Son illər neft sənayesi yeni yüksək məhsuldarlıqlı və mürəkkəb qazıma maşın və mexanizmləri ilə zənginləşmişdir


I Fəsil 1.1 Etibarlılıq nəzəriyyəsinin əsas anlayışları



Yüklə 36,52 Kb.
səhifə2/4
tarix15.05.2022
ölçüsü36,52 Kb.
#58007
növüQaydalar
1   2   3   4
C fakepathakademik yaz lav

I Fəsil

1.1 Etibarlılıq nəzəriyyəsinin əsas anlayışları
Etibarlılıq- keyfiyyətlə əlaqədar olan müəyyən funksiyaları özündə birləşdirən mürəkkəb bir anlayışdır.

Standartlaşmış termin kimi etibarlılıq daimi inkişaf edir. Etibarlılığa zaman ərzində müəyyən olunmuş bir keyfiyyət kimi baxmaq olar. Az-çox dərəcədə etibarlılıq texniki obyektlərin keyfiyyətinə qoyulan tələbatlara cabab verən kompleks göstəricilərlə təyin olunur. Müasir zamanda etibarlılıqla bağlı 6 bölmədən ibarət 100-dən artıq termini özündə birləşdirən yeni terminologiya işlənilir: əsas anlayışlar, etibarlılıq göstəriciləri, imtina, sınaq, ehtiyat və etibarlılığın təmini üzrə qarant terminləri.

Bir birinin əksi olan işgörmə qabiliyyəti və imtina cütlüyü etibarlılığın əsas göstəriciləri sayılır.

İşgörmə qabiliyyəti – bu obyektin funksional parametrlətinin müəyyən olunmuş qiymətlərində verilmiş funksiyaları yeinə yetirmə qabiliyyətinə deyilir. Digər parametrlər etibarlılıq nöqteyi nəzərdən ikinci dərəcəlidir, yalnız mexanizmin saz olmasına təsir edə bilər ( məs: rəngləmə, maşının bakının tozlanması və.s.)

İmtina – nəticə etibarilə işgörmə qabiliyyətinin itirilməsi hadisəsidir. İmtinalar obyekti funksional imkanlarının ( elementlərin dağılması, sistemin funksional əlaqələrinin qırılması ) və ya funksional parametrlərin buraxıla bilməyən hədlərdə ( məhsuldarlıq üzrə parametrik imtinalar, f.i.ə., dəqiqlik və.s.) itirlməsi ilə əlaqədar ola bilər. İmtinaların növü və kriterisi obyektin konkret sinfinə görə qurulur.

İmtinaların aradan qaldırılması imkanları nöqteyi nəzərincə onları iki sinfə ayırırlar: bərpa olunan və bərpa olunmayan.

Bərpa olunan – bu elə bir obyektdir ki, imtinadan sonra onun bərpa olunması prinsipcə həm mümkündür, həm də nəzərdə tutulur.

Bərpa olunmayan – elə bir obyektdir ki, imtinalardan sonra onun bərpa olunması həm nəzərdə tutulmur, həm də mümkün olmur.

Etibarlılıq buna verilən funksiyaları kifayət dərəcədə yerinə yetirməklə, obyektin müvəqqəti xüsusiyyəti kimi baxılır. Etibarlılıq bir çox elementar xüsusiyyətlərin cəmi kimi xarakterizə olunur: 1. Bərpa olunmayan obyektlər üçün – imtinasızlıq və saxlanılmaq ; 2. Bərpa olunan obyektlər üçün – imtinasızlıq, saxlanılmaq, təmirə yararlılıq və uzunömürlülük.

İmtinasızlıq – obyektin verilmiş iş müddətində işgörmə qabiliyyətini saxlamaq xüsusiyyətinə deyilir. İş müddəti zamanla və ya işin həcmi ilə müəyyən olunur.

Saxlanılmaq qabiliyyəti – bu obyektin istismar göstəricilərini verilən səviyyədə saxlama müddəti, nəql edilmə və bu müddətdən sonra birbaşa istifadəsi zamanı həmin göstəriciləri saxlama qabiliyyətidir.

Təmirə yararlılıq obyektin xəbərdarlıq etmə, müəyyən etmə və ya imtinaları və nasazlığı aradan qaldırmaq xüsusiyyətlərini müəyyən edir. Bu keyfiyyətdən istifadə etmək texniki xidmət və təmir yolu ilə başa gəlir.

Uzunömürlülük – bu obyektin işgörmə qabiliyyətinin onun müəyyən olunmuş vəziyyətinə (aradan qaldırılmaz imtina) qədər texniki xidmət və təmir üçün lazımi fasilələrlə saxlamaq qabiliyyətidir. Bu hal yeyilmə, sınma, təmir və sonrakı istismar üçün iqtisadi cəhətcə əlverişli olmaması nəticəsində baş verə bilər.


Yüklə 36,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin