Sosial işin təşkili prosesində sosial işçinin rolu haqqında məlumat verin


Cəmiyyəti mürəkkəb sosial sistem olaraq izah edin



Yüklə 61,51 Kb.
səhifə7/41
tarix15.05.2022
ölçüsü61,51 Kb.
#57998
1   2   3   4   5   6   7   8   9   10   ...   41
Sosial işin təşkili imtahan cavabları

Cəmiyyəti mürəkkəb sosial sistem olaraq izah edin.

Cəmiyyət mürəkkəb, bütöv sosial-mədəni sistemdir, başqa sözlə, sosial sistemin xüsusi növüdür. Cəmiyyətin sosial sistem kimi sosioloji təhlilinin səmərəli üsullarından biri ona makrososioloji yanaşmadır. Belə yanaşmanı Amerika sosioloqu E. Şilz təklif etmişdir. Onun fikrincə, cəmiyyət üç başlıca ünsürdən ibarət olan makrostruktur kimi təsəvvür oluna bilər: a) sosial birlik – fərdlər çoxluğunun qarşılıqlı əlaqəsidir; b) sosial təşkilat – məlum sistem hüdudlarında fərdlərin sosial statuslarının (mövqelərinin) və sosial rollarının (funksiyalarının) məcmusudur; c) mədəniyyət – fərdlərin davranışını və fəaliyyətini müəyyən edən dəyərlərin və sosial normaların məcmusudur. Sosial birliklər bəşəriyyətin tarixi inkişafı prosesində meydana gəlir və öz növlərinin, formalarının rəngarəngliyi ilə səciyyələnir. Ən əhəmiyyətli birliklər sırasına bunları aid etmək olar: sosial-ərazi birlikləri (şəhər, kənd, region və s.); sosial-demoqrafık birliklər (ailə, yaş qrupları və s.); sosial-etnik birliklər (millətlər, xalqlar, etnik qruplar); sosial-əmək birlikləri (əmək kollektivlərinin müxtəlif tipləri). Sosial birliklərdə insanlar arasında qarşılıqlı təsir formaları da müxtəlifdir: fərd-fərd; fərd-sosial qrup; fərd-cəmiyyət. İnsanların praktik fəaliyyətində formalaşan həmin birliklər fərdin və ya fərdlər qrupunun bütövlükdə sosial birliyin inkişafı üçün əhəmiyyətli olan davranışını şərtləndirir.


  1. Yüklə 61,51 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin