Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Potsdam konfransı. İkinci Dünya müharibasinin baúa çatması



Yüklə 1,22 Mb.
səhifə48/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   44   45   46   47   48   49   50   51   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Potsdam konfransı. İkinci Dünya müharibasinin baúa çatması. Avropada müharibə başa çatdıqdan sonra 1945-ci il iyulun 17-dən avqustun 2-nə kimi Berlin ətrafında yerləşən Potsdamda SSRİ, ABŞ və İngiltərə dövlət başçıları İ.Stalin, H.Trumen, U.Çörçill sonra K.Ettlinin iştirakı ilə konfrans keçirildi. 6sas məsələ müharibədən sonra Avropanın, xüsusi ilə Almaniyanın gələcəyi ilə bağlı idi. Fikir ayrılığına baxmayaraq konfrans iştirakçıları əsas mə- sələlərdə razılığa gələ bildilər. Almaniyaya ümumi prinsip əsasında siyasət tətbiq edilirdi ki, buna görə onun silahlı qüvvələri ləğv edilməli, silah istehsal edən sənaye birlikləri buraxıl-
malı, nasizmin qalıqları ləğv edilməli, siyasi həyat demokratikləşdirilməli idi. Avropadakı sərhədlər məsələsi qəti olaraq razılaşdırıldı. Sileziya və Pomeraniya, Şərqi Prussiyanın bir hissəsi Polşaya verildi və qərara alındı ki, bu yerlərin alman əhalisinə Almaniyaya köçmək hüququ verilsin. Qərb rəsmi surətdə Latviya, Litva və Estoniyanın SSRİ-yə birləşdirilməsin tanımasa da Baltikyanı respublikalar, Qərbi Ukrayna və Qərbi Belarusiya, Moldaviya SSRİ- nin tərkibində qaldı. Sovet İttifaqı Şərqi Prussiyanın bir hissəsin (hazırki Kalininqrad vila- yətin) və Zakarpat Ukraynasını da aldı. 1938-ci ildəki Münhen sövdələşməsi ləğv olundu, Sü- det vilayəti Çexoslovakiyaya qaytarıldı, ölkənin müstəqilliyi təmin olundu. Macarıstan, Ru- mıniya, Bolqarıstan, Yunanıstan və Albaniyanın əvəllki sərhədləri bərpa edildi. Avstriya ye- nidən müstəqil dövlət oldu. İtaliya özünün bütün müstəmləkələrindən məhrum edildi. 1945-ci ilin axırları, 1946-cı ilin əvvəllərində keçmiş müttəfiqlər arasında kəskin fikir ayrılığı ya- randığına görə Potsdam konfransının qərarların tam həyata keçirmək mümkün olmadı. 1946- cı ildən başlayaraq iki müxtəlif ictimai-siyasi sistemin qarşıdurması nəticəsində soyuq müharibə dövrü başladı.
Tehran və Krım konfranslarının qərarlarına uyğun olaraq SSRİ 1945-ci il avqustun 8-də Yaponiyaya müharibə elan etdi. Amerika siyasi məqsədlərlə heç bir hərbi zərurət olmadan Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası ataraq 100 min nəfərdən çox adamı öldürdü, yarım milyona yaxın dinc əhali zərər çəkdi. Buna baxmayaraq Yaponiya hələ Mancuriya, Şimali-Şərqi Çin, Saxalin və Kuril adalarında xeyli hərbi qüvvəyə malik idi. R.Malinovskinin komandanlıq etdiyi Zabaykal ordusu, K.Meretskov və M.Purkaevin 1-ci və 2-ci Uzaq Şərq cəbhələri, İ.Yumaşevin Sakit okean flotu, N.Antonovun Amur hərbi flotiliyası Monqolustan xalq-inqilabi ordusu hissələri ilə birlikdə hücum əməliyyatına başladılar.
Sovet Ordu birliklərində 1669500 nəfər canlı qüvvə, 29 min top və minaatan, 5,5 min tank və özüyeriyən artilleriya qurğusu, 3,8 mindən çox döyüş təyyarəsi var idi. A.Vasilev- skinin başçılıq etdiyi Uzaq Şərq komandnalığı sovet ordu birliklərinə ümumi rəhbərlik edirdi. Bir milyon nəfər əsgər və zabiti olan Yapon kvantun ordusu Qızıl orduya qarşı dayanmışdır. Avqustun 9-da hücuma keçən Zabaykal cəbhəsinin əsgərləri Xinqan-Şenyan istiqamətində tanklarla gün ərzində 120-150 km irəlilədilər. Çaylarda suyun səviyyəsinin 2-4 m yüsəlməsinə baxmayaraq A.Kravçenkonun 6-cı tank ordusu üçüncü gün Böyük Xinqan dağlarını aşıb, Mancuriya düzənliyinə çıxıb Lubey şəhərin tutdular. 2-ci Uzaq Şərq cəbhəsi qoşunları şimaldan və şərqdən hücumu davam etdirərək avqustun 14-də Mancuriyanın içərilərinə doğru 50-200 km irəlilədilər. Yaponların Sunqariysk istiqamətində sovet qoşunlarını dayandırmaq cəhdləri boşa çıxdı. Bu vaxt müddətində 1-ci Uzaq Şərq cəbhəsi orduları Linkona, Xarbinə və Qirinə zərbələr vurdular. Xüsusilə Mudantszyan şəhəri uğrunda amansız döyüşlər nəticəsində şəhər təslim oldu. Avqustun 19-dan başlayaraq yapon ordu hissələri təslim olmağa başladı. 148 nəfər yapon generalı, 594 min nəfər əsgər və zabit əsir götürüldü. Sovet Ordusu 36456 nəfər itki verdi. 1945-ci il sentyabrın 2-də Tokio körfəzindəki amerikan linkoru “Missuri” hərbi gəmisinin göyərtəsində Yaponiyanın nümayəndələri Xarici İşlər Naziri İ.Siqemitsu, imperiya Baş gərargah generalı Y.Umedzu, müttəfiq orduların Baş kamandanı general D.Makartur, SSRİ təfəfindən general-leytenant K.N.Derevyanko danışıqsız təslim olmaq haqqında Aktı imzaladılar. 1905-ci ildə Rusiyanın itirdiyi Saxalinin cənub hissəsi və Kuril adaları SSRİ-nin tərkibinə daxil edildi. 6 il davam edən İkinci Dünya müharibəsi başa çatdı.
İkinci Dünya müharibəsinin və onun tərkib hissəsi olan Böyük Vətən müharibəsinin
əsas hərəkətverici qüvvəsi, qəhrəmanı və qalibi SSRİ-nin və Avropanın çoxmillətli xalqları idi. Müharibənin alovları içərisində 27 milyondan çox sovet vətəndaşı həyatını itirdi. Yalnız Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin ərazisində gedən döyüşlərdə bir milyondan çox sovet əsgəri həlak oldu, onların 600 min nəfəri Polşa torpaqlarında, 280 min nəfəri Macarıstan və Çexoslovakiyanın azad edilməsi uğrunda gedən döyüşlərdə həlak oldular. 6n dağıdıcı və qanlı müharibə olan İkinci Dünya müharibəsində Avropada ölənlərin sayı 50 milyon nəfərdən çox idi. “Xolokost”, yəni 7 milyon yəhudinin məhv edilməsi faşizmin dünya miqyasında məlum cinayətlərindən biri idi. Faşist cəza düşərgələrinə düşən 18 milyon nəfər adamın 11 milyonu məhv edilmişdir. Bu amansız müharibədə Çin 35milyon, SSRİ 27 milyona yaxın,
Polşa 6 milyona yaxın, Yuqoslaviya 1,8 milyon nəfər, ABŞ 405 min, Böyük Britaniya 350 min, Fransa 635 min adam itirmişdir. Yeni hesablamalara görə müharibə illərində Qızıl Ordunun itkiləri 12 milyona yaxın idi. İşğal olunmuş ərazilərdə bombardmandan, repressiyalardan, aclıq və xəstəliklərdən 13 milyon sovet adamı məhv olmuşdur. 5,3 milyon nəfər adam işləmək üçün zorla Almaniyaya aparılmışdır ki, onların da 2,2 milyon nəfəri pis qidalanmaq və amansız rəftar nəticəsində ölmüşdür. SSRİ-də 1710 şəhər və qəsəbə tamamilə dağıdılmışdır. 25 milyon adam öz evindən məhrum olmuşdur. 32 min iri və orta sənaye müəssisəsi sıradan çıxmış, 65 min km dəmir yolu, 1870 körpü, 427 muzey, 1670 kilsə dağıdılmış və ya talan edilmişdir. 1941-1945-ci illərdə SSRİ-yə dəyən zərər müharibədən
əvvəlki qiymətlərlə 2,6 trillion manat təşkil edirdi.
İkinci Dünya müharibəsində faşist Almaniyası 13,4 milyon nəfər adam, o cümlədən, Şərq cəbhəsində 7,2 milyon adam itirmişdir. Almaniyadakı hərbi əməliyyatlar nəticəsində bombardmanlardan 3,3 milyon nəfər adam ölmüş və ya itkin düşmüşdür. Müttəfiqlər İtaliya, Macarıstan, Rumıniya, Finlyandiya, Bolqarıstan sovet-alman cəbhəsində 1,5 milyon adam itirmişdir. Müharibə illərində təqribi hesablamalara görə SSRİ-də 4-dən 6 milyona kimi hərbi
əsir olmuşdur ki, onların da çoxu soyuq, aclıq, xəstəlikdən məhv olmuşdur. Sovet-Alman cəbhəsində vermaxt 73 faizdən çox canlı qüvvə, 75 faizə yaxın tank, top və minaatan, 75 faiz- dən çox aviasiyasın itirmişdir. Faktlardan göründüyü kimi SSRİ İkinci Dünya müharibəsində qələbəyə əvəzsiz töhvə vermişdir. Qızıl Ordunun çox böyük itkiləri, xalqın kütləvi qəhrəman- lığı, sıravi müharibə və arxa cəbhə iştirakçılarının şücaəti siyasətçi və hərbi rəislərin yanlış hesablarının qarşısını alaraq Böyük Qələbəni təmin etdilər. Qələbənin təmin olunmasının mü- hüm amillərindən biri iqtisadiyyatın sürətlə səfərbər edilərək müharibənin tələbələrinə uyğun qurulması idi. Qələbənin mühüm şərtlərindən biri də SSRİ, Böyük Britaniya, ABŞ-ın alman- faşist təcavüzünə qarşı birgə mübarizə aparması idi. Lend-liz xətti ilə SSRİ-yə göndərilən hərbi texnika, avtomobil, avadanlıq və ərzaq qələbədə əhəmiyyətli rol oynamışdır. Bunlar so- vet ordusundakı təyyarələrin 10, tankların 12, avtomobillərin 70 faizini təşkil edirdi. Düşmən üzərində qələbədə görkəmli hərbi xadimlər və sərkərdələr G.K.Jukov, K.K.Rokossovski, N.F.Vatutin, İ.S.Konev, A.M.Vasilevski, F.İ.Tolbuxin, R.Y.Malinovski, K.A.Meretskov, S.K.Timoşenko, L.A.Qovorov və başqaları misilsiz dərəcədə mühüm rol oynadılar.
İkinci Dünya müharibəsi nəticəsində Baltikyanı respublikalar, Qərbi Ukrayna, Qərbi Belarusiya, Bessarabiya, Şimali Bukovina, Keniqsberq, Klaypeda, Petsamo, Podkarpat Rusu, Vladimir-Volın, Cənubi Saxalin,Kuril adaları, Tuva SSRİ-nin tərkibinə daxil edilmişdir.
Müharibənin gedişində müttəfiqlər belə qərara gəldilər ki, İkinci Dünya müharibəsinin başlanmasının səbəbkarları olan faşist Almaniyasının rəhbərləri cəzalandırılmalıdır. Bu məqsədlə 1945-ci il dekabrından 1946-cı ilin oktyabrına kimi Nyurnberqdə Üçüncü peyxin rəhbərlərinə qarşı beynəlxalq hərbi məhkəmə prosesi təşkil olundu. Faşist Almaniyasının siyasi və hərbi rəhbərləri Gerinq, Gess, Ribbentrop, Kaltenbrunner, Keytel, əsas sənayeçilər Şaxt, Şpeer, Q.Krupp Qalib dövlətlərin hərbi tribunalı qarşısında cavab verməli oldular. Onların hamısı dünya və insanlığa qarşı ağır hərbi cinayətlər törətməkdə təqsirkar bilinirdilər. 1946-cı il oktyabrın 16-da Beynəlxalq tribunal faşist imperiyasının ali rəhbərliklərinə ölüm hökmü çıxardı. Onlar milyonlarla insanın ölümünə səbəb olan əmrlərin yerinə yetirilməsində, bir çox xalqların məhv edilməsi planının hazırlanması və həyat keçirilməsində təqsirkar bilindilər. İşğalçı hakimiyyətlə əməkdaşlıq edənlər də məsuliyyətə cəlb edildi. İkinci Dünya müharibəsi Almaniya və onun müttəfiqlərinin məğlubiyyəti ilə başa çatdıqdan sonra qalib dövlətlər, SSRİ və onun dünənki müttəfiqlərinin koalisiyası dağıldı və onlar arasındakı dərin ziddiyyətlər dünya sosializm sistemi dağılana kimi davam etdi.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin