Sosial fəlsəfə


Sosial fəlsəfənin əsas funksiyaları: dünyagörüşü, nəzəri, metodoloji və proqnostik funksiyalar



Yüklə 72,75 Kb.
səhifə10/55
tarix02.01.2022
ölçüsü72,75 Kb.
#46845
1   ...   6   7   8   9   10   11   12   13   ...   55
sosial fəlsəfə

8.Sosial fəlsəfənin əsas funksiyaları: dünyagörüşü, nəzəri, metodoloji və proqnostik funksiyalar

Sosial fəlsəfənin spesifıkliyi onun yerinə yetirdiyi funksiyalarda da üzə çıxır. Qeyd edək ki, sosial fəlsəfənin funksiyaları öz ifadə formalarına görə ümumilikdə fəlsəfənin yerinə yetirdiyi funksiyalar ilə çox yaxındır. Bununla belə onlar spesifık xüsusiyyətlərə malikdir. Sosial fəlsəfənin əsas funksiyaları aşagıdakılardır: dünyagörüşü, nəzəri, metodoloji və proqnostik funksiyalar. Birinci funksiya onda ifadə olunur ki, sosial fəlsəfə insanlarda sosial aləm haqqında, burada insanların maddi həyat şəraiti və şüuru haqqında, insanın cəmiyyətdə yeri və rolu, həyatın məqsədi və mənası haqqında bitkin elmi təsəvvürlər formalaşdırır



Nəzəri funksiya o deməkdir ki, sosial fəlsəfə sosial hadisələrin və proseslərin dərinliklərini öyrənməyə imkan verir. Onların mahiyyətini nəzəriyyə səviyyəsində araşdırır. Metodoloji funksiya bunu göstərir ki, cəmiyyət həyatının bu və ya digər tərəflərini öyrənən ayrı-ayrı ictimai elmlər (tarix, hüquq, iqtisadiyyat, psixologiya və başqaları) öz tədqiqat obyektlərini təhlil edərkən sosial fəlsəfənin ümumi müddəalarına arxalanırlar. Nəhayət sosial fəlsəfə proqnozlaşdırıcı funksiya yerinə yetirir. Belə ki, onun işləyib hazırladıgı müddəalar cəmiyyətin gələcək inkişaf meyllərini, insanların fəaliyyətinin perspektiv nəticələrini irəlicədən görmək imkanı verir. Bu funksiyaya əsaslanmaqla ayrı-ayrı sosial hadisələrin və bütövlükdə cəmiyyətin gələcək inkişafını proqnozlaşdırmaq mümkün olur.


Yüklə 72,75 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin