Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ



Yüklə 1,55 Mb.
səhifə8/84
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#2707
1   ...   4   5   6   7   8   9   10   11   ...   84
SOKRATIN ÜNLÜ SÖZLƏRİ.
Danış,–səni görə bilim.(Burada danışanın öz iç üzünü açmasına him vurulur.)

Yeməyi ən yaxşı, aclıq dada gətirir.

Öpözü(ruhu) sağaltmadan bədəni sağaltmaq olmaz.

Bildiyim yalnız odur, mən heç nə bilmirəm. (Sokratın bu sözü, biliyi ilə öyünənlərə qarşı yönəlmişdir, yəni öyrənə bildiklərimiz, sonsuz bilik dənizindən ancaq bir damladır.)

Ən yüksək bilgəlik(müdriklik) yaxşını yamandan ayırmağı bacarmaqdır.

Yaxşı öyüd verəninin olması, varlı olmağından irəlidir.

Doğru sözün ağrıtmadığı adamı, çomaqla döyməyə dəyməz.

Alçalıb yaşamaqdansa, kişi təki ölmək yaxşıdır.

Evlənsən də, evlənməsən də, ikisinin də sonunda yanıldığını düşünürsən.

İçkili olmaq adamı yaramaz eləmir, içki adamda olan yaramazlıqların üstünü açır.

Alovu külək alışdırır, insanları yaxınlıq.

Mən yaşaya bilmək üçün yeyirəm, başqaları yeyə bilmək üçün yaşayırlar.

İnsanların hamısının ürəyində bir Günəş vardır. Onu üzə çıxarmağı bacaran gərək.

İnsanlar dillərində közü saxlamağı, gizlin sözü saxlamaqdan yaxşı bacarırlar.

Pis adam, bundan bir qazancı olmayanda da, başqasına yamanlıq eləyir.

Varlı olmaq, adlı-sanlı ocaqda doğulmaq, insanın üstünlüyü sayıla bilməz.

İnsanlar arasında arxadaşlıq yaratmayan ilişkilərin dəyəri yoxdur.

Bazarı gəzib dolaşdıqca düşünürəm: burada mənə gərək olmayan nə çox nəsnələr satılır.

Ölümdən sonra bizi nə gözlədiyini bilmədiyimizdən, ondan qorxmağımız anlamazlıqdır.

Mənim bildiyim bir yaxşılıq var–bilik, bir yamanlıq var–biliksizlik.

Hamının gözünə işıq verən, onları istədiklərini görmək bacarığına çatdıran Günəşin bir çatışmazlığı var: o özünü görə bilmir.

Özünü yetkinləşdirməyə çalışmaqla keçən ömürdən yaxşısı ola bilməz.

İnsan gərəkli olanı deməkdən-eləməkdən çəkinməsə, qorxulasını(təhlükəni) adlamağa çox yollar vardır.

olursa olsun, evlən. Xanımın yaxşı olsa, tək-tük ağgünlü adamlardan biri, pis olsa–filosof olarsan.

Qadının sevgisi kişinin acığından qat-qat qorxuncdur. Bu, insana çox dadlı gələn bir ağu olduğu üçün də qorxuludur.

Mənim elədiklərim kimliyimdən doğmur, elədiklərim kimliyimi doğurur.

Doğuluşumuzdan bizim iki qulağımız, iki gözümüz olur, dilimiz isə bircə dənədir, bu: çox görüb-götürməyimiz, çox eşidib-öyrənməyimiz, ancaq az dillənib-danışmağımız üçün deyilmi?

Öz sağlamlığını gərəyincə qoruyan insan, onun sağlamlığına nələrin yaradığını ən bacarıqlı həkimdən də yaxşı bilir.

Kimsə öz torpağında əkib-yetişdiryinə, bir başqası–öz atını yaxşı böyüdüb-bəslədiyinə görə sevinir, mən isə gündən günə bir az da çox yetkinləşə bildiyimə görə sevinirəm.

Əyləncələrə, geyim-gecimə gərək duyursunuz, bunları ələ gətirməyi ağgünlük sayırsınız, ancaq nəyəsə gərək duymadan var olan tanrını undursunuz,–dolanışıqdan ən az asılılığı olanlar, tanrıya ən yaxın olanlardır.

Dünyanı yerindən oynatmaq istəyən kimsə, ilk öncə özünü yerindən tərpətməkdən başlamalıdır.

Gözəllik xanımağalıqdır(kraliçalıqdır), ancaq onun bu xanımlığı çox az sürür.

Kim azla keçinə bilirsə, o hamıdan varlı sayılmalıdır, yoxsa, onun özünə az götürməsini ayrı necə yozmaq olar?

Yaxşı başlanğıc kiçik iş olmasa da, ancaq o elə kiçik işlərdən də başlayır.

Tiranın öpözünə(ruhuna) baxa bilsəydik, onun qara-qançırlarla, yaralarla örtüldüyünü görərdik,–tiranın qaniçənliyi, azğınlığı, alçaq işdəkləri, öpözünü qamçılayıb, yaman günə qoyur.

Bilgəlik özünü şaşırmaqdan(heyrətdən) başlayır.

Birisi naxırçıdırsa, onun otardığı naxırda inəklər arıqlayır, azalırsa, ona pis naxırçı deyirlər, o da bunu bonuna almalı olur; Ancaq nədənsə dövlətin başında dayanan adamın yönətimində, yurddaşların dolanışığı pisləşir, onların sayı azalırsa, o yenə də özünü yaxşı dövlət başçısı sayır, bunu dilə gətirməkdən utanıb qızarmır.

Yamanlıqlar, doğru olanları bilməməkdən doğur.

Birdən qarşınızda bu ikisindən birini seçmək dursaydı: əyriliyin əlində ölməyimi, yoxsa əyrilik eləməyimi üstün tutardınız?

Düzgün yaşamağı öyrənmədən, yaşamağın dəyəri yoxdur.

İstənilən kimsədən neçə qoyunu olduğunu soruşsan, çaşmadan onların sayını deyə bilər, ancaq çoxusu neçə arxadaşı olduğunu soruşanda çaşıb qalır, elə bil arxadaş qoyundan dəyərsizdir.

Yaxşılıq eləmək, içində özünün də yaxşı olmağı bacardığın işi görməkdir.




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin