Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Polşa 1945-1989-cu illərdə



Yüklə 1,22 Mb.
səhifə90/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   86   87   88   89   90   91   92   93   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Polşa 1945-1989-cu illərdə




Polúa inqilabi dayiúikliklar dövründa. 1944-1948-ci illar. İkinci Dünya müharibəsində Polşa torpaqlarına alman və sovet təcavüzü sayəsində Reç Pospolitanın 6 milyon vətəndaşı, o cümlədən 3 milyon nəfər yəhudi həyatını itirdi. Ölənlərin bir hissəsi polyak mənəviyyatının daşıyıcıları olan ziyalılar idi, belə ki, ölkə 1939-cu ilə kimi yetrişdirdiyi ali təhsilli əhalisinin 38 faizini itirmişdir. Müharibə Polşanın şəhər və qəsəbələrini xaraba qoymuşdur. Varşavanın solsahil hissəsinin 75 faizi məhv edilmiş, Qdansk və Vroslav şəhərləri yerlə-yeksan edilmişdir. Visla, Oder, Narva və Buq çayı üzərindəki bütün körpülər demək olar ki, məhv edilmişdir. Hərbi əməliyyatların gedişində küllü miqdarda milli mədəniyyət abidələri, incəsənət əsərləri, kitabxana və muzeylər və s. məhv və ya qarət edildi.
Moskvada yaradılan Polşa Milli Azadlıq Komitəsi – PMAK 1944-cu il iyulun axırında KO dəstələrindən təmizlənmiş Lyublinə gələrək sentyabrda “Lyublin Polşası” hökuməti kimi yeni hakimiyyətin sosial bazasını yaratmaq məqsədilə aqrar islahat keçirməyi qarşısına məqsəd qoydu. Qəbul edilən dekretə əsasən almanların və onlarla iş birliyi quran xainlərin torpaqları, eyni zamanda 100 hektardan çox torpaq sahəsi müsadirə olundu. Ölkənin mərkəz, cənub və şərq vilayətlərində əkin sahəsi 50 hektardan çox olan torpaqlar müsadirə edildi, müsadirə edilmiş torpaqlar simvolik ödəmə şərtilə kəndlilərə verildi. Torpaqları kəndlilərə verən kommunistlər onların dəstəyinə ümid edirdilər. Almanlar tərəfindən ələ keçirilmiş sənaye müəssisələri öz əvvəlki sahiblərinə qaytarılmalı idi və müvəqqəti olaraq dövlətin idarəçiliyinə verildi.
Yeni dövlət aparatı əsasən Krayova Rada Narodova (KRN) daxil olan siyasi partiyaların nümayəndələrindən formalaşdırıldı. 1944-cü ilin sonunda PMAK sovet dövlətinin yardımı ilə Polşa respublikasının müvəqqəti hökumətinə çevrildi ki, bu da dünyaya yeni rejimin sta- billəşməsini nümayiş etdirməli idi. Polşada vəziyyəti gərginləşdirən o idi ki, ABŞ və Böyük
Britaniya hələ də ölkədə güclü təsirə malik olan Polşa Mühacir hökumətini tanıyırdılar. Polşada ikihakimiyyətliliyə son qoymaq üçün 1945-ci il Yalta konfransında Müvəqqəti hökuməti London düşərgəsindəki demokrat əhval-ruhiyyəli siyasətçilər hesabına genişlən- dirmək və onu Müvəqqəti Milli Birlik Hökumətinə çevirmək qərara alındı. Eyni zamanda İ.V.Stalin tərəfindən ölkənin Oder və Neyse çayları boyunca yerləşən qərb sərhədləri haqqında məsələ də irəli sürüldü. Polşaya Şərqi Prussiyanın da bir hissəsi keçməli idi. Polşa dövlətinə “Şimalda və qərbdə ərazilərinin əhəmiyyətli dərəcədə artması vəd edilmişdir.”
Yalta razılaşması nəticəsində Polşa Avropada Sovet təhlükəsizliyi sisteminin əsas həlqələrindən birinə çevrildi. 1945-ci il aprelin 21-də imzalanmış dostluq, qarşılıqlı yardım və müharibədən sonra əməkdaşlıq haqqında Polşa-Sovet müqavilsi bu əlaqələri daha da möhkəmləndirdi.Yalta konfransında qəbul edilən qərarlar Polşa Fəhlə Partiyası və onun müttəfiqlərinin mənafeyini təmin edirdi. Onlar Polşadakı yeni hakimiyyətin beynəlxalq aləmdə tanınmasına nail ola bildilər.
1945-ci ilin iyununda Müvəqqəti Milli Birlik Hökuməti yaradıldı. Hökumətin başçısı vəzifəsinə əvvəllər Polşa Milli Azadlıq Komitəsinin (PMAK) və Müvəqqəti hökumətin başçısı olmuş sol sosialist E.Osubka-Moravski təyin edildi. Onun müavinləri vəzifəsini isə V.Qomulka (PFP) və London hökumətinin keçmiş başçısı, sonralar hökumətin tərkibindən çıxaraq Polşaya qayıtmış S.Mikolayçik oldular. Stanislav Mikoloyçiki Polşada təntənəli şəkildə qarşıladılar. S.Mikolayçik özünün yeni partiyasını, tezliklə ölkənin böyük siyasi təşkilatına çevrilmiş Polşa Xalq Partiyasını yaratdı ki, bu da PFP-nin və onun müttəfiqlərinin siyasəti ilə razılaşmayan bütün qüvvələrin bu partiya ətrafında cəmləşməsinə səbəb oldu. Xalq mühacir hökumətin keçmiş baş nazirinin kommunistlərə qarşı dura biləcəyinə inanırdı.
PFP hesab edirdi ki, birləşmiş sol partiyalar (PFP, sosialist, kəndli və demokrat) həm SSRİ-nin, həm də burjua ölkələrinin sosial-iqtisadi quruluşundan fərqli cəmiyyət qura bilər. Onun iqtisadi bazası çoxukladlı iqtisadiyyat olmalı idi. Cəmiyyətin siyasi əsasını PFP-nin aparıcı rolu saxlanılmaqla məqsədləri yaxın partiyaların bloku təşkil etməlidir. Bu yolla təşkil edilmiş cəmiyyət yavaş-yavaş sosialist yenidənqurmasına doğru irəliləməli idi. Xarici siya- sətdə yeni Polşa SSRİ-yə meyilli olmalı idi, bu konsepsiyanın daha ardıcıl tərəfdarı PFP MK- nın baş katibi V.Qomulka (1905-1982) idi. Lakin partiyanın rəhbər və sıravi üzvlərinin hamısı onu dəstəkləmirdi.
S.Mikolayçik və onun əhatəsi istehsal vasitələri üzərində xüsusi mülkiyyətin və siyasi qüvvələrin müstəqil fəaliyyət göstərə biləcək liberal-demokratik quruluşun tərəfdarı idi. Xarici siyasətdə o Qərb meyilli siyasət tərəfdarı idi.
1946-cı il iyunun 30-da ümumxalq referendumu keçirildi. Referendumda əhali senatın gələcək parlamentdə ləğvinə, torpaq islahatına və sənayenin əsas sahələrinin milliləşdirilmə- sinə, həmçinin yeni qərb sərhədləri kimi məsələlərə münasibətini bildirməli idi. 6slində söh- bət sol qüvvələrin ötən iki ildə həyata keçirdikləri əsas siyasi və sosial-iqtisadi dəyişikliklərə cəmiyyətin münasibətinin aydınlaşdırılmasından gedirdi. Referendum iştirakçılarının əksəriy- yəti sualların hamısına, xüsusən ikinci və üçüncü suallara müsbət münasibət bildirdilər.
1947-ci il yanvarın 19-da Qanunverici seymə seçkilər keçirildi. Səsvermə otaqlarında hərbi və polis dəstələri yerləşdirilmişdir. Fəhlələrə və əsgərlərə Polşa Fəhlə partiyasına və onun müttəfiqlərinə səs vermələri tapşırılmışdır. Hökumətin tədbirlərinə baxmayaraq, əhalinin böyük əksəriyyəti PKP-yə səs verdi. Lakin buna baxmayaraq rəsmi məlumatlara əsasən seçkilərdə əhalinin 90 faizinin iştirak etdiyi, “Blokun” partiyalarının 80 faiz, PKP-nin isə 20 faiz səs qazandığı elan edildi. Polşa bilavasitə SSRİ-nin nüfuz dairəsinə daxil olduğundan Qərb səfirlikləri də seçkinin nəticələrinə heç bir münasibət bildirmədi. 1952-ci ilə kimi fəa- liyyət göstərən kiçik Konstitusiya qəbul edildi. Seym ölkənin prezidenti vəzifəsinə PFP-nin üzvü, Krayova Rada Narodovanın başçısı Boleslav Berutu seçdi. Nazirlər Şurasının sədri kommunistlərin tərəfdarı PSP-nin üzvü Yuzef Sirankeviç oldu.
Artıq 1946-ci ildə Antihitler koalisiyasının qarşı-qarşıya duran hərbi-siyasi bloklara parçalanmasının əlamətləri görünməkdə idi. Sovet rəhbərliyinin Qərbi Avropada kommu- nistlərin dinc yolla hakimiyyətə gələcəyi haqqında ümidləri özünü doğrultmadı. Qərb siya-
sətçiləri Mərkəzi Avropada sərhədlərin qəti şəkildə müəyyənləşdirildiyinə, xüsusilə Polşa- Alman sərhədinə şübhə ilə yanaşmağa başladılar. Keçmiş antihitler koalisiyası müttəfiqləri arasında gələcək Almaniya barədə müxtəlif baxışlar meydana gəldi.
Beynəlxalq kommunist hərəkatında sosializmə doğru irəliləyişin milli yolları axta- rılmasından imtina etmək tendensiyası meydana gəlmişdir. 1947-ci ilin sentyabrında Polşada Bolqarıstan, Macarıstan, İtaliya, Polşa, Rumıniya, SSRİ, Fransa, Çexoslovakiya və Yuqosla- viya kommunist partiyaları nümayəndələrinin müşavirəsi keçirildi və burada İnformasiya bürosu (Kominform) yaradıldı. Tezliklə o, təcrübə mübadiləsi orqanından müttəfiqlərin Moskva ilə hərbi-siyasi müqavilələr bağlaması ilə əlaqədar olaraq Mərkəzi və Cənubi-Şərqi Avropa ölkələri kommunist partiyalarının fəaliyyətinə rəhbərlik mərkəzinə çevrildi. Belə ki, sovet nümunəsi əsasında sosialist cəmiyyəti qurmaq məsələsində blokdan olan kommunist partiyalarına kömək etmək Kominftorunun əsas vəzifəsinə daxil idi. Kommunistlər Polşada terroru gücləndirərək xalqı təbliğat təsiri altına aldılar.
1948-ci ildə “sağmillətçilik təmayülündə” günahlandırılan V.Qomulka PFP MK-nın baş katibi vəzifəsindən uzaqlaşdırıldı. Onun yerini B.Berut (1892-1956) tutdu, eyni zamanda o, 1948-ci ilin dekabrında Polşa Xalq Partiyası və Polşa Fəhlə Partiyasının birləşməsi nəticəsində yaranan Polşa Birləşmiş Fəhlə Partiyası MK-nın katibi vəzifəsini də ələ keçirdi. Boleslav Berut Polşanın tez bir zamanda “sosializm quruculuğu” və “kapitalizmin qalıqları ilə barışmaz mübarizə” yoluna keçəcəyini bildirdi.
6sl soyadı Bernatski olan Berut Boleslav 1882-ci ildə kəndli ailəsində anadan olmuş- dur. 1912-ci ildən Polşa Sosialist partiyasının sol qanadının, 1918-ci ildən Kommunist parti- yasının üzvüdür. 1928-1930-cu illərdə Moskvada Beynəlxalq Lenin məktəbinin dinləyicisi olub, XDİK-ğı ilə əməkdaşlıq edib. 1930-cu illərdə Kominternin işçi cəsusu kimi Polşa, Bolqarıstan, Çexoslovakiya və Avstriyada fəaliyyət göstərib. 1933-cü ildə Polşa hakimiyyət orqanları tərəfindən XDİK-nın cəsusu kimi həbs edilərək 7 il həbs cəzası alıb. İkinci Dünya müharibəsi başladıqdan sonra SSRİ-də peyda olaraq Sovet kəşfiyyatına işləməyə başlayıb. 1943-cü ildə işğal olunmuş Polşaya qayıdaraq ölkə üzərində kommunist nəzarətinin bərqərar olmasında iştirak etmişdir. 1943-1944-cü illərdə Polşa Fəhlə Partiyasının Katibliyinin, 1944- 1956-cı illərdə sonradan Polşa Birləşmiş Fəhlə partiyasının Siyasi Bürosunun üzvü olmuşdur. Polşada İ.Stalin siyasətinin ardıcıl davamçısı kimi siyasi rəqiblərinə qarşı amansızlığı ilə seçilmişdir. 1948-ci ilin oktyabrından PBFP MK-nın Karibliyinin sədri, 1954-cü ilin martın- dan MK-nın Birinci katibi olmuşdur. Eyni zamanda 1947-1952-ci illərdə Polşanın prezidenti və Dövlət Şurasının sədri, 1952-1954-cü illərdə Polşa Xalq Respublikası Nazirlər Sovetinin sədri işləmişdir. Moskvada Sov. İKP-nin XX qurultayından dərhal sonra mart ayının 12-də məlum olmayan səbəbdən vəfat etmişdir.
Beləlikə, Polşa B.Berutun rəhbərliyi ilə Sovet modeli əsasında sosializm quruculuğu kursunu həyata keçirməyə başladı. 1949-cu ilin noyabrında Sovet marşalı, milliyətcə polyak K.K.Rokossovski Polşanın Hərbi naziri və silahlı qüvvələrin Ali Baş komandanı təyin olundu. Sovet zabitləri Polşa ordusunun ali komanda heyətində daha çox yer tutdu. 1953-1955-ci illərdə Polşa ordusuna məsləhətçi adı altında 150 nəfər sovet zabiti göndərilmişdir. Sovet təhlükəsizlik orqanları tərəfindən polyak ordu hissələrinə tam nəzarət etmək məqsədilə 1948- 1951-ci illərdə cəsusluq və hakimiyyəti devirmək iddiası ilə generallar S.Tatar, Y.Kuropeska, F.German, E.Kirxmayer, S.Mossor və bir qrup ali polyak zabiti məhkəmə məsuliyyətinə cəlb olundu. Müxtəlif müddətə cəza almalarına baxmayaraq 1956-cı ildə onların hamısı bəraət aldı.
Polşanın hakim dairələri Sovet İttifaqında olduğu kimi rejimə qarşı müxalif mövqe tutan katolik kilsəsinə qarşı mübarizəsini sərtləşdirdi. Lyublin Universitetinin ilahiyyət fakültəsi bağlandı. 1950-ci il aprelin 14-də hökumətlə katolik yepiskopluğu arasında bağlanan sazişə
əsasən Roma papası Polşada yalnız din, əxlaq və kilsə hüququ məsələləri ilə məşğul ola bilərdi. Bu əslində hökumətin katolik kilsəsinin əhali, xüsusilə gənclər arasında artan nüfuzunun qorxusu qarşısında atılan rəsmi addım idi. Belə ki, 1952-ci ildə Polşada 10 min dünyəvi keşiş, 8 min rahib və 22 min rahibə mövcuddur ki, bu da cəmiyyətə təsir edən böyük
qüvvədir. Kommunist rejiminin total siyasətinin əleyhinə olan bu qüvvəni zərərsizləşdirmək məqsədilə saxta işlər təşkil edən təhlükəsizlik orqanları 1951-ci ilin avqustunda Kelets yeparxiyasının ksöndzin, yəni polyak katolik keşişin, 1953-cü il yanvarın 21-27-də Krakov yeparxiyasının ksöndzin həbs edərək onları amerikan imperializmi və Vatikanın xeyrinə cəsusluqda ittihm etdilər. Katolik kilsəsi üzərinə genişmiqyaslı hücumun son həddi kimi 1953-cü il sentyabrın 25-də Polşanın priması kardinal Stefan Vışinskinin hakimiyyət orqanları tərəfindən həbs edilməsini misal göstərmək olar. Varşava-Qneznensk arxiyepiskop-mitropoliti Vışinski Stefan 1901-ci ildə Buq üzərindəki Zuzel kəndində anadan olmuşdur. 1912-1915-ci illərdə Varşava gimnaziyasında, Vlotslavek dini seminariyasında təhsil almışdır. Sonra Lyublin Universitetinin kilsə işləri üzrə fakültəsində hüquq və ictimai elmlərdən namizədlik dərəcəsi alıb. 1944-cü il avqustun 1-də Varşava üsyanı zamanı Krayovo ordusunun “Kam- pinos” hissəsində kapellan, yəni keşiş köməkçiliyi edib. Kardinal Xlondun ölümündən sonra 1948-ci il oktyabrın 22-də Polşa Yepiskopluğu onu Qneznensk və Varşava arxiyeniskopu və mitropoliti seçmişdir. 1952-ci ildən kardinal olan S.Vışinski həbs edilərək Qrudzyondzo altındakı həbsxanada, sonra isə ayrı-ayrı kilsələrdə saxlanılmışdır. 1956-cı il oktyabrın 26-da həbsdən azad edilmiş, 1981-ci ildə dünyasını dəyişmişdir.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin