Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ



Yüklə 1,55 Mb.
səhifə5/84
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#2707
1   2   3   4   5   6   7   8   9   ...   84
Platonun Sokratdan yazdıqları
Sözümüzün bu yerində, Aristotelin bir deyimini anmaq yerinə düşərdi: “Poeziya fəlsəfəylə bir kökdən olduğu üçün, ilyazısından(tarixdən) üstündür... poeziya ən çox nəsnələrin bütünlüyündən, ilyazısı isə onların ayrıcalığından danışır. Burada bütünlük deyəndə, kiminsə davranışında, danışığında gerçəkdən elədikləri ilə, eləyə biləcəklərinin birgəliyi(kombinasiyası) başa düşülür, bununla da poeziya çoxluğun içində sayılıb-seçilən kimsələrin ad-sanını ucaldır, onları yuxarı başa çəkir, gördükləri işlərin özlüyünü (mahiyyətini) anlatmağa çalışır; ilyazısının nəsnələrdəki ayrıcalığı araşdırması isə o deməkdir, örnək üçün, Alkiviad nələri eləyə bildi, onun başına nələr gəldi”. Platonun öz yaradıcılığında, sanasan, ilyazısı ilə poeziya arasındakı bu ayrı-seçkiliyi aradan qaldırdığı ilə üzləşirik. Onun yazılarında, poeziyanın gözüaçıqlığı ilə, ilyazısının yanşaqlığı(ritorikası) biri-birinə qovuşmuş bir durumdadır. Platonun yazdıqları, yalnızca elə, ilyazısı gerçəklərinin sadalanması deyil, gerçək olayların bədii-poetik görünüşləridir, yəni doğru olanlara yaradıcı yanaşmanın örnəkləridir.

Ona görə də Platonun Sokratla bağlı yazdıqlarını, Sokratın danışdıqlarının söz-söz yazıya alınması təki dəyərləndirmək olmaz, burada ancaq, Platonun bu danışıqları araşdırıb, özümləşdirib, qavramasından sonra yazıya alması, düzgün sayılmalıdır. Eləcə də, Platonun gerçəklikdən yayınmasını şişirtməyə də dəyməz, elə Platonun özünün də yazdığı kimi, Sokratın bir çox danışıqlarını onun sağlığında, öyrənciləri olduğu təki yazıya almışdılar, belə olanda, bu öyrəncilərin də oxuyacağı yazılarında, Platon Sokratla bağlı gerçəkləri öz bildiyi kimi dəyişdirməyə qol qoya bilməzdi. Bir sözlə, öyrəşdiyimiz dillə desək, Platon Sokratın fotoşəkilini yox, portretini şəkməyə çalışmışdır, portret çəkməyin, üzünüköçürmə yox, yaradıcılıq olduğunu ansaq, onda Platon öz yaradıcılığında, Sokratın üstünlüklərini üzə çıxarmağa çalışmış,–bunları qabardaraq ona “bəzək” vurmaq, gözəgəlimli eləmək istəmişdir.

Sözsüz, Platonun dialoqlarından, Sokratın gerçək kimliyini, onun öyrətmələrini kəsinliklə(dəqiqliklə) öyrənmək olmur. Platonun “Yasalar” adlanan dialoqunu çıxsaq, yerdə qalanların hamısında Sokrat bu danışıqlara qatılır, ən azından bu danışıqları yönətir. Platonun yaşlı çağlarında yazdığı dialoqlarında, buradakı danışıqların çoxunun Sokratın dedikləri yox, Platonun öz düşüncələrindən doğan sözlər olduğu da açıq-aydın duyulmaqdadır. Ən önəmlisi, bu dialoqlarda Platonun öz araşdırmalarında keçdiyi gəlişmə-dəyişmə yolunu, Sokrat da Platonla birgə “keçir”. Burada Platonun baxışlarının uzun bir sürədə baş vermiş gəlişmələrini(inkişafını) izləməklə, Sokratla Platonun ideyaları arasındakı sınırları(sərhədləri) ayırd etmək də olur. Bu konuda araşdırıcılardan Stentselin dedikləri çox ilginc görünür: “Burada başlıcası o deyil, Sokratın dediklərini Platonun dediklərindən ayırasan, Platonun Sokratın demədiyi nələrisə onun adına yazdıqlarını tapasan, ən önəmlisi, Sokratın hansı ideyalarının Platonu yönəldib, bu sonuclara gətirib çıxardığını arayıb-axtarmaqdır”. Bütün bu deyilənlərin çıxarı olaraq, görkəmli araşdırıcı S. A. Jebelevin öztərişinin(təxəyyülünün) gücünə arxalanaraq, Platonun dilindən dediyi bu sözləri anmaq yerinə düşür: “Mənim dialoqlarımda Sokrat üçün yazdıqlarım, bir yandan–mənim yaxından tanıdığım, başqaları ilə necə danışdığını gördüyüm Sokratın, birdən bu durumlarla üzləşsəydi, nə deyəcəyini araşdırmaqdırsa, başqa yandan da Sokratın özünün dediklərinin söz-söz yazılması yox, bu danışıqların özətinin yazıya alınmasıdır”.

Onu da unutmaq olmaz, Platon Sokratla ilk tanış olanda 20 yaşlı bir gənc idi, sonrakı 8 ildə, yəni Sokratın ölümünə kimi o, Sokratın ən yaxın öyrənciləri sırasında olmuşdu. Sokratın öyrəncisi olmaqla, Platonun oçağacan olan baxışlarının alt-üst olması, onun ömür yolunda yeni bir dönəmin başlanması, büsbütün yeni baxışlarının biçimlənməsi, bizə gəlib çatan yazılı qaynaqlardan da bəllidir. Ona görə də Platonun, Sokratı gerçəkliyindən ayırıb, onu öz yaradıcılığında ancaq bir poetik uyduruq(xəyali) kimsə olaraq göstərmək istəməsi inandırıcı görünmür, öz ömründə yaratdığı böyük dəyişikliklərə görə, Sokrata bəslədiyi sayqını göstərmək üçün də Platon onu,–öz əlləri ilə tikib-qurduğu fəlsəfə evinin ən istəkli qonağı olaraq, yuxarı başda oturtmuşdur.



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin