Kütləvi kommunikasiya və informasiya nəzəriyyələrinin inkişafı. Sosial hadisə kimi kütləvi kommunikasiyanın öyrənilməsi 1920-ci illərə təsadüf edir. Tədqiqatların əsasını alman sosioloqu, başa düşən sosiologiyanın və sosial hərəkət nəzəriyyəsinin banisi M.Veber qoymuşdur. Kütləvi informasiyanın kommunikativ aspekti sosial kommunikasiyada dominant mövqe tutur. İnformasiya - məzmun elementi isə yardımçı funksiya yerinə yetirir. Sosial kommunikasiyanın həyata keçirilməsində aşağıdakı mövqelərin xüsusi əhəmiyyəti vardır:
1.Qarşılıqlı təsirdə nədən istifadə olunur.
2. Qarşılıqlı təsirdə kim iştirak edir.
3. İnformasiya və əlaqlərdən necə istifadə olunur
4. İnformasiya kimə ünvanlanır
5. Kommunikativ əlaqələr haraya istiqamətlənmişdir.
Kütləvi informasiyanın mahiyyətinin başa düşülməsinə funksional yanaşma konkret dominant funksiyanın təhlilinə əsaslanır. Bu nəzəriyyədə nəinki ideoloji, eyni zamanda maddi iqtisadi amil dominant ola bilər. Siyasi nəzarət, siyasi hakimiyyətin təmərküzləşməsi hadisəsinin funksiyasının təhlilinə əsaslanan nəzəriyyələr daha çox maraq doğurur.
(ikt 6-nın davamı) Kütləvi cəmiyyət nəzəriyyələri istehsalın standartlaşdırılması və kütləvi tələbatla, orta sinifin sayının və rolunun artması ilə, ictimai həyatın bürokratikləşməsi, kütləvi kommunikasiya vasitələrinin və kütləvi cəmiyyətin yayılması ilə, münasibətlərin depersonalizasiyazı ilə səciyyələnən cəmiyyətin təsvirinə və izahına, həmçinin müxtəlif sosial institutların qarşılıqlı təsirinin öyrənilməsinə yönəldilmişdir. Bu nəzəriyyələr KİV-ə xüsusi rol verirlər. Beləki onlar ictimai rəyi formalaşdırmaqla hakimiyyət orqanlarının siyasi qərarlarına fəal surətdə təsir göstərirlər. Təhlilin birinci pilləsində kommunikasiya sistemlərinin siyasi xüsusiyyətləri, ikinci pillədə isə siyasi şəraitin tipologiyasından asılı olaraq onların funksional təzahürləri, təhlilin üçüncü pilləsində bu və ya digər formalardan, strukturlardan, informasiya proseslərindən istifadə olunmasının nəticələri nəzərdən keçirilir. Kütləvi cəmiyyət nəzəriyyələri müasir cəmiyyətin bütün prosesləri və hadisələrinin həlledici xarakteristikası kimi kütləviliyin dominantlığı ideyasına əsaslanmışlar. (dominantlıq hökmranlıq deməkdir)
Sosial iqtisadi sferada kütləvi cəmiyyət sənayeləşdirmə və urbanizasiya ilə, kommunikasiya sferasında müxtəlif kütləvi kommunikasiya vasitələrinin geniş yayılması ilə əlaqələndirilir.
D.Bell* sosial və mədəni institutları təhlil edərək belə bir nəticəyə gəlmişdir ki, kütləvi kommunikasiyanın istehsalı və istehlakı, vasitələri həmcins cəmiyyətin təşəkkülü prosesinə kömək edir. Kütləvi cəmiyyət nəzəriyyələrinin bu cür izahı xalq kapitalizmi, ümumrifah dövləti doktrinalarının və xüsusilə vahid orta sinif nəzəriyyəsinin təsiri sayəsində mümkün olmuşdur. Tənqidi nəzəriyyə cəmiyyətdə sosial hadisələrin təhlilinə neomarksist yanaşmanın növ müxtəlifliyindən biridir. Bu nəzəriyyənin müəllifləri erkən dövr frankfurt məktəbinin nümayəndələri (1930 cu illər) M.Horkhaymer, Q.Markuze, T.Adorno (sosial tədqiqatlar institutu, Mayn üzərində frankfurt) fəhl sinfinin inqilabi potensialı haqqında K.Marksın ideyasını rədd edərək, KİV-in manipulyativ funksiyalarının öyrənilməsinə müraciət etdilər. Hakim sinifin mənafeyi naminə idealogiyanı siyasətin önəmli amilinə çevirdilər. Kütləvi kommunikasiyanın hegemonluğu haqqında nəzəriyyələr cəmiyyətdə kütləvi kommunikasiynın hakim rolunu açıqlayan müddəalar sinfindən ibarətdir. Bu da kütləvi informasiyann istər birbaşa, istərsə də dolayısı ilə latent formada təsiri ilə müəyyən edilir. Bu cərəyanın nümayəndələri olan fransız politoloq-sosioloqu N.Plansasasın və fransız filosofu N.Altyuserin əsərlərində cəmiyyət üçün əhəmiyyət kəsb edən informasiyanın müxtəlif formaları və kütlələrin şüurunun formalaşmasını təmin edən və əhəmiyyətli nəzəri postulatları təsbit edən mexanizmlər nəzərdən keçirilir.
Eqalitar kütləvi kommunikasiya nəzəriyyəsi bütün vətəndaşların onları maraqlandıran istənilən informasiyanı əldə etməyi üçün kommunikasiya kanalının seçilməsinə sərbəst daxil olması prinsipini qəbul edirlər. Bu nəzəriyyənin müxtəlif növlərindən biri kimi bərabər imkanlar modelini, o cümlədən KİVdə və kütləvi kommunikasiyanın digər vasitələrinin istənilən nöqteyi nəzərinin söylənməsi modelini fərqləndirmək olar. 1969 J.Darsiv .... ilk dəfə olaraq insanın kommunikasiya hüququnun tanınması zərurətini elan edir. Kütləvi kommunikasiya nəzəriyyəsinin əsaslandığı müddəaya görə kütləvi kommunikasiya “insanlar sosial hisslərin açıq ümumiliyinə və ümumi sosial təcrübəyə malik olduqları vaxt” həyata keçirilir, reallaşır. Kütləvi kommunikasiyanın sosial aspekti B.A.Qruşin tərəfindən tədqiq edilmişdir.