Söhbət("dialektik") səciyyəsi



Yüklə 28,74 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü28,74 Kb.
#35538
1   2   3   4   5
SOKRAT

İdeyaları.Platon hesab edirdi ki, bizim yaşadığımız və duyduğumuz dünya gerçək deyil, çünki dəyişkəndir. Bütün şeylərin əsl mahiyyəti onların görüntülərində yox, səbəblərində və ya ideyalardadır. Deməli, bu dünyada hər bir şey ideya ilə müqayisədə tanınır. İdeyalar sanki qəliblərə bənzəyir, hər şey onların formalarında olur.Platona görə bu dünyanı yalnız ideyalar aləmini dərk etməklə anlatmaq mümkün deyildir. Hər şey müvəqqəti və keçici olduğuna görə, burada “varlıq”dan başqa “yoxluq” da vardır. Bununla da o, Parmenidesin fəlsəfəsinə zidd getmiş, yoxluğun maddə olduğunu, ideyaların isə onda təcəssüm etdiyini iddia etmişdir.

Onun fikrincə, ideyaları maddi aləmdə təzahür etdirən və onları əlaqələndirməyə çalışan bir tanrı vardır. Bu tanrı “Demuirqos”dur(yun.”sənətkar”) Ancaq nə ideyalar, nə də maddə ondan asılı deyildir. Çünki, onları o yaratmamışdır. Demiurqos əbədi olan ideyaları onun təzahürləri ilə uyğunlaşdırmışdır. Bu baxımdan Demiurqosu “yaradıcı” adlandırmaq olar.



  • Platon fəlsəfədə idealizm cərəyanının(“Platonxətti”)banisi hesab olunur.Onun təliminin nüvəsini ideyalar nəzəriyyəsi təşkil edir.Bu nəzəriyyənin əsas müddəaları belədir:

  • Maddi şeylər dəyişkən və müvəqqəti olub,müəyyən zamandan sonra mövcudluqlarını başa vururlar;

  • Ətraf aləm (“şeylərdünyası”)də müvəqqəti və dəyişkən olub, gerçəklikdə müstəqil substansiya kimi mövcud deyillər;

  • Gerçək olaraq yalnız xalis(qeyri-cismani)ideyalar(və yaxud,eydoslar) mövcuddur;

  • Xalis (qeyri-cismani) ideyalar həqiqi,əbədi və daimidir;



  • Platona görə ruhların ağıllıqəzəbli və nəfsi səviyyələri vardır. Ağıllı səviyyə insanı ideyalar aləminə yaxınlaşdırır, onun mənəviyyatının əsasında durur və onu həmişə xeyrə yönəldir. Qəzəbli səviyyə onu nizamlayır və çətinliklərə qarşı dözümlü edir. Nəfsi səviyyə isə insanı maddi aləmə bağlayır, onu geriyə çəkir və ideyalar aləmindən uzaqlaşdırır. Durumdan asılı olaraq insanlarda bəzən ağıllı, bəzən qəzəbli, bəzən isə nəfsli səviyyə üstün oluQeyd etmək lazımdır ki, Platon reinkarnasiyaya da inanırdı. O hesab edirdi ki, öz əməllərinə görə insan gələcək həyatda müxtəlif bədənlərdə yeni həyat qazanacaqdır. Ancaq, yetkinlik səviyyəsinə çatmış ruhlar əbədi olaraq bu dünyadan ayrılır və ideyalar aləmi ilə qovuşur.



  • Platon öz fəlsəfəsində dövlət və cəmiyyət məsələlərinə də böyük əhəmiyyət vermişdir. Bu məsələlər əsasən insan və ruh fəlsəfəsi aspektində açıqlanır.Platon insanları üç təbəqəyə bölmüşdür.

  • Birinci təbəqədə ağıl sahibləri olan insanlar yer almaqdadır. Çünki, onların mənəviyyatında düşüncə digər duyğuları üstələyir.

  • İkinci təbəqəni emosianal insanlar təşkil edir. Onların mənəviyyatında emosianallıq payı daha çox olur.

  • Üçüncü təbəqəni isə dünyaya bağlı olanlar təşkil edirlər.Onların ruhları maddi aləmdən həzz almağa meyllidir.

  • Platona görə bir neçə dövlət quruluşu var.:

  • 1. Aristokratiya — azlığı təşkil edən ən yaxşı vətəndaşların ədalətli hakimiyyəti;

  • 2. Timokratiya — azlığı təşkil edən hərbiçilərin və başqa dəyərli insanların ədalətsiz hakimiyyəti;

  • 3. Oliqarxiya — azlığı təşkil edən varlıların ədalətsiz hakimiyyəti;

  • 4. Demokratiya — çoxluğun həm ədalətli, həm də ədalətsiz hakimiyyəti;

  • 5. Tiranlıq — bir nəfərin ədalətsiz hakimiyyəti;

  • 6. Monarxiya — bir nəfərin ədalətli hakimiyyəti.

Aristotelin həyatı dörd əsas dövrə bölünür:

  • Makedoniyada uşaqlıq və gənclik illəri (384- 367),

  • 1-ci Afina dövrü (367-335)

  • Səyahət illəri (347-335) və

  • 2-ci Afina dövrü (335-323).

Aristotelə görə hər bir ayrı, tək şey - materiya ilə formanın vəhdətidir.Aristotel qədim yunan filosofları içərisində birinci olaraq məntiqi görüşləri sistemləşdirib yeni bilik sahəsi yaratmışdı. O, məntiqi - sübutlar, həmçinin təfəkkürün formalan haqqında elm hesab edirdi.

Aristotel Platonun ideyalar haqqında təlimini tənqid etmişdir. O demişdir:




Yüklə 28,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin