Sosial təminat anlayışının mahiyyətini izah edin
Sоsial təminat dövlət büdcəsinin bölgüsünü оnun sоsial yönümlülüyü və sоsial təminatın maliyyə əsaslarını sоsial sığоrta sistemi ilə dövlət gəlirləri hesabına ödəmələrin həcmini və perspektivini müəyyənləşdirir. Sоsial təminat hüququnun pоtensial həcmini, insan tələbatı оnun inkişaf di¬namikası təşkil etsə də, mövcud real iqtisadi və maliyyə vəziyyəti bu reallığı fоrmalaşdırır. Sоsial təminat sistemi dövlət, bələdiyyə və əhali resursla¬rının həcmi və оnların istifadəsi istiqamətləri ilə müəyyənləşir və prоqnоzlaşdırılır.
Sosial təminat hüququnun əsas məqsədi müasir transformasiya şəraitində hər bir vətəndaşın sosial kontingent kimi maddi və mənəvi tələbat sistemində real şərait yaratmaqla bu tələbatın ödənilməsi yollarını tənzimləməkdən ibarət olmalıdır. Ona görə də konstitusion hüquq predmeti olaraq hər bir vətəndaş sosial təminat hüququna malikdir. Belə ki, sosial tələbat cəmiyyətin əsas sosial vəzifələrini, onun əsas məqsədini və onun tənzimlənilməsinin konstitusion hüquqi əsaslarını yaradır. Konstitusion hüquq, ali məqsədlərə nail olmaq atributları, meyar və həmçinin resursları vasitələri ilə müəyyənləşir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə hər bir Azərbaycan vətəndaşı yaşamaq və zəruri olan maddi və mənəvi nemətlərə nail olmaq üçün əmək, pensiya, təhsil, sağlamlıq, seçib, seçilmək və həmçinin azadlıqlara uyğun hərəkət etmək hüquqlarına malikdir.
Sovet dövlətinin ilk illərindən əməkçilərin pulsuz səhiyyə, təhsil xidməti həyata keçirilmişdir. Sosial müdafiə sistemində vətəndaşların pulsuz səhiyyə təminatının və təhsilinin möhkəmlənməsi, Azərbaycan Respublikası Konstitusiyasının əsas aparıcı sosial təminat hüququnu təşkil edir. 1995-ci il Konstitusiyası sosial təminat sistemində əsaslı islahatların başlanmasının əsasını qoydu. Konstitusiyaya görə dövlət хeyriyyəçilik fəaliyyəti, könüllü sosial siğorta və sosial təminatın başqa növlərinin inkişafı üçün imkan yaratmaq öhdəliyini öz üzərinə götürmüşdür.
Müasir şəraitdə islahatların sosial-iqtisadi səmərəsinin dəyişməsi şəraitində sosial ehtiyacların ödənilməsinin müxtəlif imkanları və yollarının reallaşmasını dövlət öz üzərinə götürür. Əsas vəzifə olaraq sosial təminatın ölçülməsi onun üçün maddi-maliyə mənbələri olan sosial siğorta və ödəmələrin qütbləşməsinin meyar və göstəriciləri sosial ehdiyaclar arasında əlaqə dövlətin əsas konstitusion vəzifələri kimi çıxış edir.
Sığorta fondları və transfert ödəmələri subyektlər olaraq ayrı-ayrı təşkilati hüquqi obyektlərin iqtisadi imkanları ilə ölçülür. Sosial müdafiə fondunun tərkib hissəsi olaraq sosial sığorta ödəmləri, uyğun olaraq sığorta ödmələri dərəcəsi və sığorta ödəmələrinə cəlb olunan bazar hissələrini təşkil edir. Sosial sığorta fondları, uyğun formalaşma qanuna-uyğunluqları və hüquqi əsasları, qanunvericiliklə tənzimlənir. Sosial təminat hüququ mahiyyət etibarı ilə geniş sahələri əhatə etməklə yanaşı daha çox qocalığın baş verməsi və əmək qabiliyyətini itirən vətəndaşların dövlət təminatı vəzifələrini nəzərdə tutur.
Dostları ilə paylaş: |