Sosial fəlsəfə


Sosial idrakın ontoloji tərəfi



Yüklə 72,75 Kb.
səhifə2/55
tarix02.01.2022
ölçüsü72,75 Kb.
#46845
1   2   3   4   5   6   7   8   9   ...   55
sosial fəlsəfə

Sosial idrakın ontoloji tərəfi dedikdə cəmiyyətin varlığının, onun fəaliyyəti və inkişafı qanunauyğunluqlarının və meyllərinin izahı başa düşülür. Buraya həm də sosial fəaliyyətin subyekti kimi çıxış edən insan (onun ictimai münasibətlər sisteminə cəlb olunma dərəcəsinə uyğun olaraq) daxildir.

Nəhayət sosial idrakın aksioloji (dəyərlər vasitəsilə qiymətləndirmə) tərəfı də mühümdür. Bu tərəf sosial idrakın spesifıkliyi ilə sıx bağlıdır. Belə ki, dəyərlər mövqeyindən yanaşma bir çox cəhətdən müxtəlif subyektlərin (fərdlərin və sosial birliklərin) malik olduğu dəyərlərdən, ehtiras və mənafelərindən asılıdır. Buna görə də sosial idrakın dəyərlərə münasibəti birmənalı izah olunmur. Bəziləri belə hesab edir ki, sosial idrakda dəyərlər momentinin iştirakı onun elmliyini heçə endirir. Digər bir mövqe isə göstərir ki, idraki tərəf ilə dəyər tərəfı bir-birinə qarşı durmur. Onlardan biri digərini tamamlayır və beləliklə də sosial həyatı daha dərindən öyrənməyə imkan verir

Üçüncü metodun - sosial reallığa substrat (əşya deməkdir) - hadisəvi baxımdan yanaşma metodunun sosial idrakda mühüm rolu aşağıdakı ilə izah edilir. Həm sistemli-struktur təhlil metodu, həm də tarixi-genetik metod bir çox cəhətdən mücərrəd xarakter daşıyır. Onların əsas diqqəti sosial sistemi nəzəri səviyyədə araşdırmağa yönəlir. Halbuki sosial idrakın çox mühüm vəzifəsi real cəmiyyəti öyrənmək, hadisə və proseslərin təfərrüatını izləməkdir.

Müasir şəraitdə sosial idrakda humanitar-şəxsiyyət mövqeyindən yanaşmaq metodunun rolu və əhəmiyyəti artmaqdadır. Belə yanaşma öz mahiyyətinə görə təbiət elmləri ilə ictimai elmləri bir-birinə qarşı qoymaq demək deyildir. Məsələ burasındadır ki, hazırda insan problemi və onun gələcək perspektivdəki taleyi ilə bağlı məsələlər çox kəskin şəkildə qarşıda durur. Bu bir tərəfdən insanın vəziyyətini yaxşılaşdırmaq, onun mahiyyət imkanlarını reallaşdırmaq üçün əlverişli şəraitin yaranması ilə bağlıdır. Digər tərəfdən isə indi insanların mənəvi cəhətdən cılızlaşması təhlükəsi özünü göstərir.

Həqiqət haqqında ümumi nəzəri müddəalar sosial həqiqətə də aiddir. Lakin sosial reallığın spesifikliyi, burada həqiqətin bir sıra özünəməxsus cəhətlərini şərtləndirir. Hər şeydən əvvəl ictimai həyatda subyekt ilə obyektin sıx əlaqədə olması üzündən burada həqiqət obyekti ona subyektin fəal təsiri baxımından əks etdirir. Sosial obyekt insanların fəaliyyəti məhsulu olduğuna görə və özünə subyekti də daxil etdiyinə görə obyektiv həqiqətin məzmunu subyektdən kənar deyildir. Buradan aydın olur ki, sosial idrakda həqiqətin məzmununda obyektiv və subyektiv tərəflər özünəməxsus şəkildə qovuşur. Digər tərəfdən, burada həqiqətin məzmununda obyektiv ilə subyektiv əksliklər kimi çıxış edir. Obyektiv ilə subyektivin qarşılıqh münasibəti konkret ictimai biliklərdə spesifık şəkildə təzahür edir (məs.: dildə, psixiki hadisələrdə, hüquqi normalarda və s.).

Sosial idrakda, xüsusən də onun bəzi formalarında obyektiv həqiqətin digər bir xüsusiyyəti onun konkret-hadisə xarakteri daşımasıdır. Burada fərdi, konkret hadisələr qanunauyğunlugun özünəməxsus nümunəsi kimi çıxış edir. Çünki sosial tarix insan fəaliyyətinə aid hadisələrin bir-birini əvəz etməsindən ibarət prosesdir. Həmin hadisələrin mahiyyətini dərk etmək üçün onların arxasında gizlənən daxili münasibətləri aşkar etmək tələb olunur. Beləliklə, sosial həqiqətin dialektikası ümuminin, xüsusinin və təkcənin vəhdəti kimi çıxış edir.

Sosial idrakda obyektiv həqiqi biliyin spesifikliyini həm də onun sosial-tarixi şərtlənməsi baxımından aşkar etmək olar.


Yüklə 72,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin