Sosial işin təşkili prosesində sosial işçinin rolu haqqında məlumat verin


Sosial işin nəzəriyyələrini şərh edin



Yüklə 61,51 Kb.
səhifə13/41
tarix15.05.2022
ölçüsü61,51 Kb.
#57998
1   ...   9   10   11   12   13   14   15   16   ...   41
Sosial işin təşkili imtahan cavabları

Sosial işin nəzəriyyələrini şərh edin.

Sosial işdəki nəzəriyyələrə gəldikdə isə Sibeon (1990), bu nəzəriyyələri üç hissəyə bölmüşdür. Birinci tipə sosial işin nə barədə olmasını izah edən yəni “sosial iş nədir”i izah edən nəzəriyyələrdir.

İkinci tipə aid olan nəzəriyyələr sosial iş necə işləyiri izah edən nəzəriyyələrdir.

Üçüncü tipə isə ailə və uşaqların dünyasını araşdıran və ya izah edən nəzəriyyələr daxildir.

Çətin həyat şəraitində olan insanın (ailənin) dünyası haqqında olan nəzəriyyələrə bəzən sosial işin elmi bazası kimi istinad edirlər. Sosial işdə nəzəriyyələr eyni zamanda tiplərinə görə bir neçə qrupa bölmək olar.Payne (2005) sosial işdə olan nəzəriyyələri refleksiv-terapetik, sosialist-kollektivist və individualist-reformist kimi tiplərə bölmüşdür.

• Refleksiv-terapetik baxışlar: Dominelli (2002) bu yanaşmaları və ya bu tipə daxil olan nəzəriyyələri terapetik kömək etmək yanaşması kimi adlandırır. Bu yanaşmaya əsaslanıb işləyən sosial işçilər fərdlərin, qurupların və icmaların rifahını onların şəxsi inkişafında və özünü tamamlamaqlarında görürlər və bu istiqamətdə iş aparırlar. Sosial işçi ilə çətin həyat şəraitində olan insanın arasında münasibətlər, çətin həyat şəraitində olan insanın ideyalarını dəyişə bilər və bu da sosial işçiyə imkan verir ki, çətin həyat şəraitində olan insanın arasında təsir etsin; eyni yolla da müraciətçilər sosial işçilərə yardım edirlər ki, onların dünyasını anlasınlar. Bu bir-birlərinə qarışılıqlı təsir prosesi məhz sosial işi bu yanaşmadan görənlər üçün refleksiv edir, belə ki, bu sosial işçinin üzə çıxardığı sosial narahatçılıqlara cavab verir və bu narahatçılıqlarla işlədikcə təcrübə əldə edir.Bu yollar vasitəsilə çətin həyat şəraitində olan insan öz hissləri və həyatları üzərində hakim olmaq bacarıqlarını əldə edirlər.Müracitəçilərə verilən bu dəstək onlara həyatlarında olan problemlərin və iztirabların öhdəsindən gəlməyə onlara imkan verir.

• Sosialist-kollektivist baxışlar: Bu yanaşmaya əsaslanıb işləyən sosial işçilər cəmiyyətdə əməkdaşlıq və qarşılıqlı dəstək axtarırlar ki, cəmiyyətdə əzilmiş və imkansız insanların öz həyatlarına hakim olmalarına şəarit yaratmağa çalışırlar. Sosial işçilər insanları səlahiyyətləndirərək öyrənmə və əməkdaşlıq prosesi vasitəsilə elə şərait yaradırlar ki, cəmiyyətin bütün üzvləri bərabər hüquqlu bəhrələnə bilsinlər.Onların baxışlarına görə elit təbəqə cəmiyyətdəki bütün resursları toplayıb onları öz mənfətləri üçün istifadə edirlər.Belə etməklə onlar cəmiyyətdə digərlərini zülüm altında saxlamaq və digərlərinə imkanlar yaratmamağa çalışırlar.Sosial işçilər də cəmiyyətdə bərabərlik yaratmağa çalışmaqla bu ədalətsizliyi aradan qalrıdmağa çalışırlar.Dominelli (2002) bu yanaşmanı azad edən yanaşmalar adlandırır, çünki sosial işçilər insanları zülmdən və ədalətsizlikdən xilas edirlər.Digər alimlər isə bu sosial işçiləri transformasiya edən yəni dönüş yaradanlar adlandırırlar, çünki onlar cəmiyyəti kasıbların və əzilmişlərin haqqını təmin edən bir cəmiyyətə çevirmək istəyirlər.Bundan başqa onlar belə yanaşmaları var ki, əgər cəmiyyətlərdə transformasiya olmasa o zaman güclülər tərəfindən əzilənlər heç bir zaman fərdi və ya sosial səlahiyyət əldə edə bilməyəcəklər.

• İndividualist-reformist baxışlar: Bu yanaşmadan çıxış edən sosial işçilər sosial xidmətlərin və proqramların fərdlərə cəmiyyət tərəfindən verilən bir xidmət kimi görürlər.Bu fərdlərin ehtiyaclarını ödəyir və onların bir hissəsi gördükləri xidmətlərin keyfiyyətini yüksəldir, bu da sosial işçilərin və xidmətlərin daha da səmərəli fəaliyyət göstərməsinə şərait yaradır.Dominelli (2002) bu yanaşmanı saxlama yanaşması adlandırır.Onlar sosial işi cəmiyyətin sosial düzəninin və sosial bazasını qorumağa çalışan bir peşə kimi görürlər və insanları çətinliklər zamanı hər hansı bir dəstəkləməyə çalışırlar ki, onlar sabitliyi yenidən qazana bilsinlər.Sosial işdə olan nəzəriyyələr aşağıdakı cədvəldə bu tiplər üzrə bölünmüşdürlər.



  1. Yüklə 61,51 Kb.

    Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin