Əhalinin məşğulluq sferasında sosial işin texnologiyasını izah edin
Ailələrlə sosial iş haqqında məlumat verin.
Uşaqlarla sosial iş haqqında məlumat verin.
Uşaqlarla sosial iş.
Hazırada uşaq hüquqlarının qorunması dünyanın ən aktual məsələlərindən birinə çevrilib. Uşaq hüquqları ən mmüxtəlif şəkildə pozulur. Uşaqlara qarşı zorakılıq üzrə dünya hesabatına görə hər il dünyada milyonlarla uşaq məcburi əməyə cəlb edilir, insan əməyinin qurbanına çevrilir və müxtəlif məqsədlərlə istismar olunur. Uşağın durumunun müdafiəsi sistemi ailənin və ananın müdafiəsindən başlayır. Təəssüf ki, bir çox ölkələrdə ana və uşaqların müdafiəsi ilə məşğul olan müəssisələr kifayət qədər maliyyələşdirilimir. Uşaqların sosial müdafiəsinin ilkin əsasını hüquqi baza təşkil edir. O, beynəlxalq qanunvericiliyi, dövlətin qanunvericiliyini və yerli əsasnamələri, təlimatları əhatə edir. Beynəlxalq qanunvericiliyi uşaqların müdafiəsi üzrə Uşaq Xartiyası, Uşaq haqları Bəyannaməsi təmsil edir. 1946-cı ildə BMT-nin Uşaq fondu yaradılmışdır. 1948-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən insan hüquqlarının ümümi deklarasiyası hazırlanmışdır. 1979-cu il Beynəlxalq uşaq ili elan olunmuşdur. 1985-ci ildə noyabrın 20-si BMT-nin Baş Assambleyası “Uşaq hüquqları haqqında” Konvensiya qəbul etmişdir. 19960cı ildən 20 noyabr Uşaq hüquqları günü sayılır. Uşaqların Beynəlxalq müdafiəsi günü 1 İyun tarixidir. Ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Komitə nəznində Ailə və Uşaqlara Dəstək Mərkəzi fəaliyyət göstərir. 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyi ilə keçirilən görüşdə qeyd edilmişdir ki, dövlətin sosial inkişaf kursunda uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların müdafiəsi, müvafiq təbəqələrdən olan uşaqların reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı sahəsində dövlət siyasətinin gücləndirilməsinin vacibliyi vurğulanmışdı. “2019-2023-cü illərdə Azərbaycan Respublikasında sosial xidmətin inkişafı Konsepsiyası” layihəsində uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi nəzərdə tutulub. Rəsmi statistikaya görə, Azərbaycanda 22 mindən çox uşağa müavinət təyin olunub. Bu müavinətlər şəhid ailələrinin, müharibə əlilərinin, Çernobul qəzası əlillərinin və müddətli hərbi qulluqçuların uşaqları alır.
Dostları ilə paylaş: |