Sosial işin təşkili prosesində sosial işçinin rolu haqqında məlumat verin


Sosial işin etikası və dəyərləri haqqında məlumat verin



Yüklə 61,51 Kb.
səhifə11/41
tarix15.05.2022
ölçüsü61,51 Kb.
#57998
1   ...   7   8   9   10   11   12   13   14   ...   41
Sosial işin təşkili imtahan cavabları

Sosial işin etikası və dəyərləri haqqında məlumat verin.

Humanitar və demokratik ideyalara əsaslanaraq yaranan Sosial iş təcrübəsi insan ehtiyaclarını və potensialını inkişaf etdirmək üzərində fokuslaşıb. İllər keçdikcə sosial iş özündə bir sıra dəyərlər birləşdirdi: səmimilik, vicdanlıq, empatiya, rəhimdillik, peşəkarlıq, insan münasibətlərinin əhəmiyyətliyi.

İnsan Hüquqları və İnsan Ləyaqət:

Sosial İşçi hər bir klientin ləyaqətinə və şəxsiyyətinə və bunlardan doğan haqqlarına hörmətlə yanaşlamlı, fiziki, psixoloji, mənəvi və ruhi vəhdətini, rifahını dəstəkləməli (ön plana çəkməli) və müdafiə etməlidir. İnsan Hüquqları və İnsan Ləyaqəti dedikdə aşağıdakılar nəzərdə tutulur:

Öz müqəddəratını təyin etməyə hüquqa hörmət etmək – Sosial İşçi həyat tərzi və dəyərlərindən asılı olmayaraq hər bir şəxsin seçim etmək və qərar vermək hüququna hörmətlə yanaşmalıdır.

Güclü cəhətləri müəyyənləşdirmək və inkişaf etdirmək – Sosial İşçi klientin güclü xüsusiyyətlərini önə çəkməli və onların inkişaf etdirilməsinə səy göstərməlidir.

Hər bir klientlə tam bir məhfum kimi davranmaq – Sosial İşçi klientə tam bir məhfum kimi yanaşmalı, yəni onun ailəsi, yaşadığı mühit, cəmiyyət ilə yaxından maraqlanmalı və klientin həyatının bütün amillərinə nəzər yetirməlidir.

Hər bir insana şəxsiyyət kimi yanaşmaq – kimliyindən asılı olmayaraq Sosial İşçi klientə şəxsiyyət kimi yanaşmalı və davranmalıdır.

Hər bir klientə fərdi yanaşmaq – Sosial İşçi hər bir klientə fərdi yanaşmalı, eyni problemli klientlərlə onların xüsusiyyətlərinə uyğun davranmalıdır.

Məxfiliyi saxlamaq – Sosial İşçi klientin verdiyi cəmiyyətə və ya ikinci bir şəxsə ziyan vurmayacaq məlumatını gizli saxlamalıdır

Sosial Ədalət:

Sosial İşçi cəmiyyətdə klientə qarşı törədilən ədalətsizliyə qarşı mübarizə aparmaq öhdəliyini daşıyır. Sosial Ədalət dedikdə aşağıdakılar nəzərdə tutulur:

Ayrıseçkiliyə qarşı mübarizə - Sosial İşçi risk qrupuna daxil olan klientə qarşı yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, sosial-iqtisadi durumuna, siyasi inam, mədəniyyət və cinsi yönümlüyünə, dini baxışlarına görə ayrıseçkilik etməməli və eyni zamanda, cəmiyyətdə mövcud olan bu cür ayrıseçkiliyə qarşı mübarizə aparmalıdır.

Müxtəlifliyə hörmət etmək – Sosial İşçi cəmiyyətdə mövcud olan etnik və mədəni (etnik qruplara aid adət-ənənələr) müxtəlifliyi tanımalı və hörmət etməlidir.

Resursları ədalətlə (bərabər) bölmək – Sosial İşçi səlahiyyətində olan resursları ehtiyacı olan klientlər arasında ehtiyaca uyğun olaraq ədalətlə bölməlidir.

Ədalətsiz siyasi məsələlərə və hərəkatlara qarşı mübarizə - Sosial İşçi resursların ədalətsiz bölüşdürülməsi, zülümkar, ədalətsiz və məhv edici siyasətlərin, davranışların və hərəkatların mövcudluğu faktını öz müdirinin, siyasətçilərin, siyasi proqram hazırlayanların və ümumi ictimayyətin diqqətinə çatdırmaq vəzifəsi var.

Həmrəy olmaq – Sosial İşçi klientlərin sosial təcridliyinə, damğalanmağına və itaətçiliyinə şərait yaradan sosial şərtlərə qarşı mübarizə aparmalı və inklusiv cəmiyyətin qurulmasına çalışmalıdır.




  1. Yüklə 61,51 Kb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin