Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə57/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   53   54   55   56   57   58   59   60   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

İqtisadiyyatdakı dayiúikliklar. Sənayeləşdirmə dövründə yaranan sovet iqtisadiyyatı
yüksək dərəcədə mərkəzləşmişdir. Xalq təsərrüfatının idarə olunması Dövlətplan, Nazirlik və onların baş idarələri, müəssisələr sxemi üzrə olmaqla möhkəm üfiqi xətt isitqamətində qu- rulmuşdur. Büdcədən maliyyələşdirilən müəssisələr öz vəsaitlərinə müstəqil surətdə sahib ola bilmədiklərindən təsərrüfat təşəbbüskarlığından məhrum qalırdılar. Odur ki, onlar vəsait və materialın qənaət edilməsində maraqlı deyildir. Ağır sənayeyə, istehsal vasitələri istehsal edən “A” qrupu sahəsinə prioritet verildiyindən xalq istehlak malları istehsalı, yəni “B” qrupu sa- həsi “qalıq prinsipi” ilə maliyyələşdirildi ki, bu da mütəmadi olaraq paltar, ayaqqabı başqa kütləvi ehtiyac mallarının çatışmazlığına səbəb olurdu. Kənd təsərrüfatında vəziyyət son də- rəcə ağır olaraq qalırdı. Ölkədə yaşayış mənzilləri çatışmırdı, nəqliyyat şəbəkəsi bərbad və- ziyyətdə idi.
İ.V.Stalinin ölümündən sonra SSRİ-də iqtisadi islahatların həyata keçirilməsi həyatın tələbatına çevrildi. Ölkədə xalq təsərrüfatı mexanizminin təkmilləşdirilməsinə aqrar bölmədən başlandı. Sov.İKP MK-nın 1953-cü ilin sentyabrındakı Plenumunda N.S. Xruşşov məruzə- sində kolxozçuların maddi marağının olmamasının, şəxsi və ictimai maraq arasındakı ziddiy- yətin, əməyin mexanikləşdirilməsinin aşağı səviyyəsini, kolxoz, sovxoz və MTS-lərdə ciddi rəhbərliyin çatışmazlığının kənd təsərrüfatının geri qalmasının əsas səbəbləri olduğunu qeyd etdi. Aqrar bölmənin iqtisadiyyatını sağlamlaşdırmaq məqsədilə kənd təsərrüfatı məhsullarına daha inandırıcı qiymətlərin müəyyənləşdirilməsin, aşağıdan planlaşdırmaya keçilməsini, vergi siyasətinin yenidən qurulmasını, kolxozçuların maddi marağının artırılmasını nəzərdə tutan bir sıra tədbirlər həyata keçirildi. Kolxozların pul gəlirinin artırılması kursu elan olundu. 1954-cü ildə 1952-ci illə müqayisədə kolxozçulardan tutulan vergi iki dəfə azaldıldı. Növbəti beş ildə knd təsərrüfatı məhsullarının satınalma qiyməti üç dəfə artdı, aqrar bölmənin orta illik artım sürəti isə yüksələrək 7 faizə çatdı. 1954-cü ilin fevral-mart ayındakı Mərkəzi Komitənin Plenumunda xam və istifadəsiz torpaqların əkilməsi irəli sürüldü. Altay və Krasnoyarsk əya- lətləri, RSFSR-in Novosibirsk, Omsk, Çelyabinsk vilayətləri, Qazaxıstanın Akmalinsk, Pav- lodar, Şimali Qazaxıstan, Kustanay, Semipalatinsk, Şərqi-Qazaxıstan vilayətləri xam və istifadəsiz torpaqların yeni ünvanları oldu. Üç il ərzində 32 milyon hektar torpaq sahəsi əkildi ki, bu da ölkənin 20-30-cu illərdəki torpaq fonduna bərabər idi. Nəticədə, taxıl tədarükü 54 milyon tona çatdı. Ölkədə tədarük edilən taxılın hər ikinci, sonralar isə hər dördüncü tonu xam torpaqların payına düşürdü. Tezliklə yeni torpaqlar 1-1,5 milyard pud taxıl verməyə başladı. Xam torpaqların kütləvi və mövcud aqrotexniki qaydalara əməl edilmədən əkilməsi torpaqların eroziyasına səbəb oldu. Təkcə Qazaxıstanda əkinə yararlı sahələrin 35 faizi eroziyaya uğrayaraq yararsız vəziyyətə düşdü, ekoloji vəziyyət pişləşdi.
SSRİ-ni qısa zaman kəsiyində taxılla təmin etməyi nəzərdə tutan N.S.Xruşşov ABŞ-ın təcrübəsinə əsaslanaraq ona görə yüksək məhsuldarlığı ilə fərqlənən qarğıdalı əkilməsinə alüdə oldu.1955-ci ildən ənənəvi mədəni bitkiləri, o cümlədən yemçilik bitkilərini sıxışdıran qarğıdalı əkini sürətlə genişləndi. İstilik sevən bitki olan qarğıdalı hətta şimal vilayətlərində belə əkilməyə başladı ki, bu da faktiki olaraq bu yerlərdə qarğıdalının məhsul verməməsi ilə nəticələndi. 60-cı illərin əvvəllərində SSRİ-nin dənli əkin sahələrinin dörddə bir hissəsin qarğıdalı əkinləri təşkil edirdi. Qarğıdalı əkinin 80 faizindən çoxu isə mal-qara yemi üçün nəzərdə tutulurdu.1962-ci ilin quraqlığı ölkədə taxıl qıtlığına gətirib çıxardı. SSRİ çatışmayan taxılı xaricdən almağa məcbur oldu
N.S.Xruşşovun kənd təsərrüfatı sahəsində tədbiq etdiyi inzibati islahatlardan biri də MTS-i ləğv edib texnikanı kolxozların mülkiyyətinə verməsi oldu. İqtisadi cəhətdən bu kol- xozların təşkilatı işlərinə müsbət təsir etsə də, texnikanın kolxoz vəsaiti hesabına qısa bir müddətdə satın alınması kolxozların maliyyə ehtiyyatlarını tükətdi. Bir çox mütəxəssis və texniklər kolxozçu statusuna düşməmək məqsədilə şəhərlərə üz tutdu, texniki park ixtisaslı mütəxəssislərdən məhrum oldu. Odur ki, 1958-1961-ci illərdə 20-ci illərin sonu ilə müqaisədə ilk dəfə olaraq kənd təsərrüfatının maşın parkında azalma qeydə alındı.
Nikita Xruşşovun aqrar siyasətində islahatlardan biri də kənd təsərrüfatının sənaye- ləşdirilməsini təmin edə bilən iri, nəhəng kolxozların yaradılmasıdır. İslahata əsasən 1955-ci ildə ölkədə mövcud olan 83 min kolxoz iri təsərrüfatların yaranmasından 1957-ci ildə 68 min,
1960-cı ildə isə 45 minə düşdü. Liderin bu layihəsi əslində kəndin “sosialist həyat tərzinə” uyğunlaşaraq aqroşəhərlərin salınmasına kömək edən sosial tədbirlərin artmasını nəzərdə tuturdu. Bunun üçün küllü miqdarda kapital qoyuluşu tələb olunurdu ki, bu da kolxozların vəsaitini sərf etdiyi MTS ilə bağlı olaraq mümkünsüz idi. 1958-ci ildən kolxozçuları daha çox ictimai təəsrrüfata cəlb etmək məqsədilə N.Xruşşov onların həyətyanı təsərrüfatlarını azaltdı, şəhər və fəhlə qəsəbələrində mal-qara saxlamağa icazə verilmədi.
1957-ci ildə N.S.Xruşşov “6halinin hər bur nəfərinə düşən ət, süd və yağ istehsalına görə Amerikaya çatmaq və onu ötüb keçmək” avantürist şuarını irəli sürdü. 6slində mayın 22-də kolxozçuların yığıncağında səsləndirilən bu şüar sovet tarixinin əvvəlki 30 ili üçün xarakterik olan qorxulu təcrübənin, yəni məsələnin həllinin volüntarist yolla “irəli tullanmaq” metodu isə həyata keçirmək arzusundan uzağa getmədiyi üçün real deyildi. Qısa müddətdə ət istehsalını artırmaq tələbi mal-qaranın kütləvi kəsilməsinə və sayının kəskin azalmasına təkan verdi. Təhlil edilmədən tədbiq olunan bu islahatlar əslində kənd əhalisinin şəhərlərə axınını sürətləndirdi.1960-1964-cu illərdə 7 milyon nəfər kənd əhalisi şəhərlərə axın etdi ki, bunların da 6 milyonu gənclərdən ibarətdir.
Stalinin idarəçiliyindən imtina edən (destalinizatsii) partiyanın rəhbərliyi 50-ci illərdə xalq təsərrüfatının idarə edilməsi sistemini əsaslı olaraq dəyişdirdi.1953-cü ilin martında bir sıra nazirliklər birləşdirildi, onların sayı 51-dən 25-ə düşdü. Ancaq 1954-cü ildə əvvəlki sis- tem bərpa edilərək onun məsuliyyəti L.Beriyanın üzərinə qoyuldu.
1957-ci ildə N.S.Xruşşovun təşəbbüsü ilə xalq təsərrüfatının idarə edilməsinin mər- kəzləşdirilməsini zəiflətməklə nazirliklərin funksiyaları ərazi xalq təsərrüfat şuralarına (sov- narxoz) verildi. Sovnarxozların yaradılması xammalın komplektləşdirilməsi və göndərilmə- sinə çəkilən xərcin azaldılmasına, eyni ərazidə yerləşən müəssisələr arasında kooperasiyanın güclənməsinə, yerli sənayenin möhkəmlənməsinə kömək etdi.Yerli qapalılığı aradan qaldır- maq məqsədilə 1960-cı ildə RSFSR, Ukrayna və Qazaxıstanda respublika xalq təsərrüfatı şurası təşkil olundu. 1963-cü ildə SSRİ Ali Xalq Təsərrüfat Şurası (AXTŞ) yarandı. AXTS-na birinci ilk illərdə D.F.Ustinov, 1965-ci ildən V.N.Novikov başçılıq etmişdir. Bu tədbirlər idarəçilik aparatının yenidən şişməsinə gətirib çıxardı ki, bu isə nazirliklərin ləğv edilməsi vəzifəsi ilə ziddiyyət təşkil edirdi. Başlıcası islahatın çatışmayan cəhəti ondan ibarət idi ki, üfüqi idarəçilikdən imtina edilməsi müəssisələrin hüququnu genişləndirmədi, onlar ərazi xalq təsərrüfatı şuralarının diqtəsi altına düşdülər.
Ümumiyyətlə, N.S.Xruşşovun iqtisadi islahatların 1953-1958-ci illəri əhatə edən təsirli iqtisadi və sosial mexanizmə malik olan birinci, 1959-1964-cü illəri əhatə edən iqtisadi idarəetmənin Stalin və volüntarist modelin birləşdirən ikinci dövrə bölmək həqiqətə daha yaxındır. Artıq 1958-1959-cu təsərrüfat ilindən başlayaraq tətbiq olunan iqtisadi islahatlar məhz 1940-cı illərin sonu – 1950-ci illərin əvvəllərində ölkədəki mənzərəni xatırladır. Belə ki, dövlət büdcəsi imkanlarını aşan kapital qoyuluşunun və kreditlərin artması, istehsal vasitələri istehsalının, sənayenin kəskin və nəzarətsiz artımı, kadr axıcılığına səbəb olan kənd yerlə- rindən kütləvi surətdə aşağı səviyyəli işçi qüvvəsinin gəlməsi, iqtisadi artımın sürətinin aşağı düşməsi nəticəsində mal qıtlığının yaranması bu dövrdə müşayiət olunur.
Düzdür, 50-ci illərdə SSRİ-də iqtisadi inkişaf əsasən ekstensiv yəni keyfiyyətcə deyil, kəmiyyətcə artan yolla inkişaf edirdi.Yeni enerji və xammal mənbəyləri ehtiyyatları mənim- sənilir, genişmiqyaslı sənaye tikintisi işləri görülürdü. 1950-ci illərin ortalarından Kuybışev (Samara), Stalinqrad (Volqoqrad), Kaxovsk hidroelektrik stansiyaları işə düşdü. 1954-cü ildə dünyada ilk atom elektrik stansiyası Obninsk AES fəaliyyətə başladı. Bunun ardınca, Sibir, Novo-Voronej, Beloyarsk AES-i işə salındı. Bunların nəticəsində 1954-1965-ci illərdə elektrik enerjisi istehsalı ölkədə 3,4 dəfə artdı. Lakin yeni hidroelektrik stansiyaların salınması həm də ciddi iqtisadi və ekoloji itkilərlə müşayiət olunurdu.
Yanacaq sənayesi inkişafı sayəsində Ekibastuz, Kansko-Açinskidə açıq kömür hövzələri yaradıldı. 50-ci illərdə Sovet İttifaqında kömür çıxarılması 2 dəfə, neft istehsalı 3,9, qaz hasilatı 7,8 dəfə artdı. 60-cı illərdən başlayaraq SSRİ kömür əsrindən neft və qaz əsrinə daxil oldu. Yanacaq kompleksinin strukturunun dəyişilməsinin əsası məhz 1956-1961-ci illərdə qo-
yulmuşdur.
1964-cu ildə “Dostluq” (“Drujba”) beynəlxalq neft kəmərinin birinci, 1972-ci ildə ikin- ci, 1981-ci ildə üçüncü növbəsi çəkilmişdir. 5,2 min km uzunluğunda olan kəmər Almet- tevskdən başlayıb Samara, Bryanskdən keçməklə Mozıra kimi, Belarus, Polşa, Almaniyadan keçməklə Şimal, Ukrayna, Çexiya, Slovakiya, Macarıstandan keçməklə Cənub qolu ayrılır.
1950-1960-cı illərdə ölkədə yaşayış mənzillərinin tikintisi sahəsində nəhəng işlərin əsası qoyuldu. 1954-1957-ci illərdə qəbul edilən qərarlarla vahid tip layihələr əsasında evlərin tikilməsinin nəzərdə tutulması ev tikintisi sənayesinin misilsiz genişlənməsinə gətirib çıxardı. Standart konstruktiv sxemin tədbiqi nəticəsində inşa edilən mənzilin əmək tutumu 3-4 dəfə, tikintinin dəyəri 25 faiz, təhvil vermə müddəti 1,0-1,5 ay aşağı düşdü. 1950-ci ilin sonu-60-cı illərin əvvəllərində SSRİ mənzil tikintisinin sürəti və mənzil sahələrinin istifadəyə verilməsi miqdarına görə bütün iri dövlətləri qabaqlayaraq dünyada birinci yerə çıxdı. 1956-1960-cı illərdə SSRİ əhalisinin 4-də birini əhatə edən 54 mln nəfər aham yeni mənzil almışdır.
Dəmir yol nəqliyyatının strukturu əhəmiyyətli ölçüdə dəyişdi, yeni teplovoz və elektrovozlar parovozları əvəz etdi. Yeni reaktiv TU-104 sərnişin və yük təyyarələri uçmağa başladı. 1957-ci ilin iyununda dünyada birinci Yerətrafı kosmik gəmi Sovet İttifaqında bura- xıldı. 1961-ci il aprelin 12-də Y.A.Qaqarin ilk dəfə Yer kürəsi ətrafında kosmik gəminin sü- kanı arxasında 108 dəqiqə dövrə vurdu.1963-cü ilin iyununda birinci kosmonavt qadın V.V.Tereşkova idarə etdiyi “Vostok-6” kosmik gəmisində 71 saat kosmosda qaldı. Sovet ada- mının kosmosa uçuşları haqqında xəbərlər dünyanın marağına səbəb oldu.
Sayılan uğurlarla yanaşı, yuxarıda da qeyd etdiyimiz kimi 1950-ci illərin sonlarından başlayaraq SSRİ-də sənayenin inkişafında neqativ meyllər ön plana çıxdı. İstehsalın artım sürəti aşağı düşdü. 6vvəllər olduğu kimi ikinci dərəcəli hesab edilən yüngül sınaye vətəndaş- ların gündəlik tələbat mallarına olan ehtiyacını ödəyə bilmirdi. Ölkədə istehsal edilən məhsu- lun texniki səviyyəsi və keyfiyyəti xarici ölkələrlə müqaisədə çox geri qalırdı. Elmi-texniki tərəqqinin nailiyyətləri istehsalata ləng tədbiq olunurdu. Bütün bunlar direktiv planlaşdırma
əsasında fəaliyyət göstərən mərkəzləşdirilmiş sistemin yarasız iqtisadi mexanizm təcrübəsinin nəticəsi idi.
1959-cu ildə Sov.İKP-nın XXI qurultayı 1959-1965-ci illəri əhatə edən yeddiillik plan tapşırıqlarını təsdiq etdi.Plana əsasən yeddi ildə ağır sənaye məhsulu istehsalı 85, yüngül sənaye 62, kənd təsərrüfatı 70 faiz artmalı idi. Milli gəlirin 70, real əmək haqqının 40 faiz artırılması nəzərdə tutulurdu. Nəticədə SSRİ əhalinin hər birinə düşən məhsul istehsalına görə dünyada birinci yerə çıxamalı idi. Lakin yeddiillik plan direktivləri real həyatdan çox uzaq olduğu üçün 1964-cü ildə onun yerinə yetirilməsinin mümkün olmadığı aşkar oldu. Odur ki, bu uğursuzluğu ört-basdır etmək məqsədilə N.S.Xruşşov 1964-cü ilin yayında səkkizillik planlaşdırmaya keçməyi təklif etdi.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin