Sosial işin təşkili prosesində sosial işçinin rolu haqqında məlumat verin


Sosial işçinin bacarıq və vərdişləri haqqında məlumat verin



Yüklə 61,51 Kb.
səhifə22/41
tarix15.05.2022
ölçüsü61,51 Kb.
#57998
1   ...   18   19   20   21   22   23   24   25   ...   41
Sosial işin təşkili imtahan cavabları

Sosial işçinin bacarıq və vərdişləri haqqında məlumat verin.

Sosial işçi müvafiq bacarıq və vərdişlərə yiyələnməyi vacibdir. Bunlara aşağıdakıları daxil edə bilərik: • Müraciətçi ilə peşəkar işgüzar münasibətlər qurmaq

• Müraciətçinin özünü kənardan “görməyə” kömək etmək bacarığı

• Problemli situasiyanı araşdırmaq

• Düzlük – sosial işçi klientlə iş zamanı yalan danışmamalı, həqiqətləri söyləməlidir. Məsələn, sosial işçi nəyisə etməyi klientlə razılaşdırıbsa, çalışmalıdır ki, verdiyi sözü həyata keçirsin.

• Vicdan – Sosial işçilər vicdanla davranmalıdırlar. Sosial işçinin vicdanı onun əxlaqi məsuliyyət hissi, xeyirxahlıq və ədalətlə davranması deməkdir.

• Obyektivlik – klientin problemlərini və keyfiyyətlərini qiymətləndirərkən sosial işçi şəxsi emosiyalarından azad olub obyektivliyi gözləməyə çalışmalıdır.

• Ədalətlilik – sosial işçinin rəğbət bəslədiyi və bəsləmədiyi insanlar ola bilər, ancaq bu onun müxtəlif klientlərlə işinin keyfiyyətinə təsir etməməlidir, klientin sosial işçidə hansı hisslər doğurmasından asılı olmayaraq, ona münasibət ədalətli olmalı, onun problemləri adekvat qiymətləndirilməlidir.

• Diqqətlik və müşahidəçilik nəticəsində sosial işçi klientlə işləyərkən klientin əhvalında baş verən müsbət və mənfi dəyişikliyə, səmimi və ya qeyri-səmimi olmasına diqqət yetirə bilər. • Təmkinlik – sosial işçi klientin emosional vəziyyətini nəzərə almalıdır. Hətta əgər klient əsəbidirsə və mənfi emosiyalarını sosial işçiyə yönlədirsə, o zaman sosial işçi təmkinli və səbirli olmağa çalışmalıdır.

• Özünütənqidlik nəticəsində sosial işçi öz fəaliyyətini təhlil edə, səhvlərini görə bilər, səhvləri üzərində çalışa bilər.

• Ünsiyyət – sosial işçi klientlə ünsiyyət prosesindən klientin problemlərini, onun gözləntilərini, problemin həllinin birgə tapılmasını öyrənə bilər.

• Nikbinlik (optimizm) – sosial işçi tez-tez bir çox problemlərlə üzləşmiş insanlarla rastlaşır. Lakin bu vəziyyətlərdə sosial işçinin nikbinliyi, ədalət və problemin həll olunacağına inam hiss olmalıdır. Sosial işçinin sosial nikbinliyinin mənbəyi sosial ədalətin həyata keçə biləcəyinə, insanın daim özünü təkmilləşdirməsinə əmin olmasıdır. Sosial işçinin nikbin olmaması ilk növbədə klientə təsir edir.

• Yaradıcı təfəkkür – sosial işçinin gündəlik rastlaşdığı situasiyalar, klientlər və onların problemləri tamamilə oxşar deyil. Sosial işçi yaradıcı təfəkkürə malik olmalıdır ki, hər bir klinetə və onun probleminə fərdi yanaşa bilsin. Yaradıcı təfəkkürün olmadığı halda mütəxəssis özü üçün birdəfəlik qəbul etdiyi sxem əsasında hərəkət edəcək, bu isə onun işinin səmərəsini azaldacaq, klientə mənfi təsir göstərəcək.

• Ünsiyyət vərdişləri – sosial işçi ünsiyyət vərdişlərinə yiyələnməklə istər fərdi, istərsə də qrup şəklində keçirilən sosial iş prosesində uğur əldə edə bilər. Ünsiyyət vərdişlərinə aşağıdakıları daxil edə bilərik:

✓ Oturuş – müraciətçi ilə münasibətdə həmişə düz oturmaq lazımdır. Belə poza qayğını, onun dinlədiyinizi göstərir.

✓ Aktiv dinləmə - bu zaman sosial işçi jestlərlə, mimikalarla müraciətçiyə onu dinlədiyini çatdırmalıdır.

✓ Bədən dili – Bədən dilinin məqsədi şifahi olmayan işarə və hərəkətlərin şüuruna çatılmasını təmin etmək və insanların bu mühiti istifadə edərək necə ünsiyyət qurduqlarını göstərməkdir. Albert Mehrabiana görə, bir mesajın təsirinin təxminən 7 % şifahi , 38 % səsli, 55% də şifahi olmayan elementlərdən meydana gəlir. Bədən dilinin ünsürləri: -Bədən Duruşu -Jestlər -Mimikalar -Başın İstifadəsi -Oturmaq Üçün Seçilən Yer/yeyər -Geyim -Baxım Və Makiyaj -Göz Təması -Ayaqların İstifadəsi -Oturma Forması -Məsafə İstifadəsi -İstifadə edilən Aksesuarlar



• Empatiya – sosial işçinin kilentlə iş zamanı empatiyadan istifadə etməsi klientin ruhlandırılmasına, özündə inam hissinin yaranmasına səbəb ola bilər. “Empatiya klientin keçirdiyi hisslər və qavradığı mənaya çox həssas olmaq və qəbul edilən bu anlayışı ona çatdırmaqdır.”(Rocers, 1986) Başqa sözlə, Empatiya – başqa adamların psixi hallarını başa düşmək və onların dərdinə şərik olmaq qabiliyyətidir. Empatiyanı aşağıdakı cür ifadə etmək olar: ◼ Klientin əhvalatına qulaq asmaq və həqiqiliyini təsdiqləmək ◼ Qeyri-şifahi kommunikasiya ◼ Hisslərin ifadəsi və məmnunluq Sən hiss edirsən ki .... Hal-hazırda sən hiss edirsən ki..... Mən də belə bir hiss yaranıb ki..... ◼ Aydınlıq Əgər düzgün başa düşdümsə.... Eşitdiklərimdən belə başa düşdüm ki.... Bu o deməkdir ki.... ◼ Vizual Mən müşahidə edirəm ki.... Gördüyün kimi.....


  1. Yüklə 61,51 Kb.

    Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin