Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə84/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   80   81   82   83   84   85   86   87   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Polúanın iqtisadiyyatı. Polşaya birləşdirilmiş ərazilər uzun müddət müxtəlif dövlətlərin tərkibinə daxil olduğu üçün iqtisadi cəhətdən qeyri-bərabər inkişaf etmişdir. 6halinin
əksəriyyəti polyak olduğu qərb torpaqları, qismən almanların yaşadığı Sileziya və Pomorye torpaqları iqtisadi cəhətdən daha çox inkişaf etmişdi. Burada Almaniyanın mərkəzi vilayət- lərinə gedən dəmir və şosse yollarının sıx şəbəkəsi yerləşirdi. Bu yerlərdə sənaye ilə bərabər kənd təsərrüfatı və ticarət də inkişaf edirdi. 6n kasıb yerlər ölkənin şərq rayonları hesab olunurdu. Şərq torpaqlarında əsasən slavyan milli azlıqları və yəhudilər yaşayırdılar. Bu
ərazilərin vahid bir tam kimi birləşdirilməsi dövlətin qarşısında duran birinci dərəcəli vəzifə idi. İqtisadiyatın ayrı-ayrı sahələrini nəinki sadəcə olaraq birləşdirmək, həm də onu ölkənin tələbatına uyğun yenidən qurmaq lazım idi. Müharibədən əvvəl satış bazarı çox hallarda Polşa müəssisələrinin malları üçün bağlı idi. Ona görə də, geniş daxili bazar yaratmaq, həmçinin xarici bazara yol tapmaq əsas vəzifə kimi qarşıda dururdu.
Polşa aqrar ölkə idi, belə ki, 1927-ci il siyahıyaalmasına görə iş qabiliyyətli əhalinin 64 faizindən çoxu kənd təsərrüfatında və yalnız 9,2 faizi sənaye sahəsində çalışırdı. 1921-ci ildə kəndli təsərrüfatının üçdə ikisi, yəni 64,6 faiz yoxsul təsərrüfatı idi və bütün torpaq sahələrinin yalnız 14,8 faizi onlara məxsus idi. 5 hektardan 10 hektara qədər torpağı olan ortabab təsərrüfatları bütün təsərrüfatların 22,5 faizini təşkil edirdi və kənd təsərrüfatı sahəsinin 17 faizinə sahib idi. 1921-ci il siyahıyaalmasının tam olmayan məlumatına görə, ölkədə 1 milyon 300 mindən çox kənd təsərrüfatı fəhləsi var idi. Həmçinin torpaq sahiblərinin 0,6 faizini təşkil edən 19 min iri mülkədar torpağın 44,8 faizinin sahibi idi. Dövlət və kilsənin də çoxlu torpaq sahəsi mövcud idi. Polşa kəndlilərinin vəziyyəti xüsusilə ağır idi. Bir neçə il dalbadal üz vermiş qıtlıq, hökumətin vergi siyasəti, mülkədarların özbaşınalığı kəndlilərin vəziyyətinin olduqca pisləşməsinə səbəb oldu. Varşava, Kelets, Belostok voyevodalıqlarında qarətçi vergilər əleyhinə kəndli çıxışları baş verdi. Kəndli hərəkatının yüksəlişi 1924-cü ilin iyulunda yeni təşkilatın – Müstəqil Kəndli partiyasının əmələ gəlməsinə səbəb oldu.
Kənddə əmələ gəlmiş gərgin vəziyyəti yüngülləşdirməyə cəhd edən hökumət iri torpaq sahiblərinin torpaqlarının bir hissəsini icbari satınalma haqqındakı qanun layihəsi ilə çıxış etdi. Alınan torpaqlar əzəli Polşa torpaqlarında 15, «ucqarlarda» isə 26 hektar miqdarında satılmalı idi. Bu islahat vasitəsilə hakim siniflər kənddə öz dayaqlarını möhkəmlətmək istə-
yirdilər. Öz torpaqlarının bir hissəsini satmağa razılıq verən mülkədarlar isə öz təsərrüfatını daha səmərəli qurmaq üçün əlavə vəsait əldə etmək niyyətində idi. Sol partiyalar aqrar islahatın burjua-mülkədar layihəsinə qarşı çıxış etdilər. Kommunist partiyası və Kəndli parti- yası aqrar islahatın fərqli layihəsini irəli sürdülər. Bu layihə 30 hektardan çox olan bütün mülkədar və kilsə torpaqlarının canlı və cansız inventarı ilə birlikdə dəyəri ödənilmədən alınmasını, onun kəndlilər və kənd təsərrüfatı fəhlələri arasında bölüşdürülməsini nəzərdə tuturdu. Lakin bu layihə 1925-ci il iyulun 15-də seymdə müzakirə zamanı seymin burjua- mülkədar çoxluğu tərəfindən rədd edildi. Polşa sosialist partiyası (PSP)-da bunun əleyhinə çıxdı. Seym radikal islahat əvəzinə 1925-ci ilin dekabrında «Torpaq bölgüsü və torpaq zolaqlarının ləğvi haqqında» qanun qəbul etdi. Bu qanuna görə hər il 200 min hektara qədər mülkədar torpağı satılmalı idi. Həm də kəndlilər torpağı bazar qiymətinə satın almalı idi. Kəndliləri isə dövət uzunmüddətli kreditlər almaq imkanı ilə təmin edirdi. Mərkəzi Polşada 180 ha-dan artıq torpaq mülkiyyəti, ölkənin şərqində 300 ha-dan artıq olan torpaqlar kiçik hissələrə bölünməli idi. İki il ərzində öz torpağını bölən mülk sahibi dövlətdən əmlakının
əvəzini ala bilərdi. Müharibələrarası dövrdə Polşada 2,654 min hektar torpaq satılmışdı. 6kinə yararlı torpaqların 25,8 % yenə də 50 hektardan artıq torpağa malik olan sahibkarların
əlində qalırdı. Kəndli kütlələrinin əsas hissəsini aztorpaqlı və ortabab kəndlilər təşkil edirdi ki, ortababların da sayı aztorpaqlı kəndlilərin hesabına azalırdı.
Polşa sənayesi birtərəfli inkişaf edirdi. Daş kömür hasilatı, koks, elektrik enerjisi isteh- salı müharibədən əvvəlki səviyyəni ötüb keçdiyi halda, çuqun və polad əridilməsi, pambıq parça istehsalı əvvəlki səviyyəyə gəlib çatmamışdı. Dəmir filizi istehsalı 1920-ci ildə mühari- bədən əvvəlki səviyyənin yalnız 36, çuqun əridilməsinin ancaq 10, polad əridilməsinin 12 faizini təşkil edirdi. Sənaye başlıca olaraq Dombrovsk hövzəsində, Yuxarı Sileziyada, Varşavada, Lodz rayonlarında yerləşmişdir. Şərqdəki Qərbi Ukrayna, Qərbi Belarusiya, Vilno torpaqları ölkənin yarımmüstəmləkəsi, satış bazarı, habelə sənaye üçün xammal bazası rolunu oynayırdı. Polşa iqtisadiyyatı kapitalı kartellərdə və sindikatlarda birləşmiş bir ovuc yerli və xarici inhisarçıların əllərində yüksək dərəcədə mərkəzləşməsi və təmərküzləşməsi ilə fərqlənirdi. Dövlətin iştirakı ilə 1920-30-cu illərdə mühüm dəmir yol magistralları, Qdanskda böyük dəniz limanı, müdafiə, kimya və digər müəssisələr inşa edildi. 1928-ci ilin sonunda Polşada başlanmaqda olan iqtisadi böhranın əlamətləri artıq 1929-cu ildə əsl böhrana çevrildi. Polşada kapitalizmin zəif inkişafı, onun xarici kapitaldan asılılığı nəticəsində böhranın
əlamətləri, bir çox kapitalist ölkələrinə nisbətən daha kəskin təzahür edirdi. Xarici kapital (amerikan, alman və fransız) iqtisadi böhranın ağır zərbə vurduğu Polşa iqtisadiyyatında yeni- yeni mövqeylər ələ keçirirdi. Polşa səhmdar cəmiyyətlərində xarici kapitalın payı 1929-cu ildəki 33,9-dan 1933-cü ildə 44,2 faizə qədər artmışdır, sənayenin əsas sahələrində isə bu rəqəm 70-90 faiz idi. Ümumiyyətlə, sənayenin bir sıra əsas sahələri üzrə istehsal edilən məhsul 1913-cü il səviyyəsi ilə müqayisədə 1938-ci ildə aşağı idi. Bütün dünyada olduğu kimi Polşada da 1929-cu ildə başlayan və 1935-ci ilə kimi davam edən böhran və durğunluq sənaye, maliyyə, ticarət və kənd təsərrüfatına ağır zərbə vurdu.
Polşa tədricən iqtisadi böhranın nəticələrini aradan qaldırmağa başladı. Ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə dövlət bir sıra tikintilərə kapital qoyuluşunu artırdı. 1937-ci ildə Baş nazirin müavini və maliyyə naziri Eyqeniuş Kvyatkovski Visla və San çayları arasındakı ərazidə Mərkəzi sənaye dairəsi adlanan tikinti layihəsini təqdim etdi (MSD). Yeni layihə ölkənin qərb torpaqlarını cənub-şərqi ərazilərlə birləşdirməli idi. Yüksək texniki tələblərə cavab verən bir çox iri müəssisə, o cümlədən Rojnovda elektrik stansiyası, Staleva-Volya şəhərində metallurgiya kombinatı, Sanokda hərbi zavod, Melsdə aviasiya zavodu işə salındı. 1931-ci ildə Raşin yaxınlığında fəaliyyət radiusu təxminən bütün ölkəni
əhatə edən radiostansiya açıldı, 1937-ci ildə yeni telemərkəz işə başladı. Varşava əsl Avropa paytaxtı oldu. Ölkənin başqa sahələri Krakov, Poznan, Vilno və Lvov da getdikcə abadlaşırdı. Yeni müasir mehmanxanalar tikilir, xəstəxanalar açılır, su və elektik təchizatı sistemi yenidən qurulurdu. Ümumən 1930-cu illərin axırında ölkə iqtisadiyyatının inkişafı üçün əlverişli şərait yaranmağa başladı.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin