Müharibadan sonrakı kand. Müharibədə 15 faiz əhalisini, o cümlədən, 61 faiz əmək qabiliyyəti olan kişiləri, çoxlu miqdarda traktor və atları itirən kəndin vəziyyəti ağır olaraq qalırdı. Bir çox kənddə torpağı öküzlə və ya 4-5 nəfər qadının çəkdiyi qoşqu aləti ilə şumlayırdılar. Ümumiyyətlə, müharibə illərində ölkədə 98 min kolxoz, 1876 sovxoz və 2890 MTS məhv edilmişdir. 1946-cı ilin payızındakı quraqlıqdan irəli gələn qıtlıq, kolxozların idarə edilməsini eyni zamanda kolxozlar üzrə Şura, 3 nazirliyə həvalə edilməsi və çoxnövlü məhsul yetiştirilməsinə keçilməsi yerli imkanlarla uyğun gəlmədiyi üçün kəndin vəziyyəti pisləşməkdə davam edirdi. Belə olduqda Sovet dövləti müharibə illərində kolxozlarda zəif- ləyən nəzarəti gücləndirmək qərarına gəldi. 30-cu illərdə Qafqazda kollektivləşdirməni həyata keçirən, 1943-cü ildən 1946-cı ilə kimi Torpaq Xalq komissarı olan A.Andreyevin rəhbərliyi ilə 1946-cı ilin sentyabrın 19-da kolxoz nizamnaməsinin pozulmasının aradan qaldırılması üçün tədbirlər görmək tapşırığı ilə kolxozların işləri üzrə komissiya yaradıldı. Təkcə 1946-cı ildə kolxozçular tərəfindən qanunsuz olaraq zəbt edilmiş 4,7 mln ha torpaq kolxoz fondlarına qaytarıldı.1947-ci ildən 1949-cu ilə qədər 5,9 mln ha torpaq kolxozlara geri qaytarıldı. 1947-
ci il iyunun 4-də 1932-ci il avqustun 7-də qəbul edilmiş eyni mahiyyətli qərardan daha sərt olan “Dövlət və ictimai əmlakın oğurlanmasının cinayət məsuliyyəti haqqında” qərarı elan olundu. Dövlət və kolxoz əmlakına qəsd edənləri 5 ildən 20 ilə qədər həbs cəzası gözləyirdi. Kənddəki ağır vəziyyət kolxoz sədrlərinin üzərinə yıxıldı. Təkcə 1946-cı ildə 9511 nəfər kolxoz sədri, briqadir və ferma müdiri cinayət məsuliyyətinə cəlb olundu. Kənddə inzibati amirlik metodları ilə idarə etməni gücləndirən partiya və dövlət rəhbərliyi 1948-ci ildə kolxoz nizamnaməsində kolxozçulara icazə verilən xırdabaş heyvanların dövlətə satılmasını qəti olaraq tövsiyyə etdi. Bunun nəticəsində yarım il ərzində kolxozçular 2 mln başdan çox xırda heyvanı kəsdilər. Eyni zamanda bazarlarda satılan kənd təsərrüfatı məhsullarından gələn gəlir üzərinə qoyulan vergi artırıldı. Həm də bazarlarda alver etmək üçün kolxozçular dövlət qar- şısında öhdəçiliklərini tamamilə yerinə yetirdikləri haqqında icazə almaqla çalışa bilərdilər. Dövlətə verilən məhsulun həcmi ildən-ilə artırıldığı halda dövlətin kolxozlara kənd təsərrüfatı məhsulları üçün ödədiyi qiymət 1952-ci ilə kimi 1940-cı il səviyyəsindən də aşağı olmuşdu, belə ki, təkcə taxıl məhsulları öz dəyərinin yeddidə bir hissəsini təşkil etmişdir. Birinci beşil- likdə olduğu kimi kolxozlar yalnız dövlət tapşırığını yerinə yetirdikdən sonra kolxozçularla heasablaşa bilərdi. 1950-ci ildə təsərrüfatların 20 faizində əməkgününə 0,5 kq taxıl düşürdü, kolxozların çoxunda isə əməkgününə ümumiyyətlə pul verilmirdi.Kolxozçular öz həyatlarını kənar işlərdən və yüksək vergi tutulan həyatyanı sahələrdən qazanırdılar. Kolxozçu, fəhlə və qulluqçular kənd təsərrüfatı məhsullarının 51, heyvandarlıq məhsullarının isə 62 faizini yardımçı təsərrüfatlarda istehsal edirdilər. Kənd sakinləri kolxoz sahələrində 1948-ci ildən qüvvəyə minən minimum əməkgününün yerinə yetirilməməsi cinayət məsuliyyəti qorxusu altında çalışırdılar. 1942-ci il aprelin 15-də qəbul edilən minimum əməkhaqqını yerinə yetir- məyən kolxozçuların məhkəmə məsuliyyətinə cəlb olunmasına dair hökumət fərmanı mü- haribədən sonra da qüvvədə qalırdı. Təkcə 1946-1948-ci illərdə bu fərmana əsasən 80 faiz qadınlar olmaqla 445 224 nəfər adam islah-əmək işləri hökmü ilə cəzalandırılmışdır.
Ukrayna KP MK-nın birinci katibi N.S.Xruşşovun təşəbbüsü ilə 1948-ci il iyunun 2-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Qəsdən əmək fəaliyyətindən yayınan, ictimai qaydalara zidd, tüfeyli həyat tərzi keçirən şəxslərin uzaq rayonlara sürgün edilməsi haqqında” fərman qəbul edilmişdir. Ukraynada sınaqdan keçən fərman tezliklə qərb vilayətləri və Baltikyanı respubliklar istisna olmaqla bütün ölkəyə şamil edildi. Kolxozçuların ümumi iclasının ictimai məhkumluq haqqında qərarı rayon icraiyyə sovetinin təsdiqi ilə qüvvəyə minir və cəza alan şəxslər 8 il müddətinə xüsusi məskun yerlərinə sürgün olunurdu. Göründüyü kimi mühari- bədən sonra da kənd təsərrüfatı sahəsində işlər repressiya və əhalinin sürgün edilməsi ilə müşayiət edilən inzibati-amirlik metodları ilə həyata keçirilirdi. Təkcə bu fərman üzrə ölkədə 50 min adam repressiyaya məruz qalmışdır. 1947-ci ilin dekabrındakı pul islahatı da kol- xozçulara ağır zərbə vurdu. Belə ki, öz məhsulunu bazarda sataraq nağd pul qazanan kolxozçular vəsaitlərini evdə saxladıqları üçün dövlətin əmanət kassalarındakı vətəndaşların vəsaitlərinin 3 min manata qədər birin birə, 3 min manatdan 10 min manata qədəri üçün ikiyə, 10 min manatdan yuxarı olanları ikinin birə kursu ilə dəyişdirdiyi halda onlar bir manat təzə pulu on manat köhnə pula dəyişdirməyə məcbur idi. Bu isə kolxozçuların şəxsi vəsaitlərinin üçdə bir hissəsini itirməsinə səbəb oldu.Bütün bu tədbirlər nəticəsində kəndlərdə yaşayan
əhali şəhərlərə və nəhəng tikintilərə üz tuturdu. 1946-1953-cü illərdə 8 milyon kənd əhalisi öz yaşayış yerini tərk etmişdir.
1949-cu ilin sonlarına doğru kəndin iqtisadi və maliyyə vəziyyəti ağır olaraq qaldığı üçün partiya və dövlət bir sıra təşkilatı tədbirlər gördü. Aqrar siyasətə cavabdeh olan olan A.Andreyev 1949-cu ildə 1938-1949-cu illərdə Ukrayna KP MK-nın birinci katibi işləmiş N.S.Xruşşovla əvəz edildi. Onun təşəbbüsü ilə kolxozlara siyasi və iqtisadi nəzarəti güc- ləndirmək məqsədilə 1950-ci il 30 may qərarı ilə xırda təsərrüfatlar əsasında böyük kolxozlar yaradılmağa başlandı. Bir ilin ərzində kolxozların sayı 252 mindən 121 minə, 1952-ci ilin sonunda isə 94 minə düşdü. Kiçik kolxozların iri kolxozlara çevrilməsi tədbirləri onların xüsusilə siyasi kadrlarla təmin edilməsi vəzifəsini həll etsə də iqtisadi cəhətdən gözlənilən nəticəni vermədi. Taxıl tədarükü 1940-cı ildəki 36,4 mln ton yerinə 1950-ci ildə 32,3 mln ton
oldu. Kolxoz və sovxozların istehsal fəaliyyəti partiya və dövlət hakimiyyət orqanlarının ciddi nəzarəti altında idi. 1950-1952-ci illərdə ÜİK(b)P MK-nın kənd təsərrüfatı üzrə katibi olan N.S.Xruşşov fərdi kəndli təsərrüfatlarına şübhə ilə yanaşaraq hətta əhalinin ictimai kənd təsərrüfatında çalışdığı aqroşəhər yaratmağı belə təklif etmişdir. Şəhər məişəti rahatlığından yararlana bilən aqroşəhərlərdə şəxsi təsərrüfatlar nəzərdə tutulmurdu. Beləliklə, N.Xruşşovun aqroşəhər ideyası bir tərəfdən kənd əhalisinin düşüncə və həyat tərzinin dəyişilməsinə, o biri tərəfdən şəhərlə kənd əməyi arasında, kolxozçu kəndlilərlə fəhlələr arasında sinfi fərqlərin silinib getməsinə xidmət etməli idi. Doğrudur, İ.Stalin aqroşəhər ideyasını vaxtı çatmamış hesab edərək müdafiə etmədi və bir müddət sonra N.Xruşşovu kənd təsərrüfatı sahəsi üzrə işlərdən uzaqlaşdırdı. İ.V.Stalinin ölümündən sonra hakimiyyətə gələn N.S.Xruşşov ölkənin kənd təsərrüfatı sahəsindəki radikal tədbirlərini davam etdirdi. 1952-ci ildə partiyanın XIX qurultayında G.M.Malenkov “SSRİ-də taxıl probleminin həll edildiyini” elan etdi. Amma ölkənin kənd təsərrüfatı ağır böhran içərisində olduğu üçün hətta müharibədən əvvəlki səviyyəyə çatması bir yana, heç kollektivləşmənin başladığı 1928-ci ilə belə çatmaq mümkün olmamışdır.