Verbal ve qeyri-verbal kommunikasiya
“Kommunikasiya” latın mənşəli termin olub, rabitə, əlaqə, ünsiyyət mənalarını ifadə edir. Kommunikasiya insanın həyatının və fəaliyyətinin əsasını təşkil edir, onu müxtəlif sahələrdə müşayiət edir. Kommunikasiyasız, ünsiyyətsiz heç bir fəaliyyət mümkün deyil. Bütün peşə sahibləri - müəllim, həkim, sahibkar, inşaatçı, satıcı öz işini yerinə yetirərkən ünsiyyət qurmağa, danışıqlar aparmağa, sual verməyə, cavab almağa məcburdur. Deməli, insanın peşəkar fəaliyyətinin uğuru düzgün kommunikasiyadan asılıdır.
Kommunikasiya, ünsiyyət əsasən, iki yerə ayrılır:
1. Verbal kommunikasiya- dil, nitq vasitəsilə həyata keçirilir. Yəni hər bir insan nitq vasitəsilə ünsiyyət qurur, fikir və düşüncələrini ifadə edir.
2. Qeyri-verbal kommunikasiya- dilin, nitqin köməyi olmadan həyata keçirilir. Bu zaman qeyri-verbal vasitələrdən istifadə olunur. Bura mimika və jestlər, səs tonu, intonasiya, fasilə, gülüş və s. aid edilir.
Verbal kommunikasiya
Verbal kommunikasiyanın (nitqin) iki növü mövcuddur:
1. Tarixən ən qədim hesab olunan şifahi kommunikasiya (nitq).
2. Yazının meydana gəlməsindən, xüsusilə əlifba yarandıqdan sonra meydana gələn yazılı kommunikasiya (nitq).
Şifahi və yazılı nitqin özünəməxsus fərqli cəhətləri vardır:
1. Şifahi nitq daha əvvəl, hələ əlifba və yazı meydana çıxmamış, yazılı nitq isə daha sonra, şifahi dilin yazıya köçürülməsi yolu ilə yaranmışdır.
2. Şifahi nitq danışılır və eşidilir, yazılı nitq isə yazılır və oxunur.
3. Şifahi nitqdə həmsöhbətlər bir-birini görür və eşidirlər. Yazılı nitqdə isə şifahi nitqdən fərqli olaraq danışan öz həmsöhbətini görə bilmir, onu yalnız xəyalən təsəvvür edə bilir.
4. Yazılı nitqdə şifahi nitqdən fərqli olaraq fikri daha aydın ifadə etmək və mətnin üzərində düzəlişlər aparmaq üçün vaxt imkanı vardır.
5. Şifahi nitq leksikasında hamıya aydın, ümumişlək sözlər, yazılı nitqdə isə terminlər üstünlük təşkil edir.
6. Şifahi nitqdə cümlələr əsasən qısa və quruluşca sadə olur, yazılı nitqdə isə əksinə, uzun və mürəkkəb cümlələrdən istifadə olunur.
7. Şifahi nitqin tempi çox sürətlidir, yazılı nitqin sürəti isə xeyli zəifdir.
8. Şifahi nitq orfoepik normalara tabedir, burada nitqi daha aydın edən imkanlardan- intonasiya, vurğu, fasılə, həmçinin, mimika və jestlərdən istifadə edilir, yazılı nitq isə orfoqrafik normalara tabe olur, burada durğu işarələrinin yerli-yerində işlənməsinə diqqət yetirilir.
9. Yazılı nitqi şifahi nitqdən fərqləndirən cəhətlərdən biri ondan ibarətdir ki, yazılı nitqin köməyi ilə biz öz fikrimizi, istək və arzularımızı müəyyən məsafədən istədiyimiz adamlara çatdıra bilirik.
10. Yazılı nitq məlumatın, informasiyanın, elmi nailiyyətlərin, fikir xəzinəsinin nəsildən-nəslə ötürülməsində əsas rol oynayır. Məsələn, Nizami, Füzuli kimi ölməz sənətkarların söz xəzinəsi bizə yazılı nitqin köməyilə çatdırılmışdır.
Nitqin əsasən üç növünü göstərirlər:
Dostları ilə paylaş: |