Sosial xidmətlərin formaları haqqında məlumat verin.
Sosial xidmətin formaları aşağıdakılardır
Evdə (səyyar) sosial xidmət;
Yarımstasionar (günərzi) sosial xidmət;
Stasionar sosial xidmət;
Sosial-məsləhət yardımı.
Evdə (səyyar) sosial xidmətə götürülmək üçün bir sıra şərtlər vardır.
1.Ahıllıqla, əlilliklə əlaqədar və sağlamlıq imkanlarının məhdudluğu səbəbindən sosial xidmətə ehtiyacın mövcudluğu
2. onlarla eyni yaşayış məntəqəsində yaşayan əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələrinin olmaması.
Evdə yəni səyyar sosial xidmətə bunlar aiddir: dərman vasitələrini, zəruri ərzaq və osas tələbat mallarını almağa kömək göstərilməsi İstirahətin təşkil olunmasında, qida qəbul edilməsində və digər məişət xidmətlərinin göstərilməsində kömək edilməsi;
Tibbi və psixoloji yardım almaqda kömək göstərilməsi, tibb və təhsil müəssisəsinə müşayiət olunması;
Yaşayış şəraitinin sanitariya-gigiyena tələblərinə uyğunlaş dırılması;
Hüquqi məsləhət alınmasına kömək göstərilməsi:r
Əlillərə və 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya xidmətinin göstərilməsi.
. Yarımstasionar sosial xidmət
Yarımstasionar (günərzi) sosial xidmət. Yarımstasionar (günərzi) sosial xidmət özünün əsas həyati taləbatını müstaqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və əlillərə, o cümlədən çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayanlara gündüz və ya gecə vaxtlarında sosial-məişat, tibbi, mədəni və başqa xidmətlər göstərilməsindən, asudə vaxtın səmərəli təşkil olunmasından, onların münasib əmək fəaliyyətinə cəlb olunmasından ibarətdir. Sosial xidmətin bu forması ölkəmizdə geniş yayılmamışdır. Lakin son illərdə günərzi qayğı mərkəzlərinin yaradılması və fəaliyyəti sosial xidmətin bu formasının məqsədəuyğunluğunu təsdiq edir. Məsələn, hər hansı bir ahıl öz evində yaşayır və aktiv həyat tərzinə malikdir. Lakin həmin ahılın asudə vaxtın təşkilinə. Tibbi nəzarətdə olmasına ehtiyacı var. Ahillar üçün təşkil olunan bu cür yarımstasionar evlərə həmin şəxslər gündüz vaxtı gəlirlər. Vaxtlarını səmərəli keçirirlər, cəmiyyətə inteqrasiya edirlər. Xüsu silə dövlət müəssisə və təşkilatlarında 65 yaşına çatmış şəxslərin işləməsinə məhdudiyyətin qoyulması ahıllarin asudə vaxtının təşkili məsələsini aktuallaşdırır. Son zamanlar geniş vüsət alan gənclər evləri də məhz yarımstasionar sosial xidmət müəssisaləridir. Yaradılmasına ciddi ehtiyac olan müvəqqəti sığınacaqlar isə evi olmayan şəxslərin gecə vaxtlarında orada qalmasına imkan yaradacaqdır.
Stasionar sosial xidmət anlayışı
Əsas həyati tələbatını müstəqil təmin edə bilməyən hesab edilən, əmək qabiliyyətli qohumlarının və ya qanuni nümayəndələrinin həmin şəxslərə qulluq edə bilməyəcək ləri barədə yazılı ərizələri olan və fəaliyyət qabiliyyəti olmayan şəxslər zərurət olduqda sosial xidmət müəssisəsinə yerləşdirilə bilər. Stasionar sosial xidmat müəssisasində sosial xidmət göstərilən şəxslərin fiziki durumuna və səhhətinə uyğun həyat şəraitinin yaradılmasında, tibbi və sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsində qulluğun təşkilindən ibarətdir.
Stasionar sosial xidmətə götürülmə bir sıra şərtlərin olması vacibdir:
Çətin həyat şəraitində olan şəxsin məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi, özünün əsas həyati tələbatını müstəqil təmin edə bilməməsi.
Onlara baxmağa borclu olan əmək qabiliyyətli qohumlarının və ya qanuni nümayəndələrinin həmin şəxslərə qulluq etməkdən İmtina etməsi barədə yazılı ərizəsinin olması.
Sosial xidmət müəssisəsində yaşayan ailənin üzvləri ayrıca yaşayış sahəsi ilə təmin olunurlar. Stasionar sosial xidmətə ehtiyacı olan psixi pozuntusu olan şəxslər xüsusi stasionar müəssisələrdə yerləşdirilirlər
Sosial məsləhət yardımı.
-Sosial məsləhət yardımının məqsədi çətin həyat şəraitində olan şəxslərin cəmiyyətdə, ailədə sağlam münasibətlərinin yaranmasını təmin etməkdir.
Sosial məsləhət yardımına aid edilə bilər:
-qohumlarından və ya digər qanuni nümayəndələrindən ayrı yaşayan və Sosial-məsləhət yardımına ehtiyac olan şəxslərin müəyyənləşdirilməsi;
-çətin həyat şəraitində olan şəxslərin problemlərinin həllində dövlət orqanlarının, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi ;
-Sosial xidmət üzrə məsləhətin verilməsi;
Təyinatından aslı olaraq sosial xidmətlər bir neçə yerə bölünür.
1.Sosial məişət xidmətləri-şəxslərin məişət vəziyyətinin yaxşılaşdırılması.
2.Tibbi sosial xidmət – şəxslərin sağlamlığ vəziyyətinin yaxşılaşdırılması.
3.Sosial psixoloji xidmətləri-şəxslərin cəmiyyətdə adaptasiya məqsədi ilə psixoloji vəziyyəti nəzərdə tutulur.
4.Sosial Pedaqoji xidmətlər
5 sosial-iqtisadi xidmətlər-şəxslərin həyat səviyyəsinin qorunması.
6.Sosial hüquqi xidmətləri-şəxslərin hüquqlarının qorunması
7.Palliativ xidmətlər-müalicəsi mümkün olmayan şəxslərin və onların ailə üzvlərinin fiziki psixoloji mənəvi və digər problemlərin müəyyən edilməsi.
Dostları ilə paylaş: |