Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ


VII BAŞLIQ {Sokratın özünü öyənlər üçün dedikləri}



Yüklə 1,55 Mb.
səhifə50/84
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#2707
1   ...   46   47   48   49   50   51   52   53   ...   84
VII BAŞLIQ
{Sokratın özünü öyənlər üçün dedikləri}
Gəlin, baxaq görək, Sokrat öz dinləyicilərini yetkinliyə çağıranda, onları özünü öyməkdən necə çəkindirərdi.

Onun çox sevdiyi belə bir sözü də vardı, deyərdi, ad-san qazanmağa gedən ən düzgün yol, içində özünün də yaxşı adam olmağı bacardığın yaxşılığı eləməkdir. Bu tezisin doğruluğunu belə bilindirərdi.

-Gəlin, belə bir duruma baxaq, yxşı fleyta çala bilməyən birisinin, özünü bu işin bilicisi kimi tanıtması üçün o nə eləyəsidir? Onun ilk olaraq görüb-götürdüyü: adlı-sanlı bir fleytaçının, gözə çarpan öyrəncələrini(vərdişlərini) yamsılamaq olmayacaqmı? Adlı-sanlı fleytaçılar gözəl paltarlar geyinirlər, onların ardınca bir yığın qulluqçuları düşüb gəlirlər, deməli özünü yalandan fleytaçı kimi göstərməyə çalışan da bu işdə özünü onlara oxşatmalıdır. Sonrası, yaxşı fleytaçıların yanında, onların adını göylərə qaldıran bir yığın çığır-bağırçılar olur, deməli bu da, belə hay-küyçülər tapıb, özünü dilə-ağıza salmağa çalışmalıdır. Ancaq bacardıqca fleyta çalmaqdan yayınmalıdır: yoxsa o andaca gülünc bir duruma düşərdi, hamı da onun fleyta çalmağı bacarmadığı bir yana, üstəlik özünü öyən bir gopçu olduğunu da bilərdi. Beləliklə də o, çoxlu axçalar dağıdıb, bu işdən qazanc götürməyəcəksə, üstəlik adını da batıracaqsa, sonucda onun yaşamı ağrı-acılar, korluqlar içində keçib, üstəlik el içində də gülünc olmayacaqmı? Bunun kimi də, tutalım, özünü yaxşı qoşun başçısı, habelə gəmi yönətimçisi kimi tanıdan, ancaq özlüyündə belə olmayan adam, işin üstü açılanda necə acınacaqlı görünərdi. Birdən o, bacarmadağı işi görə biləcəyinə başqalarını inandıra bilməsə, özü hansı acıları yaşayar, yox birdən adamları inandirıb bu işə girişsə, başqalarının başına nə oyunlar açardı? Sözsüz, gəmini yönətməyimi, qoşuna başçılıq eləməyimi boynuna götürüb, ancaq bunu bacarmayan birisi, özü də istəmədən çoxlu adamların ölümündə suçlu olardı, özü birdən necəsə ölümdən qurtulub, sağ qalsa belə, ömrünün sonuna kimi üzü qara gəzər, ağrı-acıların içində yaşayardı.

Sokratın deməsinə görə,–özünün varlı, qorxmaz, güclü olduğunu göstərməyə çalışıb, özlüyündə isə belə olmayanlar, ən çox özlərinə yamanlıq eləyirlər: özünü olduğundan artıq göstərib, buna başqalarını da inandıranda, günlərin birində bu adamlardan boyunlarına götürdükləri, ancaq gücləri çatmayacaq işlər sorulur, bayaqdan döşünə döyüb dediklərini, indi eləyə bilmədiyi üzə çıxandan sonra, bir kimsə də onları adam yerinə saymır.

Sokrat təkcə, kimdənsə axçamı, başqa bir nəsnəmi alıb, sonra qaytarmayanlara fırıldaqçı deməzdi; ən böyük fırıldaqçılıq odur, deyərdi, əlindən nəsə gəlməyən birisi adamların başını aldadıb, dövlətə başçılıq eləməyi ələ keçirsin.

Bax belə danışıqları ilə də o, adamları özünü yersiz şişirtməkdən, öyməkdən çəkindirərdi.




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin