Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ


VII BAŞLIQ {Biliklərin gerçək yaşamda gərəkliyi ilə bağlı danışıq}



Yüklə 1,55 Mb.
səhifə81/84
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#2707
1   ...   76   77   78   79   80   81   82   83   84
VII BAŞLIQ
{Biliklərin gerçək yaşamda gərəkliyi ilə bağlı danışıq}
Beləliklə də Sokrat öz dinləyicilərinə sözünü açıq, birbaşa deyərdi; bu, məncə yuxarıda mənim danışdıqlarımdan da görünməkdədir. İndi isə mən, onun öz dinləyicilərinə, görəsi işlərini yerinə yetirməkdə necə özgürlük aşılamasından danışmaq istəyirəm. Mənim tanıdığım çoxlu adamlarla danışığında o, ilk öncə onların hansı konuda bilgili olduğunu öyrənməyə çalışardı; bundan sonra ərdəmli insanın bilməsi gərəkən konuları haracan bilirsə oracan, dinləyicilərinə öyrədərdi; öz bildikləri yetərli olmayanda isə, dinləyicilərini bu konunu yaxşı bilən adamlarla tanışdırardı. Onlara bir də, gerçəkdən aydın(ziyalı) olan kimsənin bilməsi gərəkən konuların hansılar olduğunu da anladardı.

Örnək üçün, deyərdi, yerölçməni(həndəsəni), oracan bilmək gərəkdir, yeri düşəndə hansısa torpaq parçasını düzgün ölçərək götürməyi, gərəkəndə onu qaytara bilməyi, bölməyi, kağız üzərində göstərməyi bacarasan; bunu bacarmaq üçün, ölçüləri yaxşı bilməyin gərək olduğunu deyərdi, yerölçməni yaxşı bilməklə evdə oturub, hansısa torpaq parçasının böyüklüyünü də, onun enini-uzununu da tapa bilməyin, insanların işlərinə yüngüllük gətirdiyini anladardı. Ancaq yerölçmədə(həndəsədə) ağır anlaşılan çertyojlar çəkməyə gəlib çıxmağı gərəksiz iş sayardı; bunun nəyə yaradığı görünmür deyərdi; özü yerölçməni yetərincə öyrənsə də, ancaq deyərdi, bunu öyrənməyə dərindən girişməyə dəyməz, bu, insanın bütün ömrünü əlindən alıb, onu başqa çoxlu gərəkli bilgilər almaqda geri sala bilər.

Dinləyicilərini, göybilimi(astronomiyanı) öyrənməyə də yönəldərdi, ancaq bunu da gərəkəndən artıq eləməməyə çağırardı, burada: quruda, suda yol gedə bilmək üçün düzgün yönün seçilməsi, adamların əkin-biçinlə, başqa işləri ilə bağlı ayın, ilin çağlarını düzgün ayırd eləməsi kimi,- insan yaşamına yarayan bilgiləri öyrənməyi yetərli sayardı. Bunları öyrənməsi gərəkən kimsələrin: gecə ovçularının, gəmi yönətimçilərinin, elə başqalarının da, çalışmaqla bu işləri qolayca öyrənə biləcəklərini deyərdi. Ancaq, göybilimin üstündə baş sındırıb, insanın işinə yaramayan: ulduzların necə fırlandıqlarını öyrənməyi, yerdən göydəki ulduzlaracan olan yolun uzunluğunu ölçməyə çalışmağı, ulduzların nədən fırlandığını araşdırmağı, habelə bunun kimi işləri gərəksiz sayıb, dinləyicilərini bunlara baş qoşmaqdan çəkindirərdi; özünün göybilimdən yetərli biliyi vardısa da, bütün ömrünü bu yolda qoyub, başqa gərəkli bilikləri öyrənməkdən qalmağı düzgün saymazdı. O göydə baş verən olayları öyrənməyə, tanrının onları necə yaratdığını araşdırmağa qarşı çıxırdı, dediyinə görə, onsuz da insan bu işləri anlaya bilməz, bir də belə işlərə baş qoşmağı tanrılar da bəyənmirlər, açmaq istəmədikləri gizlinlərə kiminsə əl aparması onları acıqlandırır.

Belə işlərə baş qoşanlar, dəliliyə üz tuturlar, necə, ötənlərdə tanrıların gördüyü işləri incələməyi ilə öyünən Anaksaqor sonucda dəli olmuşdu. Bu Anaksaqor deyirmiş, günəş də alov kimidir; ancaq nədənsə, insanların alova baxa bilib, günəşə baxa bilmədiklərini yozmağı unudurmuş; günəşin işığı insanların dərisini qaraldır, ancaq alovun işığından bu olmur, o, nədənsə bundan da söz açmır; onun baxışından bu da yayınmışdı: günəşin işığı olmadan bitkilər boy atıb böyümürlər, ancaq alovun işığından onlar saralıb solurlar; onun deməsinə görə, günəş alovun istisində közərmiş daşdır, ancaq yenə də bunlar, onun baxışından yayınırdı: birincisi, daş alovda qızanda işıq saçmır, ikinci, daşı alovda çox qızdıranda ovulub tökülür, günəş isə neçə illərdir göydən özünün tükənmək bilməyən işığını saçmaqdadır.

Sokrat saymanı(hesabı) öyrənməyi də yararlı sayırdı, ancaq burada da başqa bilimləri öyrənməkdə olduğu kimi, bu işə aşırı qapılmaqdan çəkindirirdi. Bir sözlə, o öz arxadaşları ilə araşdırdıqlarını, öyrəndiklərini, insanın işinə yarayandan artıq bilməyi, yersiz sayırdı.

Sokrat arxadaşlarını öz sağlamlıqlarını qorumağın gərəkliyinə inandırmağa da çalışırdı,- bacardıqca bu işin bilicilərindən öyrənməyi , sonra bütün ömrü boyu öz sağlamlığına göz yetirib, hansı yeməyin, hansı içkinin, hansı işin sağlamlığına yaradığını aydınlaşdırmağı, sağlamlığını qorumaq üçün bunlardan hansı ölçüdə yararlanmağı ayırd etməyi, bir sözlə özü-özünün həkimi olmağı aşılayırdı. Sokratın deməsinə görə, bütün ömrü boyu bədənini gözdən qoymayan adam, öz sağlamlığı üçün nəyin yararlı olduğunu, istənilən bilikli həkimdən də qat-qat yaxşı bilir. İnsanın özünün anlaya bilmədiklərini, fal açmaqla tanrılardan öyrənməyə çağırardı, tanrıların göstərdikləri yolu tutmağın, işə yarayacağına, uğur gətirəcəyinə ürəkdən inanardı.




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin