Müqavimat harakatı. Üçüncü reyxin qələbəsi Polşa xalqının öz müstəqilliyi uğrunda təcavüzkarlara qarşı mübarizə ruhunu qıra bilmədi. İlk növbədə, qarşıda duran vəzifə dövlət hakimiyyətinin varisliyini təmin etmək idi. Rumıniyada olan prezident İ.Mosçitski öz vəzifəsini yerinə yetirmək imkanı olmadığına görə hakimiyyəti konstitusiya hüququndan istifadə edərək pilsudskiçi Vladislav Raçkeviçə verdi. Liberal qüvvələrin nümayəndəsi gene- ral Vladislav Sikorski (1881-1943) Baş nazir və silahlı qüvvələrin Baş komandanı oldu. Belə- liklə, 1939-cu il sentyabrın 30-da Parisdə mühacir Polşa hökuməti yaradıldı. Bu hökumətdə aparıcı mövqeləri dörd antisanasiya partiyaların, kəndli, sosialist, milli-demokrat və əmək partiyalarının nümayəndələri tutmuşdu (PSP, SL, SN, SP). 6vvəlcə İqnasi Paderevskinin sonra isə Stanislav Qrabskinin başçılıq etdiyi məşvərətçi orqan Milli Şura təsis edildi.
1940-cı ildə, Fransa təslim olduqdan sonra hökumət Böyük Briyaniyaya köçdü. Fransada və Yaxın Şərqdə 1940-cı ildə sayı 84 mindən artıq olan hərbçilərdən Polşa ordusu formalaşdırıldı. İşğal edilmiş yerlərdə müqavimət dəstələri də yaradılmağa başlandı. 1939-cu ilin sentyabrında baş komandanın əmri ilə yüksək rütbəli zabitlərin bir qrupu gizli hərbi təşkilat-Polşanın qələbəsi naminə xidməti yaratdılar. 1939-cu ilin dekabrında Polşa mühacir hökumətinin razılığı ilə bu gizli təşkilat ləğv olundu və onun yerinə isə gizli təşkilatlardan ən böyüyü Silahlı Mübarizə İttifaqı (ZVZ) yarandı, xaricdə olan general Kazımej Sosnkovski, daxildə polkovnik Stefan Rovetski onun rəhbəri oldu. Nümayəndəlik orqanları da təşkil olunurdu. Qərbdə – Siyasi Şura, işğal olunmuş Polşada isə Siyasi Razılaşdırma Komitəsi yaradıldı. 1940-ci ilin əvvəlində Polşada gizli parlament yaradıldı. Müharibənin sonuna yaxın bu parlament Kazımej Pujakın sədrliyi ilə Milli Birlik Şurası adı altında çıxış edirdi. Mühacir hökumətlə gizli Polşa dövləti arasında bağlayıcı vəsilə olan Polşa hökumətinin nümayəndəliyi
Deleqatura yaradıldı. Senzuradan kənar nəşriyyat genişləndirildi, gizli orta və ali təhsil müəssisələri, mədəni-maarif işi ilə məşğul olan təşkilatlar yaradıldı. Satqınlara və vətən xainlərinə qarşı gizli məhkəmə orqanları fəaliyyət göstərirdi.
Polşa dövləti gizli formada fəaliyyət göstərir, polyakların həyatında katolik kilsəsi və pravoslav kilsəsi mühüm yer tuturdu. 1942-ci ildə ZVZ “Krayevo ordusu” (KO) adı ilə yeni- dən təşkil edildikdən sonra Krayovo Ordusu Polşanı müttəfiqlər və Polşa ordusu azad edənə qədər ümumi silahlı üsyan qaldırmaq üçün hazırlıq görməli və qüvvələr toplamalı idi. Təxribatlar törətmək, qisas almaq üçün xüsusi struktur yaradılmışdı. İşğalın sonuna yaxın Krayovo Ordusunda 200 minə yaxın döyüşçü var idi, onların sırasında həm müharibəyə qədərki Polşa ordusunun, həm də siyasi partiyaların hərbi birləşmələrinin üzvləri var idi. Öz fəaliyyəti ilə Krayovo Ordusu sentyabra qədərki bütün Polşa ərazisini əhatə edirdi. 1942-
1943-cü illərdə onun fəaliyyətində təxribatlar üstün yer tuturdu. 1942-ci ilin sonunda almanlar 150 min polyakı Zamoyşinadan məcburi işlərə Almaniyaya köçürməyə başlayanda Krayovo Ordusu burada fəal partizan əməliyyatları aparmağa başladı, hitlerçilər Stalinqrad altında darmadağın edildikdən sonra partizan hərəkatı daha da artdı.
Müqavimət hərəkatında kommunistlər tərəfindən idarə olunan cərəyan – hissə müstəqil idi, mühacir hökuməti və deliqaturadan – nümayəndəlikdən asılı deyildi. Polşa Kommunist partiyasının buraxılması və Komminternin icazəsi olmadan onun bərpasının qadağan olun- ması ona gətirib çıxartdı ki, müharibənin əvvəlində kommunistlərin öz partiyası yox idi. 1941-ci ilin sonlarına qədər işğal olunmuş Polşada bir neçə lokal kommunist təşkilatları – SSRİ dostları cəmiyyəti, Azadlıq mübarizəsi ittifaqı, Bizim və sizin azadlığınız uğrunda Mübarizə cəbhəsi zəif və dağınıq halda fəaliyyət göstərirdi.
1941-ci il dekabrın sonunda Varşava ətrafına paraşütlə bir dəstə polyak kommunisti təşəbbüs qrupu endirildi. Həmin qrup, Kominternin İcariyyə komitəsindən partiyanı bərpa etmək səlahiyyəti almışdı. 1942-ci il yanvarın 5-də Polşa Fəhlə Partiyası (PFP) yaradıldı. O, bütün vətənpərvər qüvvələri düşmənə qarşə mübarizədə geniş antifaşist demokratik cəbhədə birləşməyə çağırdı. PFP mühacir hökumətini tanımağa, Krayovo Ordusu və Deleqatura – gizli hökumət, nümayəndəlik ilə hüquq bərabərliyi şəraitində əməkdaşlıq etməyə hazır olduğunu bildirdi. 1943-cü ilin payızına qədər kommunistlər Polşanın müharibədən sonrakı inqilabi dəyişikliklər proqramını irəli sürmürdülər. Onlar belə hesab edirdilər ki, vətəni azad etmək üçün bütün vətənpərvər qüvvələr hitlerçilərə qarşı silahlı mübarizə aparmaq məqsədilə birləş- məlidilər. 1943-cü ildə Deleqatura gizli – hökumət-nümayəndəlik ilə başlanmış danışıqlar heç bir nəticə vermədi.
PFP özünün xüsusi hərbi təşkilatını – Qvardiya Lyudovonı (QL) yaratdı, 1944-cu ildən Lyudovo Ordusu adını aldı. Onun tərkibində polyaklarla yanaşı əsirlikdən qaçmış sovet hərbçiləri də vuruşurdu. İlk əvvəl əsas diqqət partizan müharibəsinin aparılmasına yönəlmişdi. Qvardiya Lyudovanın ilk partizan dəstəsi hələ 1942-ci ilin mayında təşkil edilmişdi. Sayına görə Lyudovo Ordusu Krayovo Ordusundan az idi, işğalın axırına yaxın onun sıralarında 60 min döyüşçü vuruşurdu. 1944-cü ildə Lyudovo Ordusu xeyli fəallaşdı, çünki onun dəstələri SSRİ-də yaradılmış Polşa partizan qərargahından silah almağa başlamışdı.
1939-cu ilin sentyabrında Sovet hökumətinin atdığı addımları Polşa hökuməti təcavüz hesab etdiyindən 1941-ci il iyulun sonlarına qədər SSRİ ilə dipolmatik münasibətlər saxla- mırdı, o Almaniya kimi Polşanın düşməni hesab olunurdu. Almaniya ilə imzalanmış 1939-cu il sentyabr müqaviləsi ilə sovet dövləti polyakların hər hansı milli-azadlıq cəhdinə imkan ver- məmək haqqında öhdəlik götürmüşdü. Lakin 1940-cı ilin sonlarından başlayaraq polyaklara qarşı repressiyaları azaltdılar və onların tərkisilah edilmiş zabitlərinə Sovet Ordusu daxilində hərbi hissələr təşkil etməyə icazə verdilər.
Polşa-Sovet münasibətlərində dönüş Almaniyanın SSRİ-yə hücumundan sonra başlandı. İngiltərəyə arxalanan V.Sikorski, hökumətin və siyasi qüvvələrin SSRİ ilə qarşılıqlı əmək- daşlığa razılığını ala bildi. 1941-ci il iyulun 30-da bağlanan müqavilədə diplomatik münasi- bətlərin bərpa edilməsi, SSRi-də məhkum olunmuş bütün polyaklara amnistiya verilməsi, Polşanın ərazi dəyişikliklərini nəzərdə tutan Almaniya ilə bağlanmış bütün müqavilələrin ləğv edilməsi, SSRİ-də sovet komandanlığına tabe olan Polşa ordusunun yaradılması nəzərdə tutulurdu. Polşa-Sovet sərhədləri məsələsində mövqelər üst-üstə düşmədiyindən onun həlli sonraya saxlanıldı. Lublyankadakı Moskva həbsxanasından azad edilən general Vladislav Andersin SSRİ-dəki Polşa ordusu əsasən keçmiş hərbçilərdən təşkil olunmuşdu. Lakin onlar sovet-alman cəbhəsində gedən döyüşlərdə iştirak etmədilər. 1942-ci ildə Polşa və Böyük Britaniyanın təkidinə əsasən bu qoşunlar Yaxın Şərqə göndərildi. SSRİ-ni 113 min hərbiçi və onların 31 min nəfər ailə üüzvləri tərk edərək İrana köçürüldü. Almanların Stalinqrada və Qafqaza can atdığı ağır bir vaxtda atılan bu addım Polşa-Sovet münasibətlərini həddən artıq gərginləşdirdi. Sərhədlər məsələsində, Polşanın şərq torpaqlarında qeyri-polyak əhalisinin vətəndaşlığı, Şərq cəbhəsində polyak ordusundan istifadə məsələsində ziddiyyətlər meydana çıxdı.
1943-cü ilin aprelində almanlar Xatında XDİK-in güllələdiyi Polşa zabitlərinin qəbristanlığının tapıldığını bütün dünyada elan etdilər. Sovet rəhbərliyi bu ittihamı rədd etdi və bu işi almanların boynuna atdı. V.Sikorski hökuməti Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə məkanı tədqiq etməyi xahiş etdi. Sovet hökuməti polyakların Antihitler koalisiyasını dağıt- maq cəhdinə və Hitlerlə gizli danışıqlarda günahlandıraraq 1943-cü il aprelin 25-də birtərəfli qaydada Polşa Mühacir hökuməti ilə bütün əlaqələri kəsdi. Faktlar təsdiq edir ki, Smolensk
ətrafındakı Xatın meşəsində 4,5 min polyak zabit və əsgəri öldürülüb. Müharibədə dönüş və Polşanın işğalından azad olunması real xarakter almağa başlayanda SSRİ-nin müttəfiqi Polşa sol qüvvələri oldu. Bu sol qüvvələr 1943-cü ildə SSRİ-də təşkil edilmiş Polşa vətənpərvər- lərinin İttifaqı və onun təsiri altında yaranan hərbi hissələr, diviziya, korpus və ordu idi. Polşada isə bu qüvvələr sırasında Vladislav Qomulka başda olmaqla Polşa Fəhlə Partiyası (PFP), onun təşəbbüsü ilə yaradılmış gizli parlament və hakimiyyət orqanı Krayova Rada Narodova daxil idi ki, onun da tərkibinə digər sol qüvvələrin nümayəndələri sol sosialistlər, sol kəndli xadimləri, müharibədən əvvəlki demokratik klubların nümayəndələri, gizli həm- karlar ittifaqları və s. həmçinin Lyudovo Ordusu daxil idi. KRN-ya Kominternin müharibədən
əvvəlki agenti Boleslav Berut başçılıq edirdi. 1944-cü ilin ilk yığıncağında KRN SSRİ və antihitler koalisiyasına daxil olan digər ölkələrlə sıx əlaqə yaradacaq azad və demokratik Polşa uğrunda mübarizə aparacağını elan etdi. KRN-in yaradılması ilə Polşa Müqavimət hərəkatını Polşanın müharibədən sonrakı daxili və xarici siyasəti problemlərinə fərqli yanaşan bir-birinə zidd iki qrupa parçalanmış oldu. PFP və onun müttəfiqləri xalq-demokratik dövləti konsepsiyasına üstünlük verir və burada siyasi hakimiyyətin fəhlə sinfinə və zəhmətkeşlərin qeyri-proletar təbəqəsinə – kəndlilərə, şəhər xırda burjuaziyasına məxsus olmasını nəzərdə tuturdular. 6sas müttəfiq kimi onlar SSRİ-ni görür, sərhədlərin isə etnik prinsip üzrə müəyyən olunmasını irəli sürürdülər.
Sol qüvvələr London cəbhəsinə – Mühacir hökumətinə nisbətən zəif idilər, lakin Polşanın Qızıl Ordu tərəfindən azad olunması, həmçinin qərb müttəfiqlərinin Mərkəzi və Cənub-Şərqi Avropada SSRİ-yə üstünlük verməsi, onların xeyrinə olan amil idi. Polşa kommunistləri PSP və sovet partizanları ilə sıx əlaqə saxlayırdılar. Belarusiyanın azad edil- məsi uğrunda həyata keçirilən “Baqration” əməliyyatı gedişində Qızıl Ordu və onunla birgə fəaliyyət göstərən Polşa hərbi hissələri 1944-cü ilin iyulunda 1941-ci ilin dövlət sərhəddinə çıxdılar.1944-cü ilin mayından iyuluna qədər Moskvada işğal olunmuş Polşadan gələn KRN nümmayəndələri, Polşa vətənpərvərləri ittifaqı və Sovet rəhbərliyi arasında danışıqlar getdi. İyulun 21-də Qızıl Ordu və Polşa Ordusu hissələri Buq çayını keçib Polşa ərazisinə girdilər. Elə həmin gün Moskvada Polşa Milli Azadlıq Komitəsi (PMAK) yaradıldı, Edvard Osubka- Moravski onun başçısı oldu. Krayova Rada Narodova isə Polşa parlamenti elan olundu. İyulun 21-də KRN Polşa ordusu ilə Lyudovo Ordusunun birləşdirilərək vahid Polşa Ordusu yaradılması haqqında dekret verdi. Beləliklə, Polşanın azad olunması ərəfəsində sol qüvvələrin dövlət hakimiyyəti orqanları, silahlı qüvvələri, PMAK-in de-fakto tanımış SSRİ- nin simasında güclü müttəfiqi var idi.
1944-cü il iyulun 22-də PMAK Moskva radiosu ilə Manifestlə xalqa müraciət etdi, yeni hökumətin proqramı elan olundu. Mühacir hökuməti və onun deleqaturası xalqın etimad göstərmədiyi 1935-ci il Konstitusiyasına istinad etdiyi qeyri-qanuni hakimiyyət elan olundu. Demokratik düşərgə ölkənin talehi və mühüm sosial-siyasi dəyişikliklərin həyata keçirilməsi məsuliyyətini öz üzərinə götürərək xalqı alman işğalçılarına qarşı birgə mübarizəyə çağırırdı. 1921-ci il Konstitusiyasına əsasən islahatlar nəzərdə tutulurdu. 6vvəlki əsrlərdə almanlar tərəfindən Polşanın qərbdə və şərqdə işğal olunmuş əzəli torpaqlarının geri qaytarılması tələbləri irəli sürüldü. Manifestdə Polşada demokratik azadlıqlar elan olunur, almanların və vətən xainlərinin əmlakı dövlətin idarəçiliyinə verilir, bütün qüvvələr hitler Almaniyasının qəti darmadağın edilməsi üçün səfərbərliyə alınırdı.
Polşada təşəbbüsün sol qüvvələrin əlinə keçməsi London mühacir hökumətini narahat edirdi. Mühacir hökumətinin “Tufan” (“Бypя”) əməliyyatlarının köməyi ilə keçmiş şərq tor- paqlarına Polşanın qanuni iddiasını SSRİ-yə qəbul etdirmək cəhdi uğursuzluqla nəticələndi.
Bu plana əsasən Krayovo ordusunun hissələri Qızıl Ordunun hücum əməliyyatlarında iştirak edərək bir sıra şəhərlərin, o cümlədən Vilnüs və Lvov kimi iri şəhərlərin azad edilməsində iştirak etdi. Gizli fəaliyyətdən çıxmış deleqaturanın şöbələri özünü burada ərazilərin sahibi kimi aparmağa cəhd edirdi. Sovet tərəfi bu cəhdi qeyri-qanuni hesab etdi. Krayovo Ordusu hissələrinə Polşa Ordusunun tərkibinə daxil olmaları təklif edildi, rədd cavabı alındıqda onlar tərksilah edilir və mühacirətə göndərilirdi. İçdikləri anda sadiq qalan Krayovo ordusu hissələrinin çoxu gizli fəaliyyətlərini davam etdirməyi üstün tutdular.
Polşada iyul hücumunun gedişində Qızıl Ordu hissələri Varşavadan cənubda Visla xəttinə çıxdılar və hətta onun sol sahilində bir neçə məntəqəni də tutdular. Varşavadan alman idarə və müəssisələrinin köçürülməsi başlandı. Şərqdə darmadağın edilmiş və şəhərdən köçən almanlar arasında narahatlıq duyulurdu. Lakin iyulun sonunda vəziyyət normallaşdı. Alma- niyanın tank birləşmələri hissələri rus qoşunlarının hücumunu saxlayıb, onları Varşavadan geri atdılar. Sovet komandanlığı yaxın aylarda Varşava istiqamətində yeni qüvvələr cəmləş- dirməyi planlaşdırmırdı. Avqust ayında Balkanlarda strateji hücum planlaşdırıldığından canlı qüvvə və texnika ora atılırdı. Sovet qoşunları Rumıniyaya, sonra Bolqarıstana və kommunist meylli müqavimət hərəkatının fəaliyyət göstərdiyi Yuqoslaviyaya daxil oldu. Qızıl ordunun növbəti hədəfi Macarıstan oldu. Beləliklə, Balkanlar tədricən sovet təsiri altına düşərək kommunistlərin əsas yer aldığı yeni hökumətlərin yaranmasına səhnə oldu.