SSRİ-ninxaricisiyasati.İ.V.Stalinin ölümündən sonra SSRİ-nin xarici siyasəti
əhəmiyyətli dərəcədə dəyişərək mülayimləşmə xəttinə istiqamət aldı.1953-cü ilin iyulunda Koreyada atəşin dayandırılmasına dair saziş imzalandı.İsraillə 1953-cü ilin fevralından kəsi- lən diplomatik münasibətlər bərpa olundu. Sovet İttifaqı Türkiyəyə qarşı olan ərazi iddiala- rından əl çəkərək onunla münasibətləri normallaşdırdı.
N.S.Xruşşovun xarici siyasət strategiyası sosialist ölkələri cəbhəsi üçün daha çox müstəqillik, kapitalist dövlətləri ilə dinc yanaşı yaşamağın mümkün olmasını, üçüncü dünya ölkələri nümunəsində isə “sülh cığırı” yaratmağı elan etdi. Bu isə o demək anlamına gəlirdi ki, sovet xarici siyasət doktrinası müdafiə xarakteri almışdır. Ordu və hərbi-dəniz flotunun canlı qüvvə və hərbi texnikasının N.Xruşşovun təşəbbüsü ilə azaldılması bunu təstiq edir.
1953-cü il iyun ayının 17-də ADR-də xalqın sosialist quruluşuna qarşı ilk açıq çıxışları başladı və bu bütün Şərqi Avropa ölkələrin həyəcanlandırdı. Kənd təsərrüfatının kollektiv- ləşdirilməsi ilə bağlı hökumətin tədbirləri, ikiyə bölünmüş ölkənin xarici dövlətlərlə iqtisadi
əlaqələrinin zəifləməsi sayəsində əhalinin güzaranının pisləşməsi, fəhlələrin əmək normala- rının artırılması hökumət əleyhinə tətil və çıxışları şiddətləndirdi ki, onlarında sayı 100 min nəfərdən çox idi. Belə çıxışlar bütün Şərqi Avropanın sosialist ölkələrində yayılırdı ki, onların
da qarşısı sovet ordu qüvvələri tərəfindən alındı. Gərginliyi azaltmaq məqsədilə 1954-cü ilin
yanvarından SSRİ ADR-dən daha təzminat almadı və ona kredit verdi.
AFR-in silahlanması, İtaliya və AFR-in NATO-ya qəbul edilməsi sosialist ölkələrinin özlərinin müdafiə ehtiyaclarını ön plana çıxardı.1955-ci ilin may ayında Bolqarıstan, Ma- carıstan, Rumıniya, Albaniya, Polşa, ADR, Çexoslovakiya və SSRİ-nin səlahiyyətli nümayən- dələri Polşanın paytaxtı Varşavada Avropada sülh və təhlükəsizlik məsələlərinə aid müşavirə keçirdilər. Avropanın 8 sosialist dövləti 1955-ci il mayın 14-də dostluq, əməkdaşlıq və qarşı- lıqlı yardım haqqında müqavilə imzaladılar və Varşava Müqaviləsi Təşkilatını (VMT) yarat- dılar. VMT-nın üzvləri beynəlxalq hüququn prinsiplərinə əməl etməyi, sülh və təhlükəsizlik naminə beynəlxalq əməkdaşlıqda iştirak etməyi və hərbi müdaxilə təhlükəsi zamanı məsləhət- ləşməyi öz öhdələrinə götürdülər. Təşkilatın siyasi Məsləhət Komitəsi, Silahlı qüvvələrin Birləşmiş komandanlığı, onun Qərargahı yaradıldı. 20 il müddətinə imzalanan Müqavilənin 4- cü maddəsinə əsasən təşkilat üzvlərindən hər hansl biri hücuma məruz qalarsa o biri işti- rakçılar dərhal ona kömək etməli idi.
1954-cü ilin yayında Xarici İşlər naziri V.Molotovun müqavimətinə baxmayaraq N.S.Xruşşov Yuqoslaviya ilə 1948-ci ildən kəsilən münasibətləri qaydaya salmağa başladı. 1955-ci il mayın 23-dən iyunun 3-dək N.S.Xruşşov, N.A.Bulqanin və A.İ.Mikoyan Yuqosla- viyaya səfər edərkən N.Xruşşov əvvəllər kəsilmiş münasibətlərə görə “səmimi təəssüfünü” ifadə edərək bu hadisənin məsuliyyətini Yuqoslaviya rəhbərliyinə qarşı saxta dəlillər hazır- layan və xalq düşməni kimi Sovet İttifaqında ittiham edilən L.Beriya, V.Abakumov və baş- qalarının üzərinə yıxdı. İ.B.Tito ilə aparılan danışıqlar müsbət nəticə verdi, iyunun 2-də birgə bəyannamə yayıldı. Bəyannamədə qey edilirdi ki, hərbi bloklar siyasəti beynəlxalq gərginliyi gücləndirir, dinc yanaşı yaşamaq prinsipi isə ictimai-siyasi quruluşlarından asılı olmayaraq bütün dövlətlərin əməkdaşlıq etməsini nəzərdə tutur. Yuqoslaviya əhəmiyyətli iqtisadi kömək almasına baxmayaraq, öz bitərəfliyini qorudu və QİYŞ, VMT-na üzv olmadı. 1956-cı ilin aprelində Avropanın kommunist və fəhlə partiyalarının Məlumat Bürosu öz fəaliyyətini da- yandırdı, dünya birliyinin parçalanması xeyli zəiflədi.
50-ci illərin ikinci yarısında N.S.Xruşşovun xarici siyasət sahəsində yeritdiyi müla- yimləşmə siyasəti davam edirdi. 1955-ci il mayın 15-də Avstriya ilə Vyanada dövlət mü- qaviləsi imzalandı. Müqaviləyə əsasən Avstriyanın suverenliyi 1938-ci ilin yanvarın 1-nə olan sərhədlər daxilində bərpa edilir, Avstriya Almaniya ilə iqtisadi və siyasi ittifaq yaratmamağı öz öhdəsinə götürürdü. 1955-ci il dekabrın 31-dək bütün xarici qoşunlar, o cümlədən, sovet
əsgərləri Avstriyadan çıxmalı idi. SSRİ, ABŞ, İngiltərə və Fransa 1955-ci il dekabr ayının 6- da Avstriyanın bitərəfliyini tanıdılar.
1955-ci ilin sentyabrında AFR-in kansleri K.Adenauer Sovet İttifaqına rəsmi səfər etdi, ayın 13-də SSRİ ilə AFR arasında diplomatik münasibətlər yaradılması haqqında razılıq əldə edildi. İmzalanmış yekun bəyannaməsində elan edildi ki, SSRİ ilə AFR arasında normal münasibətlərin yaradılması Avropada təhlükəsizlik və əməkdaşlıq məsələlərinin, Almaniyanın birləşməsi probleminin həllinə kömək edəcək. Lakin AFR və ADR-in qarşı-qarşıya duran hərbi bloklara daxil olması vahid alman dövlətinin yaranmasını uzun illər ləngitdi.
Qalib dövlətlər Qərbi Berlinin azad şəhər elan edilməsində razılığa gələ bilmədikdən sonra VMT-nın dövlət rəhbərləri müşavirəsinin təklifi ilə 1961-ci il avqustun 12-dən 13-nə keçən gecə Şərqi və Qərbi Berlin arasında əvvəlcə tikanllı məftil, sonra beton divar çəkildi. “Soyuq müharibə”nin simvolu olan divar 1990-cı il oktyabrın 3-də söküldü.
Sov.İKP-nin XX qurultayından (fevral 1956-cı il) sonra Şərqi Avropanın sosialist ölkə- lərində stalinizm metodundan imtinaya (destalinizatsii) meyil artdı.1956-cı ilin iyununda Pol- şanın Poznan şəhərində nümayişlər başladı, onlar azadlıq, kommunist siyasi rejiminin ləğvini, sovet ordusunun Polşadan çıxarılmasını tələb edirdilər. Nümyaiş ordu və təhlükəsizlik qüv- vələri tərəfindən dağıdıldı. N.Xruşşov güzəştə gedərək 1945-ci ildən Polşanın müdafiə naziri olan K.K.Rokossovskini geri çağırmağa razı oldu, V.Qomulkanın yeni rəhbər seçildiyi Polşa Varşava Müqaviləsi Təşkilatının üzvlüyündə qaldı.
1956-cı il oktyabrın 23-24-də Macarıstanın paytaxtı Budapeştdə demokratik quruluşun
bərqərar olması, sovet ordularının Macarıstandan çıxarılması, Stalinin davamçısı M.Rakoşinin istefaya göndərdiyi İ.Nadın hökumət başçısı təyin edilməsi tələbləri ilə nümayişlər başladı. Xalqın nümayiş və çıxışları sovet ordu birliklərinin iştirakı ilə macar qoşunları və təh- lükəsizlik qüvvələri tərəfindən dağıdıldı. A.İ.Mikoyan və M.A.Suslov Macarıstana gələrək rəhbərliklə danışıqlara başladılar. Nəticədə oktyabrın 27-də Y.Kadr Macarıstan Zəhmətkeşlər Partiyası MK-nın Birinci katibi, İ.Nad hökumətin başçısı oldu. Kompromisin əldə olunduğu və sovet qoşunlarının ölkəni tərk etməyə hazırlaşdığı bir vaxtda çox güman ki, Yaxın Şərqdə müharibənin başlanması ilə əlaqədar olaraq N.S.Xruşşov və ona yaxın olan partiya rəhbərləri fikrini dəyişdirdi, noyabrın 1-də Macarıstana əlavə sovet qoşunları yeridildi. Buna cavab ola- raq İ.Nad Macarıstanın VMT-dan çıxaraq bitərəfliyini elan etdi. Noyabrın 4-7-də sovet qo- şunları macar üsyançılarının şiddətli müqavimətini qıraraq etiraz çıxışlarını qan içində boğdu. Hökumətin başçısı İ.Nad həbs edilərək güllələndi. Çıxışlar yatırılarkən 2,5 min nəfər macar öldürüldü, 20 min nəfər adam yaralandı. Sovet tərəfinin itkisi 720 nəfər ölü, 1,5 min nəfər yaralı oldu. 200 minə yaxın macar öz vətənindən didərgin düşdü. Macarıstanın işğalı göstərdi ki, Sovet İttifaqı və onun rəhbərliyi Şərqi Avropa ölkələrinin müstəqilliyi ilə barışmaq fik- rindən uzaqdırlar. BMT-nin Baş Məclisi sovet işğalını pisləsə də Qərb ölkələri Süveyş kanalı böhranı ilə əlaqədar olaraq heç bir qəti tədbir görə bilmədi.
Misirdə milli-azadlıq hərəkatı gücləndi, kral ölkədən qovuldu və 1953-cü il iyun ayının 18-də monarxiya ləğv edildi, “Azad zabitlər” ittifaqına başçılıq edən C.Nasir Misirin baş naziri, sonra isə prezidenti seçildi. 1956-cı ilin iyununda İngiltərə öz qoşunlarını tamamilə Misirdən çıxardı.1956-cı il iyulun sonunda Misir hökuməti Süveyş kanalı kompaniyasını mil- liləşdirdi. Kompaniyanın səhmlərinin çoxu İngiltərə və Fransaya məxsus idi ki, onlar da kanalın istismarından ildə 35 milyon funt sterlinq gəlir əldə edir, ancaq Misirə cəmi 1 milyon funt sterlinq pul ödəyirdilər. Odur ki, İngiltərə, Fransa, İsrail və Qərb dövlətləri milliləşdir- məyə etiraz edərək Misirə qarşı hərbi müdaxiləyə hazırlaşmağa başladılar. 1956-cı ilin okt- yabrın 29-dan 30-a keçən gecə İsrail ordusu Fələstin partizanlarına qarşı mübarizə bəhanəsi ilə Sinay yarımadasında hərbi əməliyyatlara başladı. Oktyabrın 31-də isə İngiltərə və Fransa Misirə qarşı hərbi əməliyyatlara başladı. 6halinin müqaviməti, müharibə əleyhdarlarının çıxışları, SSRİ və sosialist ölkələrinin mövqeyi müdaxiləçilərin planlarını pozdu. Dekabrın 22-də İngiltərə və Fransa qoşunlarını Misirdən çıxardı. 1957-ci ilin martında İsrail qoşunlarını 1949-cu ildə təsbit olunmuş barışıq xəttinin arxasına çəkməyə məcbur oldu. Misirə qarşı üç dövlətin təcavüzünün başa çıxması nəticəsində SSRİ və Şərqi Avropanın sosialist ölkələrinin Yaxın və Orta Şərq ölkələri ilə əməkdaşlığı artdı.
Sov. İKP-nın XX qurultayından sonra Sovet-Çin münasibətləri böhran vəziyyətinə düşdü. Mao Tszedunun başçılıq etdiyi Çin rəhbərliyi İ.Stalinin tənqid edilməsinə bütün kom- munist hərəkatına ziyan vuracağı fikri ilə mənfi münasibət bildirdilər. Onlar eyni zamanda XX qurultayın dinc yanaşı yaşamaq kursuna qarşı çıxaraq belə hesab edirdilər ki, üçüncü dünya müharibəsi nəticəsində imperializm məhv olacaq, sosializm isə güclənəcək. 1960-cı ildə ÇXR-nın rəhbərliyi SSRİ-nin partiya liderlərini təftişçilikdə və dünya proletariatının maraqlarına xəyanətdə təqsirləndirirdilər. Buna cavab olaraq Sovet İttifaqı Çinə göndərdiyi iqtisadi köməyi dayandırdı və sovet mütəxəssislərini geri çağırdı. 1961-ci ildə iqtisadi və elmi-texniki əməkdaşlığa aid Sovet İttifaqı ilə bağlanmış bir çox sazişləri Çin tərəfi ləğv etdi. 1962-ci ildə SSRİ ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 1959-cu ilə nisbətən 60 faiz aşağı düşdü. SSRİ-Çin sərhəddində münaqişələrin sayı artaraq 1963-cü ildə 4 mindən çox olmuşdur.1964-cü ilin iyulunda Çin rəsmi şəkildə SSRİ-yə qarşı ərazi iddiası ilə çıxış edərək iddia etdi ki, Primorye, Xabarovsk diyarı, Saxalin, Baykal gölünədək Şərqi Sibir, Balxaş gölünə kimi Mərkəzi Asiya daxil olmaqla 1,5 milyon kvadrat km ərazi ona qaytarılmalıdır. Sovet-Çin münasibətləri pisləşməkdə davam edirdi.
1957-ci ildən başlayaraq SSRİ-də qitələrarası ballistik raketlərin hazırlanması, ilk peykin buraxılması sovet rəhbərliyi, ilk növbədə N.S.Xruşşovun xarici siyasət xəttini sərt- ləşdirməsinə şərait yaratdı. Baxmayaraq ki, 1959-cu ildə ilk sovet rəhbəri kimi ABŞ-a səfər edən N.S.Xruşşov tez-tez öz çıxışlarında dinc yanaşı yaşamağın əhəmiyyətindən bəhs edir və
hətta bunun sayəsində onların nəvələrinin kommunizmdə yaşayacaqlarını iddia edirdi. Lakin 1960-cı il mayın 1-də Sverdlovsk (Yekaterinburq) səmasında amerikan U-2 cəsus təyyarəsi- nin sovet hərbi qüvvələri tərəfindən vurulması SSRİ-ABŞ münasibətlərini kəskinləşdirdi. Təyyarəçi F.Pauers sağ ələ keçdi və sonra sovet kəşfiyyatçısı R.İ.Abellə dəyişdirildi. Sovet- Amerika münasibətləri 1962-ci ilin payızında olan Karib böhranı dövründə daha da kəs- kinləşdi.
1959-cu ildə Kubada F.Batistanın rejimi devrildi və hakimiyyətə üsyançıların rəhbəri F.Kastro gəldi. Kubaya latin Amerikasında özünün strateji müttəfiqi kimi baxan SSRİ 1962-ci ilin yayında orada gizli şəkildə 42 ədəd orta mənzilli raketlər yerləşdirdi. ABŞ-ın prezidenti C.Kennedi dərhal həmin raketlərin Kubadan çıxarılmasını tələb etdi və Kubanı oktyabrın 22- də dənizdən və havadan mühasirəyə alaraq, onun sahillərinə 85 min dəniz piyadası ilə dolu olan 183 hərbi gəmi göndərdi. SSRİ ilə ABŞ arasında yaranmış hərbi qarşıdurma nüvə mü- haribəsinə çevrilə bilərdi. 1962-ci il oktyabrın 24-də Karib hövzəsindəki vəziyyət BMT Təh- lükəsizlik Şurasında müzakirə edilərək tərəflərə problemin həlli məqsədilə dinc danışıqlara başlamağı məsləhət bildilər.1962-ci il noyabrın 1-də əldə edilən razılığa əsasən ABŞ hö- kuməti 1962-ci il noyabrın 21-də Kubanın hərbi mühasirəsini ləğv etdi, SSRİ isə öz ra- ketlərini Kubadan çıxartdı, böhran siyasi-diplomatik yollarla həll edildi. Ancaq SSRİ siyasi cəhətdən məğlub oldu, belə ki, onun gizli şəraitdə raketləri yerləşdirməsi avantüra idisə, onların sökülməsi Sovet İttifaqının zəifliyi demək idi.
Karib hövzəsindəki böhran nüvə müharibəsi təhlükəsini bir daha gündəmə gətirdi. 1963-cü il iyulun 15-dən 25-dək Moskvada SSRİ, ABŞ və İngiltərə arasında havada, kosmos- da və suda nüvə sınaqlarının dayandırılması haqqında aparılan danışıqlar avqustun 5-də mü- qavilə imzalanması ilə başa çatdı. Giriş və 5 maddədən ibarət olan bu müqavilə 1963-cü il oktyabrın 10-da qüvvəyə mindi.
1964-cü ildə N.S.Xruşşovun həyata keçirdiyi islahatlar siyasəti başa çatdı. Bu müddət
ərzində onun islahatlarının əleyhinə olanların sayı durmadan artdı. Mərkəzi partiya dövlət aparatında N.S.Xruşşova qarşı yaranan müxalifət möhkəmləndi. Xalq təsərrüfatı sahəsində ölçülüb-biçilmədən, tez-tələsik tədbiq edilən yenidənqurmalar yerlərdə ona qarşı olanların sayının artmasına səbəb oldu. Çinlə münasibətlərin kəsilməsi, amerikan kəşfiyyat təyyarəsinin vurulması N.S.Xruşşovun ünvanına deyilən tənqidlərin xarici siyasət xəttinə aid edilməsi demək idi. Onun ordunu tərxis etmək planı Baş Qərargahın ciddi narazılığına şərait yaratdı. N.S.Xruşşovun dövründəki dəyişikliklər əslində sovet cəmiyyətinin islah edilməsi yolunda atılan ilk əhəmiyyətli cəhd hesab edilə bilər. N.S.Xruşşov başda olmaqla ölkə rəhbərliyi Stalin irsindən imtina edərək cəmiyyətin sosial və siyasi quruluşunu dəyişdirməyə ancaq qismən nail ola bildi. İqtisadi vəziyyətin pisləşməsi və xarici siyasət xəttinin uğursuzluqları 1964-cü ildə N.S.Xruşşova qarşı Sov.İKP-nin üst qatlarında qəsd hazırlanması ilə bitdi.Burada aparıcı rol Sov.İKP MK Rəyasət Heyətinin üzvləri L.İ.Brejnev, A.N.Şelepin, N.V.Podqornı və RSFSR Nazirlər sovetinin sədri D.S.Polyanski, DTK-nın sədri B.Y.Semiçastnı oynadı. A.Şelepin 1962-ci ildə yaradılan partiya dövlət nəzarəti komitəsinin sədri kimi DTK, DİN və orduya nəzarət edirdi. N.P.Podqornı və L.Brejnev isə Sov.İKP MK-nın katibləri idi.1964-cü ilin oktyabrın 13-də N.S.Xruşşov Pitsundadan istirahətdən qayıtdıqdan sonra MK-nin təcili Rəyasət Heyətinin iclası çağırıldı. N.S.Xruşşov MK Rəyasət Heyətinin iclasına dəvət edilərək onun vəzifələrə təyin etdiyi şəxslər tərəfindən kəskin tənqid edildi və istefası tələb olundu. Özünün dayaqları hesab etdiyi adamların ona qarşı birləşdiyini görən N.S.Xruşşov təslim oldu və 1964-cü il oktyabrın 15-də qəzetlərdə belə bir məlumat dərc edildi ki, MK-nın Plenumu N.S.Xruşşovun xahişini nəzərə alaraq yaşının çox olması və səhhəti ilə bağlı onu Sov.İKP MK-nin Birinci katibi, Rəyasət Heyətinin üzvü, SSRİ Nazirlər Sovetinin Sədri vəzifəsindən azad etmişdir. L.İ.Brejnev Sov.İKP MK-nin Birinci katibi, A.N.Kosıqin SSRİ Nazirlər Sovetinin sədri seçildi. N.V.Podqornı isə 1965-ci il dekabrın 9-da A.İ.Mikoyanı SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində əvəz etdi. Beləliklə, Nikita Serqeyeviç Xruşşovun partiya və dövlət rəhbərliyi dövrü başa çatdı.