Struktur funksional nəzəriyyə. Amerikan sosioloqları T.Parsonsun və R.Mertonun əsərlərində başa çatdırılmışdır. Bu nəzəriyyənin müddəlalarına görə massimedia müxtəlif altsistemlərin qarşılıqlı əlaqəsinin, onların tələbatlarının ödənilməsi vasitəsidirlər. Massimedianın rolu xidmət göstərdikləri altsistemlərin səviyyəsindən, onların tələbatlarının təmin edilməsindən asılı olaraq dəyişə bilər. Sosioloqlar kütləvi kommunikasiyanın funksiyasının strukturunu sistem yanaşma mövqelərindən nəzərdən keçirərək, cəmiyyətdə kommunikativ prosesin 3 əsas funksiyasını fərqləndirirlər:
Ərtaf mühitə nəzarət və ekoloji sistemdə baş verə biləcək dağıntılar haqqında cəmiyyətin qabaqcadan xəbərdar edilməsi.
Cəmiyyətdə və təbiətdə qarşılıqlı əlaqələrin saxlanılması
Sosial mədəni irsin saxlanılması və sonrakı nəsillərə ötürülməsi
Kultoroloji kommunikasiya nəzəriyyəsi: Bu nəzəriyyənin nümayəndələri Kanada sosioloqu və publisisti X.Makluen və fransız sosioloqu A.Mol güman edirlər ki, küləvi kommunikasiya vasitələri cəmiyyətin xarakterini formalaşdırır, insanları cəmiyyətin mənəvi dəyərlərinə qovuşdurur. “qlobal kənddə insanların sərbəst ünsiyyəti elektron kommunikasiyasının köməyi ilə təşkil edilir” İnsanların uğurlu qarşılıqlı təsirdə olmaları üçün kommunikativ vasitələrin öyrənilməsi zəruridir.
İnformasiya cəmiyyəti nəzəriyyəsi: Amerikan sosioloqu D.Bell tərəfindən işlənib hazırlanmış post industrial cəmiyyət konsepsiyasına əsaslanır. İnformasiya cəmiyyətinin formalaşmasının əsas şərti qlobal miqyasda fəaliyyət göstərən yüksək texnoloji informasiya şəbəkələridir. İnformasiya cəmiyyətin spesifik əmtəəsi, əsas sosial dəyəridir, ictimai inkişafın başlıca amilləri isə informasiyanın və biliyin müxtəlif növləridir. İnformasiya qlobal xarakter aldığından artıq dövlət sərhədləri ilə məhdudlaşdırılmır. İnsan fəaliyyətinin müxtəlif sahələrinin inkişafına informasiyanın təsiri güclənir, cəmiyyətin desentralizasiyası prosesi dərinləşir. Kommunikativ səlahiyyət nəzəriyyəsinin əsasında səlahiyyətin koqnitiv (dərkolunan, idraka uyğun olan) aspektləri durur. Kommunikativ səlahiyyətin qiymətləndirilməsi meyarı kimi istiqamətlilik, psixoloji biliklər, qavrama bacarığı çıxış edir. Ünsiyyət saxlamaq bacarığı kommunikativ səlahiyyətin əsas tərkib hissəsinə çevirilir. Minimal idrak nəzəriyyəsi – idrak nəzəriyyəsinin bölməsi olub, öyrənilən kommunikativ prosesin bütün subyektlərinin qarşılıqlı maraq obyektini təşkil edən hadisənin dərk olunanlıq həddinin müəyyən edilməsi üçün tətbiq edilir.