Həyat səviyyəsi göstəricisi və onun tənzimlənməsi haqqında məlumat verin.
Həyat səviyyəsi maddi və mənəvi təlabatları təmin olunma həddini və dərəcəsini daha çox kəmiyyət ölçülərində(pul və natura vahidləri) səciyyələndirir. Ona milli gəlirin səviyyəsi, əmək haqqının miqdarı, real gəlirlər, istifadə olunan xidmətlərin həcmi, ərzaq və qeyri-ərzaq mallarını işlətmə səviyyəsini, iş və sərbəst vaxtın müddəti, yaşayış şəraiti, təhsilin səhiyyənin, mədəniyyətin səviyyəsi və s kimi göstəricilər daxildir. Həyat səviyyəsinin belə geniş izahı əhalinin iqtisadi vəziyyətini səciyyələndirir. Dar mənada o tələbatların ödənilmə səviyyəsi və buna uyğun gəlir səviyyəsi mənasını verir. Ona görə də, çox zaman əhalinin həyat səviyyəsinin ümümi göstəricisi onun madi və mənəvi tələbatlarının ödənilməsi kimi əhalinin real gəlirlərini nəzərdən keçirirlər.
Həyat səviyyəsinin mühüm göstəricisi ailənin minimal tələabat büdcəsidir. O istehsal edici qüvvələrin mövcüd inkişaf səviyyəsi nəzərə alınmaqla, madi nemətlər və xidmətləri sərf edtmənin minimal olaraq zəruri səviyyəsindən təşkil olunur və insanın minimal tələbatlarını ifadə edir.
Minimal istehlak büdcəsi qidalanma, qeyri-ərzaq malları, xidmətlər, vergilər və başaqa ödəmələrin daxil olduğu minimal yaşayış hədinin tərkib hissəsidir. Həmçinin qeyd etmək lazımdır ki, qeyri ərzaq mallarının xərclənməsi madəsiniə indi yalniz ən zəruri əşyalar sanitariya və gigiena predmentləri, dərmanlar aid edilir, xidmətlər isə yalnız yaşayış yeri və nəqiyyata sərfi nəzərdə tutur.
Minimal istehlak büdcəsi yoxsulluğun özünə məxsus hesablama nöqtəsidir. Yoxsul və az təminatlılar bir üzvünə aylıq gəliri minimal istehlak səbətindən az olan, yaxud minimal əmək haqqına bərabər olan şəxslərdir.
Əhalinin həyat səviyyəsinin tənzimlənməsi istənilən siyasi rejim fəaliyyətinin əsas istiqamətlərindən biridir. Qeyd etmək lazımdır ki, bu tənzimləmə ayrı-ayrı yollarla müxtəlif cür aparılır: ölkə iqtisadiyyatınının vəziyyəti və sosial siyasətin məzmunu nəzərə alınmaqla. Əhalinin həyat səviyyəsinin tənzimlənməsində indeksasiya kompensasiya üsulundan istifadə olunur. İndeksasiya gəlirlərin aftomatik düzəldilməsi mexanizmi kimi getdikcə artan həyat dəyərini qismən və ya tam ödəməyə xidmət edir. İndeksasiya 2 yolla həyata keçirilir:
Müəyyən müddətdən bir gəlirlərin müəyyən faiz artırılması yolu ilə
Qiymətlər artıqca gəlirlərin qabaqcadan müəyyənləşdirilmiş faizə qədər dəyişdirilməsi yolu ilə
Vətəndaşların pul gəlirlərinin(əmək haqqı, pensiya, müavinət, təqaüd, sosial ödəmələrinbütün növləri) bütün növləri indeksasiya edilir. Mülkiyyətdən gələn (aksiyalar, paylar, daşınmaz əmlak) gəlirlər indeksasiyaya məruz qalmır.
İnsanların həyat səviyyəsini tənzimləyən digər metod kompensasiyadır. Bu, qiymətlərin qalxmasının başlanması, yaxud gözlənilməsi, millətlərarası, münaqişələr, təbii fəlakətlər (zəlzələlər, daşqınlar və. S) nəticəsində hakimiyyət orqanları tərəfindən əhalinin bu və ya digər qruplarına xərclərin ödənilməsidir. İndeksasiyadan fərqli olaraq, kompensasiya adamları daima, müntəzəm olaraq dəstəklənməyi nəzərdə tutmur. İcra orqanları əllərində olan maliyyə vəsaitlərindən çıxış edərək, bu cür sosial yardım göstərilir.
Əhali gəlirlərini tənzimləmənin hər bir yolunun öz müsbət və mənfi cəhətləri var. Ölkədə qərarlaşmış vəziyyətdən, iqtisadi imkanlardan, dövlətin apardığı sosial siyasətin məqsəd və vəzifələrindən asılı olaraq onlardan birinə üstünlük verilir.
Dostları ilə paylaş: |