Sosial işin təşkili prosesində sosial işçinin rolu haqqında məlumat verin


Sosial tədqiqatın araşdırmaq və ya kəşf etmək, izah etmək, təsvir etmək və qiymətləndirmə formaları haqqında məlumat verin



Yüklə 61,51 Kb.
səhifə18/41
tarix15.05.2022
ölçüsü61,51 Kb.
#57998
1   ...   14   15   16   17   18   19   20   21   ...   41
Sosial işin təşkili imtahan cavabları

Sosial tədqiqatın araşdırmaq və ya kəşf etmək, izah etmək, təsvir etmək və qiymətləndirmə formaları haqqında məlumat verin.

Sosial tədqiqatın 4 əsas məqsədi var:

Araşdırmaq və ya kəşf etmək – Əslində aparılan bir çox sosial tədqiqatın məqsədi hər hansı bir mövzunu daha ətraflı öyrənmək və ya məhz kəşf etməkdir. Tədqiqatçı öz yenicə maraqlanmağa başladığı sahə üzrə yeni bir bilik əldə etməyə çalışanda, qarşıya yeni və ya yetərincə tədqiq olunmamış bir problem çıxanda və ya tətbiq olunmaq üzrə olan sosial proqramın və ya xidmətin texniki, sosial və iqtisadi cəhətdən əsaslandırılması lazım olan zaman məhz kəşf etmək məqsədi uğrunda çalışır. Məsələn, bir sosial işçi əsasən etnik azlıqların yaşadığı bir icmada ahıllar üçün yeni bir sosial xidmətin yaradılmasını təşkil etmək üzrədir. O, bu icma haqqında çox cüzi biliklərə sahibdir. Bu icmada həmin sosial xidmətlərə olan dəqiq ehtiyacın müəyyən edilməsi, əhali arasında hansı alternativ qayğı formasının və ya sosial xidmət növünün daha arzuolunan olmasını müəyyən etmək üçün sosial işçinin icma üzvləri arasında sorğu keçirməyə ehtiyacı olacaqdır. Tam, böyük miqyaslı tədqiqatın keçirilməsindən əvvəl kiçik miqyaslı sorğu təşkil etmək tədqiqatçıya icmanın mədəni xüsusiyyətlərini və həssaslıqlarını müəyyənləşdirməyə, zaman itirmədən tədqiqatı sınaqdan keçirməyə və tam miqyaslı – bütün icma üzvlərini əhatə edən tədqiqatı planlamağa və nəticələri əvvəldən praqnozlaşdırmağa kömək edəcəkdir.

Təsvir etmək – Bir çox sosial tədqiqat ikinci məqsəd üzrə çalışır. Bu məqsəd özündə hadisə və prosesləri, vəziyyətlərin təsvirini özündə ehtiva edir. Tədqiqatçı müşahidə edir, daha sonra nə müşahidə etdiyini təsvirini əlaqədar quruma çatdırır. Çünki, elmi müşahidələr məqsədli şəkildə aparılır, buna görə də elmi müşahidə əsasında aparılan təsvirlər daha sərrast və dəqiq olur. Bundan sonra tədqiqatçı icma üzvlərinin ehtiyaclarını müəyyən etmək üçün sorğunu asanlıqla icma üzvləri arasında keçirilib, keçirilməyəcəyini anlayır.

İzah etmək – Sosial tədqiqatın üçünçü məqsədi hadisə və prosesləri, vəziyyətləri izah etməkdir. Lakin izah etmək və təsvir etmək məqsədləri bəzən çaşqınlıq yaradır. Bu mövzu həm də bir sıra elmi müzakirələrə səbəb olmuşdur. Aydınlıq gətirmək üçün qeyd etmək olar ki, bəzi şəhərlərdə uşaq istismarının səbəbi haqqında məlumat verməklə tədqiqatçı prosesi izah edir, lakin sadəcə müxtəlif şəhərlərdəki uşaq istismarı dərəcəsi haqqında məlumat verməklə prosesi təsvir edir. İzah etməyə çalışan tədqiqatçı nəyə görə çox hallarda zorakılığa məruz qalmış qadınların məhz onlara zorakılıq tətbiq edən şəxslərlə birlikdə yaşamağa davam etdiyi haqda məlumat verdiyi halda, təsvir etməyə çalışan tədqiqatçı sadəcə bu prosesin hansı tezlikdə təkrarlandığı haqqında məlumat verir.

Qiymətləndirmə – Sosial tədqiqatın dördüncü məqsədi qiymətləndirmədir və sosial iş kontekstində bu məqsəd sosial proqram və xidmətlərin, müdaxilə metodlarının qiymətləndirməsinə xidmət edir. Əslində, bu digər üç məqsədi də özündə birləşdirir (2, s.29-31). Qiymətləndirmə məqsədilə aparılan tədqiqatlarda – konkret hər hansı bir sosial proqramın və ya müdaxilə üsulunun nə dərəcədə effektiv işləməsini müəyyənləşdirmək məqsədilə çox sayda suallar soruşula bilər. Məsələn, hər hansı bir icmada sosial xidmət təminatının qiymətləndirilməsi məqsədilə aparılan tədqiqatın ilk mərhələsində icma üzvlərinin hansı sosial xidmətlərə ehtiyacı olduğunu kəşf etmək məqsədilə tədqiqatçı icma üzvlərindən təşkil olunmuş seçmə qrupla sorğu keçirir. Tədqiqatçı həmçinin artıq mövcud olan xidmət növlərini təsvir etmək məqsədilə, və ya bəzi xidmət növlərinin digərlərindən fərqli olaraq müəyyən əhali qrupuna daha çox göstərildiyinə etnik xüsusiyyətlər, gəlir və təhsil səviyyəsi və s. Kimi amillərin təsirini izah edən sorğu da keçirə bilər. Nəhayət, tədqiqat sosial xidmət təminatının kilentlər – müraciət edən şəxslər üzərində təsirini və klientin ehtiyaclarına, resursların artırılmasına yönəlmiş hansı fəaliyyətləri həyata keçirdiyini qiymətləndirir.



  1. Yüklə 61,51 Kb.

    Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin