Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə27/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   23   24   25   26   27   28   29   30   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Ali tahsil. Ali təhsil sahəsində vəziyyət mürəkkəb idi. Köhnə ziyalılara şübhə ilə yana- şan Sovet hakimiyyəti ictimai mənşəyi fəhlə və kəndlilərə dayanan öz zəhmətkeş ziyalılarını formalaşdırmağa çalışırdı. Bu məqsədlə ali məktəblərə yeni qəbul qaydaları tətbiq edildi. Tələbə sıralarına qəbul imtahansız və orta məktəbi bitirmək haqqında sənəd olmadan apa- rılırdı. Fəhlə və kəndlilərin içərisindən çıxan gənclərə ali məktəblərə qəbul edilərkən üstünlük verilirdi. Burjuaziya, ziyalılar və qulluqçuları təmsil edən gənclər bir neçə il iş stajı olduqdan sonra ali məktəbə qəbul ola bilərdilər. 6slində bu Sovet hakimiyyətinin ali məktəblərə sinfi nöqteyi-nəzərdən yanaşması idi.
1919-cu ildə ali məktəblərə daxil olanların ümumtəhsil səviyyəsini yüksəltmək məq- sədilə fəhlə fakültələri (rabfak) yaradıldı. Məhz bu fakültələr tələblərin sosial tərkibinin fəhlə və kəndlilərin hesabına dəyişilməsinə səbəb oldu. 1921-ci ilin iyununda Moskvada ali mək- təblərin nəzdində fəaliyyət göstərən fəhlə fakültələrinin I Ümumrusiya qurultayı keçirildi. Qurultayın işi göstərdi ki, fəhlə fakültələri bütün ölkə üzrə yayılmışdır. Artıq 1921-ci ilin yazında fəhlə fakültələrinin 25 min nəfər dinləyicisi var idi. 1925-26-cı dərs ilində isə fəhlə fakültələrində 57 min nəfər gənc təhsil alırdı. Bu isə o deməkdir ki, fəhlə və kəndliləri təmsil edən sovet ziyalılarının birinci nəslini məhz fəhlə fakültələri hazırlamışdır.
Ali məktəblərin işinə sinfi nöqteyi-nəzərdən yanaşan Sovet hakimiyyəti bu məktəblərdə burjua təbliğatının qarşısını almaq məqsədilə bir sıra tədbirlər gördü. 1921-ci ildə Sovet dövləti özünün marksist kadrların hazırlamaq üçün Qırmızı Professorlar İnstitutunu yaratdı. 1924-cü ildə institutun birinci buraxılışının məzunları içərisində görkəmli tarixçilər A.V.Şes- takov, İ.M.Pankratova, M.V.Neçkina və b. olmuşdur. Ali məktəblərin işini yenidən qurmaq üçün 1918-ci ildə birinci sovet Ali məktəb Nizamnaməsi qəbul olundu ki, bunu da XKS 1921- ci il sentyabrın 2-də təsdiq etdi. Mütəxəssis kadrların hazırlanması, elmi-tədqiqat işlərinin aparılması, elmi biliklərin zəhmətkeşlərin arasında yayılması kimi üç əsas vəzifə müəyyən edildi. Nizamnamədə ali məktəblərin demokratikləşdirilməsindən söhbət getsə də əslində
əvvəllər mövcud olan rektorların və ali məktəbin idarə heyətinin seçkili olması yerinə onların
təyin edilməsinə keçilməsi bunun əksini nümayiş etdirirdi. Buna qarşı hətta 1921-ci ilin ya- zında MATU-də, 1922-ci ilin yazında isə Moskva Universitetində professor-müəllimlər tətil belə etdilər. Professor-müəllim heyətinin bir sıra qanuni tələbləri yerinə yetirildi. Profes- sional-texniki təhsilin Baş idarəsinin sədri Y.Preobrajenski tutduğu vəzifədən azad edildi. 1914-cü ildə Rusiyanın 91 ali məktəbində 112 min tələbə təhsil aldığı halda, 1925-ci ilin so- nunda Sovet İttifaqında 145 ali məktəb var idi ki, burda da 167 min nəfər tələbə təhsil alırdı. Buna baxmayaraq, ölkənin mütəxəssi kadrlara ehtiyacı çox idi. Tələbatı ödəmək məqsədilə istehsalatdan ayrılmadan təhsil almaq üçün ali və orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələri açıldı və inkişaf etməyə başladı. Sənayeyə rəhbər kadrlar hazırlamaq məqsədilə 1927-28-ci ildə prinsipcə yeni məzmun kəsb edən Sənaye akademiyası təşkil olundu.
1932-ci il sentyabrın 19-da SSRİ MİK-si “Ali məktəb və texnikumlarda tədris proq- ramları və iş rejimi haqqında” qətnamə qəbul etdi. Qətnaməyə əsasən tələbələrin fərdi məsu- liyyətini kəskin surətdə aşağı salan briqada-laborator metodu ləğv edildi. Tədris prossesində tələbələrin müstəqil işi mühazirə kurslarının təşkili ilə əlaqələndirildi, ali məktəblərə qəbul zamanı əsas fənnlərdən sınaqların keçirilməsi bərpa edildi. Ölkə üzrə ali məktəbin coğrafiyası dəyişdi. Çar Rusiyasında əsasən mərkəzi rus şəhərləri olan yerlərdə 20 ali məktəb müəssisəsi olduğu halda, 30-cu illərin ikinci yarısında SSRİ-nin 100 şəhərində universitet və institutlar fəaliyyət göstərirdi. Ali məktəblərin kontingenti və şəbəkəsi artdığı, iş yükü mürəkkəbləşdiyi üçün 1936-cı ildə SSRİ XKS-nin nəzdində İ.İ.Mejlaukın sədrliyi ilə Ali məktəblərin işi üzrə Ümumittifaq Komitəsi yaradıldı. Humanitar sahələr üzrə mütəxəssislər hazırlanmasını geniş- ləndirmək üçün 1934-cü il sentyabrın 1-dən Moskva və Leninqrad universitetlərinin tarix fakültələri bərpa edildi. Bunların ardından Tomsk, Kazan, Rostov və Saratovda tarix fakültələri fəaliyyətə başladı. Sovet ali məktəbinin inkişafında Moskva Dövlət Universiteti mühüm rol oynadı. 1938-ci ildə ölkənin 23 universitetində və 126 fakültəsində 47705 tələbə təhsil alırdı. Sovet ali məktəbləri təkcə ikinci beşillik illərində 370 min mütəxəssis hazırlamışdır. 1928-1937-ci illərdə ölkənin ali məktəb və texnikumları 2 mln yaxın mütəxəssis hazırlamışdır. Ali məktəblər üçün müəllim və elmi kadrlar XKS-nin 1934-cü il yanvarın 13-də elan etdiyi qərara əsasən həm ali məktəblərin özündə, həm də elmi-tədqiqat institutlarında hazırlanırdı. Elmi idarələrin və ali məktəblərin işçiləri üçün elmi adlar və vəzifələr müəyyən edildi. Artıq 1934-cü ilin sonunda ali məktəblərdə, qırmızı professorlar və marksizm-leninizm institutlarında 9400 aspirant hazırlanırdı. Bütün bunlar sovet ziyalılarının formalaşmasının əsas mənbəyləri idi. 1936-cı il yanvar ayının 1-də SSRİ-də 2500 professor, 3800 dosent, 1800 elmlər doktoru və 3000 elmlər namizədi var idi.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin