Sosial işin təşkili prosesində sosial işçinin rolu haqqında məlumat verin


Sosial işin təşkilinin metod və texnologiyalarını izah edin



Yüklə 61,51 Kb.
səhifə15/41
tarix15.05.2022
ölçüsü61,51 Kb.
#57998
1   ...   11   12   13   14   15   16   17   18   ...   41
Sosial işin təşkili imtahan cavabları

Sosial işin təşkilinin metod və texnologiyalarını izah edin.

Sosial işin metodları dedikdə, mütəxəssis sosial xidmət tərəfindən subyektin sosial işin obyektinin daxili və xarici ehtiyatlardan istifadəsi prosesinin idarə olunmasının ümümiləşdirilmiş üsulları başa düşülür. Sosial işin metodları sistemi Bərpa metodları kimi təqdim oluna bilər. Bərpanın ən geniş yayılmış növləri isə Tibbi, Peşə, Sosial- pedaqoji və psixoloji növləridir. Hazırada mövcud olmayan ehtiyyatın müvvəqqəti əvəz olunması metodu da istifadə olunur. Bu metod özündə pensiya, müavinət, imtiyazlar sosial sığorta ehtiyyatlarının rezervləşdirilməsini əhatə edir. Sosial işin metodlar sisteminə aşağıdakılar aidir:

    1. Sosial-iqtisadi metodlar- Sosial iş mütəxəssisinin müraciətçisinin maddi, ailə, əxlaqi, milli və digər sosial mənəfe və təlabatlarına təsir göstərməyə köməklik edən üsullardır.Bu metodun tətbiqində əsas məqsəd optimal sosial normativləri formalaşdırmaq, əhalinin sosial müdafiə sisteminin səmərəli təşkili, sosial səfərbərliyi yüksəltmək, dövlətin sosial xidmət işinin nəticələrini artirmaqdır.

    2. Təşkilatı sərəncamverici metodlar- bu metodlar dövlətin normativ hüquqi aktlarına arxalanır

    3. Psixoloji pedaqoji metodlar müraciətçinin özünü hiss etməsinə və davranışına sosial psixoloji mexanizm vasitəsi ilə təsir edir.

Sosial işin texnologiyası müraciətçinin ehtiyatlarının fəallaşdırılmasına və çətin həyat şəraitindən çıxmağa nail olmağa yönəldilən sosial iş sahəsində çalışan mütəxəssisin peşə ustalığında və fərdi texnikasına əsaslanan hərəkətlərin ardıcılığıdır. Peşə ustalığı dedikdə sosial iş üzrə mütəxəssisin şəxsi və işçi keyfiyyətlərinin onun bilik və təcrübəsi ilə üst üstə düşməsi başa düşülür. Fərdi texnika müraciətçinin onun çətin həyat şəraitinin qarşısının alınması məqsədi ilə istifadə etdiyi bacarıq və vərdişlərin cəmidir. Sosial işin texnologiyalarının iki növü vardır: innovasiyalı və ənənəvi formada sosial işin təşkili. Sosial işin texnologiyalarının məzmunu fərdi və qrup formalarına bölünür. Fərdi formalara aiddir:

İlkin qəbul və məsləhətvermə

Qrup formalarına aidir: Məşğələ-praktikum; Kollektiv yaradıcı işlər; Sosial treninq və təlimlər

Sosial işin texnologiyasına sosial diaqnostika,sosial prafilaktika, sosial reabilitasiya,sosial terapiya, sosial artterapiya və s aiddir.

Sosial diaqnostoka zamanı işçi insanlarla münasibətdə müvəffəqiyyətin əldə olunmasını təmin edənmüraciətin şəxsi ehtiyyatlarını və sosial əhatənin rezerv imkanlarıni üzə çıxarır.

Sosial prafilaktika-insanın həyatının normal səviyyəsinin qorunmasına yönəldilmiş tədbirlər sistemidir. Sosial reabilitasiya müraciətin statusunun bərpasınaonun maddi müstəqilliyinənail olmasına dəstək olanmetodlar kompleksidir. Sosial terapiya-müraciət qabiliyyətinin inkişafına və kompensasaiyasına dəstək olan texnikanların cəmidir. Sosial terapiyanın xüsusi növü art terapiyadır. Artterapiya incəsənətlə əsəbilik, gərginlik tipli müalicələri nəzərdə tutur.




  1. Yüklə 61,51 Kb.

    Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin