SOSİAL KOMMUNİKASİYA VƏ İNFORMASİYANIN MƏNBƏLƏRİ VƏ ƏSAS PARADİQMALARI.
Kommunikasiya termini elmi ədəbiyyatda 20 ci əsrin əvvəllərində meydana gəlmişdir. Bu termin altında informasiyanın insandan insana ötürülməsini, cəmiyyətdə qarşılıqlı təsiri, informasiya mübadiləsini başa düşürlər. Bu termindən həmçinin maddi və mənəvi dünyanın istənilən obyektlərinin əlaqəsini ifadə etmək üçün istifadə olunur. Ümumi təsəvvürlərin və maraqların müəyyən edilməsi və qarşılıqlı anlaşmaya nail olunması məqsədilə sosial subyektlər arasında kommunikasiyaların ifadə edilməsi üçün ictimaiyyətlə əlaqə anlayışı daxil edilmişdir.
Belə hesab olunur ki, ilk dəfə bu termindən 1908 ci ildə ABŞ prezidenti T.Cefferson konqressə 7-ci münasibətində istifadə etmişdir. Biheviorizmin banilərindən biri olan C.Uotson ehtimal edirdi ki, kommunikasiyanın əsasında bir kontruksiya kimi dil deyil, nitq siqnalları durur, çünki bunlarla manipulyasiya edilməsi insana təsir etməyə imkan verir. Insanın davranışını UOTSON “Stimul- reaksiya” sxemi üzrə görünən və latent reaksiyaların sistemi ilə eyniləşdirirdi. Uotsona görə reaksiyaların möhkəmləndirilməsi “Məşq qanununa” yəni bu reaksiyaları avtomatlaşdıran eyni bir stimullara eyni reaksiyaların çox dəfələrlə təkrarına tabe edilmişdir.
Simvolik interaksionalizmin nümayəndələri belə bir fikirdədilər ki, şəxslər arası ünsiyyət sosial strukturu qaydaya salır, kommunikativ formaların inkişaf prosesi isə sosial inkişafa səbəb olur.
“Personalistlər” kommunikasiyada “Şəxsiyyətin başqasını hiss etməyi özündə aşkara çıxarmaq” kimi daxili metafizik qabiliyyətini görürlər. Personalistlər üçün ünsiyyət qarşılıqlı başa düşmə, intim əlaqələr və dərk edilmiş mənəvi birlik hadisəsidir. K.Yaspers ( 1883-1969) məkan və zamanda ümümbəşər kommunikasiyasının mövcudluğu imkanına inanırdı. Onun fikrincə mədəni kommunikasiyaların maneələri fəlsəfi ənənələrin dərk edilməsi ilə bütün dövrlərin mütəfəkkirlərinin qardaşlığı ilə aradan qaldırılır.
1940-50 ci illərdə kommunikasiyanın öyrənilməsi məsələsinə iki yanaşma üstünlük təşkil edirdi.
1. Yanaşma - rasionalist yanaşma olub, texnoloji determinizm konsepsiyasına əsaslanırdı. Bu yanaşmanın tərəfdarları KİV-ləri sosial inkişafın yeganə stimul və mənbəyi kimi, informasiyanı isə mədəniyyətin və bütün mədəni dəyərlərin təməli kimi müəyyənləşdirirdilər.
2. İrrasionalist yanaşma adlanan ikinci yanaşmanın – M.Veberin başa düşən sosiologiyası ideyalarına əsaslanan yanaşmanın nümayəndələri insanların hərəkətlərini kommunikasiyanı özünəməqsəd kimi qəbul edənlərə və belə bir məqsədi olmayanlara bölürdülər.
Britan və amerikan sosial antropologiyasında şəbəkələrin təhlili metodu geniş yayılmışdır. Bu metodun köməyi ilə qarşılıqlı sosial təsirlər və kommunikasiyaların növləri, müxtəlif intensivlikli və tutumlu əlaqələr tədqiq olunur. Kommunikasiya anlayışının müasir interpretasiyalarından 3-ü daha çox yayılmışdır.
1.Maddi və mənəvi dünyanın istənilən obyektlərinin əlaqə vasitəsi kimi.
2. Elə bir ünsiyyət kimi ki, bu ünsiyyət prosesində insanlar bir birilə informasiya mübadiləsi edirlər. 3. Cəmiyyətə və onun tərkib komponentlərinə təsir etmək məqsədilə informasiyanın ötürülməsi və kütləvi mübadiləsi kimi .
Mütəlif elmi məktəblərin tədqiqat obyektinə çevrilmiş sosial kommunikasiyaları şərti olaraq, müvafiq surətdə sosial , dil və kommunikativ əsas üzərində formalaşmış 3 qrupda birləşdirmək olar.
Sosial kommunikasiya kommunikasiyanın bütün 3 izahını özündə birləşdirir.
İzah - kommunikasiya vasitələrinin öyrənilməsi ilə, kommunikasiyanın sosial funksiyalarının reallaşdırılması üçün bu vasitələrin tətbiqi ilə,
İzah şəxslərarası kommunikasiya problemləri ilə ,
İzah kütləvi kommunikasiyanın, ictimai imünasibətlərin inkişafına təsiri ilə bağlıdır.
Dillə bağlı hələ 18 ci əsrdə başlanmış sosioloji tədqiqatlar indiyə qədər davam etməkdədir. Həmin tədqiqatların gedişində dilin nitq fəaliyyətinin sosial aspektini : ünsiyyəti, kommunikasiyanı şərtləndirən kommunikativ funksiyası öyrənilirdi. Kommunikasiyanın müxtəlif sosial funksiyaları ilə qarşılıqlı nisbətdə dil vasitələrinin funksional differensiasiyasına xüsusi diqqət yetirilmişdir.
1960ci ilərin ortalarında yeni bir fənn – sosial linqvistika meydana gəlir. Sosial linqvistika dilin sosial təbiətinin, cəmiyyətin həyatında və ictimai funksiyalarda onun rolunun, sosial amillərinin dilə təsir mexanizminin öyrənilməsi ilə məşğuldur. Sosial linqvistika sosial kommunikasiyanın inkişafının əsasıdır. Sosial kommunikasiya anlayışı 20-ci əsr sosiologiyasının mərkəzi anlayışı olmaqla, dəyişikliklərə məruz qalmışdır. Bu gün həmin anlayışı 3, bəzən bir birinə əks olan metodoloji yanaşmalar mövqeyindən tədqiq edirlər.
Yanaşma : subyekt obyekt dispozisiyaları barədə klassik pozitivist metodologiyası üzərində qərar tutubdur. Bu yanaşma struktur funksionalizm, sistem yanaşma, informasiya cəmiyyəti texnoloji determinizm, kompüter futurologiyası və başqa kompakt konsepsiyalarla təqdim edilmişdir. Bu yanaşma çərçivəsində sosial kommunikasiyaların antologiyası sistem əlaqələrinə və funksiyalarına əsaslanır. Kommunikasiya texnalogiyaları müəyyən subyektin istənilən obrazını və sistemdə sosial əlaqələri yaratmaq vəzifəsini yerinə yetirirlər.
Yanaşma : subyekt obyekt münasibətlərinin koqnitiv modelinin qeyri klassik metodologiyasından çıxış edir. Öz mənbələri etibarı ilə fenomenoloji olan bu model xüsusi ontoloji obyekt olaraq interaksiya ( kommunikasiya) sferasını seçir. Bu ontoloji obyektin təhlili mənaların hermenevtik izahı, tənqidi refleksiya, rasional konstruksiya kimi metodların tətbiqini tələb edir. Bu metodologiyanın müəllifi alman filosofu Y.Habermas sosial subyektlərin öyrənilməsində pozitiv elmə üstünlük vermişdir. İnsanlararası “İnteraskiyalar” dedikdə o, insanların praktik maraqlarını reallaşdırmaq alətini, kommunikasiyaları təhrif edən və gizli məcbur etmə rolunu oynayan iqtisadi- siyasi və digər təsirlərdən azad olmaq, yaxa qurtarmaq üsulunu başa düşürdü. Habermas həqiqi və yalançı kommunikasiyaları bir birindən fərqləndirirdi. O texniki rasionallığı əsaslandırmağa ( texniki vasitələri və metodları insanlar arası interaksiyalar sahəsinə keçirməyə) çalışırdı.
Yanaşma : qeyri klassik yanaşmadan sonra gələn yanaşma sosial olanın təbiətinin subyekt obyekt münasibətləri kimi başa düşülməsinə əsalanmışdır. Cəmiyyət kommunikasiyalar şəbəkəsi kimi müəyyənləşdirilir, kommunikasiyalar isə cəmiyyətin özünü təsvir və özünü yenidən bərpa etmək imkanına malikdir. Kommunikasiya özünü təşkil edən fəal mühit kimi çıxış edir. Ən sadə sosial sistemlər - interaksiyalar - ünsiyyət iştirakçılarının hərəkət və həyəcanının qarşılıqlı surətdə razılaşdırılması vasitəsilə formalaşırlar. Cəmiyyət isə kommunkasiyada bir birilə müqayisə edilməsi üçün həyata keçirilən bütün hərəkətləri əhatə edir (hərəkət sosial sistemin həqiqi elementi kimi başa düşülür. Bu element isə həmin sosial sistemdə kommunikasiyanın digər hərkətlərlə - müqayisəli şəkildə istehsal olunur və təkrar istehsal olunur). Kommunikasiyanın təbiətinin nəzərdən keçirilməsinə bu cür yanaşma kommunikasiyanın başa düşülməsinin yeni səviyyəsinə gətitib çıxarır və ona sosiotal məna verir. Kommunikasiya nəzəriyyəsinin vəzifəsi kommunikasiyanın müxtəlif tipləri və növlərində qanunauyğunluqlar və mühim əlaqələr haqqında tam təsəvvürün başa düşülməsidir. Nəzəriyyənin metodoloji əsaslandırılması biliyin strukturunun və quruluş prinsiplərinin, idrakını forma və üsullarının, fəaliyyətin metod və vasitələrinin aşkara çıxarılmasını özündə birləşdirir. Kommunikasiya problemlərinə aid tədqiqatlarda hər şeydən əvvəl sosioloji və psixoloji metodlar və instrumentarilərdən, həmçinin bir birinə yaxın elmlərin araşdırmalarından istifadə olunur.