Sosial işin təşkili prosesində sosial işçinin rolu haqqında məlumat verin


Sosial işin mikro,makro,mezo səviyyədə təşkilini izah edin



Yüklə 61,51 Kb.
səhifə2/41
tarix15.05.2022
ölçüsü61,51 Kb.
#57998
1   2   3   4   5   6   7   8   9   ...   41
Sosial işin təşkili imtahan cavabları

Sosial işin mikro,makro,mezo səviyyədə təşkilini izah edin.

Sosial iş 3 səviyyədə həyata keçirilir- mikro, mezo və makro səviyyə. Mikro səviyyədə iş o deməkdir ki, sosial işçi icmada olan hər hansı bir şəxsin probleminin aşkara çıxarılmasında bir başa iştirak edir. Problemin nədən qaynaqlandığını aydınlaşdırır və ona dövlət tərəfindən necə kömək edilə bilər, hansı xidmətlər göstərilməlidir, bunları araşdırır və yol göstərir. Mövcud resursları həmin problemin həllinə yönəldir. Qayğı planı hazırlayır.

Mezo səviyyədə xidmətə sosial iş sahəsində təhsili, o cümlədən icmanın və cəmiyyətin problemlərinə diqqətin cəlb edilməsi və poblemin həllinin tapılmasına aid etmək olar. Makro səviyyədə işi izah etmək üçün bir misal çəkim – deyək ki, əhalinin müəyyən bir kütləsinin, məsələn fiziki məhdudiyyəti olan kütləsinin hansısa bir problemi var. Sosial işçi bu probemi görür, hardan qaynaqlandığını araşdırır. Deyək ki, fiziki problemləri olan şəxslərin nəqliyyatdan istifadə problemi var.O bunun üşün lobbiçilik edir, dövlət səviyyəsində təklif qaldırır, hansısa proqramların işlənib hazırlanmasında bir başa iştirak edir.

Sosial işçilər cəmiyyətin “mikro”(fərdlər), “mezo”(qruplar) və “makro”(icmalar) səviyyələri ilə sosial müdaxilə prossesini həyata keçirərək insanların rifahını təmin edir.Sosial iş bir struktur kimi dövlətin bütün vətəndaşlarının sosial təhlükələrdən qorunmağa yönələn əhalinin müxtəlif kateqoriyalarının həyat fəaliyyətinin pozulmasının qarşısını alan bir kompleks kimi çıxış edir.Sosial işçilər fəaliyyətləri əsnasında dövlətin mövcud aktları və qanunauyğunluqlarına əsasən hərəkət etməlidir.



  1. Yüklə 61,51 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin