1958-1964-cü illarda daxili hayat. “Antipartiya qrupunun” ləğvi şəxsiyyətə pərəstişin yeni ilmə qazanaraq təkcə İ.Stalinin deyil onun yaxın əhatəsi olan V.Molotov, L.Kaqanoviç, G.Malenkovun da tənqid edilməsinə səbəb oldu. Xüsusilə 1961-ci ildə Sov.İKP-nin XXII qurultayında Stalin repressiyaları ciddi tənqid atəşinə tutuldu. İ.V.Stalinin cənazəsi Mavzoleydən çıxarılaraq Kremlin divarları yanında dəfn edildi. Mətbuat hərbçilər və partiya xadimlərinə qarşı tətbiq edilən əsassız repressiyalardan ətraflı yazılar çap etdi. Bir çox görkəmli ədəbiyyat və incəsənət xadimi, o cümlədən, İ.E.Babel,V.E.Meyerxold, B.A.Pilnyak və başqaları bəraət qazandı. K.M.Simonov “Dirilər və ölülər” (“Jiviye i mertviye”) trilogiyasında 1941-ci ilin yayındakı məğlubiyyətdən açıq bəhs etdi. S.A.Yesenin, A.A.Ax- matova, M.M. Zoşşenko, M.İ.Svetayeva yenidən çap edilməyə başladı. N.S.Xruşşovun xeyir- duası ilə Stalin repressiyasının qurbanı olan insanların faciəvi həyatından bəhs edən əsərlər meydana gəldi.Qırmızı Ordunun sabiq zabiti, düşərgə həyatı yaşamış A.İ.Soljenitsinin “İvan Denisoviçin bir günü” (“Odin den İvana Denisoviça”) povestinin 1962-ci ildə “Yeni dünya” jurnalında çap edilməsi Sovet cəmiyyətində böyük hadisə oldu. A.T.Tvardovskinin 1950- 1954 və 1958-1970-ci illərdə baş redaktoru olduğu “Yeni dünya” (“Noviy mir”) jurnalı Stalinin faciəsinin bədii təsvirində və ölkənin keçdiyi kəşməkeşli yolun dərk edilməsində misilsiz rol oynamışdır. Jurnalın səhifələrində ümumxalq şöhrəti qazanmış F.A.Abramov, Ç.T.Aytmatov, V.İ.Belov, V.V.Bıkov, S.P.Zalıgin, F.A.İskəndər,V.M.Şukşin kimi sovet yazı- çılarının qiymətli əsərləri çap edilirdi. ”Mülayimləşmə” musiqi və teatrdan da yan keçmədi. Sov.İKP-nın 1958-ci ilin mayındakı “Böyük Dostluq” (“Velikaya drujba”), “Boqdan Xmel- nitski” və “Bütün ürəkdən” (“Ot vseqo serdtsa”) operalarına verilən qiymətdəki səhvlərin dü- zəldilməsinə dair” qərarından sonra bəstəkarlar D.D.Şostakoviç, S.S.Prokofyev, V.Y.Şebalin,
N.Y.Myaskovski yeni yaradıcılıq mərhələsinə qədəm qoydular.1956-cı ildə aktyor və rejissor O.N.Yefremovun rəhbərliyi ilə “Müasir” (“Sovremennik”) teatrı açıldı ki, bu da demokra- tikliyi və yüksək əxlaqi dəyərləri ilə seçilirdi.
Lakin ideoloji və mədəni həyatın stalinsizləşdirilməsi və mülayimləşməsi qeyri-ardıcıl və məhdud xarakter daşıyırdı. V.L.Pasternakın xaricdə çap etdirdiyi “Doktor Jivaqo” əsərinə görə onun Yazıçılar İttifaqının üzvlüyündən xaric edilməsi və təqibi buna əyani misaldır. 1958-ci ildə V.Pasternaka Nobel mükafatı verilməsi hakimiyyətlə onun arasında olan gərgin münasibətləri daha da kəskinləşdirdi. Yazıçı SSRİ-dən sürgün olunmaq hədə-qorxusu altında 1958-ci il noyabrın 5-də “Pravda” qəzetində müraciət çap etdirərək mükafatdan imtina et- diyini və Qərbi onun əsərini siyasi məqsədlərlə istifadə etməkdə təqsirləndirdi. V.Pasternakla bağlı məsələ göstərdi ki, hələ rus ziyalıları açıq sürətdə hakimiyyətin təzyiqinə qarşı da- yanmağa hazır deyildir. 1962-ci ildə Manejdə təşkil edilmiş bədii rəsm sərgisində N.S.Xruş- şov rəssamlar R.R.Falk, E.İ.Neizvestni, B.İ.Jutovskini sosialist realizminə cavab verməyən
əsərlər yaratdıqları üçün kobud söyüşlə təhqir etdi. Bu bir daha nümayiş etdirdi ki, partiya və dövlət rəhbərliyi incəsənətdə səriştəsizliyinə baxmayaraq, o özünü yaradıcı adamlara sənətin üsullarını belə öyrətmək iqtidarında hesab edir. Düzdür, Stalinin dövründən fərqli olaraq partiya liderinin qəzəbinə düçar olan rəssamlar repressiyaya və işdən qovulmağa məruz qalmadılar, lakin onların əsərlərinin muzey və sərgilərə gedən yolu bağlandı.
Nikita Xruşşovun stalinizmi tənqidinin və ölkədə ab-havanın mülayimləşməsi xəttinin yarımçıqlığı və qeyri-ardıcıllığı 1950-ci illərin sonundan başlayaraq Sovet İttifaqında qeyri- rəsmi mədəniyyətin və fərqli düşünənlər hərəkatının meydana gəlməsinə səbəb oldu. “Gizli Nəşr” (“Samizdat”) adı altında 300-dən çox müəllifin senzuraya məruz qalmayan şeir, nəsr, esse və ictimai-siyasi mövzuda məqaləsi çap maşını ilə yazılaraq oxucular arasında yayılırdı. 1959-1960-cı ildə gənc şair A.İ.Qinzburq ilk belə jurnal olan “Sintaksis” i buraxdı və jurnalın səhifələrində B.Axmadulina, Vs.Nekrasov, B.Okucava, E.Qinzburq və V.Şalamovun əvvəllər qadağan edilmiş əsərləri çap olundu. 1960-cı ildə hakimiyyət orqanları sovet sistemini dağıtmaq məqsədilə təbliğat apardığı üçün A.İ.Qinzburqu həbs edərək iki il azadlıqdan məhrum etdi. Nə həbslər, nə zorla psixi müalicəyə göndərmələr mövcud rejimi tənqid edən gəncləri dayandırmadı. “Oxuyan el şairləri” (“Bardov”) B.Ş.Okucava, Y.İ.Vizbor, A.M. Qo- rodnitski. A.A.Qaliçin, V.S.Vısotskinin əsərləri səmimiyyəti, xalqa yaxınlığı və qabarıq so- sial-siyasi xüsusiyyəti ilə rəsmi incəsənət nümunələrindən əsaslı surətdə fərqlənirdi. Səhnəyə dissidentlərin, yəni fərqli düşünənlərin ilk nəslinin nümayəndələri, o cümlədən, Qalanski, Bukovski, Bakşteyn, Kuznetsov çıxdılar. Onlar müxtəlif vasitələrlə ziyalıların sistemə qarşı etirazını təcəssüm etdirirdilər. Dissident (lat. Dissidens) fərqli fikirli demək olub, siyasi baxışları rəsmi hakimiyyətin fikirlərindən radikal şəkildə fərqlənən insanlardır. 1961-ci ildə Moskvada general P.Q.Qriqorenko rayon partiya konfransında N.Xruşşovun yarımçıq xarakterli siyasətini tənqid etdi. Kurskda isə belə bir tənqidlə hakimiyyətin siyasətindən narazılığını bildirən yazıçı V.V. Oveçkin çıxış etdi. Hakimiyyəti tənqid etdikləri üçün hər ikisi partiyadan xaric edilərək işdən qovuldular. 1964-cü ildə isə general P.Q.Qriqorenko psixiatriya xəstəxanasına salındı. Bütün bunlarla bərabər şəxsiyyətə pərəstişin tənqid edilməsindən sonra stalinizmi dirçəltmək və kütləvi repressiyalar mümkün deyildir. Bunu nəzərə alan rəsmi sovet təbliğat maşını cəmiyyətdə baş verən problem və çətinlikləri görməməyə üstünlük verirdi. Belə ki, 1959-cu il yanvarın 27-də toplanmış növbədən kənar Sov.İKP-nın XXI qurultayı “SSRİ-də sosializin tam və qəti qəsəbəsini” təsbit etdi. Qurultay elan etdu ki, sosializmin tam və qəti qələbəsini təmin edən sovet cəmiyyəti “geniş kommunizm quruculuğu” yoluna qədəm qoymuşdur.1959-1965-ci illəri əhatə edən yeddiillik plan tapşırıqlarını da qəbul edən partiyanın XXI qurultayının qərarları göstərdi ki, XX qurultayın keçmişin cinayətlərini aşkar etməsindən fərqli olaraq rəhbərlik yenidən arxasını real həqiqətlərə çevirərək öz siyasətini gurultulu şüarlarla bəzəmək niyyətindədir.
1961-ci il oktyabrın 17-dən 31-ə kimi Sov.İKP-nın sayca üçüncü olan Yeni Proqramı və nizamnaməsi qəbul olundu. Yeni Proqramda ölkənin “geniş kommunizm quruculuğu” döv- rünə qədəm qoyduğu qeyd edilir, bu məqsədə çatmaqda “kommunizmin maddi-texniki ba-
zasının” yaradılmasını təmin etmək üçün on il (1961-1971-ci illər), kommunizmin mərhə- ləsinə bilavasitə daxil olmaq üçün isə ikinci on il (1971-1981-ci illər) müddəti nəzərdə tu- tulurdu. N.S.Xruşşov əminliklə təstiq edirdi ki, “sovet adamlarının indiki nəsli kommunizmdə yaşayacaqdır”. Yeni nizamnaməyə əsasən yerli partiya özəklərinin hüququnun artması, par- tiya vəzifələrinin rotasiyası, yəni təzələnməsi, ictimai əsasla partiya işinin genişlənməsi irəli sürüldü. Proqramda eyni zamanda “kommunizm qurucusunun əxlaq kodeksi” öz əksini tapdı. Proqramda yaradıcı ziyalılar qarşısında gələcək cəmiyyətin “yeni insanını” tərbiyə etmək vəzifəsi qoyulmuşdur. Partiyanın üçüncü Proqramı real həyatdan uzaq olduğu üçün qarşısına yerinə yetirilməsi mümkün olmayan vəzifələr qoymuşdur. Bu isə hər şeydən əvvəl partiyanın XX qurultayından sonra sovet cəmiyyətində meydana gələn nikbin əhval-ruhiyyə ilə bağlıdır. Eyni zamanda hakimiyyət vətəndaşları böyük vəzifələrlə hipnoz edərək gündəlik çətin- liklərdən yayındırırdı. Tez bir zamanda iki onillik müddətində kommunizmin maddi-texniki bazasını yaratmağın mümkün olmadığı aşkar oldu, gülüş və lətifə doğurdu.
1960-cı ilin əvvəllərində meydana çıxan və getdikcə dərinləşən ərzaq qıtlığı şəraitində hökumət 1962-cı ildə ət-süd məhsullarının pərakəndə qiymətlərini artırdı. Bu bütün ölkədə narazılığa səbəb oldu. Xüsusilə ərzaq çətinliyinin daha çox hiss olunduğu sənaye mərkəzlə- rində vərəqələr, etiraz nümayişləri meydana gəldi, tətilə çağırış şüarları artdı. Qiymətlərin artması və elektrovozquraşdırma zavodunda tariflərin kəskin aşağı salınması 1962-ci il iyunun 1-də Novoçerkasskdə kütləvi nümayişin başlamasına gətirib çıxardı. Yerli rəhbərlik və milis qüvvələri nümayişçiləri dağıda bilmədi. Şəhərə Mərkəzi Komitənin Rəyasət Heyətinin üzvləri A.İ.Mikoyan və F.R.Kozlov gəldi, şəhərə ordu qüvvələri yeridildi. Sovet ordusu nümayiş- çilərə atəş açdı 23 nəfər öldü, 70 nəfər yaralandı, 49 nəfər həbs olundu, 116 nəfər cinayət məsuliyyətinə cəlb edildi. 14 nəfər adam hadisələrin təşkilatçısı hesab edildi, onlardan 7 nəfə- ri güllələnmə, qalanları isə 10-15 il müddətinə həbs cəzası aldı. Hakimiyyət orqanları hadisələri gizlətməyə çalışsa da bu mümkün olmadı, tezliklə nümayişçilərin güllələnməsi bütün ölkəyə məlum oldu. Novoçerkassk hadisələri Sovet hakimiyyətinin təbiətinin dəyiş- mədiyini nümayiş etdirdi və N.S.Xruşşovun daxili siyasətinin puç olduğunu göstərdi. 6rzaq mallarının qiymətlərinin artırılması ölkənin digər şəhərlərində, o cümlədən Murom, Alek- sandrov, Biysk, Krivoy Roq, Sumqayıtda da həyəcanlara səbəb olmuşdur.
N.S.Xruşşovun hakimiyyəti illərində dövlət və partiya aparatının idarə olunması tez-tez dəyişdirildi. 1957-ci ildə N.Xruşşov sənayenin idarə edilməsi qaydasını dəyişdirərək na- zirliklərin yerinə iqtisadi idarəetmənin həlledici pilləsi kimi ərazi xalq təsərrüfatları şuraları (sovnarxozı) yaratdı. Sovnarxozların yaradılması müsbət nəticə versə də partiya aparatı işçiləri Moskvanı tərk edib əyalətlərə göndərildikləri üçün narazı qaldılar. Vilayət partiya ko- mitəsinin rəhbərlərinin sovnarxozların rəhbər heyəti tərkibinə daxil edilməməsi təsərrüfatçı- ların partiya orqanlarından asılı olmamasını təmin etsə də başqa tərəfdən partiya rəhbərlərinin narazılığını daha da artırdı. 1961-ci ildə qəbul olunan Sov.İKP-nın nizamnaməsinə əsasən rəhbər seçkili partiya orqanlarının mütamadi olaraq təzələnməsi partiya aparatını narahat edirdi. 1962-ci ildə rayon və vilayət partiya təşkilatları sənaye və kənd təsərrüfatı üzrə bölündü. Beləliklə, ərazidə iki vilayət partiya komitəsi fəaliyyət göstərməyə başladı. Sənaye vilayət komitələri faktiki olaraq iri sovnarxozlara tabe oldu. Müvafiq dəyişiklik Sovetlər, komsomol, həmkarlar ittifaqı və milisi də əhatə etdi. Praktiki olaraq bu dəyişikliklər yerli partiya-sovet orqanlarının işində qarma-qarışıqlığa, aparatın süni surətdə şişməsinə, partiya və dövlət qulluqçularının öz vəziyyətlərinin sürüşkən olmasına səbəb oldu ki, bu da onları N.S.Xruşşova qarşı köklədi. N.S.Xruşşovun marşal G.K.Jukovu istefaya göndərdiyi üçün, atom sualtı qayıqları ilə əlaqədar olaraq suüstü hərbi dəniz gəmilərin istifadədən çıxardığı, ordunun əhəmiyyətli dərəcədə azaldığı və bir çox zabitin yeni həyata hazırlamadan, onlara mənzil verilmədən və s. istefaya göndərildiyi üçün hərbçilər arasında öz nüfuzunu itirmişdir. Beləliklə, 60-cı illərin ortalarına doğru Nikita Xruşşov sosial dayaqlarını itirərək partiya- dövlət aparatının, ordunun, ziyalıların, fəhlə və kolxozçuların müdafiəsindən məhrum olmuşdur.