun 12-dən qərb istiqamətində düşməni darmadağın edərək 150 km irəlilədilər və avqustun 5-də Oryolu azad etdilər. Avqustun 20-də hücuma keçən sovet ordu hissələri ayın 23-də Xarkovu azad etdilər və bununla Kursk döyüşü başa çatdı. 50 gün davam edən Kursk döyüşündə hər iki tərəfdən çox böyük canlı və texniki qüvvə iştirak edirdi. Belə ki, 4 milyon nəfər adamı birləşdirən 300 diviziyanın iştirak etdiyi bu əməliyyatda düşmən 30 seçmə diviziyasını, o cümlədən, 7 tank diviziyasını itirdi. Almanlar 1300 tankından və min təyyarəsindən məhrum oldu. Qızıl Ordu 254,4 min nəfər əsgər və zabit, 6 min tank, 1600 təyyarə itirdi. Faktlardan aydın olur ki, Kursk döyüşündə Qızıl Ordunun itkiləri düşməndən qat-qat çox idi. Hitlerçilərin Kursk çıxıntısına hücumunun boşa çıxması o demək idi ki, mü- haribədə strateji təşəbbüs tamamilə Qızıl Ordunun əlinə keçmişdir. Böyük Vətən mühari- bəsində Stalinqrad döyüşü ilə başlayan əsaslı dönüş Kursk döyüşündəki qələbə ilə başa çatmış oldu. Kursk döyüşü ilə əlaqədar olaraq Hitler komandanlığı Aralıq dənizi müharibə teatrın- dan, Fransa və Hollandiyadan çoxlu canl qüvvə və hərbi texnika çıxarmağa məcbur oldu ki, bunun da nəticəsində müttəfiqlər İtaliyada əməliyyatları genişləndirə bildilər. Kursk altında məğlubiyyət faşist bloku ölkələrinə müharibədə qüvvələr nisbətinin Sovet İttifaqının xeyrinə
əsaslı dönüş etdiyini göstərdi. Macarıstanın Qərblə separat sülh bağlamaq səyləri gücləndi. Almaniya ilə Finlandiya arasındakı münasibətlərdə böhran yarandı. Bütün dünya başa düşdü ki, SSRİ-nin müharibədə qələbəsi yalnız zaman məsələsidir.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin