Savadsızlığın lağv edilmasi. Maktab. Oktyabrdan sonrakı illərdə həyata keçirilən dəyi- şikliyin əsas tərkib hissələrindən birini mədəniyyət sahəsindəki “mədəni inqilab” təşkil edir. Bunlar təhsil, elm, texnika, ədəbiyyat, incəsənəti əhatə etməklə cəmiyyətin bütün mənəvi hə- yatına nüfuz etmişdir. Mədəniyyət sahəsindəki dəyişikliklərin istiqamət və xarakteri yeni, so- sialist bədii mədəniyyətin formalaşdırılması ilə müəyyən olunmuşdur. Ölkənin partiya və dövlət rəhbərliyi bu vəzifənin həyata keçirilməsini sosialist cəmiyyətinin qurulması ilə bağla- yırdı.
Sovet dövlətinin qarşısında duran birinci dərəcəli vəzifə əhalinin geri qalan mədəni səviyyəsini aradan qaldırmaq idi. Belə ki, 1897-ci ildəki əhalinin siyahıyaalınmasının məlu- matına görə Rusiya əhalisinin yalnız 22,3 faizi oxuyub yaza bilirdi. Bu göstərici 1917-ci ildə bir qədər artsa da əhalinin əsas hissəsi savadsız olaraq qalırdı. Sovet hakimiyyəti isə mətbuat vasitəsilə öz ideya və görüşlərini yaymaqda maraqlı idi. Mənəvi həyata rəhbərlik RK (b) P- nin görkəmli xadimi, ədəbiyyat tənqidçisi və publisist A.V.Lunaçarskinin sədrliyi ilə Xalq Maarif Komissarlığına tapşırıldı. Yerli sovetlərin nəzdində xalq təhsili şöbələri yaradıldı. Tezliklə RK (b) P MK-nın təbliğat-təşviqat şöbəsi yaradıldı və bunun sayəsində mədəniyyətin inkişafı partiya rəhbərliyinin nəzarətinə keçmiş oldu.
1919-cu ilin sonunda Sovet hökuməti “Rusiya əhalisi arasında savadsızlığın ləğv edilməsi haqqında” dekret imzaladı. Bütün savadsız yaşlı əhali üçün icbari təhsil elan edildi. İnqilabi ideyalarla süslənmiş yeni əlifba və vəsaitlər nəşr edildi, xüsusi savadsızlığın ləğv edilməsi məktəbləri (likbez) təsis edildi. Savadlı vətəndaşlar məcburi əmək mükəlləfiyyəti çərçivəsində savadsızlarla təhsil işinə cəlb olundu. Kənd yerlərində çox halda böyüklər uşaqlarla birgə oxuyurdular. Vətəndaş müharibəsi dövründə ölkədə 7 milyon nəfər əhaliyə savad öyrədildi. 1920-ci ildə Rusiyada hər min nəfər əhaliyə 319 nəfər savadlı adam düşürdü. Belə ki, V.İ.Leninin imzaladığı hökumət dekretində oxuyub-yaza bilməyən 8 yaşından 50 yaşınadək bütün əhali doğma və ya rus dilində təhsil almağa borclu idi. Bundan yayınanlar cinayət məsuliyyətinə belə cəlb oluna bilərdilər.
Savadsızlığın ləğv edilməsində yeni yaradılan savadsızlığın ləğvi üzrə Ümumrusiya fövqəladə komissiyası mühüm rol oynadı. Xalq Maarif Komissarlığı ilə birlikdə onlar ölkə
əhalisinə savad öyrətmək fəaliyyətini daha da genişləndirdilər. Lakin maliyyə vəsaitinin qıtlığı, maddı bazanın zəifliyi və pedaqoji kadrların çatışmazlığı bu işi mürəkkəbləşdirdi. Belə şəraitdə savadsızlıqla mübarizədə ictimai təşkilatlar mühüm rol oynamağa başladılar. 1923-cü ilin payızında M.İ.Kalininin sədrliyi ilə Ümumrusiya könüllülər cəmiyyəti olan “Rədd olsun savadsızlıq” birliyi yarandı. Sovet mədəniyyətinin görkəmli nümayəndələri A.V.Lunaçarski, M.N.Pokrovski və b. cəmiyyətin işində yaxından iştirak edərək minlərlə savadsızlığın ləğvi məntəqələri və məktəblərinin açılmasına kömək etdilər. Kəndin mədəni səviyyəsini yüksəlt- mək məqsədi ilə 1,2 milyon nəfərdən çox adam şəhər hamilik təşkilatlarında birləşmişdi.
Məktəblərin təşkil olunması prinsip etibarı ilə dəyişdi və xalq maarifi sistemi yenidən quruldu. Gimnaziyalar, realnı məktəbləri, məhəllə-kilsə və zemstvo məktəbləri ləğv edildi. Onların yerinə hər biri beş və dörd il olmaqla bütün ölkə üçün iki dərəcəli əmək məktəbləri yaradıldı və təhsil haqqı ləğv edildi. Oğlan və qızların birlikdə oxuduğu məktəbin işinə komsomola tabe olan şagird komitələri (uçkomı) rəhbərlik edirdi. Məktəbin vəzifəsi son məqsəd olaraq kommunizm quran nəsillər tərbiyə etmək idi. Təhsilin ideologiyalaşdırılması- nın artmasının bərqərar olması isə biləvasitə bu siyasətin nəticəsi idi. 1923-24-cü tədris ili məktəbin həyatında dönüş ili oldu. Bu vaxtdan etibarən ümumtəhsil məktəblərinin şəbəkəsi və şagird kontingenti artdı. Belə ki, 1914-cü ildə ölkənin ibtidai və orta məktəblərində oxuyan 7,8 milyon şagirdə qarşı, 1925-26-cı tədris ilində 10 milyon uşaq ibtidai və orta məktəblərdə təhsil alırdı. 1926-cı ildəki əhalinin ümumittifaq siyahıyaalınması məlumatına əsasən ölkədə 9 yaşından yuxarı əhalinin 51,1 faizi savadlı idi. 1897-ci ildə isə bu göstərici yalnız 24 faiz təşkil edirdi. Şəhərlə kənd əhalisi arasında olan savad fərqi xeyli azaldı. 1927-ci ildə isə uşaqların 70%-i ibtidai məktəblərə cəlb edilmişdir. 1926-cı il siyahıyaalma məlumatına
əsasən 9 yaşından yuxarı olan əhali arasında savadlılar RSFSR-də 55, Ukrayna SSR-də 57,5,
Belarusiya SSR-də isə 53,1% təşkil edirdi. Artıq 1932-ci ildə SSRİ-nin yaşlı əhalisinin böyük
əksəriyyəti oxuyub-yazmaq öyrənmişdir.
Savadsızlığın kütləvi surətdə ləğv edilməsi icbari ümumtəhsillə sıx bağlı idi. Bu məq- sədlə 1930-31-ci dərs ilindən başlayaraq bütün ölkədə icbari dördillik ibtidai təhsil tətbiq olundu. 1929-cu uldə Xalq Maarif Komissarı A.V.Lunaçarskini publisist, hərbi-nəzəri, partiya tarixi və maarif məsələləri üzrə əsərlərin müəllifi A.S.Bubnov əvəz etdi (1929-1937). 1931-ci ilin əvvəllərində dördillik məktəblərdə 14 milyon nəfər şagird və 60 min nəfər yeni müəllim fəaliyyət göstərirdi. 1932-ci ilin sonunda SSRİ-də icbari ibtidai təhsilin tətbiqi məsələsi
əsasən həll edildi, belə ki, 8 yaşından 11 yaşına kimi olan uşaqların 98%-i ibtidai məktəblərə cəlb edildi. Təkcə şagird və müəllimlərin sayı deyil tədrisin məzmunu da dəyişdi. 1932-ci il avqustun 25-də “Tədris proqramları və ibtidai orta məktəblərdə iş rejimi haqqında” qətnamə elan olundu. Məktəblərdə dərslərin keçirilməsinin daimi cədvəli, məktəblilərin tədris və icti- mai işinin bərabər bölgüsü, daxili qayda-qanunun bərqərar olmasının müəyyən edilməsi qət- namədə öz əksini tapdı. Tədrisin təşkilinin əsas forması əvvəlki “briqada-laborator” metodun- dan fərqli olaraq dərs elan olundu. Xalq Maarif Komissarlığı kütləvi nəşirlərlə sabit dərslik və dərs vəsaitləri çap etdirərək məktəblərə göndərirdi. Məktəblər üçün çap edilən proqramlar yenidən işlənərək şagirdlərə elmin əsaslarını daha dərindən öyrətmək məqsədilə təhsilin is- tehsalata yaxınlaşdırılması nəzərdə tutulurdu. Bir çox fənnlərin tədris proqramlarının məz- munu dəyişdi. 1934-cü ildə ÜİK (b) P MK və XKS “SSRİ məktəblərində vətəndaş tarixinin tədris edilməsi haqqında” qərar qəbul etdi. Məktəblərdə əvvəllər “marksizm əsasları” və so- sioloji sxem üzrə öyrədilən dərsləri tarixi faktlar əsasında keçilməsi irəli sürüldü. Bu hər şeydən əvvəl ideoloji dəyişikliklə əlaqədar olub Rusiyanın keçmişini nihilizm əsasında öyrən- məkdən imtina edilməsi və onu “böyük dövlət” kursu əsasında tədris edilməsinə başlamaq məqsədi daşıyırdı.
20-30-cu illərin əvvəllərində SSRİ ərazisində yaşayan türk dilli və bəzi başqa xalqların latın əlifbasına keçməsi bu xalqlar arasında savadsızlığın ləğv edilməsində mühüm rol oynadı. Lakin tədricən bu milli respublikaların əhalisinin bir tərəfdən dil və mədəni cəhətdən rus
mədəniyyətindən ayrı düşməsinə, başqa bir tərəfdən isə tədrisin mürəkkəbləşməsinə səbəb olurdu. Odur ki, rus yazı qrafikasına keçilməsi tələb olunurdu. 1935-ci ildə birinci olaraq kabardinlər rus əlifbasını qəbul etdilər. 1937-ci ildə isə Şimalın kiçik xalqları və Dağıstan
əhalisi yeni rus əlifbasına keçdilər. 1937-1940-cı illərdə isə Orta Asiya, Orta Volqa və Azərbaycan əhalisi yeni rus əlifbasına keçdilər.
1936-cı il yanvarın 16-da Sovet dövləti “Savadsız və azsavadlıların təhsil alması işi haqqında” qətnamə qəbul etdi. Bu sənədə əsasən savadlanma uğrunda mübarizə dövlətin iştirakı ilə 1936-1937-ci illərdə başa çatmalı idi. Ölkəni başdan-başa savadlılar diyarına çe- virmək arzusu yerinə yetirildi. Təkcə birinci və ikinci beşillik illərində 40 milyon yaşlı əhaliyə savad öyrədildi. 1939-cu il yanvarın 17-də əhalinin ümumittifaq siyahıyaalınması məlumatına
əsasən 9 yaşından yuxarı ölkə əhalisinin 81,2 faizi, o cümlədən kişilərin 90,8, qadınların 72,6 faizi savadlı idi. Bu o deməkdir ki, 30-cu illərin sonunda SSRİ-də savadsızlıq əsasən ləğv olunmuşdur.
1930-cu illərin ikinci yarısında SSRİ-də ümumi icbari ibtidai təhsilin həyata keçirilməsi
əsasən başa çatdı. 8-9 yaşlı uşaqların əsasən hamısı məktəblərdə təhsil alırdı. Milyonlarla uşağın oxuması üçün yeni məktəb binaları tələb olunurdu. Bu məqsədlə ikinci beşillik illərində 19 min məktəb binası tikildi ki, burada da 5,3 milyon şagird oxuyurdu. 1937-ci ildə ibtidai və orta məktəblər üçün 277 milyon nüsxə dərslik və dərs vəsaiti nəşr edilmişdir. Məktəblərin dərslik və dərs vəsaiti ilə təmin edilməsində Q.M.Krjijanovski, E.V.Britske, A.D.Arxanqelski və b. mühüm rol oynadılar.
Ümumtəhsilin həyata keçirilməsi çoxlu sayda müəllim kadrlarının hazırlanmasını tələb edirdi. 1934-cü ildə RSFSR məktəblərində 100 min nəfər müəllim çatışmırdı. İbtidai mək- təblər üçün isə 40 min nəfər müəllimə ehtiyac var idi. Bu ehtiyacı ödəmək üçün 1934-cü ildə yedillik məktəblər üçün pedaqoji kadrlar hazırlamaq məqsədilə ikiillik müəllimlər institutları yaradıldı. 1933-1937-ci illərdə pedaqoji tədris müəssisələrinin şəbəkəsi ikiqat artırıldı. Bunun sayəsində pedaqoqların sayı dörd dəfədən də çox artdı.