Polúanınxaricisiyasati. Birinci Dünya müharibəsi nəticəsində Avropada Böyük Britaniya və Fransanın ardınca çoxu demokratik idarə üsulunu seçən yeni dövlətlər yarandı. Onlardan biri də 123 ildən sonra, 1918-ci ilin noyabrında dünyanın siyasi xəritəsində yenidən öz yerini almış Polşa dövləti idi. 1918-1939-cu illərdə Polşa dövlətinin xarici siyasəti mürəkkəb və qeyri-sabit olmuşdur. Onun qonşu dövlətlərlə, birinci növbədə güclü SSRİ və Almaniya ilə münasibətləri gərginliyi ilə seçilir. Müstəqilliyin ilk illərində Polşa diplomati- yası Mərkəzi və Cənub-Şərqi Avropada SSRİ və Almaniyaya qarşı ittifaq arayışında olan Fransa ilə yaxınlaşmağa başladı. Lakin qərb dövlətləri Fransanın təşəbbüsü ilə öz təhlü- kəsizliklərini təmin etmək məqsədilə 1925-ci ilin oktyabrında Lokarno sazişini imzaladıqdan sonra Poşla onun marağını nəzərə almadığı üçün Fransadan uzaqlaşmağa başladı. Qərb ölkələrinin Almaniya ilə imzaladıqları Lokarno sazişində Alman-Polşa sərhədlərinin toxunul- mazlığı təminatı yer almamışdır, məqsəd ondan ibarət idi ki, Almaniya SSRİ əleyhinə azad hərəkət imkanı qazansın. Polyak xalqını sakitləşdirmək məqsədilə 1925-ci il oktyabrın 25-də Fransa Polşa ilə təminat müqaviləsi imzaladı. Fransa Kiçik Antanta ilə Polşa arasında ittifaq yaratmağa çalışırdı. 1926-cı il martın 26-da Polşa ilə Rumıniya arasında ittifaq müqaviləsi və qarşılıqlı hərbi yardım nəzərdə tutan gizli saziş imzalandı.
1920-ci illərin axırlarında Qərb dövlətləri SSRİ ilə Polşa arasında münaqişə yaratmaq məqsədilə bir çox fitnəkarlıqlara imza atdılar. 1927-ci il iyunun 7-də SSRİ-nin Polşadakı səlahiyyətli nümayəndəsi P.L.Voykov Varşavada rus ağqvardiyaçısı tərəfindən qətlə yetirildi. Sovet hökuməti iyunun 9-da elan etdiyi rəsmi məlumatda bu qətlin təşkilatçılarının fransız və ingilis mürtəce qüvvələri olduğu açıq bildirildi.
1930-cu illərdə Polşa dövlətinin xarici siyasəti güclü qonşuları Almaniya və SSRİ ilə
əlaqələrdə tarazlılıq xəttini saxlamağa yönəldilmişdir. Polşanın Xarici işlər naziri polkovnik Yuzef Bek tarazlaşdırılmış siyasət yeridərək 1932-ci ildə SSRİ ilə, 1934-cü ildə isə Almaniya ilə hücum etməmək haqqında müqavilə imzaladı. Lakin qərb ölkələrinin A.Hitlerə qarşı qarış- mamaq və güzəşt siyasəti Polşanın mənafeyini zərbə altına qoydu. 1935-ci ildə A.Hitler Almaniyada ümumi hərbi mükəlləfiyyət elan edərək Versal sülh müqaviləsini kobudcasına pozdu, 1936-cı ildə hitlerçilər Reyn hərbsizləşdirilmiş zonasına daxil oldu, 1938-ci ildə onlar Avstriyanı işğal etdi. 1938-ci il sentyabrın 29-30-da Münhendə Fransa, Böyük Britaniya və İtaliya Almaniya ilə ona alman azlıqlarının məskunlaşdığı Çexoslovakiyanın Sudet vilayətini tutmağa imkan verən müqavilə bağladılar. Cərəyan edən hadisələr açıq şəkildə göstərdi ki, növbədə Polşa məsələsi üzrə Versal sülh şərtlərinin pozulması durur. Polşa diplomatiyası yaxın qonşuları arasında özünə müttəfiq axtarmağa başladı. 1938-ci ilin yazında Polşa ilə Litva arasında diplomatik əlaqələr bərpa edildi, noyabr ayında Litva hökuməti qatı antipolyak təşkilatı Vilnüsün azadlığı ittifaqını buraxdı, dekabr ayında iki ölkə arasında iqtisadi saziş imzalandı, hər iki dövlət arasında sərhəd açıldı. Tezliklə, Almaniyanın xarici işlər naziri İoaxim fon Ribbentrop Polşadan Dansiqin (Qdansk) üçüncü reyxə birləşdirilməsini və Alma- niyanı Şərqi Prussiya ilə brləşdirən eksterretorial, yəni Polşanın yurisdiksiyasına aid olmayan dəmir yol xəttinin və avtomagistralın salınmasını tələb etdi.
1939-cu il mayın 5-də Polşanın xarici işlər naziri Y.Bek öz çıxışında suverən dövlətin keçə bilməyəcəyi qırmızı xətti göstərərək bildirdi ki, “Polşa özünün Baltikdən sıxışdırılıb çıxarılmasına imkan verməyəcək!” Polşa dövləti hərbi potensialının üçüncü reyxinkindən orta hesabla dörd dəfə az olmasına baxmayaraq müharibəyə hazırlaşmağa başladı.
Fransa və Böyük Britaniya ilə danışıqlar aparan İ.V.Stalin danışıqlar pozulduğundan bir gün sonra 1939-cu il avqustun 23-də Almaniya ilə hücum etməmək haqqında iki hissədən ibarət müqavilə imzalanmasına qərar verdi. SSRİ və Almaniyanın xarici işlər nazirləri Vya- çeslav Molotov və İoaxim fon Ribbontropun imzaladıqları müqavilənin ikincisi gizli idi və Polşa, Şərqi və Mərkəzi Avropanın başqa dövlətlərinin bölüşdürülməsini nəzərdə tuturdu. Müqavilə sovet-alman sərhəddinin Narva, Visla və San çayları boyunca müəyyən edilməsini, Finlandiyanın, Estoniyanın, Latviyanın və Bessarabiyanın SSRİ-nin nüfuz dairəsinə daxil olmasını, Litvanın Almaniyaya keçməsini nəzərdə tuturdu. Ribbentrop-Molotov müqaviləsi hitler Almaniyasının Polşaya hücumu üçün yolunu açdı. 1939-cu il avqustun sonunda polyak
hərbi forması geymiş bir qrup esesçi sərhəddə yerləşən Qlivisdəki alman radiostansiyasına basqın təşkil edərək Almaniyanın Polşaya hücumuna bəraət qazandırmaq niyyətində idilər.