Son illər neft sənayesi yeni yüksək məhsuldarlıqlı və mürəkkəb qazıma maşın və mexanizmləri ilə zənginləşmişdir


Imtinasızlıq, saxlanılma qabiliyyəti, təmirə yararlılıq və uzunömürlülüyün göstəriciləri



Yüklə 36,52 Kb.
səhifə3/4
tarix15.05.2022
ölçüsü36,52 Kb.
#58007
növüQaydalar
1   2   3   4
C fakepathakademik yaz lav

1.2.Imtinasızlıq, saxlanılma qabiliyyəti, təmirə yararlılıq və uzunömürlülüyün göstəriciləri

Imtinasızlıq göstəriciləri – miqdarı ehtimal xarakteristikalarıdır. Bu göstəricilərdən biri, verilmiş zaman ərzində və müəyyən olunmuş istismar şəraitində imtinasız iş ehtimalıdır. [P (t) ]

İlk imtinaya qədər orta işləmə (və ya təmir olunmayan məmulatlarda – imtinaya qədər) işləmənin miqdarı ilə xarakterizə olunur.

Bərpa olunan obyektlər üçün orta imtinasız ( dayanmadan işləyən ) iş vaxtı imtinalar arası istismarın orta qiyməti ilə müəyyən olunur. Bu göstərici nəinki imtinasızlığı, eyni zamanda, bərpa olunan obyektin keyfiyyətini də xarakterizə edir. İmtinaların intensivliyi bərpa olunmayan məmulatlar üçün vahid zamandakı imtina ehtimalı ilə təyin olunur. İmtina seli – təmir olunan məmulatın vahid zamandakı orta imtinalarının sayıdır.

Uzunömürlülüyün göstəriciləri – resurs və xidmət müddətidir. Resurs obyektin son hədd vəziyyətinə qədər istismarını göstərir. Tam resursda bu son hədd ( sərhəd ) vəziyyətini mümkünsüzlük şərtindən və ya obyektin sonrakı fəaliyyətinin qeyri məqsədə uyğun olması ilə təyin etmək olar. Xüsusi resurs

( ehtiyat mənbəyi ) obyektin texniki sənədlərdə göstərilmiş vəziyyəti ilə təyin oluna bilər. Bu növ xüsusi göstəricilər – ilk təmirə qədərki resurs, təmirarası resurs, orta resurs yalnız uzunömürlülüyü deyil eyni zamanda obyektin təmirə yararlılığını da xarakterizə edir. Eyni zamanda verilmiş istismarla müəyyən olunan təyin olunmuş resurs göstəricisi də mövcuddur. Bu göstəricidən sonra obyektin vəziyyətindən asılı olmayaraq onun istismarı dayanmalıdır.

Qamma faiz ( ) resursu obyektlərin cəm göstəriciləridir. Bu resurs verilmiş növ obyektin % - dən az olmur. Təyin olunmuş resurs kimi % resursu sərtləşdirilmiş göstəricidir.

Resursdan fərqli olaraq xidmət müddətini istismar müddəti ilə deyil, texniki sənədlərdə göstərilmiş son hədd vəziyyətinin əmələ gəlmə anına kimi məmulatın istismarının təqvim müddəti ilə təyin edilir. Xidməti müddət üçün eyni zamanda tam xidmət müddəti anlayışı da mümkündür. Bu xüsusi xidmət müddəti və sonrakı istismar mümkünsüzlüyü və ya mümkünsüzlük şərtilə təyin olunur. Xüsusi xidmət müddətindən ilk (birinci) əsaslı (orta) təmirə qədər xidməti müddəti, əsalı təmir arası müddəti və orta xidməti müddəti fərqləndirmək lazımdır. Bu göstəricilər təmirə yararlılıq və obyektin bütövlülüyü ilə əlaqədardır.

Təmirə yararlılığın əsas göstəricisi orta bərpa olunma müddəti, yəni imtina - axtarıb və aradan qaldırmaq üçün məcburi dayanmanın orta müddəti sayılır. Təmirə yararlılığın göstəricisi kimi təmirin texniki – iqtisadi xarakteristikasından istifadə edirlər.

Bütövlük göstəriciləri kimi, bütövlük müddətini, % bütövlük müddətini, imtinasızlıq səviyyəsinin saxlanma ehtimalını göstərmək olar.

Etibarlılığın əsas kompleks göstəriciləri aşağıdakılardır: texniki istifadə əmsalı, hazır olma əmsalı və interval hazır olma əmsalı. Texniki istifadə əmsalı vahid zamandakı istismarın (yorulunca işləmənin) həmin vaxt ərzindəki təmir üçün məcburi dayanmaların istismar vaxtının cəminə olan nisbətinə bərabərdir. Hazırolma əmsalı o ehtimalla təyin olunur ki, planlı texniki xidmət vaxtı arasında ixtiyari götürülmüş zaman anında məmulat iş görmə qabiliyyətinə malik olsun.

İnterval hazırlıq əmsalı çətin istismar şəraitində verilmiş funksiyaları yerinə yetirən rejimlər və gözləmələri özündə birləşdirən məmulatın etibarlılığını qiymətləndirmək üçün tətbiq edilir. Bu rejim elə bir rejimdir ki, bu zaman obyekt əsas funksiyanı yerinə yetirmir lakin onu yerinə yetirməyə hazır vəziyyətdə olur. Bu göstəricilər və anlayışlar etibarlılığı kifayət dərəcədə tam və hərtərəfli xarakterizə edir. Bu və ya digər xarakteristikaların tətbiqi və əhəmiyyəti obyektin növü və təyinatı ilə müəyyən olunur, belə ki, aviasiya texnikası üçün ən əhəmiyyətlisi imtinasızlıq, dəzgahlar üçün təyinedici – parametrik imtina, hansı ki, itki dəqiqliyi ilə bağlıdır, hərbi texnikada – hazırlıq əmsalı.



Yüklə 36,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin